Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1793/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)8078/2018 nömrəli iş üzrə 28 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin (hakim Ceyhun Qədimov) 2(010)734/2018 saylı, 16 mart 2018-c i il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Cavabdeh ünvan 1ndə yerləşən 64 nömrəli evdən əşyaları ilə birlikdə çıxarılaraq yaşayış sahəsinin boşaldılması qərara alınmış, qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İkram Şirinov sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh qarşılıqlı iddiasının təmin edilməsi, onun övladları 17 sentyabr 2009-cu il təvəllüdlü X17 və 19 yanvar 2012-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1ndə yerləşən 64 nömrəli evə istifadə hüquqlarının tanınması qət edilmiş, İddiaçı nun ilk iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvan 1ndə yerləşən 64 nömrəli evdən əşyaları ilə birlikdə çıxarılmasına və evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı na qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ndə yerləşən 64 nömrəli evə münasibətdə özünün, habelə uşaqları 17 sentyabr 2009-cu il təvəllüdlü X10 və 19 yanvar 2012-ci il təvəllüdlü X3 istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mül ki kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mübahisəli ev 01.02.2017-ci il tarixdə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdeh həmin evə 2008-ci ildə köçdüyü zaman və boşandığı vaxt da evin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı olmamışdır və cavabdeh boşandıqdan 2 il sonra həmin ev özəlləşdirilmişdir. Beləliklə cavabdehin evə istifadə hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslansa da, t əəssüf ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsində ifadə olunan mövqeyi münasibətlərinin gerçək mahiyyətindən uzaq olan, cavabdehin mülahizələrinə və izahatına əsaslanmış, bununla da birtərəfli və qərəzli olmuşdur. Məhkəmə qətnaməni əsaslandırmaq üçün 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad etmişdir. Bu isə tamamilə qanunlara və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarına ziddir.Həmin normalarda dövlət və ictimai mənzil fondu nəzərdə tutulur. Lakin mübahisəli ev dövlət və ictimai mənzil fonduna daxil deyildir. Məhkəmə həmin maddələri tətbiq etməkdə haqlı olmamışdır.Cavabdeh mübahisəli evə 2008-ci ildə köçdüyündən yaranmış mübasibətlərə 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş M ənzil Məcəlləsi yox, 2000-ci il sentyabrın l-dən qüvvəyə minmiş Mülki Məcəllə tətbiq edilməlidir.MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşma çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin,arvadın) köçürülməsinə gəldikdə isə MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh və onun vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyiş dirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətlə ndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 sentyabr 2018-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh iddiaçının oğlu X1lə ailə quraraq 2008-ci ildən ünvan 1ndə yerləşən 64 nömrəli fərdi yaşayış evinə gəlin köçmüş, həmin tarixdən orada yaşamış, orada iki uşağı anadan olmuş, hazırda da orada yaşamaqdadır. Suraxanı rayon məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(010)-4925/2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X9 arasında 07 oktyabr 200 8-ci ildə bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 17 sentyabr 2009-cu il təvəllüdlü X10 və 19 yanvar 2012-ci il təvəllüdlü X3 Cavabdeh yanında qalmaları müəyyən edilmiş, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün X1dən hər ay hər bir uşağa görə 108 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehin həmin evdən çıxarılmasını xahiş etmiş, eyni zamanda cavabdehdə qarşılıqlı iddia verərək yaşayış sahəsinə istifadə hüqunun tanınmasını xahiş etmişdir. İş materiallarından müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi 01.02.2017-ci ildən dövlət qeydiyyatından keçmiş, Cavabdeh həmin ünvana gəlin köçən zaman - 2008-ci ildə fərdi yaşayış evi mülkiyyətdə olmamışdır. Belə ki, “Hüquqların dövlət qe ydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1ndə yerləşən 64 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi 01.02.2017-ci il tarixdən İddiaçı, X5 və X4 ümumi birgə mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 23 yanvar 2018-ci il tarixli **********75 nömrəli məktubunda qeyd edilmişdir: “...Suraxanı rayon İcra Hakimiyyətinin 19 iyun 1993-cü il tarixli, 1198 saylı sərəncamına, ləğv edilmiş Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin JN-2120H KOD 00600066 nömrəli, 12 fevral 2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə, Suraxanı rayon İcra Hakimiyyətinin nəzdində Təsərrüfat hesablı Layihə Smeta Bürosunun l ayihəsinə, X9 və X1 razılıq ərizələrinə əsasən ümumi sahəsi 185,7 kvadrat metr olan ünvan 1 ünvanında yerləşən 64 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi (ümumi birgə) 01.02.2017-ci ildə qeydiyyatdan keçmişdir....sözügedən ünvana dair torpaq sahəsinin sərhədləri 3 tərəf qonşu ilə, 1 tərəf küçəyə baxan yol ilə sərhəddir”. 10 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş və qonşular X14, X11 və X7 tərəfindən imzalanmış ərizədə qeyd edilmişdir ki, Cavabdeh iki uşağı – 17 sentyabr 2009-cu il təvəllüdlü X17 və 19 yanvar 2012-ci il təvəllüdlü X8 ilə birlikdə 2008-ci ildən indiyədək ünvan 2 ünvanında yerləşən evdə qeydiyyatları olmadan yaşayırlar. Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 29 yanvar 2018-ci il tarixli 47 nömrəli arayışından görünür ki, 17 sentyabr 2009-cu il təvəllüdlü X17 və 19 yanvar 2012-ci il təvəllüdlü X8 doğulduqları tarixdən 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında tibbi və dispanser qeydiyyatındadırlar. Həmin arayışda qeyd edilmişdir: “X10 diaqnozu: Perinatal ensefalopatiyanın nəticəsi. Soltərəfli hemisindrom, psixo-motor inkişafın ləngiməsi. Uşaq serebral iflici. Uşaq mütəmadi olaraq Bakı Uşaq Müalicə-Bərpa Mərkəzində müayinə və müalicə olunur. Uşağa hər ay 10 gün müddətində həkim nevropatoloq tərəfindən müalicəvi masaj və idman tövsiyə edilir. Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən 06 oktyabr 2017-ci il tarixində verilmiş arayışlardan görünür ki, 17 sentyabr 2009-cu il təvəllüdlü X17 2009-cu ildən, 19 yanvar 2012-ci il təvəllüdlü X8 2012-ci ildən 15 saylı BŞK-nın Uşaq şöbəsinin qeydiyyatındadırlar. İlkin iddianı təmin edib, qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsi MM-in 228.2-ci maddəsinə istinad edərək göstərmişdir ki, Cavabdeh gəlin köçən zaman İddiaçılə evə istifadə hüququnun yaranmasına dair yazılı müqavilə bağlamadığından onun həmin evə istifadə hüququ yaranmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi məhkəmənin bu qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, Cavabdeh mübahisəli evə gəlin gələn zaman ev İddiaçı xüsusi mülkiyyətində olmamışdır. Buna görə də Cavabdeh Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi ilə müqavilə bağlaya bilməzdi. 01.10.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normalarına istinad edərək hesab etmişdir ki, Cavabdeh 2008-ci ildən gəlin gəldiyi mübahisəli evə istifadə hüququ yaranmış, onun həmin evə istifadə hüququ ola-ola, ev yüklü qaydada 01.02.2017-ci ildə özəlləşdirilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi ilk iddia tələbini rədd, qarşlıqlı iddia tələbini isə təmin etməkdə düzgün nəticəyə gəlmiş, qətnamənin ləğv edilməs i üçün əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisəli evə köçərkən fərdi yaşayış evi heç kəsin mülkiyyətində olmadığından apellyasiya instansiyası məhkəməsi qanunun anologiyasının tədbiq edərək 01.10.2009-cu ilə qədər qüvv ədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad etməklə maddi hüquq normalarını düzgün tədbiq etmişdir. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Fərdi yaşayış evinin dövlət reyestrində iddiaçının adına rəsmiləşdirilməsi mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini tədbiq edilməsi üçün əsas deyildir. Çünki tərəflər arasında fərdi yaşayış evindən istifadə ilə bağlı mübasibətlər 2008-ci ildə yaranmış və həmin vaxtda fərdi yaşayış evi heç kəsin adına dövlət re yestrində qeydə alınmamışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı nun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8078/2018 nömrəli iş üzrə 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbu l edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1793/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1793/2019
27.05.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver