Məhkəmə qərarları › İş №2(102)-179/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-179/2021

26.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-179/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-179/20 (Açar sözlər: məhkəmə aidiyyəti pozulubsa iddiadan imtina qəbul edilə bilməz) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili X7 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1099/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarix li qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Cavabdeh2 və digər fiziki şəxslərə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində bir-biri ilə bitişik olan 0,12 ha torpaq sahəsi və 0,10 ha torpaq sahəsi onun mülkiyyətindədir. Digər 0,10 ha torpaq sahəsi isə JN-1641 saylı xx.xx.2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı xüsusi mülkiyyətindədir. 0,10 ha torpaq sahəsi şimalda, 0,12 ha torpaq sahəsi isə onun cənubunda ona bitişik yerləşir. 0,10 ha torpaq sahəsi şimaldan Cavabdeh1 məxsus torpaq sahəsi ilə, şərqdən Cavabdeh 4 və Cavabdeh2 məxsus torpaq sahələri ilə qonşudur. 0,12 ha torpaq sahəsi isə şərqdən eyni şəxslərə məxsus torpaq sahələri ilə, cənub tərəfdən isə X1 məxsus torpaq sahəsi ilə qonşudur. X3 2015-ci ildə ona qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq torpaq sahəsini zəbt etdiyini bildirmiş və torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin 0,0275 ha hissəsindən çıxarılmışdır (Qətnamədən verilmiş apellyasia və kasasiya şikayətləri müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təmin edilməmi şdir). Həmin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 0,12 ha torpaq sahəsinin 0,0275 ha hissəsinin koordinatları səhvən X1 məxsus torpaq sahəsinin üzərinə keçirilmişdir. Sonradan apardığı ölçmə işləri nəticəsində məlum olmuşdur ki, İddiaçı şimal tərəfdən qonşusu olan X2 İddiaçı dövlət aktı ilə məxsus olan 0,10 ha torpaq sahəsinin bir hissəsini tutmuş və öz torpaq sahəsinə birləşdirmişdir. Bunun nəticəsində 0,10 ha torpaq sahəsi naturada cənuba doğru - yəni İddiaçı çıxarışla məxsus olan torpaq sahəsinin üzərinə sürüşmüş, sonuncu isə X1 məxsus torpaq sahəsinin üzərinə sürüşmüş və həmin torpaq sahəsinə naturadakı vəziyyətə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ölçmə işləri zamanı eyni zamanda müəyyən olunmuşdu r ki, hər iki torpaq sahəsinin şərq sərhədləri düzgün müəyyən olunmamış, hasar iddiaçının mülkiyyətində olan torpaq sahələrinin içindən çəkilmişdir. Buna görə də onun şərq tərəfdən qonşuları olan Cavabdeh4 və Cavabdeh2 ilə torpaq sahələrinin sərhədləri yenidən müəyyən edilməli və onların istifadəsində olan iddiaçıya məxsus torpaq sahəsi onun qanuni sahibliyinə qaytarılmalıdır. Ona görə idiaçı İddiaçı hesab edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilərək həqiqi hüquqi vəziyyətə uyğunlaşdırılmalı, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0,12 ha tor paq sahəsinin və 0,10 ha torpaq sahəsinin cavabdehlər tərəfindən tutulmuş hissəsinin boşaldılması, həmin hissədə inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-840/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim S.Quliyeva) Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə dair, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilərək həqiqi hüquqi vəziyyətə uyğunlaşdırılması, iddiaçıya məxsus Abşeron rayonu, Mehdiabad qəsə bəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi və 0,10 ha torpaq sahəsinin cavabdehlər tərəfindən tutulmuş hissəsinin boşaldılması, həmin zəbt olunmuş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçının sahibliyinə qaytarılması qət edilmişdir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəllənin 158.4, 164, 165-ci maddələrinə və Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- Ş.Abasov (sərlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) xx xxxx 2020-ci il tarixli, 2(105)1099/2020 nömrəli qərardadı ilə Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsinin mülkiyyətçiyə qaytarılması və daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə qərar qəbul edərkən iddiaçının iddiadan imtina etməsinə dair ərizəsini əsas götürmüşdür. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1, 261.0.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şi kayəti verərək qərardadın ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsində işə baxılan zaman iddianın bir hissəsindən yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiadan imtina etmiş, bu barədə xx xxxx 2020-ci il tarixində ərizə vermişdir. Lakin qalan hissədə iddiadan imtina etməmişdir. Ona görə məhkəmə icraata xitam verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili X7 oğlu kassasiya şikayətini müdaf iə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tərəf mövqeyini belə izah etmişdir ki, apellyasiya icraatı zamanı ərizə yazaraq iddianın bir hissəsindən yəni, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə imtina etmişdir. Özü savadsız olduğu üçün ərizəni qohumuna yazdırmış və özü imzalayaraq məhkəməyə təqdim etmişdir. Lakin bir neçə gündən sonra onun özünü dəvət edərək ərizənin özü tərəfindən yazılmalı olduğunu ona demiş və ərizə yazdırmışlar. O, yazmış olduğu ərizənin əvvəlkinə uyğun olmasını düşünərək bildiyi yazı formasında məhkəmə işçilərinin diktəsi ilə ərizə yazaraq məhkəməyə təqdim etmişdir. İş üzrə məhkəmə qərardadını alıb vəkilinə oxutdurduqdan sonra ona məlum olmuşdur ki, iddiasından tam olaraq imtina etməsi barədə ona ərizə yazdırmışlar. İş ü zrə cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mah iyyəti üzrə baxır. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin b arışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. 418.4.9. işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Maddə

416. Kassasi ya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müv afiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Əvvəla, məhkəmələr həmin işə məhkəmə a idiyyəti qaydalarını pozmaqla baxmışlar. Beləki, iddiaçının Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilərək həqiqi hüquqi vəziyyətə uyğunlaşdırılması iddiası fiziki şəxsə qarşı yönələn iddia deyil. İddiaçı deyir ki, qanuni qüvvəsini almış başqa məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, ona ayrılmış torpağa dair Çıxarış verilərkən kordinatlar düzgün müəyyən edilməmiş, sərhədlər sürüşdürülmüşdür. Ona görə həmin sənəddə düzəliş edilməsini və sənədin həqiqi vəziyyətə gətirilməsini, yəni ona ayrılmış torpağın kordinatlarına uyğun sənəd verilməsini tələb edir. İddianın digər hissələri məhz bu tələbin təmin olunub -olunmamasından asılıdır. Hansıki, əsas tələb Daşınmaz Əmlakın Reyestrini aparan inzibati orqana qarşı yönəlmiş və tələb həmin orqanın hərəkətlərindən şikayət və onun üzərinə vəzifə qoyulması ilə bağlıdır. Belə idialara isə İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən inzibati məhkəmə icraatında baxılır (maddə 2.2.1., 2.2.2.). Ona görə iş üzrə icraata xitam verilməsi barədə qərardad ilk növbədə işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması əsası ilə (MPM 418.4.9. maddə) sözsüz ləğv edilməlidir. Bundan başqa, iş üzrə icraata xitam verilməsi institutu mülki prosesin ən vacib və ciddi hüquqi nəticələrə səbəb olan institutlarındandır. Çünki iş üzrə icraata xitam verilməklə iddiadan imtina edən şəxs eyni əsaslarla, eyni predmeti barəsində həmin şəxslərə qarşı məhkəməyə təkrar müraciət edə bilməz. İddiaçının mülki işin 2-ci cildinin 47-ci səhifəsindəki ərizəsini əsas tutan məhkəmə iddiadan imtinanı qəbul etmişdir. Həmin ərizənin məzmunundan onun hüquqi anyaşı olmayan şəxs tərəfindən yazılması aşkardır. Ərizədə qeyd olunan müraciətin hüquqi nəticələrinin ona bəlli olması barədə heç bir qeyd yoxdur. Ərizənin məzmunu ərizəçinin əsl niyyəti ilə ziddiyyət təşkil edir. İş üzrə icraata xitam verilməsinin hüquqi nəticələri iddiaçının yenidən həmin tələblə məhkəməyə müraciət etməsini istisna etdiyi halda ərizədə, iddiaçı bəzi dəqiqləşmələr apardıqdan sonra eyni iddia ilə məhkəməyə müraciət edəcəyini bildirir. Həmin ərizə ilə bağlı tərtib edilmiş məhkəmə iclas protokolunda da, iddiadan imtina barədə ərizənin hüquqi nəticələrinin iddiaçıya izah olunmasına dair qeydlər yazı lmamışdır (mülki iş 2-ci cild, səhifə 48). İşə yenidən baxılarkən həmin tələbin məhkəmə aidiyyəti ilə bağlı bir daha dəyərləndirmə aparılmalı və bundan sonra iddiaçının irəli sürülmüş tələblə bağlı əsl niyyəti aydınlaşdırılaraq qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1099/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar