Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1791/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(103)6886/2019 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.N.Novruzova, iş № 2(005)-70/2019) İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşı mənzildən çıxarıl ma tələbinə dair iddiası təmin edilərək cavabdehlərin İddiaçı məxsus N saylı evin 30 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N saylı evin 30 saylı mənzili xx xxxxxx 1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmin mənzil iddiaçı tərəfindən müvəqqəti istifadə edilməsi üçün uzaq qohumluq münasibətində olduğu X2 və qeyrilərinə verilmiş, lakin onlar mənzili könüllü boşaltmaqdan boyun qaçırdıqları üçün mülkiyyətçi İddiaçı 2016-cı ildə cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Lakin cavabdehlərin mənzildən istifadə hüququna malik olmamalarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin qətnamə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. 2017-ci ilin dekabr ayında İddiaçı cavabdehlərin mənzildən çıxarılmaları barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh4 kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas g östərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalı dır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mənzildən çıxarılmasını əsaslı hesab edərkən onun mənzildən istifadə hüququna malik olmamasına və bunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmasına əsaslanmış və bu zaman qanuni əsas kimi Mülki Məcəllənin 152 və Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 152-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (152.1) Mülkiyyə tçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (152.5) Mübahisəli mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan, cavabdeh isə heç bir hüquqi əsas olmadan mənzildə yaşadığından, kollegiya hesab edir ki, iddianın təmin edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, cavabdeh mübahisəli mənzildən istifadə etmək hüququna malik olmayan şəxsdir. İşin yuxarıda göstərilən hallarına əsasən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxx 2019cu il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1791/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1791/2020
18.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver