Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1789/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi məişət zorakılığı törətmiş şəxs X6 (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Tofiq qızından və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Ərizəçi məişət zorakılığı törətmiş şəxs X6 (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “məişət zorakılığından qorunmaq üçün uzunmüddətli mühafizə orderinin verilməsinə” dair ərizəsi üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)738/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qətnaməsindən məişət zorakılığı törətmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-78/2021 saylı hökmü ilə X7 tərəfindən Ərizəçi əmlakına qəsdən məhv etmə və zədələməklə ona xeyli miqdarda ziyan vurma və ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının məhv etmə, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri tam sübuta yetirilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 221. 1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X6 qəti olaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası X3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmiş, X3 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir.
2. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli X5 ilə, məişət zəminində fiziki zorakılıq - zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması, məişət zəminində psixi zorakılıq - qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər, məişət zəminində cinsi zorakılıq - məişət zorakılığına məruz qalmış şəxsin iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur edilməsi, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi - məişət zorakılığına məruz qalmış şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlər qadağan olunmuşdur.
3. Bakı şəhəri Maraqlı şəxs başçının aparatı tərəfindən Ərizəçi ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu il 22 iyun tarixli Qanununun 5.2-ci və 9-cu, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli Fərmanının 1.1-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 46 saylı Qərarının 4.1.1-ci bəndini rəhbər tutaraq, Monitorinq Qrupu tərəfindən vətəndaş X7, vətəndaş Ərizəçi qarşı məişət zəminində fiziki zorakılıq, psixi zorakılıq, cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə qadağa qoyularaq, X5 verilmiş və məlumatlar icra üçün Bakı şəhəri, Nəsimi rayon və Yasamal rayon İcra şöbələrinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi məişət zorakılığı törətmiş şəxs X7 və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “məişət zorakılığından qorunmaq üçün uzunmüddətli mühafizə orderinin verilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi artıq keçmi ş əri X7 tərəfindən ona olan təzyiqlərə dözə bilmir. xx.xx.2018-ci il boşanma tarixindən başlayaraq Elxan Nəbiyev tərəfindən ona fiziki, psixoloji və iqtisadi zorakılıq edir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə, saat 14:40 radələrində idarə etdiyi “Mercedes Benz E300” markalı, **-GL-*** qeydiyyat nişanlı avtomobili ilə Nəsimi rayonu, H.Əliyev küçəsi ilə hərəkətdə olan vaxt şəhərin mərkəzində hərəkətin sıx yerində keçmiş əri maşınına yaxınlaşmış, maşın hərəkətə gəldiyinə görə öz niyyətinə nail ola bilməmiş, yenidən hərəkət dayandıqda öz avtomobilini saxlayıb, yenidən yaxınlaşmış, qapını aça bilməmiş, maşını təpikləmiş, maşının güzgüsünü sındırmışdır. X3 niyyəti ona xəsarət yetirmək olmuşdur. X2 boşandıqdan sonra daimi olaraq sonuncu tərəfindən təqib olunur, daim söyülüb təhqir olunur. Ölüm təhlükəsi və qorxusu içində yaşayır və bu vəziyyətdə iki azyaşlı uşağı böyüdür. Keçmiş əri X7 18 aprel 2020-ci il tarixdə yenidən yaşadığı evə gəlib, qapını qırıb, uşaqları qorxudub, həyətdə maşınını vurub, qırıb, qapıları yararsız hala gətirib. Maşınına külli miqdarda ziyan dəyib. Elxan Nəbiyevin fiziki zorakılığı ilə bərabər psixoloji zorakılıqları da davam edir. Elxan Nəbiyev heç bir əsası olmayan şikayətləri ilə onu bezdirib. Son 5 ildə Elxan Nəbiyevin əsassız şikayətlərinə görə davamlı polis idarələrində, komissiyalardadır. Bundan sonra X7 heç bir əsas olmadan ona qarşı «valideynlik hüquqlarından məhrum etmə və uşaqların alınıb atanın himayəsinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddiasının təmin olunması üçün X7 onun guya narkomaniyadan müalicə almağı ilə bağlı Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçılik komissiyasına saxta sənədlər təqdim etmiş və komissiya üzvlərinə göstərmiş, onun guya narkoman olmağı ilə bağlı komissiya üzvlərində təəssürat yaratmağa çalışmışdır. Elxan Nəbiyev məhkəməyə onun guya narkoman olmağı ilə bağlı saxta sənədlər təqdim etdiyinə görə onun məsuliyyətə cəlb olunması ilə bağlı şikayət etmiş, halhazırda yenidən onu məhkəməyə verib ki, guya şübhələnir ki, atası Rafiq Dəmirovun qızı deyil. X8 genetik yoxlamasını tələb edir. Dövlət qurumları da belə şikayətlərə görə onunla əlaqə saxlayır və onu dövlət qurumlarına dəvət edirlər. Dövlət qurumlarına getdiyi zaman isə Elxan Nəbiyev ona hücum edir, xəsarət yetirməyə çalışır. Ən son Bakı şəhəri Maraqlı şəxsndən çıxanda onu gizlin küçədə gözləmiş və m aşınını üstünə sürmüşdür. Son anda yoldan çıxa bilmiş və sağ qalmışdır. Həyatı təhlükədə olduğu üçün Bakı şəhəri Maraqlı şəxsnə X5nin verilməsi ilə bağlı rəsmi qaydada müraciət etmiş və ona X5 verilmişdir. Lakin X5nin müddəti artıq bitmişdir. Hazırda da keçmiş əri X7 tərəfindən ona olan fiziki və psixi təzyiqlər bitmir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(006)-4721/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) ərizənin təmin edilməsi, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Ərizəçi 180 gün müddətinə uzunmüddətli mühafizə orderinin verilməsi, məişət zorakılığının təkrar törədilməsi, Ərizəçi olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, ərizəçiyə narahatçılıq gətirən digər hərəkə tlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla ərizəçiyə, həmçinin onun yaşadığı ünvan 2 ünvanına 30 metr məsafədə yaxınlaşmaq, ərizəçiyə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girməyin X6 qadağan edilməsi, X6 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə təqdim edilmiş sənədlərdən Ərizəçi keçmiş əri X7 tərəfindən müxtəlif vaxtlarda fiziki və psixi zorakılığa məruz qaldığı müəyyən edilmişdir (telefon rabitəsi vasitəsilə, avtomobilinə yaxınlaşaraq şiddət tətbiq etməsi, barəsində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixl i hökm (əmlakı qəsdən məhv etmə), ona qısa müddətli mühafizə orderinin verilməsi və s). Belə olan halda, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini rəhbər tutub hesab etmişdir ki, ərizə təmin edilməlidir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.2, 10.3, 10.4, 12.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 12.4, 14.2, 77.1, 217.3, 217.4, 355-4.4, 355-4.5, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Məişət zorakılığı törətmiş şəxs X7 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsi nin tam ləğv edilməsi və məişət zorakılığından zərərçəkmiş şəxs Ərizəçi “məişət zorakılığından qorunmaq üçün uzunmüddətli mühafizə orderinin verilməsinə” dair ərizəsinin rədd edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, Ərizəçi məhkəməyə müraciət ərizəsində Elxan Nəbiyev tərəfindən hər hansı bir məişət zorakılığla bağlı konkret hərəkətin törədilməsini göstərmədən, ancaq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə qeyd olunan 18 aprel 2020-ci tarixli hərəkətlərə istinad etmiş və onun ərizəsi əsasında Bakı şəhəri Maraqlı şəxs tərəfindən ona 19 sentyabr 2023-cü il tarixədək qısa müddətli orderin verilməsini göstərərək bildirmişdir ki, X5nin müddəti artıq bitmişdir və ona görə də, başqa bir əsas göstərmədən, uzunmüddətli mühafizə orderin in verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizəsində göstərdiyi halları araşdırılmadan, ona qarşı konkret məişət zorakılığı hərəkətlərin mövcud olubolmamasını müəyyən etmədən, birinci instansiya məhkəməsi təkcə ərizədə göstərilən və iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə və Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 21 avqust 2023-cü il tarixli X5nə əsaslanaraq, qanunsuz və əsassız olaraq belə nəticəyə gəlmişdir ki, ərizəçi Elxan Nəbiyev tərəfindən fiziki və psixi zorakılığa məruz qalmışdır. (qətnamə 9, 10, 11, 22, 23 bəndləri). Qətnamədə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin bütün bəndlərini sadalamaqla məhkəmə belə nəticəyə g əlmişdir ki, həmin maddədə nəzərdə tutulan hərəkətlərin ona qadağan edilməsinə dair ərizəçiyə uzunmüddətli mühafizə orderi verilməlidir. Halbuki, yuxarıda göstərdiyi kimi istər o xaricdə olarkən ərizəçiyə qısa müddətli mühafizə orderi verilərkən, istərsə də hazırda onun iştirakı olmadan məhkəmə tərəfindən uzunmüddətli mühafizə orderi verilməsi barədə qətnamə qəbul olunarkən, həmin maddi hüquq normasında qeyd olunan hərəkətlərin heç biri onun tərəfindən ərizəçiyə qarşı törədilməmişdir və qeyd olunan maddi hüquq normanın ona heç aidiyyatı yoxdur və qanunun həmin normasını ona qarşı tətbiq etmək qanunsuz və əsassızdır. Nə ərizəçinin müraciətində, nə də məhkəmənin qətnaməsində konkret olaraq göstərilməmişdir ki, onun tərəfindən qısa müddətli mühafizə orderinin hansı tələblərinə, hansı vaxtda ə məl edilməmişdir. Bu hallar göstərilə də bilməzdi. O ərizəçiyə qarşı məişət zorakılığı ilə bağlı heç bir hərəkətlər törətməyib, X5ndən onun məlumatı olmamışdır, həmin vaxtı o ölkə xaricində olmuş və apellyasiya şikayətinə əlavə edilən sənədlərlə bu fakt təsdiq olunur. Buna baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarına istinad edərək onları düzgün tətbiq etməmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası MPM-nin 355-4.4-cü maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, o nəinki təkrar, hətta X5 veriləndə də ərizəçiyə qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətməyib. Onun tərəfindən belə bir hərəkətlərin törədilməsinə dair heç bir sübut məhkəməyə təqdim olunmayıb və onun tərəfindən məişət zorakılığı ilə bağlı konkret hansı hərəkətin, harada və nə vaxt törə dilməsi qətnamədə göstərilməyib. Ərizəçi hazırda yaşadığı həyat tərzi, uşaqların baxımsız, digərlərin himayəsində saxlanılması, Ərizəçi hazırda öz valideynlik hüquqlarından (uşaqların onun yanında qalmasından) sui-istifadə edib uşaqları atalarına qarşı düşmənçilik ruhunda böyütməsi, onların atalarından gizlədib, ünsiyyətdə olmasına imkan verməməsi, uşaqların düzgün humanizm və əxlaqi prinsiplər əsasında vətənpərvər tərbiyə alınması, uşaqların savadlı, hərtərəfli inkişaf etməsi, onların sağlam və psixi inkişafı imkanlarından məhrum edilməsi uşaqlara zərərli təsir göstərə biləcək əməllərdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56, 58, 59, 63 və 64-cü maddələrinə əsasən uşaqların hüquq və mənafelərini müdafiə etmək məqsədilə və öz valideynlik hüquq və vəzifələri çərçivəsində, qanunun həmin maddələrinin tələblərindən çıxış edərək, o qanunlarla nəzərdə tutulmuş qaydada, dövlət orqanlarına və məhkəmələrə müraciət etməklə, öz valideynlik hüquqlarını müdafiə etməyə çalışıb və Ərizəçi qarşı heç bir məişət zorakılığı ilə bağlı hərəkətlər törətməyib. Bunun əksinə, Ərizəçi müxtəlif orqanlara sistematik olaraq əsassız şikayətlər etməklə, onun telefonuna zəng etməklə, iş yerinə gəlib təhqir etməklə, rahatlığını pozmaqla, qəsdən onu münaqişəyə cəlb etməyə çalışır. 2023-cü ilin sentyabr ayında o cavabdehlər X4 və Ərizəçi qarşı yetkinlik yaşına çatmamış uşaqları ilə cavabdeh X1 ünsiyyətdə olmasına və onun evində qalmasına cavabdehlərə qadağa qoyulması təklifi və mediasiyanın keçirilməsi üçün Mediasiya Təşkilatına müraciət edib. Lakin, cavabdehlər tərəf onun təklifinə cavab verməmiş və mübahisəni mediasiyanın keçirilməsi ilə həll edilməsindən boyun qaçırmışlar. Bundan sonra həmin iddia tələbi ilə o məhkəməyə müraciət edib. O bu iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, yenə buna cavab olaraq Ərizəçi, onu öz valideynlik hüquqlarını qanunla nəzərdə tutulmuş qaydada məhkəmələrdə müdafiə etməkdən yayındırmaq üçün, heç bir əsas olmadan, guya onun tərəfindən ona qarşı məişət zorakılığının davam etdirilməsini qeyd etməklə, eyni halları təkrar ərizəsində göstərməklə, X5nin müddətinin başa çatmasını əsas tutaraq üzunmüddətli mühafizə orderin verilməsinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin ərizədə, onun yeni iddia tələbi ilə məhkəməyə müraciət etməyi ona qarşı məişət zorakılıği kimi qiymətləndirilir və üzünmüddətli mühafizə orderinin verilməsi üçün müraciətinin səbəb kimi göstərilir. Halbuki qeyd olunan halların üzunmüddətli mühafizə orderin verilməsi üçün qanunda əsas kimi nəzərdə tutulmamışdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) 2(103)-738/2024 saylı 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək X3 hüququdur. Lakin həmin iddia ərizəsində X13 Dəmirovanın atası olması mübahisələndirilir, bunun üçün laborator yoxlamanın keçirilməsi tələb olunur. G öründüyü kimi, tərəflərin arasında 2020-ci ildən bəri mübahisələr davam etməkdədir. Qısa müddətli mühafizə orderinin verilməsinə baxmayaraq yenə də tərəflər arasındakı gərginlik davam edir. Yəni görülən tədbirlərə məhəl qoymayaraq psixi təsirlər davam etdirilir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia qaldırmaq tərəfin hüququ olsa belə bütün görülən tədbirlərə rəğmən X10 Səidənin atasının doğma atası olub-olmamasını mübahisələndirməklə ona psixi təsir göstərməsi öz özlüyündə uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsasdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Məişət zorakılığı törətmiş şəxs (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilmə sini xahiş etmişdir.
15. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası tərəfindən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində sadalanan hərəkətlərin X7 tərəfindən törədilib-törədilməməsini müəyyən etmədən öz özlüyündə həmin maddəyə istinad edib uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilməz. Nə ərizəçinin müraciətində, nə də məhkəmənin qətnaməsində konkret olaraq göstərilməmişdir ki, X7 tərəfindən X5nin hansı tələblərinə, hansı vaxtda əməl edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Resp ublikasının Qanunu
17. Maddə 10.1. Bu Qanuna uyğun olaraq zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.
18. Maddə 10.2. X5ndə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər: məişət zorakılığının təkrar törədilməsi; zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
19. Maddə 10.3. Uzunmüddətli mühafizə orderində bu Qanunun 10.1-ci maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılar nəzərdə tutula bilər: məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları; yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi; zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclə rin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri; mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat. Mühafizə orderi icra haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada icra olunur.
20. Maddə 12.1. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
21. Maddə 12.2. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi ü çün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə məişət zorakılığı törətmiş şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyas iya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlill əri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2024-cü il tarixli 2(103)-738/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.