Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1788/2021 25.02.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu, İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli xsaylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, kasssasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən, kassasiya şikayətində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Bu normanın tələbinə görə apellyasiya instansiyası məhkəməsinin aktının hansı hissədə (tam və ya qismən) mübahisələndirilməsi, habelə kassasiya instansiyası məhkəməsinin MPM-nin 417.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərindən (akta dəyişiklik edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, iddianın həllinə dair yeni qərar qəbul edilməsi və s.) hansının tətbiq edilməsi xahişi şikayətdə dəqiq və aydın şəkildə göstərilməlidir. İş üzrə İddiaçı kassasiya şikayətinin nəticə hissəsi qeyd edilən tələblərə cavab vermir. Hazırkı şikayətdə apellyasiya məhkəməsinin qətnaməsinin ləğvindən sonra hansı prosessual hərəkətin edilməsinin xahiş edildiyi qeyri-müəyyəndir. Belə ki, şikayətin kassasiya instansiyası məhkəməsinə verilməsinə baxmayaraq, nəticə hissəsində “apellyasiya şikayətinin təmin edilməməsi” barədə qərar çıxarılması xahiş edilmişdir. Bu məzmunlu şikayətlə kassasiya instansiyası məhkəməsinin MPM-nin 417.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərindən hansının tətbiqinin xahiş edildiyi məlum deyil. Qeyd edilənlər kassasiya şikayətinin 407.1.4-cü maddəsinin tələblərinə uyğun şəkildə tərtib olunmadığına dəlalət edir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermir sə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddələsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1788/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-1788/2021
25.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver