Məhkəmə qərarları › İş №2(102)-1791/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1791/2024

21.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1791/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-nin “5 saylı X1 Müəssisəsi” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmrin ləğvi (Əmək Məcəlləsi 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə), məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-nin “5 saylı X1 Müəssisəsi” MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(103)-944/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən İddiaçı (bundan sonra – iddiaçı) əmək fəaliyyətinə xx.xx.1982-ci il tarixdə ərzaq bazasına mantyor vəzifəsində başlamış, xx.xx.1986-cı ildə Azərbaycan Dəmiryolu İdarəsinin 26 saylı yol maşın stansiyasına 3-cü dərəcəli mantyor vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-cı ildə əmək qanunları məcəlləsinin 38-ci maddəsinin “a” bəndi əsasında (müəssisənin ləğv edilməsi) işdən azad edilmişdir. xx.xx.1999-cu il tarixdə “Azərdəmiryol Tikinti Servis İB Səngəçal 4 saylı İDYM”-yə Yolyığan bazaya 5-ci dərəcəli yol mantyor u işinə qəbul edilmişdir. xx.xx.2008-ci il tarixdə Azərbaycan Dövlət Dəmiryolu “Dəmiryolu servis MMC-nin 4 saylı İDYM”-nə əmək haqqı ştat cədvəli üzrə ödənilməklə Yolyığan bazaya 5-ci dərəcəli yol mantyoru işinə keçirilmişdir. 2. 23.10.2015-ci il tarixdə "xxxx" QSC sədrinin həmin tarixli 161/5 saylı əmrinə əsasən, 4 saylı “X1 müəssisəsi” 5 saylı “X1 Müəssisəsinin” tərkibinə verilmişdir. xx.xx.2016-cı il tarixdə "xxxx" QSC-nin sədrinin xx.xx.2016-cı il tarixli 09/5 saylı əmrini əsas tutaraq, 5 saylı “X1 Müəssisəsi” MMC-də 5-ci dərəcəli yol mantyoru işinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyor u “Təmirçisi” peşəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. 3. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC 5 saylı “X1 Müəssisəsi” MMC-nin (bundan sonra – cavabdeh və ya MMC )Yoldəyişənlərin yığılması sahəsinə yol mantyoru işinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmişdir.

4. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən 23 fevral 2023-cü il tarixdə işəgötürən «5 saylı X1 Müəssisəsi» MMC ilə İddiaçı arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanmaqla, İddiaçı yol mantyoru (məşğulluq təsnifatı üzrə yol fəhləsi (dəmir yolu)) işinə qəbul edilmişdir. Aylıq əmək haqqı 521,92 man at təşkil etmişdir. 5. 23 may 2023-cü il tarixli 39/ir 333522 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. 6. "xxxx" QSC-nin 09 iyun 2023-cü il tarixli məktubunda İddiaçı məktubuna cavab olaraq onunla işəgötürən "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə 3 aylıq əmək müqaviləsi bağlanması, bu 3 ay ərzində əmək fəaliyyətinin nəzərdən keçirildiyi və onun fəaliyyətinin qənaətbəxş hesab edilmədiyindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verildiyi bildirilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin 14 iyul 2023-cü il tarixli 3-17-5/2-S26071/2023 saylı məktubunda göstərilmişdir ki, İddiaçı «5 saylı X1 Müəssisəsi» MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətnə ünvanladığı müraciətə Xidmətin ünvan 1 X1 Müəssisəsi» MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin «Əmək və Məşğulluq» alt sisteminə baxış keçirilərkən onunla «5 saylı X1 Müəssisəsi» MMC-nin rəhbəri arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli (3 ay) əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi məlum olmuşdur. Təqdim olunmuş sənədlərdən cəmiyyətin hesabında kifayət qədər məbləğ olmadığı üçün son haqq-hesabın sonuncu iş günü deyil, xx.xx.2023-cü il tarixdə 603,13 manat olmaqla əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. Nəticədə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq son haqq hesabın sonuncu iş günü hesablanıb ödənilmədiyi məlum olmuşdur. Həmçinin, son haqq hesabın hesablanması cədvəlindən son haqqın əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqına uyğun olaraq hesablanıb ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən, «5 saylı X1 Müəssisəsi» MMC-nın direktoru vəzifəsini müvəqqəti icra edən X6 barəsində Azərbaycan Respublikası İnzib ati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin, cəmiyyətin rəhbərinə son haqq-hesabın qanunvericiliyə uyğun hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı 3-17-5/2-24232/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edildiyindən yenidən işə qəbul edilmə si məqsədilə «5 saylı X1 Müəssisəsi» MMC-yə müraciət etməyi məqsədəuyğun hesab edilir. Ərizəçinin nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində 65 yaşının tamam olmasına 2-3 ay qalmış işçilərin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilməmişdir. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçının nəzərinə çatdırılmışdır.

8. İddiaçı mediasiya təşkilatına 2023-cü ilin 03 iyun müraciət etmiş və ilkin mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2022-ci ildə göndərilmiş, ilkin mediasiya təklifindən sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı isə xx.xx.2023-cü il tarixdə əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icra at

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “5 saylı X1 Müəssisəsi” MMC-nin direktor vəzifəsini müvəqqəti icra edən Azad Əliyevin xx.xx.2023-cü il tarixli 39/iR333522 saylı əmrinin ləğv edilməsi, onun öz işinə bərpa olunması və məcburi iş buraxmaya görə itirilmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, bu ilin aprel ayında Sanqaçalda dəmiryolunda elektrik kəsilmişdir. Odur ki, işlətdikləri yükvuran kran dayanmışdır. Gözləmişlər ki, elektrik olsun, vaqona yük vursunlar. Sahə rəisi Quliyev Fəxrəddin gəlib demişdir ki, niyə reysləri vaqona yükləmirlər. Bildirmişlər ki, elektrik kəsilib, verilən kimi yükü yükləyəcəklər. Əslində bu köhnələrək s ökülmüş reys yükünü özəl şirkət «Kontur» yükləməliydi. Ancaq sonuncuların işini onlara gördürmüşlər. Onu da qeyd edir ki, həmin yükü Şahinlə birlikdə bir dəfə vaqona yükləmişlər. Ancaq Azad müəllim bu yükü onlara vaqondan yerə boşaltdırmış və tapşırmışdır ki, onun icazəsi olmadan bu yükü vaqona yükləməsinlər. Ancaq sahə rəisi Quliyev Fəxrəddin üstlərini kəsmişdir ki, bu yükü yükləsinlər. Onlar sonuncuya bildirmişlər ki, qoy əraziyə elektrik buraxılsın yükləsinlər. Həmçinin Azad müəllimin tapşırığını da ona demişlər. Bundan sonra Fəxrəddin onlardan nə üçün yükü vaqona yükləməmələri ilə bağlı izahat aldırmışdır. Baxmayaraq ki, əraziyə elektrik buraxılmışdı. Azad müəllim də onlara həmin yükü vaqona yükləmək göstərişi vermiş və onlar da artıq yükü vaqona yükləmişlər. Bu hadisədən sonra sahə rəisi Fəxrəddin Quliyev və mühəndis Xancanov Ramin onlardan narazı qalmışlar və məhz bu səbəbə görə də Fəxrəddin ondan və Şahindən Azad müəllimə təqdimat yazıb onlara töhmət verdirmiş və sonra da işləri ilə bağlı müqaviləni uzatmayaraq onları işdən çıxartmışlar. Hesab edir ki, cavabdehin bu addımı 37 ildir bu işdə çalışan bir təcrübəli işçi kimi ona qarşı yol verilmiş qanunsuz, qərəzli haldır.

11. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir. ki, iddia tamamilə əsassız və qanunsuz olduğuna görə rədd olunmalıdır. İddiaçı qeyd edib ki, 1986-ci ildən "xxxx" MMC-də işləyib. Lakin İddiaçı əmək kitabçasına əsasən İddiaçı müxtəlif iş yerlərində əmək fəaliyyəti göstərib. Sonuncu iş yeri "xxxx" MMC olsa da, ondan əvvəlki iş yeri "xxxx" QSC olub. Həmin iş yerində İddia çı xx.xx.2021- ci ildən işləyib. Qeyd etmək lazımdır ki, "xxxx"xxxx"xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur, "xxxx" QSC müstəqil hüquqi şəxsdir. İddiaçı "xxxx" QSC-dən işdən çıxarkən "xxxx" MMC-yə müraciət etmiş və xx.xx.2023-cü ildə "xxxx" MMC-yə yol mantyoru vəzifəsinə işə qəbul edilmişdir. İddiaçıla 3 aylıq əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü ildə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsi bağlanarkən müddətli olması barədə iddiaçının məlumatı olmuş və öz iradəsi ilə qəbul edərək əmək müqaviləsini imzalamışdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlana bilər. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı ilə "xxxx" MMC arasında müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış, əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilənin müddətli olduğunu bilərək və razılaşaraq imzalamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən müqaviləyə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Müqavilə tərəflər arasında sərbəst bağlanır və hər bir tərəf bunu öz imzası ilə təsdiq edir. Əmək müqaviləsindən də görünür ki, iddiaçı bu müqaviləni könüllü olaraq imzalamışdır. Əmək müqaviləsi Əmək Məcəlləsinin tələblərinə uyğun bağlanmışdır. Göstəril ənlərə əsasən hesab edir ki, iddia əsassızdır. Məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 sentyabr 2023-cü il tarixli 2(006)-3531/2023 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd edilmişdir.

13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçıla 3 aylıq əmək müqaviləsi bağlanmış və bu müqaviləyə də müddətin qurtarması əsası ilə xitam verilmişdir. Tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Cavabdeh tərəfin izahatlarına əsasən əmək müqaviləsinin müddətinin uzadılması işəgötürənin hüququdur və onlar iddiaçı ilə bağlanmış əm ək müqaviləsinin eyni müddətə uzadılmasını məqsədəuyğun saymamış və müqaviləyə xitam verilməsi heç bir qərəzli münasibətlə bağlı olmamışdır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlarını məhkəməyə təqdim etməmişdir.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 1, 12.1, 45.1, 47-ci maddəsi f) bəndi, 68.1, 68.2-ci maddəsinin b) bəndi, 73.1, 76-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki 5 saylı İDYM-in işi daimi işdir, ciddi, məsuliyyətli işdir, mövsümü iş deyil. Cavabdeh tərəf müddətli əmək müqaviləsi bağlamaqla Əmək Məcəlləsinin 45 və 47-ci və digər maddələrinin tələblərini aşkar pozmuşdur. İşə müddətli qəbulla bağlı heç bir “qarşılıqlı razılığı”da olmayıb.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-944/2024 nömrəli iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmuşdur.

18. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı 1 986-cı ildən Azərbaycan Dəmir Yolu İdarəsinin 26 saylı X5 yol təmirçisi işləmiş, sonralar idarələrinin adı dəyişilib "xxxx" Qapalı Səhmdar Cəmiyyəti «5 saylı X1 Müəssisəsi» MMC olmuş, xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC 5 saylı “X1 Müəssisəsi” MMC-nin Yoldəyişənlərin yığılması sahəsinə yol mantyoru işinə qəbul edilmişdir. İddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və b elə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, özü də cəmi 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Göründüyü kimi iddiaçı 37 ildən artıq cavabdeh müəssisədə eyni vəzifədə işləmişdir. 2021ci ildə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilsə də, eyni vəzifəni icra etmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, 37 ildən artıq iş stajı na malik kifayət qədər ixtisaslı işçi ilə cəmi 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. İddiaçının heç bir irad bildirilmədən əmək funksiyalarını yerinə yetirməsi də onunla bağlanmış əmək müqaviləsinin əslində müddətsiz xarakter daşıdığını göstərir. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt cavabdehin rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Cavabdeh təşkilatın əsas iş fəaliyyəti dəmir yollarının qüsursuz işini təmin etməkdən ibarət olmaqla, bu işlərin konkret zamanla məhdudlaşması sadəcə mümkün deyildir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsasla nmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 45.4, 47, 79 və 300-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qanunvericiliyi əmək funskiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olduğunu müəyyən etmiş və iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetir diyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. Maraqlısı odur ki, 5 dəqiqə ərzində çəkən məhkəmə prosesində (aparılmış video yazıdan bunu görmək mümkündür) heç bir araşdırma aparılmadan və heç bir sənədə baxılmadan, Məhkəmə hansı əsasla qənaətə gəlir ki, iddiaçının işi daim xarakter daşıyır??? Həqiqətən iddiaçı 2021-ci ilə qədər 5 saylı X1 Müəssisəsində işləmış, lakin xx.xx.2021-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də işə qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, "xxxx" QSC müstəqil kommersiya hüquqi şəxsidir və nə cavabdehlə, nə də cavabdehin təsisçisi ilə birbaşa və ya dolayısı ilə heç bir əlaqəsi və aidiyyəti yoxdur. İddiaçı qeyd olunan QSC-də bir müddət iş ləyəndən sonra "xxxx" QSC-dən öz xahişi ilə işdən azad olunmuşdur. Bütün bu proseslər iddiaçının iradə azadlığı ifadəsi əsasında baş vermiş və bunun əksini sübuta yetirən hər hansı mötəbər dəlil mövcud deyildir. İddiaçı "xxxx" QSC-də işdən azad olunduqdan sonra “5 saylı X1 Müəssisəsi” MMC-yə müraciət etmiş və aralarında 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanılmışdır. 3 aylıq müddətli əmək müqaviləsi o səbəbdən bağlanılır ki, cavabdehin fəaliyyəti daimi xarakter daşımır. Əgər məhkəmə cavabdehin nizamnaməsinə diqqət yetirmiş olsaydı, anlayardı ki, cavabdehin fəaliyyəti daimi xarakter daşımır. Cavabdehin əsas fəaliyyət istiqamətləri podrat, layihələndirmə, təmir-tikinti, yenidən qurma və s işlərdir. Yəni məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparsaydı və sadəcə cavabdehin Niza mnaməsi ilə tanış olsaydı, aydın olardı ki, cavabdehin daimi iş yükü yoxdur, hər hansı bir layihədə iştirak etsə, təmir-tikinti işini apararsa o zaman işçi qüvvəsinə ehtiyac yaranardı. Əgər cavabdehin icra edəcəyi hər hansı bir layihə yoxdursa, deməli işciyə də ehtiyac yoxdur və son 5 il ərzində zərərlə maliyyə ilini bağlayan müəssisəsinin işi olmasa işçiyə əmək haqqı ödənişi etməyə belə imkanı yoxdur. Bu isə onu sübuta yetirir ki, cavabdehin işi daimi deyil. Lakin məhkəmə bunu nəzərə almamış, özü cavabdehə qarşı subyektiv yanaşma nümayış etdirərək, cavabdehi subyektiv yanaşmada ittiham edib. Məhkəmə qeyd edir ki, əmək müqaviləsində müddətin təyin edilməsi iddiaçının istənilən vaxt cavabdehin rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət edir. Lakin təəssüflər olsun ki, məhkəm ə cavabdehə münasibətdə qərəzli mövqe nümayiş etdirmiş və nəzərə almamışdır ki, iddiaçı 2021-ci ildə öz xahişi ilə işdən azad olunmuş, öz arzusu ilə özəl şirkətlə müqavilə bağlamış və öz arzusu ilə yenidən cavabdehə müraciət etmişdir. Cavabdeh isə öz iş yükünə uyğun iddiaçı ilə müqavilə bağlamışdır. Həmçinin, Məhkəmə nəzərə almamışdır ki, cavabdehin iddiaçıdan heç bir asıllığı olmayıb və 2023-cü ilin fevral ayında 3 aylıq müddətli əmək müqaviləsini bağlamaya da bilərdi. İddiaçı tərəfdən “qarşılıqlı razılıq” əsasında bağlanmamasına dair heç bir sübut təqdim edilməmiş və Məhkəmə də heç bir mötəbər dəlil olmadan bunu rəhbər tutaraq apellyasiya şikayətini təmin etmişdir. Məhkəmə onu da nəzərə almamışdır ki, vaxtı ilə cavabdehlə işləyən iddiaçı, 2021-ci ildə öz azad iradə ifadəsini nümayiş etdi rərək işdən öz xahişi ilə azad olunmuşdur. Belə olan halda, Məhkəmə hansı əsasla qeyd edir ki, 3 aylıq müddətli əmək müqaviləsinin bağlanmasında işçinin azad iradə ifadəsi olmayıb??? ƏM-in 47-ci maddəninin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilir. Məhkəmələr işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövgelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Lakin apellyasiya instansi yası məhkəməsi Konstitusiya Məhkəməsinin bu qərarını nəzərə almamış, tərəflərin həqiqi iradə ifadələrini nəzərə almadan, heç bir araşdırma aparmadan qərara gəlmişdir ki, 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real deyildir. Apelyasiya instansiyası məhkəməsi nədənsə qanunvericiliyin bu normalarına diqqət yetirməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanılan əmək müqaviləsinin bu cür bağlanmasına hər hansı tərəfin məcbur edilməsi faktı öz təsdiqini tapmamışdır. Sərbəst şəkildə bağlanılan əmək müqaviləsi bağlanılan zaman işçi tərəfindən mübahisələndirilməmiş, hətta işçi tərəfindən müqavilənin hər hansı bəndlə bağlı narazı olması barədə heç bir müraciət belə daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyindən belə çıxır ki, guya iddiaçı bu cür müqavilənin bağlanmasına ca vabdeh tərəfindən məcbur edilmiş, lakin bu barədə heç bir sübuta istinad olunmamış, başqa sözlə, qətnamə bu hissədə əsaslandırılmamışdır. Cavabdeh əmək müqaviləsini bağlayarkən əmək müqaviləsinin məzmunu və quruluşunu əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə tərtib etmişdir. Hər bir halda xx.xx.2023-cü ildə bağlanılan əmək müqaviləsinə 1 ildən sonra hüquqi qiymət vermək qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə hesab etmişdir ki, İşəgötürən işçiyə münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmışdır. Lakin subyektiv yanaşma, hansı sənədlə sübuta yetirilir, onu məhkəmə hərtərəfli və tam araşdırmamışdır, yalnız işçinin əmək stajını rəhbər tutaraq belə qənaətə gəlmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ə mrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə gedişi dövründə də iddia həcminin artırılması barədə ərizə verməmişdir. Lakin buna baxmayaraq Məhkəmə tərəflər arasında bağlanılmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab etməklə iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmasını qət etmişdir. İddiaçı iddia ərizəsində belə bir tələb qoymayıb, həmçinin iddianın predmeti işə bərpa, əmrin ləğvidir, əmək müqaviləsinin müddətlidən müddətsizə dəyişdirilməsi tələbi mövcud deyil. Hazırda belə bir qərarında apelyasiya məhkəməsi iddia tələbindən kənara çıxır. Məhkəmə qanunsuz olaraq əmək müqaviləsinə qiymət verir, halbuki 1 il öncə bağlanılmış və mübahisə predmeti olmayan əmək müqaviləsinə hüquqi qiymət verə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 45.(1-ci hissə).Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır;

25. Maddə 45.(4-cü hissə).Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

26. Maddə 45.( 5-ci hissə).Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

27. Maddə 47.( “f” bəndi).Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

28. Maddə 68.(2-ci hissəsinin “b” bəndi).Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir.

29. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

30. Maddə 73 (2-ci hissə).İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

31. Maddə 296 (2-ci hissə).Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;

32. Maddə 296 (3-cü hissə).Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiy i, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

33. Maddə 300 (1-ci hissə).Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq saz işinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

34. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. H eç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının əmək funksiyası daimi xarakterli daşıdığı üçün onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi və buna görə də onunla bağlanmış əmək müqaviləsi müddətsiz olması səbəbindən əmək müqaviləsinin müddətinin bitməsi ilə işdən azad edilməsi əmək qanunvericiliyinə uyğun olmamışdır.

45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfind ən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, gəlinən nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellya siya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" QSC-nin “5 saylı X1 Müəssisəsi” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-944/2024 nömrəli mülki iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar