Məhkəmə qərarları › İş №2(102)-1790/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1790/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1790/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun qaytarılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu, Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 2(103)5927/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyət i üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq müəyyən etmişlər ki, iddiaçılar ər-arvad, İddiaçı1 ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bacıqardaşdırlar.

2. Tərəflər arasında borca pul verilməsi ilə bağlı mübahisə yaranmış və iddiaçılar aşağıdakı iddia tələblərini irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 29500 manat və 6500 ABŞ dolları məbləğində borc pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 2950 manat və 650 ABŞ dolları pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia belə əsaslandırılmışdır ki, hazırkı iddia tələbinə dair borc məbləği onların nikah dövründə əldə etdikləri əmlak olduğu üçün hər ikisinin a dından iddia qaldırılması zərurəti yaranmışdır. Cavabdeh1 iddiaçıların qohumudur və 2019-cu ildə müxtəlif vaxtlarda iddiaçılardan 40000 manat məbləğindən artıq borc pul almışdır. Lakin hal-hazıra qədər həmin borc pul cavabdeh tərəfindən geri qaytarılmamışdır. Bununla bağlı Xətai rayon Polis İdarəsində araşdırılma aparılmışdır. Cavabdeh1 onlara 29500 manat və 6500 ABŞ dolları məbləğində borcu var. Bundan əlavə, korona.pay.com saytından göndərilmiş bildirişlərdən görünür ki, İddiaçı1 məxsus Sberbank kartından Turala 3200 manat pul göndərilib. Mübahisəli borc məbləği cavabdehlər, yəni Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə götürülmüş və onlar iddiaçılar qarşısında birgə borcludurlar. Bu barədə Gülnarın səs yazısı vardır və həmin səs yazısında borclu olduqlarını etiraf etmişlər. Həmçinin T uralın da bu məzmunda səs yazıları mövcuddur.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(003)2297/2021 qətnaməsi ilə (hakim: Sabit Bəhrəmzadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 29000 manat, Cavabdeh2ə Elburus qızından 6500 ABŞ dolları (ödəniş günü qüvvədə olan manat məzənnəsi ilə) tutularaq iddiaçılara ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında 2019-cu ildə şifahi qaydada bağlanmış tələb edilən məbləğlərin borc kimi verilməsinə dair müqavilələr qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə işin araşdırılmış halları ilə müyyən olunur ki, həmin pul məbləği iddiaçılar tərəfindən cavabdehlərə verilmişdir və bu halda cavabde hlərin hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçıların əmlakı hesabına varlanmışlar.

7. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında 29500 ABŞ dolları və 6500 ABŞ dolları pulun cavabdehlərə verilməsinə dair yazılı müqavilə olmasa da, iş materiallarında olan sübutlar, cavabdehlərin şifahi izahatları, eləcə də tərəflər arasında aparılmış “Whatsapp” danışıqları ilə həmin məbləğlərin sonunculara verilməsini təsdiq edilir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdehlər əsassız varlanmış şəxs kimi iddiaçıların tələbi ilə həmin pul məbləğini onlara qaytarmalıdırlar. Eyni zamanda həmin məbləğlər iddiaçıların birgə nikahı dövründə əldə edilmiş birgə vəsait kimi ailə büdcəsindən verildiy indən birgə iddiaçılar kimi cavabdehlərdən tələb etmələri də qanunvericiliyin tələblərinə uyğundur.

8. İddia tələbinin öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 2950 manat və 650 ABŞ dolları pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia təmin edilməməlidir.

9. Məhkəmə gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 442, 740.1, 740.2, 337.1, 386.1, 449, 1091, AR Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 95.1, 95.2, 77.1, 14.2-ci maddələrinə və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına is tinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Qətnamədən İddiaçı2 və cavabdehlər tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişdir.

11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/13834/1389 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh1 məxsusdur.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5927/2022 nömrəli iş üzrə 28 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayətləri təmin edilm əmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Mövqeyini əsaslandırarkən ekspert rəyinə istinad edən məhkəmə kollegiyası qeyd etmişdir ki ekspert rəyi ilə səs yazısının Cavabdeh1 məxsus olduğu müəyyən edilmişdir.

14. Belə ki, səs yazılarından cavabdehlərin iddiaçılara borcunun olması müəyyən edilir. Borcun verilməsinə dair tərəflər arasında hər hansı yazılı müqavilə mövcud olmamış, şifahi danışıqlar olmuşdur. Beləliklə, pul məbləği iddiaçılar tərəfindən cavabdehlərə verilmişdir və bu halda cavabdehlər hüquqi əsas olmadan iddiaçıların əmlakı hesabına əsassız varlanmışlar.

15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 337.5, 385.1, 442, 448.1, 739.1, 740, 1091.1, 1091.2-ci, AR Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh2 kasasiya şikayəti verərək (Vəkil1), apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qərar qəəbul edilməsini xahiş etmişdir.

17. Kassator şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar ilə onun arasında hər hansı yazılı müqavilə olmamışdır.Əgər müqavilə yoxdursa onda hər hansı bir öhdəlik və ya vəzifə əmələ gələ bilməz. İddiaçılar Rusiya Federasiyasında yaşadıqlarına görə onlardan İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən evinin təmir edilməsinə, o cümlədən təmirlə bağlı materiallar alınmasına, usta xərcinə görə ona tə xminən 4500 ABŞ dolları pul göndərmiş və həmin pul iddiaçıların evinin təmirinə dair materiallara və evinə lazım olan əşyaların alınmasına xərclənmişdir. İş materialında olan səs yazısına dair audiodiskdə İddiaçı1 evin təmir edilməsinə görə cavabdehə yaxşı usta tapmaq və materiallar almaq barədə tapşırıqlar verdiyi öz əksini tapmışdır. Lakin işə baxan məhkəmə kollegiyası həmin səs yazısına qiymət verməmişdir.

18. Kassator hesab etmişdir ki, məhkəmə kollegiyası AR Mülki Məcəlləsinin 739.1,740,1,740.2-ci maddələrini iş üzrə düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə kollegiyası iddiaçılar ilə onun arasında olan mübahisəni borc müqaviləsi kimi qeyd etmişdir ki, iş materialında tərəflər arasında borcla bağlı hər hansı bir rəsmi sənəd yoxdur.

19. Kassator əlavə etmişdir ki, məhkəmə kollegiyası tərəfindən AR Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələri də iş üzrə düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddi hüquq normalarının dispozisiyasında əqdin etibarsız hesab edilməsi və hüquqi nəticələri ilə bağlı qeyd olunmişdir ki, iş materiallarından tərəflər arasında isə hər hansı bir əqd olmadığı görünür.

20. Kassator hesab etmişdir ki, işə baxan məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” № 02/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadında göstərilmiş tövsiyyələrə əməl edilməmişdir. Həmin qərardaddakı mövqeyə görə, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmamasıı müəyyən edilməlidir. Lakin işə baxmış məhkəmə kollegiyası Ali Məhkəmə nin həmin qərardadındakı tövsiyələrə əməl etməmiş, tərəflər arasında heç bir əqd olmadığı halda iddiaçıların xeyrinə pul tutmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı2 tərəfindən məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Etirazda kassasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

24. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhd əsinə götürür.

26. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

27. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

30. Maddə 1092.1. Varlanmış şəxs əldə et diklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işdəki sübutları araşdıraraq bu qənaətə gəlmişlər ki, Cavabdeh2 iddiaçı qarşısında 6.500 ABŞ dolları icra edilməmiş öhdəliyi vardır. Buna görə də, iddiaçı, həmin məbləğdə pulu əsassız varlanma qaydaları çərçivəsində Cavabdeh2 geri tələb etməkdə haqlıdır.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaət ə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Belə ki, kassasiya baxışının predmeti olan hissədə məhkəmələrin gəldikləri qənaət yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğundur (§ 22-34).

42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 2(103)5927/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar