Məhkəmə qərarları › İş №2(102)-179/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-179/2020

09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-179/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Kalbalıyev Aslan Kalbalı oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1, onun və digər Cavabdeh2 vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri **** rayon Məhkəməsinin (hakim F.Abdıyev) xx.xx. 2018-ci il tarixli 2(005)****/2018 nömrəli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən tənmin edilərək, Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə 2.320.000 manat məbləğində əsas, 192.325,28 manat məbləğində faiz, cəmi 2.492.325,28 manat məbləğində kredit borcunun, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, 40 manat məbləğində xidmət haqqının, cəmi 60 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, **** rayonu, **** küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli **** nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ****** rayonu, ******* 0,46 ha torpaq sahəsinə və üzərində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, ***** saylı bağ evinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına müəyyən edilmiş borc məbləğinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin mülkiyyətlərinə uyğun olaraq ipoteka qoyanlara - Cavabdeh1 və Cavabdeh2 qaytarılması, hərraca çıxarılarkən ipoteka predmeti olan Bak ı şəhəri, **** rayonu, **** küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli **** nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 1.520.000 manat məbləğində, Bakı şəhəri, ***** rayonu, *********, 0,46 ha torpaq sahəsinin və üzərində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, ***** saylı bağ evinin ilkin satış qiymətinin - 1.640.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin əmlaklardan çıxmazsa, onların həmin əmlaklardan məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təş kil edən 145 manat məbləğində pul vəsaitinin 100 manat hissəsinin Cavabdeh1, 45 manat hissəsinin isə İddiaçı-dən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova, V.Həsənov, N.Cəfərov) xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş birgə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri **** rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-****/2018 nömrəli qətnaməsinin ipoteka predmetlərinin ilkin satış qiymətinin və ipoteka predmetləri açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin həmin əmlaklardan məcburi qaydada çıxarılması hissələrində dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, evdən çıxarılma və evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kredit müqaviləsi üzrə 2.400.000 manat məbləğində əsas, 390.267,72 manat məbləğində faiz borcu olmaqla, cəmi 2.790.267,72 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərcin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın bank qa rşısında ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, **** rayonu, **** küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli **** nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 məxsus olan Bakı şəhəri, ***** rayonu, *****, 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, ***** saylı bağ evinə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, **** rayonu, **** küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli **** nömrəli fərdi yaşayış evindən və Bakı şəhəri, ***** rayonu, ********, 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, ***** saylı bağ evindən çıxarılmaları və hər iki evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kredit müqaviləsi üzrə 2.400.000 manat məbləğində əsas, 783.035,78 manat məbləğində faiz borcu olmaqla, cəmi 3.183.035,78 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin qeyd iyyata alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərcin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, **** rayonu, **** küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli **** nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 məxsus olan Bakı şəhəri, ***** rayonu, ******, 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, ****** saylı bağ evinə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hər racda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, **** rayonu, **** küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli **** nömrəli fərdi yaşayış evindən və Bakı şəhəri,***** rayonu, ****, 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, ***** saylı bağ evindən çıxarılmaları və hər iki evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, ipoteka predmetlərinin bazar dəyərinin daha artıq olması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, işə apellyasiya məhkəməsində baxılarkən cavabdehlərin iştirakı lazımi qaydada təmin edilməmiş, ümumiyyətlə onların məhkəmə iclası barədə məlumatı olmamışdır. Bu səbəbdən qeyd edilən məsələ ilə bağlı onlar hər hansı sübut təqdim etmək imkanından məhrum olmuşlar. Bundan başqa, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, ipoteka predmetlərinin hərracda satıldıqdan sonra 1 ay ərzində məcburi boşaldılması əsaslıdır. Lakin bu əsasın nədən ibarət olması qətnamədə öz əksini tapmamışdır. Baxmayaraq ki, hərracda satılmış əmlak barəsində hüquq münasibətləri yeni müstəviyə keçməklə, ipoteka saxlayanla ipoteka qoyan arasında deyil, köhnə və yeni mülkiyyətçi arasında yaranan münasibətləri tənzimləyir. Məhkəmə kollegiyası tərəfindən əsaslı və mötəbər hallara düzgün hüquqi qiymət verilməməsi, sübutların hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan halların qətnamə çıxarılarkən nəzərə alınmaması, onlara hüquqi qiymət verilməməsi maddi hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən onlar, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi və işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra cav abdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Kərimov Siracəddin Allahverdi oğlu kassasiya şikayətinə əlavə barədə məhkəməyə ərizə ünvanlayaraq ərizədə göstərilmişdir ki, məhkəmənin qərəzli və qeyri-obyektiv olmasını sübut edən əsas hallardan biri də ondan ibarətdir ki, qətnamə qanuni qüvvəsini almadan icraya yönəldilmişdir. Halbuki, məhkəmə sənədlərinin içərisində cavabdeh tərəfin qətnaməni almadığı açıq-aşkar görünürdü. Məhkəmə qətnaməni icraya yönəltmiş, icra şöbəsi tərəfindən tələsik qaydada hərrac keçirilməsi təşkil edilmiş, hərrac təşkilatı tərəfindən əmlak sonda daha ucuz qiymətə iddiaçı banka təhvil edilmişdir. Cavabdehlərin ipoteka predmetləri olan əməlaklarının dəyərindən dəfələrlə aşağı qiymətə banka təklif edilməsi, bundan sonra da cavabdehlərin banka borclu qalmaları mülkiyy ətçi kimi onların hüquqlarını pozur. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun və digər Cavabdeh2 vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, əmlakların hazırki bazar dəyərinin 8.000.0000 manatdan artıq olduğunu, məhkəmə iclasında iştirak edə bilmədikləri üçün bu barədə sübutu məhkəməyə təqdim edə bilmədiklərini bildirib, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələrkən, apellyasiya şikayətinin dəlilləri əsasında qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf ilkin satış qiymətinin əslində məhkəmənin müəyyən etdiyi kimi deyil, daha çox olmasını bildirsə də, bununla bağlı hər hansı sü but təqdim etməmiş, habelə birinci instansiya məhkəməsində işə baxılarkən alınmış qiymətləndirmə rəyinin əsassızlığı ilə bağlı hər hansı əsasa istinad etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, şikayət müəlliflərinin öz subyektiv yanaşmasından ibarətdir ki, cavabdehlərin subyektiv yanaşması zəruri sübutlarla təsdiq edilmədiyi halda mübahisənin qanuni həlli üçün hər hansı əhəmiyyət kəsb etmir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən alınmış əmlakın qiymətləndirilməsi rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal da müəyyən edilməmişdir. Bu baxımdan təkrar ekspertizanın keçiri lməsi üçün bir zərurət yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsi ilə təkrar ekspertizanın keçirilməsi üçün müəyyən edilmiş şərtlərdən hər hansı birinin hazırkı işdə olması öz təsdiqni tapmamışdır. Odur ki, kollegiya hesab edir ki, ilkin satış qiyməti ilə bağlı apellyatorun apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin digər dəlili olan ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin həmin əmlaklardan məcburi qaydada çıxarılması ilə bağlı kollegiya qeyd etmişdir ki, əmlakların açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində könüllü surətdə tərk edilmədiyi təqdirdə mənzilin məcburi şəkildə boşaldılmasından ibarət tələb qanuni olmaqla təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun un 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni tam əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya baxışı zamanı ipoteka predmeti olan mənzil və qeyri-yaşayış sahəsi ilə bağlı qiymətləndirmə ekspertizası təyin edilmiş və məhkəmə həmin rəy üzrə əldə etdiyi qiymətlərlə ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmişdir. Həmçinin iş materiallarında n görünür ki, mülki iş apellyasiya məhkəməsinin icratına daxil olub xx.xx.2019-cu il tarixdə şikayətin mümkünlüyü yoxlanıldıqdan sonra həmin tarixdə bildiriş tərəflərə göndərilmiş (səh 59), cavabdehlərə ünvanlanmış üzərində bildiriş sözü qeyd edilmiş zərf xx.xx.2019-cu il tarixdə poçt xidməti orqanına təhvil verilmiş (səh 61), xx.xx.2019-cu il tarixdə qeyd edilən zərf “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmış (səh 61), bundan sonra Cavabdeh1 xx.xx.2019-cu il tarixdə, saat 15:27-də SMS bildiriş ünvanlanmış, məhkəmə iclası xx.xx.2019-cu il tarixdə, saat 10:15-də başlanmış və məhkəmə protokolunda cavabdehlərin lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələri qeyd edilmiş (səh 64) və həmin tarixdə məhkəmə qətnaməsi qəbul edilmişdir. Buradan da aydın olur ki, cavabdehlərin onların məhkəmə iclasında lazımi qaydada xəbərdar edilmədiklərindən məhkəmə iclasında iştirak edib ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı sübutlarını məhkəməyə təqdim etmək imkanından məhrum olmaları barədə dəlilləri həqiqətə uyğundur. Beləliklə, apellyasiya kollegiyası cavabdehlərin məhkəmə iclasında iştirak edib mübahisələndirdikləri halla, yəni ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı sübut təqdim etmələrinə şərait yaratmamış, ədalət mühakiməsini tərəflərin bərabərliyi və çəkişmə prinsipi əsasında həyata keçirməmiş, bununla da ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərd ə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü ma ddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kassasiya şikayətinin ipoteka predmetləri hərracda satıldıqdan sonra boşaldılmasının əsassızlığı barədə dəlillərinə gəlikdə isə, kassasiya kollegiyası qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməklə qanunvericiliyin tələbləri pozulmamış, apellyasiya kollegiyası bu hissə ilə bağlı qənaətində haqlı olmuşdur. Odur ki, kassasiya şikayətinin qeyd edilən hissədə dəlilləri əsaslı hesab edilə bilməz. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respubli kası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayə tinin dəlilləri ilə qismən razılaşır və onları qismən əsaslı hesab edərək qeyd edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qismən-ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, iş ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X3rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən veri lmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)****/2019 nömrəli qətnaməsi qismən--ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar