Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1788/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1788/2019 11 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı və onun vəkili ***nun, cavabdeh "X3" ASC-nin vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli, 2(103)-10726/2018 nömrəli qətnaməsindən cavabdeh "X3" ASC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X3" ASC- yə qarşı əmək xəsarəti nəticəsində təyin edilmiş zərərə görə ödəncin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 01.11.2008-ci ilədək olan dövr üzrə hər ay ödənilməli ödənc məbləği 4.995 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.K.Mürsəlov) 10 iyul 2018-ci il tarixli, 2(002)-2309/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) 20.11.2018-ci il tarixli, 2(103)-10726/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabde h "X3" ASC və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh "X3" ASC və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, istər qeydiyyat orqanının, istərsə də yuxarıda sözügedən Komitənin məhkəməyə verdikləri məktubdan açıq aşkar görünür ki, “X3” ASC iddiaçının işlədiyi və xəsarət aldığı “xxxx Kombinatı”nın bazasında, onun hüquqi varisi kimi deyil, “Qaradağ Tir və X2”nın səhmdar cəmiyyətə çevrilməsi nəticəsində yaranmışdır. Beləliklə, iş materialları ilə birmənalı müəyyən olunur ki, “X3” ASC iddiaçının xəsarət aldığı “xxxx Kombinatı”nın hüquqi varisi olmadığından, sonuncunun öhdəlikləri və vəzifələri bu və ya digər şəkildə onların ASC-nin üzərinə qoyulmadığından, hazırki iş üzrə iddiaçı isə “xxxx Kombinatı”nda işlədiyi vaxt xəsarət aldığından, hazırki iddia üzrə “X3” ASC cavabdeh ola bilməz. İddia, iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rəddinə dair qətnamə qəbul etmişdir. Lakin işə baxan apellyasiya məhkəməsi işin müəyyən olunan bu vacib halına əhəmiyyət vermədən, işin mübahisəsiz olan yuxaırda göstərilən halını təhrif edərək, qətnaməsində göstərmişdir ki, hazırkı iddia düzgün olaraq “X3” ASC-yə qarşı yönəldilmişdir. Hesab edirik ki, bu, ape llyasiya məhkəməsi kollegiyasının qərəzliyi, prosessual hüquq normalarının tələblərinin kobudcasına pozmasının nəticəsidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, özləri Vergilər Nazirliyinə sorğu vermişlər və məhkəmədə istinad etdikləri “xxxx” ASC adlı hüquqi şəxsin də olmasını aşkar etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X5 Xidməti işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 20.11.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixl i qətnaməsini ləğv edib iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışın surətinə əsasən, "X3" ASC 09.04.2004-cü ildə qeydiyyata alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsidir. Əmək kitabçasının surətinə əsasən, İddiaçı 1978-ci ildən Bakı məişət kondisionerləri zavodunda əmək fəaliyyətinə başlamış, 1985-ci ilə qədər müxtəlif müəssisələrdə işləmiş, şərti cəzaya məhkum edildiyindən 26.11.1985-ci il tarixdən xxxx kombinatında yükvuran fəhlə kimi işləməyə başlamışdır. 28.08.1986-cı il tarixdə saat 11 radələrində əmək vəzifələrini yerinə yetirdiyi vaxt bədbəxt hadisə baş vermiş, onun nəticəsində iddiaçı yıxılmış, başının sol nahiyəsi daşa dəymiş və tibbi yardım göstərilməsi üçün 14 saylı tibb məntəqəsinə çatdırılmışdır. Baş vermiş bədbəxt hadisə müəssisəsinin rəhbərliyi tərəfindən araşdırılmış və "xxxx Kombinatının" 28.08.86-cı il tarixdə "İstehsalatla əlaqədar bədbəxt hadisə haqqında" N-1 formalı 5 saylı akt tərtib edilmişdir. xxxx kombinatı üzrə 5/k saylı 21.01.87-ci il tarixli əmrlə əlillik dərəcəsinin müəyyən edilməsi əsası ilə İddiaçıla əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri Nərimanov rayon sosial təminat şöbəsi tərəfındən verilmiş 716056 saylı vəsiqəsinin surətinə əsasən, İddiaçı ömürlük İİ qrup əlillik müəyyən edilməklə, ona 1995-ci ildən əmək pensiyası təyin edilmiş dir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hüquqi şəxslərin dövlət qeydivyatı idarəsinin məhkəmyə ünvanlanmış 02 iyul 2018-ci il tarixli **********802800 saylı məktubuna əsasən, Azərbavcan Respublikası dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramına uyğun olaraq Dövlət Əmlak Nazirliyinin 13.04.2001-ci il tarixli 166 nömrəli sərəncamı ilə "X3" ASC Azərbaycan Respublikasının 208-İQ nömrəli, 29.11.1996-cı il tarixli qanunu ilə təsdiq edilmiş "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnaməyə" uyğun olaraq ləğv edilmiş "Azərtikintimaterialsənaye" Dövlət Konserninin tabeliyində olmuş "Qaradağ Tir və Üzlük Materialları" Kombinatının çevrilməsi nəticəsində yaradılmışdır. İdarədə olan reyestrdə xxxx Kombinatı adlı kommersiya hüquqi şəxsi barədə heç bir məlumat aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən ona istinad etmişdir ki, "X3" ASC-nin "xxxx Kombinatı"nın hüquqi varisi olmasına, eləcə də ikincinin ləğvi və ya yenidən təşkili nəticəsində yaranmasına dair hər hansı bir sübut əldə edilməmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 29 oktyabr 2018-ci il tarixli, **********23 saylı məktubunda göstərilir ki, Dövlət Əmlak Nazirliyinin 13.04.2001-ci il tarixli, 166 nömrəli sərəncamı ilə “Azərtikintimaterialsənaye” X4 Tir və X1 bazasında ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi olmaqla “X3” ASC yaradılmış və həmin səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi 03.02.2002-ci il tarixdə başa çatdırılaraq xüsusi mülkiyyətə keçmişdir. Göründüyü kimi, iddia düzgün olaraq “X3” ASC-yə qarşı yönəldilmişdir. Lakinbirinciinstansiyaməhkəməsiiddiaçınınetirazındagöstərilənhallaraəhəmiyyətvermədənaidiyyətio lmayanorqanaverilmişsorğuəsasındaləğvolunmuşhüquqişəxsinhüquqivarisininmövcudolduğunu, həminhüquqişəxsinməhztələbirəlisürülənhüquqişəxsolmasını, həminhüquqişəxsinöhdəliklərinədairhəminhüquqişəxsinməsuliyyətdaşıdığını, həminhüquqişəxsinbundanəvvəlqəbulolunmuşqiyabiqətnaməninicrasıiləbağlıinzibatiməsuliyyətəcəl bolunmasınavəqətnaməninicraedilməməsinədaircinayəttəqibiaparılmasınaəhəmiyyətverməmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin qə naəti ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi əsası kimi "X3" ASC-nin iddiaçının xəsarət alan zaman işlədiyi "xxxx Kombinatı"nın hüquqi varisi olmasının sübuta yetirilməməsindən ibarət qənaətini yanlış hesab etsə də, hüquqi varis olmasının sübuta yetirilməsi ilə bağlı əks yanaşmasını bu istiqamətdə apardığı natamam araşdırmanın nəticələri ilə əsaslandırmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi aidiyyəti dövlət orqanlarına etdiyi sorğuların nəticəsində “X3” ASC-nin “Azərtikintimaterialsənaye” Dövlət Konserninin tabeliyində olmuş “Qaradağ Tir və X2”nın hüquqi varisi olması barədə məlumat əldə etsə də, iddiaçının xəsarət aldığı xxxx Kombinatı ilə hüquqi varisinin cavabdeh olduğu Qaradağ Ti r və X1 bir və yaxud ayrı-ayrı hüquqi şəxslər olmasını aydınlaşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər; 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir; 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir; 56.3-cü maddəsinə əsasən hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış h üquqi şəxslərə keçir; 56.4-cü maddəsinə əsasən hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir; 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir; 58.3-cü maddəsinə əsasən əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, apellyasiya instansiyası məhkə məsi iddiaçının xəsarət aldığı hüquqi şəxsin hazırda fəaliyyət göstərən hüquqi varisinin müəyyən edilməsi üzrə tələb olunan araşdımanı tam şəkildə aparmayaraq, hüquqi varisin məhz cavabdeh olması ilə bağlı mübahisəli qənaətə gəlmişdir. Halbuki, iddia ona cavab verməli olan şəxsə qarşı qaldırılmalıdır. Əks halda iddia təmin edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Kassasiya kollegiyası, iddiaya cavab verməli olan şəxsin müəyyən edilməsi ilə bağlı məsələnin mübahisəli olması baxımından iddia nın mahiyyətinin əsaslılığı ilə bağlı apellyasiya instansiyası məhkəməsinin əsaslandırılmasına qiymətin verilməsini zəruri hesab etmir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "X3" ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli, 2(103)10726/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Hacıyev hakimi Sənan
Məhkəmə qərarları › İş №2(102)-1788/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1788/2019
11.03.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver