Məhkəmə qərarları › İş №2(102)-179/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-179/2022

17.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-179/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrlərin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının, hüquqi xidmət xərcinin və dövlət rüsumunun ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı İddiaçı və nümayəndəsi Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 və vəkili Məmmədov Nazim Vasif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)-5687/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İş üzrə qəbul edilmiş məhkəmə aktları İddiaçı ilə cavabdeh Atasığorta” ASC arasında 18 may 2017-ci il tarixli 42 saylı bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının direktoru vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin 30 dekabr 2020-ci il tarixli AS-K-20/236 saylı "Filial və nümayəndəliklərin fəaliyyətinin yoxlanılması ilə bağlı" Əmri ilə 06 yanvar 2021-ci il tarixdə Sumqayıt filialının əməkdaşlarının əmək müqavilələrinin şərtlərinə əməl etmə vəziyyətinin, həmçinin filiala təhkim edilmiş inventarların mövcudluğunun və sazlığının yoxlanılmasının həyata keçirilməsi nəzərdə tutulmuşdur. 06 yanvar 2021-ci il tarixdə Atasığorta” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında yoxlama həyata keçirilmiş, yoxlama zamanı saat 09:30-da iş günü olmasına baxmayaraq filialın giriş qapısının bağlı olduğu, filial direktorunun və filialın digər əməkdaşlarının Cəmiyyətin hər hansı səlahiyyətli şəxsinə məlumat vermədən və hər hansı üzrlü səbəb olmadan işə gəlmədiyi, filial direktoru İddiaçı sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 14 dekabr 2020-18 yanvar 2021ci il tarixləri arasında ona aid məlumatlar icaze.e-gov.az portalına daxil edildiyi, yəni işə gəlməli olduğu halda heç bir üzürlü səbəb olmadan yoxlamanın keçirildiyi 06 yanvar 2021-ci il tarixd ə iş vaxtı ərzində iş yerinə gəlməməsi müəyyən edilmişdir. Cavabdehin 08 yanvar 2021-ci il tarixli AS-k-21/08 saylı Əmri ilə iddiaçı ilə bağlanmış 18.05.2017-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndində sadalanan hallara istinadən bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndinə əsasən 08 yanvar 2021-ci il tarixdə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08.01.2021-ci il tarixli Əmri ləğv edilərək İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında direktor vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının, 300 manat hüquqi xidmət xərcinin və 30 manat dövlət rüsumunun cavabdeh"xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 18 may 2017-ci ildə əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçı 18 may 2017-ci il tarixindən cavabdehin Sumqayıt fılialının direktoru vəzifəsinə təyin olunmuşdur. Həmin tarixdən 08.01.2021-ci il tarixinə qədər 4 il həmin vəzifədə çalışmışdır. 08.01.2021-ci il tarixində, əmək müqaviləsinə cavabdehin əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən qanuna zidd olaraq xitam verilmişdir. Həmin əmrin surətini və əmək kitabçasını dəfələrlə tələb etsə də, hələ də ona təhvil verilməmişdir. İddiaçı bu günə qədər əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirmiş, bir dəfə də olsun intizam tənbehi almamış, əksinə dəfə lərlə həvəsləndirici təriflər, təşəkkürnamələr almışdır. Yəni əmək funksiyasını pozmadığı halda cavabdeh Əmək Məcəlləsinin tələblərini pozaraq qanunsuz olaraq iddiaçı, Əmək Məcəlləsinin 70/ç maddəsi ilə işdən azad etmiş, əmək kitabçasını ləkələmişdir. İddiaçı evlidir, 3 az yaşlı övladı var. Başqa heç bir qazanc yeri yoxdur. Övladlarından biri, 02.11.2008-ci il təvəllüdlü Abuşova Zərəndam Gürşad qızı sağlamlıq imkanları məhdud uşaqdır. Yəni öhdəsində (himayəsində) sağlamlıq imkanları məhdud olan azyaşlı ailə üzvü var. Əmək Məcəlləmizin 79-cu maddəsinin 1-ci bəndinə görə, “İşəgötürən tərəfindən, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil aib üzvü olan işçilərin bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır”. Görü ndüyü kimi işəgötürənin 08.01.2021-ci il tarixli Əmri, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbinə açıq aydın bir şəkildə ziddir. İddiaçı bu pozuntu səbəbilə işəgötürənə 25.01.2021ci il tarixində Ərizə ilə müraciət edərək xahiş etmişdir ki, 08.01.2021-ci il tarixli Əmr, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbini pozduğu üçün həmin Əmrə yenidən baxılaraq iddiaçının işə bərpa edilməsi haqqında qərar qəbul edilsin. Lakin İşəgötürən bu barədə heç bir müsbət addım atmamışdır. Bundan başqa 08.01.2021-ci il tarixli Əmr, izahatı alınmadan verilmişdir ki, bu da mühüm Qanun pozuntusudur. Cavabdehin iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən işdən azad olunması barədəki 08.01.2021-ci il tarixli Əmri, tamamilə qanuna ziddir. Cavabdehin nümayəndəsi i ddiaya etiraz edərək, göstərmişdir ki, iddiaçının himayəsində sağlamlıq imkanları məhdud uşağın olmasını iddiaçı rəsmi qaydada işəgötürənə bildirməmiş, yalnız işdən azad olunma barədə əmr verildikdən sonra bildirmişdir. Həmçinin tərəflərindən müvafiq yoxlama aparılmış, 07 yanvar 2021-ci il tarixdə barəsində müvafiq akt tərtib edilmişdir. Onunla dəfərlərlə telefon əlaqəsi saxlanılmış, iş yerinə canlı müşahidəçi gedərək video görüntü əldə etməklə gün ərzində ümumiyyətlə iş yerində olmadığı müəyyən edilmişdir. Odur ki, cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 2(006)-2284/2021 nömrəli 12 mart 2021-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş 06 yanvar 2021-ci il tarixli aktda qeyd olunanları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, eyni zamanda iddia ərizəsində aktda göstərilənlərin əksi əsaslandırılmamış, əksinə cavabdeh tərəfindən iddiaçının işdən azad olunmasına dair əmrin verilməsinə əsas olan bütün subutlar məhkəməyə təqdim edilmiş, həmin sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının 06 yanvar 2021-ci il tarixdə iş günü olmasına baxmayaraq, iş gününün sonuna qədər işə gəlməmiş, hətta bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb olmadan imtina etmiş, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bununla da iddiaçı tərəfindən əmək vəzifələri kobud şəkildə pozulmuşdur. Eyni zamanda, məhkəmə iddiaçının övladının sağlamlıq imkanl arının məhdud olması ilə bağlı gətirdiyi dəlilini məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən əsassız hesab etmişdir. Belə ki, məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən onun övladının sağlamlıq imkanlarının məhdud olması barədə cavabdehə məlumat verilməməsi, cavabdehin bu haldan məlumatının olmaması müəyyən edilmişdir. Habelə, iddiaçı tərəfindən həmin məlumatın cavabdehə verilməsi barədə də hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmık Məcəlləsinin 70, 72 və MPM-nin 14.2, 76.1, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətna mə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Fuad Talışinski sədrlik edən və məruzəçi, Rafael Eyvazov və Şərafət Məmmədova) 21 iyun 2021-ci il tarixli 2(103)5687/2021 nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2284/2021 nömrəli saylı işi üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh "xxxx" ASCyə qarşı iddianın təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08 yanvar 2021-ci il tarixli AS-k-21/08 saylı Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmrin ləğv edilməsi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında dir ektor vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, 300 (üç yüz) manat hüquqi xidmət xərci cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7, 11, 68, 70-ci maddəsinin “ç” bəndi, 71, 72 maddəsinin “a” bəndi, 76, 79, 80, 83, 84, 89, 182-184, 186-190; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tə rəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Belə ki, işdən azad edilməsi barədə əmrin verilməsinə əsas olan halları cavabdeh sübuta yetirməli və bu zaman işçinin işə gəlməməsi səbəblərinin araşdırılması, ondan izahatın alınması və bütün iş günü işdə olmamasının səbəblərinin müəyyən edilməsi işəgötürənin vəzifəsidir. Əmək qanunvericiliyinə görə: “İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etm əsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.” Bu vəzifələrin yerinə yetirilməsinə rəğmən iddiaçının bir gün 06.01.2021-ci il tarixdə tam iş günü olmaması barədə 07.01.2021-ci il tarixdə tərtib edilmiş yeganə sübutu mövcuddur ki, aktın məzmunundan da iş yerinin tam iş günü müşahidə edilməsi və aktın növbəti gün tərtib edilməsi, onun tərtib edilmə şəraiti, vəziyyəti və zamanı baxımından mötəbərliyi müəyyən edilmir. Bundan əlavə, şəxsin bir gün - yəni 07.01.2021-ci il tarixdə işdə omamasının rəhbərliyə məlum olduğu zaman ertəsi gün onun işdən azad edilməsi barədə əmrin im zalanması, əmək mübahisəsinin səbəblərinin başqa mətləblər zəminində baş verdiyinə işarə edir (bu səbəblər qismən – planın yerinə yetirilməməsi ilə izah edilsə də əmrin verilməsi bu əsasla verilmədiyindən məhkəmə icraatında müzakirə edilmir). Bundan əlavə, həmkarlar ittifaqının mövcudluğu barədə məlumatların verilməməsi və ya şəxsin bu təşkilatda üzv olmaması cavabdeh tərəfindən şübhələrdən kənar sübutetmə yükünə əsasən iddiaçının xeyrinə təfsir edilməlidir. İddiaçının öhdəliyində 18 yaşına çatmamış sağlamlıq imkanları məhdud uşağı olduğundan (iş səh.16-17) bundan xəbərdar olmaması barədə cavabdehin dəlillərini də kollegiya əsassız hesab edir. Belə ki, şəxsin əmək müqaviləsinə xitam verilməmişdən öncə işəgötürən tərəfindən araşdırmanın aparılmaması bu yolverilməz halın mövcudluğuna rəvac v ermişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, işəgötürən əmək qanunvericiliyinin tələblərinə riayət etmədiy indən və əsassız əmr verdiyindən, apellyasiya şikayəti və iddia tələbi təmin edilməli, müqavilə üzrə (iş səh.85) 300 manat hüquqi xidmət xərci də cavavbdehdən iddiaçının xeyrinə tutulmalı, nəzərədə tutulmadığından dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərci ödəyən şəxslərin özlərinə aid edilməlidir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli 2(103)-5687/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh kassasiya şikayətini onula əsaslandırmışdır ki, "xxxx" ASC-nin İdarə Heyəti sədrinin 30 dekabr 2020-ci il tarixli. AS-K-20/236 saylı Əmrinə əsasən yara dılmış komissiya tərəfindən 06 yanvar 2021 -ci il tarixdə “SUMQAYİT" filialında əməkdaşların əmək müqavilələrinin şərtlərinə əməl etmə vəziyyəti, həmçinin filiala təhkim edilmiş inventarların mövcudluğunun və sazlığının yoxlanılması üçün filialın yerləşdiyi ofisə gedilmişdir. Komissiya üzvləri tərəfindən Cəmiyyətin “Sumqayıt" filialına (ünvan: ünvan 2lialın giriş qapısının bağlı olduğu, filial direktorunun və filialın digər əməkdaşlarının Cəmiyyətin hər hansı səlahiyyətli şəxsinə məlumat vermədən və hər hansı üzrlü səbəb olmadan işə gəlmədiyi müəyyən edilmişdir. Filial direktoru İddiaçı və filialın aparıcı sığorta əməliyyatçısı X1 karantin rejiminin tətbiq olunduğu 14 dekabr 2020-18 yanvar 2021 -ci il tarixləri arasında onlara aid məlumatlar icaze.e-gov.az portalına daxil edildiyi (icaze.e -gov.az portalından çıxarışlar akta əlavə edilir), yəni işə gəlməli olduqları halda heç bir üzrlü səbəb olmadan yoxlamanın keçirildiyi 06 yanvar 2021 -ci il tarixdə iş vaxtı ərzində iş yerinə gəlməmişdir. Filialın direktoru İddiaçıla istifadəsində olan +994 50 *** ** ** və +994 50 *** ** ** mobil nömrələrlə aşağıda qeyd edilən mobil nömrələrdən göstərilən vaxtlarda və müddətdə telefon vasitəsilə əlaqə saxlanılaraq filialın iş vaxtı olduğundan özünün və filialın aparıcı sığorta əməliyyatçısı X2 iş yerinə gəlməsi, həm İddiaçı, həm də S.Ağabalayevanın əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi bildirilsə də o, bundan hər hansı üzrlü səbəb olmadan imtina edərək boyun qaçırmış, işə gəlməyəcəyini bildirmiş və iş vaxtının sonuna (06 yanvar 2021 -ci il, saat 18:00 ) qədər nə özü nə də S.Ağabalayeva iş yerinə gəlməmişdir. Bildirmək istəyirik ki, tərəfimizdən 30.11.2020-ci il tarixli, AS-20/1450 saylı məktubla (yazılı məlumatla) İddiaçı AR Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdiriləcəyi barədə xəbərdar edilməsinə baxmayaraq sonuncu əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı razı olub-olmaması barədə Cəmiyyətimizə heç bir məlumat verməmişdir. AR Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o başqa vəzifəyə keçirilməli, bu mümkün olmad ıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin Məcəllənin 77.7-ci maddəsində “Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir” qeyd olunmuşdur. Buna görə də, iddiaçı işə bərpa ediləcəyi təqdirdə Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən onun əmək müqaviləsində dəyişiklik olunaraq, əmək haqqı 588 manat olacaq və ya həmin Məcəllənin 77.7-ci maddəsinə əsasən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödənilərək əmək müqaviləsinə xitam veriləcəkdir. İddiaçı yazılı etirazla məhkəməyə müraciət edərək k assasiya şikayətinin əsassız olduğu üçün rədd edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8754/2019 nömrəli 21 iyun 2021-ci il tarixli qətnaməsinin qanuni və əsaslı olduğundan qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 və vəkili Məmmədov Nazim Vasif oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı və nümayəndəsi vəkili Vəkil kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70 (ç bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirm ədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72 (a bəndi). özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olun maqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 71 ( 1-ci hissə). Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 71(3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 186 (2 hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili in tizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 186(3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 187(1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl i şəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla ape lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlillər mə hkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5687/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar