Məhkəmə qərarları › İş №2(102)-1791/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1791/2023

12.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1791/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı QƏRARİ (Açar sözlər: vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi faktını müəyyən edilməsi, icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, X15 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmla ka qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-264/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. JN seriyalı 079F saylı, 40812048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 sayı qərarı ilə Göyçay rayonu Kürd kəndi ərazisində yerləşən 0,42 ha torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir.

2. Potu kənd Ərazi Nümayəndəliyinin 22 yanvar 2020-ci il tarixli 30 saylı arayışa əsasən, X17 xx.xx.2011-ci il tarixədək Göyçay rayonu Kürd kəndində 1335 saylı təsərrüfatda pasp ort qeydiyyatında olmuş və yaşamışdır.

3. X18 Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 06 aprel 2022-ci il tarixli ərizəyə əsasən, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X7 ölümündən sonra miras qalmış əmlaklardan ona çatası hissəsini qəbul etmir, etməmişdir, qəbul etmək niyyətində deyil. Gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacaq.

4. Milli Arxiv İdarəsinin X25 filialının 11 aprel 2022-ci il tarixli 132 saylı arxiv arayışına əsasən, Göyçay rayon İHB-nin Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Şəhadət kəndinə aid 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabında ailə başçısı X19 olmaqla onun təsərrüfatında X7 adı yoxdur.

5. Göyçay rayon İHB-nin Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Kürd kəndinə aid 1991-1995-ci illərə aid təsə rrüfatbaşına kitabında ailə başçısı X28 olmaqla arvadı X17 onun öhdəsindədir. X1 adı yoxdur.

6. Göyçay notariat ofisinin 13 may 2022-ci il tarixli 291 saylı məktubuna əsasən,İddiaçı xx.xx.2011-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən yaşayış evinə və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Mülki Məcəllənin 1291-ci maddəsinə istinad edilməklə bildirilmişdir ki, miras şərikləri olan Cavabdeh1, X24 və Cavabdeh3 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün Göyçay rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. 7. 29.03.2022-ci il tarixli 454 saylı arayışa əsasən, X28 xx.xx.1993-cü il tarixdə Göyçay rayonu Kürd kəndində k əskin beyin qan dövranının pozulmasından vəfat etmişdir. Bu barədə xx.xx.1993-cü il tarixdə 26 saylı akt qeydi aparılmışdır. 8. 10.03.2022-ci il tarixli 368 saylı arayışa əsasən, X17 xx.xx.2011-ci il tarixdə Göyçay rayonu Potu kəndində kardiogen şokdan vəfat etmişdir. Bu barədə xx.xx.2011-ci il tarixdə 06 saylı akt qeydi aparılmışdır. 9. 22.01.2020-ci il tarixli 147 saylı arayışa əsasən, X19 xx.xx.2007-ci il tarixdə Göyçay rayonu Şəhadət kəndində ağ ciyərin çatmamazlığından vəfat etmişdir. Bu barədə xx.xx.2007-ci il tarixdə 01 saylı akt qeydi aparılmışdır.

10. AZ-İV seriyalı 481270 saylı doğum haqqında şəhadətnaməyə əsasən,, X10 xx.xx.1937-ci il tarixdə Göyçay rayonu Şəhadət kəndində doğulmuşdur, atası Cavabdeh3 Fətullah oğlu, anası X11r.

11. AZ seriyalı 206373 saylı evlənmək haqqında şəh adətnaməyə əsasən, X22 ilə X10 arasında nikah 28 sentyabr 1971-ci il tarixdə 211 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Tağıyeva soyadı verilmişdir.

12. AZ-T seriyalı 126496 saylı doğum haqqında şəhadətnaməyə əsasən, Nümayəndə xx.xx.1957-ci il tarixdə Göyçay rayonu Kürd kəndində doğulmuşdur, atası X22, anası İddiaçıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X5 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-079F saylı şəhadətnamədə (kod 4********) göstərilən 0,42 hektar torpaq sahəsinin, yəni mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X28 02 dekabr 1993-cü il tarixdə, anası X17 14 aprel 2011-ci il tarixdə vəfat etmişdir. Ondan başqa valideynlərinin X19 adlı bir oğulları da olmuşdur və sonuncu 14 yanvar 2007-ci il tarixdə vəfat etmişdir. Mərhum anasından Göyçay rayonu Kürd kəndində 0,42 ha həyətyanı torpaq sahəsi miras qalmışdır (torpağın mülkiyyətə verilməsinə dair JN-079F saylı şəhadətnamə (kod ********)). Mərhum analarının vəfatından sonra ondan qalan mirası qanun üzrə vərəsələrdən yalnız o, faktiki qəbul edib idarə etmişdir. Digər qanun üzrə birinci növbə vərəsə X19 mərhum analarının sağlığında Göyçay rayonu Şəhadət kəndində yaşasmış və mərhum analarının sağlığında vəfat etmişdir. Mərhum analarının ölümündən sonra mərhum Əhməd Əliyevin uşaqları miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etməmişlər. Cavabdehlər mirası qəbul etməsələr də, dəfələrlə xahiş etməsinə baxmayaraq müxtəlif bəhanələr gətirib mirası qəbul etməmələri barədə notariusa ərizə vermirlər. Bu səbəbdən də, miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir.

15. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı anası, miras qoyan X17 vəfat edən günədək və bundan sonra torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşamış, torpaq sahəsində olan ağaclara və bitkilərə qulluq etmiş, bütün kommunal xərc, vergi və rüsumları gecikdirmədən ödəmişdir. İddiaçının qardaşı Əhməd Əliyev isə 2007-ci ildə vəfat edənədək Şəhadət kəndində yerləşən özünə məxsus təsərrüfatda yaşamışdır, miras əmlakda yaşamamış, təyinatı üzrə istifadə etməmişdir. Bunu arxiv arayışı da təsdiq edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, X42 sağlığında mərhum nənəsi X5 miras qalmış, Göyçay rayonu Kürd kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsindəki evdə yaşamışdır. X42 nənəsi vəfat etməmiş dən öncə, 2007-ci ildə vəfat etmişdir. X36 isə 2011-ci ildə vəfat etmişdir. Atası sağlığında nənəsindən miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsindəki evdə yaşadığından hesab edir ki, miras əmlak olan torpaq sahəsində onların da payı var. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və 3-cü şəxs Göyçay rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmas ını xahiş etməmişlər.

18. Göyçay rayon məhkəməsinin (X3) 2(046)-1512/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X4ndan miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,42 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilmiş, həmin əmlak üzərində İddiaçı vərəsəlik və mülkiyyət hüquqları tanınmışdır.

19. Məhkəmə qeyd etmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə Göyçay rayonu Kürd kəndi ərazisində yerləşən 0,42 ha torpaq sahəsi X4nın mülkiyyətinə verilmiş, miras qalmış mübahisəli torpaq sahəsinə X7 14 aprel 2011-ci il tarixdə vəfatından sonra qızı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş, həmin torpaq sahəsinə sahiblik və istifadə etmişdir. İddiaçı həmin torpaq sahəsində yerləşən evdə yaşamış, torpaq sahəsində olan ağac və bitkilərə qulluq etmiş, evi təmir etdirmiş, kommunal və sair xərcləri mütəmadi olaraq ödəmişdir. İddiaçı bu günədək həmin torpaq sahəsində yerləşən evdə yaşamaqla, miras əmlakı faktiki olaraq qəbul etmiş, öz mülkiyyəti kimi həmin əmlaka yiyəlik və sahiblik edir.

20. Məhkəmə Cavabdeh2 öz etirazının əsası kimi istinad etdiyi dəlillərlə bağlı qeyd etmişdir ki, mülki qanunvericilik mirasın qəbulunun iki şərtini müəyyən etmişdir. Bunlardan biri, miras açıldığı andan qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna ərizə verilməsi, biri də qanunla müəyyən olunmuş qaydada mirasın faktiki qəbul edilməsidir. İşin faktiki hallarından göründüyü kimi, X19 anası (miras qoyan) vəfat etməmişdən öncə vəfat etmişdir, vəfa t etdiyi günədək isə miras əmlak olan torpaq sahəsində yerləşən evdə yaşamamış, ailə üzvləri ilə Göyçay rayonu Şəhadət kəndində yerləşən təsərrüfatda yaşamışdır. Cavabdehlər miras qoyan X5 miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş vaxt ərzində notariat kontoruna ərizə ilə müraciət etməmiş, eləcə də, mirası faktiki qəbul etməmişlər. Miras açılan andan 11 ildən çox vaxt keçmiş, bu müddət ərzində cavabdehlər mirasın faktiki qəbulunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi, cavabdeh tərəfin iddiaya etirazı əsaslı deyil.

21. Məhkəmə öz mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci maddələrinə, İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1252, 1253.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

22. Göyçay Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(046)-1512/2022 nömrəli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək Azərbaycan Respublikası MPM-nin 357-362-ci və 384, 385-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1512/2022 saylı qətnaməsinin ləğv edilməsi, mərhum X9 oğlu mərhum X8 oğlu Cavabdeh3 mərhum X6 mərhum X12 çatacaq hissədə vərəsəlik və mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1512/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqli tələblər irəli sürməyən üçüncü şəxs Göyçay Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilmişdir. Birinci instansiya məhkəməsinn qəbul etdiyi həmin qətnamə ilə cavabdehlərin hüquqları pozulmuşdur. İddiaçı və cavabdehlər arasında miras məsələlərinə dair ixtilaf hələ də davam etdiyindən, onların arasında yaranmış hüquqi münasibətə Konstitusiya Məhkəməsinin Plenumunun ərizənin bu bəndində istinad edilən qərarı da şamil edilir. Həmin qərara əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində vərəsə tərəfindən müvafiq orqanlara müraciət edilməməsi onun vərəsəlik hüququndan məhrum edilməsinə gətirib çıxarmır. Apellyantın zamanında notariat orqanlarına müraciət edə bilməməsi tərəflər arasında olan ixtilaf və bu səbəbdən də apellyant Cavabdeh3 vərəşəlik şəhadətnaməsi almaq üçün tələb olunan sənədlərə çatımlığının olmaması idi. X4 vəsiyyətnamə yazmadığından onun vəfatından sonra əmlak qanun üzrə vərəsələr arasında bölüşdürülməlidir.

24. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), X20 və X23) 2(107)-264/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 26 avqust 2022ci il tarixli, 2(046)-1512/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəx s Göyçay rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

25. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbi baxımından mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə xüsusi icraat qaydasında, yəni hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər.

26. Hüquq haqqında mübahisə olduqda isə ərizə baxılmamış saxlanılmaqla iddiaçının ümumi əsaslarla iddia icraatı qaydasında məhkəməyə iddia vermək imkanı yaranır. Lakin bu iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olması anlamına gəlmir. Bu ha lda iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması (miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi, notariat orqanının, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayətin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini sübuta yetirməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblər inə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

28. Qeyd edilənlər nəzərə alınaraq kollegiya qeyd etmişdir ki, hüquq barəsində mübahisə olduğu hallarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasının əsası kimi çıxış edə bilməzlər.

29. Bu kimi hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasında yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.

30. B u baxımdan hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbini diqqətə almadan ərizəni icraata qəbul etmişdirsə də belə həmin məhkəmənin sonrakı mərhələdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməsi imkanları da olmuşdur.

31. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxaraq həmin tələbin təmin olunması barədə qətnamə qəbul etmişdir.

32. Birinci instansiya məhkəməsi iddia icraatı qaydasında faktı müəyyən etməklə yanaşı həmin əmlak üzərində İddiaçı vərəsəlik və mülkiyyət hüquqlarının da tanınmasını qət etmişdir. Halbuki vərəsəlik hüququ miras qoyanın ölümü ilə vərəsə üçün əlavə tanınma proseduru tələb edilmədən özü-özlüyündə yaranan bir hüquqdur. Qanunvericilikdə vərəsəlik hüququnun tanınması deyil, vərəsəlik hüququndan məhrumetmə imkanlarının olması nəzərdə tutulduğundan vərəsə vərəsəlik hüququnun tanınması üçün məhkəməyə deyil, mirasın açılması ilə özü-özlüyündə yaranan hüququndan istifadə etməsi üçün aidiyyəti notariat orqanına müraciət etməlidir.

33. İddiaçı tərəfindən belə bir tələbin irəli sürülməməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi tələbdən kənara çıxmaqla yanaşı bunun üçün məhkəmədə baxılması nəzərdə tutulmayan iddiaçının miras əmlak üzərində mülkiyyət hüquqlarının da tanınması nəticəsinə gəlmişdir. Halbuki məhkəmə tərəfindən mirasla bağlı qəbul edilən qətnamə əsasında əvvəlcə vərəsəlik şəhadətnaməsi əldə edilməlidir. Həmin şəhadətnamə əsasında isə miras əmlaka dair yekun mülkiyyət sənədi alınmalıdır.

34. Kollegiya bildirir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi.

35. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquq i aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.

36. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

37. Hazırki işdə işə baxmış birinci instansiya məhkəməsi iddia tələbini yolverilməzliyə görə qəbul etməkdən imtina etməyərək, prosesin sonrakı mərhələsində isə iş üzrə icraata xitam verməyərək iddia tələbinə mahiyyəti üzrə baxaraq, prosessual hüquq normalarının tələblərini pozmuşdur.

38. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 261.0.1, 372.7, 387.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikay ətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

39. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-264/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qərardadın ləğv edilib yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Miras qoyanın qanun üzrə ikinci növbə vərəsələri olan cavabdehlərlə iddiaçının mirasın bölüşdürülməsi haqqında ixtilafı olduğu üçün vərəsəlik hüququnun notariat qaydada əldə edilməsi mümkün olmamış və iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Apellyasiya in stansiyası məhkəməsi mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə tələbə iddia icraatı qaydasında baxılmalı olmaması barədə nəticəyə gələrək iş üzrə icraata xitam verərkən tələbin digər hissəsinin miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınmasından ibarət olmaqla həmin mübahisənin məhkəmə tərəfindən həll edilməli olmasını nəzərə almamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;

46. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

47. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

48. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyy ən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətlərində iddiaçı qərardadı tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsini n əsaslılığı yoxlanılmış, mülki prosessual normalara əsasən hüquqi qiymət verərək və kassasiya şikayətində göstərilən hallara da hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfind ən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2023-ci il tarixli 2(107)-264/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar