Məhkəmə qərarları › İş №2(102)-179/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-179/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-179/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc münasibətlərinin yaranması, maddi hüquq normasının pozulması, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(104)1079/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan R espublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaya görə tərəflər arasında borc münasibətləri yaranmışdır.

2. Hazırki iddiadan əvvəl İddiaçı Gəncə şəhəri Kəpəz RPİ-yə şikayət edərək, 2019-cu ilin may ayından iyun ayınadək olan dövrdə Cavabdeh1 ondan 10000 ABŞ dolları və 11400 manat borc pul alaraq qaytarmadığını göstərmişdir.

3. Həmin şikayət əsasında Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin Təhqiqat bölməsində 15 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə istinad edilməklə cinayət işinin başlanması rədd edilmişdir. Qərara əsasən, Cavabdeh1 polis orqanına verdiyi izahatında göstərmişdir ki, o, 2019-cu ilin may ayında qızı Cavabdeh2 ilə birlikdə İddiaçı yaşadığı evə gedərək al ver etməsi üçün ondan 5000 ABŞ dolları borc pul istəmiş, sonuncu da, qonşusu Həbibədən 5000 ABŞ dolları alıb ona vermişdir. O dilindən kağız yazıb borclu olduğunu bildirmişdir. Sonra isə qızları Alidə və Aidə ilə birlikdə Gəncə Asan Xidmət mərkəzində özünə məxsus Gəncə şəhəri Xəqani küçəsində yerləşən evinin sənədini Həbibəyə girov vermişdir. O, hər ay Həbibəyə Zərifənin vasitəsi ilə 5000 ABŞ dolların, yəni 8500 manat pulun sələmini, hər ay 675 manat pul vermişdir. Sonra 2019-cu ilin iyun ayında yenidən Zərifənin yaşadığı evə gedərək, qızı Aidəni süni mayalandırma etdirəcəyini deyib ondan 5000 manat borc pul istəmiş, sonuncu da ona 5000 manat borc pul vermişdir. Zərifə də ona həmin pulları sələm borcu kimi vermişdir. Sonra o, İrana getmişdir. Lakin, İran İslam Respublikasından qayıdan zama n malları İran İslam Respublikasında gömrükdə qalmış və malları ölkəyə gətirə bilməmişdir. Bu barədə o, Zərifəyə məlumat vermişdir. O, borcunu geri qaytarmaqda çətinlik çəkmişdir. Bundan sonra o, 2019-cu ilin iyul ayında yenidən Zərifənin yaşadığı evə qızı Alidə ilə gedərək ondan 2000 manat borc pul istəyərək mal almağa pulunun çatmadığını demişdir. Zərifə də yaşadığı evdə ona 2000 manat borc pul vermişdir. O, Zərifəyə olan borcundan bir neçə aydan sonra 2000 manat geri qaytarmışdır. 2019-cu ilin dekabr ayında o, İrana getmiş, lakin, İran İslam Respublikasında general Qasım Süleymaninin ölümü ilə bağlı yollar bağlı olduğu üçün bir müddət ölkəyə gələ bilməmiş və Azərbaycana mallarını gətirə bilməmişdir. Onun İddiaçı ümumilikdə 5000 manat pul borcu var. Onun Zərifənin qonşusu Həbibəyə isə 50 00 ABŞ dolları borcu var. O, Zərifədən 36000 manat borc pul almamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10000 ABŞ dolları və 17400 manat pulun və 193 manat dövlət rüsumunun alınaraq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia belə əsaslandırılmişdır ki, Cavabdeh1 iddiaçının qohumudur. Cavabdeh müxtəlif xarici ölkələrdən müxtəlif təyinatlı malları Azərbaycana gətirib onların satışı ilə məşğul olurdu. Cavabdeh1 2019-cu ilin may ayında digər cavabdeh olan Cavabdeh2 ilə birlikdə onun yaşadığı evə gələrək ondan 10000 ABŞ dolları borc pul istəyərək, ona da alver edən zaman əlavə q azanc verəcəyini demişdir. O isə buna inanıb qonşusu Həbibdən 10000 ABŞ dolları alıb cavabdehə vermişdir. Cavabdeh1 qızı ilə birlikdə ünvan 1 ünvanında yerləşən evinin sənədini girov qoymuşdur. 2019-cu ilin iyun ayında Almaz onun evinə gələrək, qızı Aidənin süni mayalanma etdirəcəyini bildirib ondan 6000 manat pul istəmiş, o da həmin pulu vermişdir. Almaz bir müddət sonra malların İran İslam Respublikasının gömrüyündə qalmasını və malların gətirə bilməməsini bildirmişdir. Bundan sonra Cavabdeh1 2019-cu ilin iyul ayında iddiaçının yanına gələrək ondan 5000 manat borc istəyərək, mal almağa pulunun çatmamasını bildirmiş və o, 5000 manatı borc olaraq vermişdir. Təxminən bir necə gün sonra Cavabdeh1 yenə də qızı ilə birlikdə gəlib 5500 manat pul istəmiş, iddiaçı isə 4400 manat vermişdir. Təxm inən 5-6 gün sonra Cavabdeh1 yenə gəlib 2000 manat pul istəmiş, o isə həmin pulu vermişdir. Almaz həmin pulları istəyərkən, pulların malı Azərbaycana keçirmək üçün lazım olduğunu bildirmiş, o isə məcbur olub pulları batmasın deyə istədiyi məbləğləri ona vermişdir. Bundan sonra Almaz həmin ilin dekabr ayında İran İslam Respublikasına getmiş və onunla əlaqə saxlayanda generalın ölümü ilə bağlı yolların bağlanmasını bildirib ölkəyə gələ bilmədiyini demişdir. Bundan sonra dəfələrlə pulunu istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Beləliklə cavabdehlərin ona 10000 ABŞ dolları və 17400 manat borcu yaranmışıdır. Cavabdeh borcunu Kəpəz rayon Polis Şöbəsində etiraf etmişdir. Həmçinin, iddiaçı əvvəllər də məhkəməyə müraciət etmiş, işə Gəncə şəhəri Kəpəz Ra yon Məhkəməsində baxılan zaman Cavabdeh1 ərizə yazaraq, barışıq əldə edilməsini və borcu olmasını etiraf etmişdir. Lakin, cavabdeh sonradan pulu ödəməkdən boyun qaçırmışdır.

6. Gəncə şəhər Məhkəməsinin (hakim C.T.Tağıyev) 23 yanvar 2023-ci il tarixli, e2(125)-418/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9420 manat və 10000 ABŞ dollarının ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pulun və dövlət rüsumunun əvəzi olaraq 169,26 manatın alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə 10000 ABŞ dolları və 17400 manat borc pul verdiyini iddia etsə də, həmin məbləğdə ca vabdehə borc verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin 10000 ABŞ dolları, 5000 manat və 4420 manat borcu olmasını etiraf etməsi həmin borcun ödənilməsi ilə bağlı iddiaçı razılaşmış və bununla bağlı mülki işin baxılmamış saxlanması xahiş olunmuşdur.

8. İddia tələbinin Cavabdeh2 münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin polis idarəsində verdiyi izahatında pulu qızı Alidə ilə birlikdə aldığını göstərmiş və Cavabdeh2 telefon danışığında iddiaçıya borcu olduğunu etiraf etməsi müəyyən olunmuşdur. İddiaçı polis şöbəsinə yalnız cavabdehlərdən Cavabdeh1 şikayət etməsini onunla izah etmişdir ki, qohum olduqları üçün Alidəni polisə vermək istəməmiş və yalnız Almaza polis vasitəsi ilə təsir etməklə pulunu qaytaracağına güman etmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 448.2, 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 23 yanvar 2023-ci il tarixli, e-2(125)-418/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) 24 may 2023-cü il tarixli, 2(104)-1079/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(125)-418/2023 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdiril mədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsinin bağlandığı müəyyən edilmişdir. Mülki qanunvericiliyin müqavilələrlə bağlı ümumi vahid sistemi həm də borc müqaviləsi ilə bağlı Mülki Məcəllənin 37-ci fəslində nəzərdə tutulan xüsusi müddəaları açıq və tərəddüdsüz şəkildə göstərir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Borc verən İddiaçı götürdüyü öhdəlikləri tam icra edərək, ümumilikdə 10000 ABŞ dolları və 9420 manatı borc alanlar Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə vermiş, lakin borc alanlar aldıqları pulu borc verənə qaytarmamışlar və öhdəliklərini icr a etməmişlər. Nəticə etibarı ilə Cavabdeh1 borclandırıcı əqdlərinin tələbləri üzrə öhdəliklərini icra etməmişdir. Borclandırıcı əqd demək onu bağlayan şəxs üçün öhdəlik əmələ gətirən əqd deməkdir. Halbuki, tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə və öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Belə olan halda iddiaçı haqlı olaraq hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

13. Cavabdeh1 birinci instansiya məhkəməsinin icraatı zamanı, eləcə də apellyasiya şikayətində borcdan ödəniş etdiyini qeyd etsə də, sonuncu buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, borcun ödənilməsini sübut etmək yükü məhz cavabde h tərəfin üzərinə düşür.

14. Həmçinin, Cavabdeh1 borcu Həbibə adlı şəxsdən almasını apellyasiya şikayətində qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 özü həm birinci instansiya məhkəməsinin icraatı zamanı, həm də işə əlavə olunmuş materiallarda borcu məhz İddiaçı aldığını bildirmişdir.

15. Eləcə də, apellyasiya şikayətinin dəlili kimi, Cavabdeh2 İddiaçı borc almamasını və ümumiyyətlə onu heç bir öhdəliyi olmamasını qeyd edilmişdir. Buna münasibətdə məhkəmə qeyd etmişdir ki, baxmayaraq ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə borc müştərək qaydada tutulmuşdur, apellyasiya şikayətini yalnız Cavabdeh1 vermişdir. Belə olan halda, nə qədər ki, birinci instansiya məhkəməsinin qətnaməsini digər Cavabdeh2 mübahisələn dirməmiş, ona aid hissədə apellyasiya qaydasında yoxlanılması istisna olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(104)-1079/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 14.1, 14.2, 234.1, 386.1, 389, 740.2-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 9.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı pulu borc kimi deyil, iddia ərizəsində qeyd etdiyi qazanc götürmək məqsədi ilə vermişdir. İddiaçının pulu cavabdehə v erməkdə məqsədi iş qurmaq, qazanc əldə etmək və yaxud faizə pul vermək olmuşdur. Məbləğ yüksək olduğu üçün tərəflər arasında müqavilə olmalıdır. Lakin iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən pulun borc olmasını təsdiq edəcək sübutları məhkəmələrə təqdim edilməmişdir.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq e dilən hüquq:

22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1-cu maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyasına) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 25. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxla nılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barəd ə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüqu q münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlar da verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

28. Belə ki, iddiaçı 2019-cu ilin may ayından başlayaraq, bir neçə dəfəyə Cavabdeh1 ümumilikdə 10000 ABŞ dolları və 17400 manat məbləğində vəsaiti borc verməsini, lakin sonuncunun həmin vəsaiti qaytarmamasını iddia etmişdir.

29. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Cavabdeh1 təhqiqat orqanına verdiyi izahatını, habelə tərəflər arasında eyni predmeti üzrə əvvəllər olmuş mübahisə zamanı cavabdehin etirafını nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

30. Bu zaman, hər iki məhkəmə iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 739.1ci maddəsinə istinad etmişlər.

31. Lakin, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 740.2-ci maddəsinin məcburi göstərişinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

32. İddiaçı isə tərəflər arasında yazılı borc müqaviləsinin bağlanıldığını təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

33. İş materiallarına (i.v. 11) Cavabdeh1 Zülfüqar qızının əlyazma qəbzinin surəti əlavə olunmuşdur ki, həmin qəbzin hazırki iddiaya aidiyyəti məhkəmələr tərəfindən araşdırılmamışdır. Belə ki, qəbzdə cavabdehin borc kimi aldığı məbləğ 10200 manat göstərilmişdir ki, iddiaçı tələbində belə məbləğdə vəsaiti cavabdehə verməsini iddia etməmişdir. Həmçinin həmin qəbzin yazılma tarixi 12 yanvar 2019-cu il göstərilməklə, tərəflər arasında hazırda mübahisələndirilən hüquq münasibətləri yarandığı tarixdən (2019-cu ilin may ayı) əvvələ təsadüf edir.

34. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində cavabdehin ondan pul vəsaitlərini müxtəlif məqsədlərlə (qızının müalicəsi, xaricdən satış üçün mal gətirilməsi) aldığını qeyd etmişdir. O cümlədən, iddia ərizəsinə əsasən iddiaçı cavabdehə ilk 10000 ABŞ dollarını verərkən, sonuncunun “alver edib” ona “əlavə qazanc” verəcəyinə inanmışdır.

35. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin pul vəsaitinə münasibətdə tərəflərin həqiqi hüquqi münasibətlərini, müvafiq olaraq cavabdehin həmin vəsaiti qaytarmadığı halda bunun səbəblərini araşdırmamış və bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranıb-yaranmamasına hüquqi qiymət verməmişdir.

36. Beləliklə, müəyyən olunur ki, iddianın qismən təmin edilməsini qanuni hesab edən apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı hüquq münasibətlərini tam müəyyən etmədən, Mülki Məcəllənin 739-cu maddəsinə istinad etmişdir ki, bununla tətbiq etməli olmadığı maddi hüquq normasını tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçı qarşısında Mülk i Məcəllənin 386.1-ci maddəsi ilə nəzərdə tutulan başqa əsaslarla, o cümlədən əsassız varlamaya görə öhdəliyinin yaranmasını araşdırmamış və buna hüquqi qiymət verməmişdir. Bununla da, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələrinin tələbləri pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

37. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

39. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

40. Odur ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyindən qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

41. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4 və 372-ci maddə lərinin tələbləri baxımından hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(104)-1079/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar