Məhkəmə qərarları › İş №2(102)-1794/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1794/2023

27.04.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1794/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə”) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6448/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 02/0386/KBK nömrəli 20 avqust 2019-cu il tarixli İddiaçı və "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsinin surətinə əsasən İddiaçı 26000 AZN dəyərində müəyyən edilmiş buraxılış ili 2013 olan “Kia Sportage” markalı, 99FU121 dövlət qeydiyyat nişanlı maşını ilə 02/0386/KBK saylı kredit müqaviləsində göstərilən öhdəliyini təmin etmişdir. Həmin müqavilənin 3-cü bəndindəki əsas öhdəlik haqqında məlumatdan görünür ki, kredit olaraq illik 23 faiz dərəcəsi ilə 17000 manat verilmişdir. Öhdəliyin icra müddət i xx.xx.2022-ci il tarixinədək müəyyənləşdirilmişdir. 2. 02/0386/KBK nömrəli 20 avqust 2019-cu il tarixli İddiaçı və "xxxx" ASC arasında bağlanmış girov müqaviləsinin surətinə əsasən İddiaçı 26000 AZN dəyərində müəyyən edilmiş “Kia Sportage” markalı maşını ilə 02/0386/KBK saylı kredit müqaviləsində göstərilən öhdəliyini təmin etmişdir.

3. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə PMİ014575№-li sığorta şəhadətnaməsinin surətinə əsasən müddəti xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək olan sığorta müqaviləsi üzrə sığortalı İddiaçı (bundan sonra iddiaçı) “Kia Sportage” markalı, 99FU121 dövlət qeydiyyat nişanlı maşını üçün sığortaçı "xxxx" ASC (bundan sonra cavabdeh) xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində sığorta məbləği 17.000 AZN, xx.xx.2020-xx.xx.2 021-ci il tarixlərində 15.300 AZN, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində isə 13.770 AZN nəzərdə tutulmuşdur. Azadolma məbləği isə 500 manat təşkil edir. 4. "xxxx" ASC-nin satış meneceri Q.Orxan və sığortalı İddiaçı tərəfindən tərtib edilmiş fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları, sığorta şəhadətnaməsinin və yaddaş vərəqəsinin təhvil-təslim Aktının surətinə əsasən sığortalı İddiaçı PMİ 014575 saylı sığorta şəhadətnaməsini, sığorta qaydalarını və yaddaş vərəqəsini təhvil almışdır, sığorta şərtləri ilə tanış olmuşdur və onları qəbul edir. "xxxx" ASC-nin satış meneceri Q.Orxan, PMİ 014975 saylı sığorta şəhadətnaməsini, sığorta qaydalarını və yaddaş vərəqəsini sığortalı İddiaçı təhvil vermiş və sığorta qaydalarını izah etmişdir. 5. "xxxx" ASC tərəfindən Baxışov Sabir Muxtar oğluna və İddiaçı ünvanlanmış məktubuna əsasən “Kia Sportage” markalı 99FU121 dövlət qeydiyyat nişanlı avtomobil,(bundan sonra sığortalı avtomobil ) "xxxx" ASC-də PMİ 014575 saylı Fiziki şəxslərə təqdim edilən Avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi (bundan sonra Şəhadətnamə) ilə sığortalanmış və xx.xx.2021-ci il tarixli sığorta portfelinin ötürülməsinə dair müqavilə ilə "xxxx" ASC-yə ötürülmüşdür. Müqavilədə sığorta olunan qismində yalnızca sığortalının özü göstərilmişdir. X2 şərtlərinin 4-cü bəndinə görə, “Sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarə et mə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur”. 21 08.2019-cu il tarixli iltizama əsaslanaraq, sığortalı öz imzası ilə, avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbinin olduğunu, əks halda sığorta ödənişindən imtina ediləcəyi tələbini təsdiqləmişdir.

6. Sığorta portfelinin ötürülməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, LPO “Rəvan Sığorta” ASC Təhvil-təslim aktlarında göstərilmiş sığorta müqavilələrini "xxxx"xxxx"xxxx" ASC isə öz növbəsində həmin sığorta müqavilələrini 3-cü bənddə göstərilmiş qaydada LPO "xxxx" ASC-dən qəbul etməyi və sığorta müqavilələrinin ötürülməsi üzrə bu müqavilənin şərtlərindən irəli gələn öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürür.

7. Avt omobil Sığorta Hadisəsi barədə Raport/ərizədən görünür ki, toqquşma hadisəsi xx.xx.2021-ci il tarixdə saat 11:10-da baş vermişdir. Hadisə barədə xx.xx.2021-ci il tarixdə saat 11:24-də məlumat verilmişdir. "xxxx" ASC-nin əməkdaşları hadisə yerinə xx.xx.2021 tarixdə saat 12:10-da çatmışdır. Sığorta olaraq İddiaçı, sürücü və məlumat verən olaraq Baxışov Sabir Muxtar oğlu qeyd olunmuşdur. Baxışov Sabir Muxtar oğlu nəqliyyat vasitəsini etibarnamə ilə idarə edir. Avtomobilə dəyən təxmini zərər 15000 azn olaraq göstərilmişdir.

8. ƏN-İ seriyalı, 884329 nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Baxışov Sabir Muxtar oğluna onu Banklarda, bütün sığorta şirkətlərində, o cümlədən “A-group sığorta şirkəti”ndə təmsil etməyi, səlahiyyətli nümayəndəsi olaraq bütün sənəd ləşdirmə işlərini aparmağı, ona çatası sığorta ödənişini və ona dəymiş ziyanla bağlı sığorta ödənişini, pul məbləğini almağı, aldığına dair imza etməyi, adına hesab açmaq, plastik kartı, pin kodu almağı, zəruri sənədləri arayışları təqdim etməyi, o cümlədən ona çatası sənədləri, arayışları almağı, atdığına dair imza etməyi, onun adından ərizə yazmağı, sənədləri imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı digər hərəkətləri etməyi etibar etmişdir. 9. 20.11.2021-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaşlar Baxışov Sabir Muxtar oğlu və X4 yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almaları faktı əsasında toplanmış HK-1/483 saylı material əsasında cinayət işinin başlanması rədd edilmişdir. 10. 20.11.2021-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən vətəndaşlar Baxışov Sabir Muxtar oğlu və X4 yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almaları faktı əsasında toplanmış HK-1/483 saylı material əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək baş vermiş sığorta hadisəsi ilə əlaqədar cavabdehdən sığorta haqqı kimi 21500 (iyirmi bir min beş yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, a vtomobili bir çox hallarda Baxışov Sabir tərəfindən idarə olunurdu. xx.xx.2021-ci il tarixində mülkiyyətində olan “mübahisəli avtomaşın “Mersedes Benz” C-200 Markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş hadisənin araşdırılması və avtomaşınına vurulmuş zərərin müəyyən edilməsi üçün həm 102 Xidmətinə, həm də "xxxx" ASC-yə məlumat vermişdir. O zaman hadisə yerinə cavabdehin qanunla müəyyən edilmiş formada hüquqlarını təhvil verdiyi "xxxx" ASC əməkdaşları hadisə yerinə gəlmiş və baş vermiş qəzanı müşahidə etmiş və avtomaşının əzilmiş hissələrinin şəkilləri çəkilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Təhqiqat Şöbəsi tərəfindən baş vermiş nəqliyyat qəza hadisəsinin araşdırması aparılmışdır. Araşdırma zamanı “Mersedes Benz” C-200 Markalı **-B Z-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X4 bildirdiyinə görə hadisə vaxtı Balaxanı-Mehdiabad yolu ilə Balaxanı istiqamətdə hərəkətdə olarkən arxa tərəfdən tanımadığı “Mercedes” markalı avtomobil onun idarə etdiyi avtomobilin arxa tərəfindən vurmuş və o, idarəetməni itirmiş yolun qarşı tərəfinə çıxmış və avtomaşınla toqquşmuşdur və daha sonra həmin yolda digər avtomaşınla X3 idarə etdiyi avtomaşın – “Ford Tourneo” markalı **-KX-*** dövlət qeydiyyat nömrəli avtomaşınla toqquşmuşdur. Baş vermiş hadisənin səbəbkarının müəyyən edilməsi üçün məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası keçirilmiş və hadisənin “naməlum avtomobil sürücüsünün hərəkətlərində uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat orqanının müəyyən etdiyi hal ondan ibarət olmuşdur ki, “Naməlum avtomaşının sürücüsü eyni istiqamətdə ara məsafəsi saxlamadığından, düzgün nəzərə almaması nəticəsində Baxışov Sabir Muxtar oğlu və X6 sağlamlıqlarına yüngül zərər vurmaya aid xəsarətlər almışlar və “Ford Tourneo” markalı 99- KX-075 dövlət qeydiyyat nötııroli avtomaşın sürücüsü X5, “Mersedes Benz ” C200 Markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X6 və “Kia Sportagc” markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Baxışov Sabir Muxtar oğlunun hərəkətlərində cinayət tərkibinin əlamətləri müəyyən olunmamışdır. Hadisənin baş verməsində səbəbkar olan “Naməlum avtomaşının sürücüsünün şəxsiyyəti müəyyən olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrinə əsasən tədbir görülməsi üçün Binəqədi Rayon Polis İdarəsi Döl Polis Polis Şöbəsinə göndərilmişdir. Baş vermiş hadisə zamanı onun avtomaşınına 21500 (iyirmi bir min beş yüz) manat ziyan dəymişdir. Avtomaşınına dəyən zərərin Sığorta qaydasında ödənilməsini təmin edilməsi üçün Rəvan Sığorta” ASC-yə müraciət etmiş və "xxxx" ASC tərəfindən xx.xx.2021 -ci il tarixli 772/21 saylı cavab məktubunda qeyd edilir ki, müqaviləyə əlavə edilmiş əlavə şərtlərin 4-cü bəndinə əsasən “Sığorta təminatı yalnız Sığorta olunan qismində göstərilən şəxslərin (sürcülərin) avtomobil idarə eldiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə adı sığorta şəhadətnaməsinin avtomobili idarə etmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər nəzərədə tutulur. Başqa şəxsin avtomobili i darə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.” Ona görə “hadisə zamanı mübahisəli avtomaşının” qanuni əsasla idarə etsəniz də müqavilədə sığorta olunan qismində göstərilmədiyiniz səbəbində "xxxx" ASC tərəfindən Sizə sığorta ödənişinin verilməsindən imtina edilir“. Baş vermiş hadisənin sığorta hadisəsi olması danılmazdır. Sığorta cəmiyyəti onunla müqavilə bağlayarkan, əvvəlcədən özlərini hazırladığı “Blankda” yalnız avtomobilin sahibi kimi qeydiyyatdan keçən şəxsin adı sığorta olunan kimi göstərilmişdir. Həmin Blankda digər şəxslərin avtomaşını idarə etməsi göstərilməmişdir. Ona görə o, hesab edir ki, Sığorta cəmiyyətinin istinad etdiyi hal əsasızdır. Belə ki, Sığorta cəmiyyəti öz səlahiyyətindən istifadə etməklə, məqsədli şəkildə tərtib edilmiş formal Blankdır və həmin Blank q üvvədə olan Sığorta Haqqında qanunvericiliyn tələblərinə ziddir. O, avtomaşını sığorta etmişdir, o, özünü sıoğrta etdirməmişdir. O, qanunla müəyyən edildiyi halda, avtomaşının etibarnamə ilə idarə etməyə vermişdir. Əgər qanunla icazə verilirsə, nəyə görə, onun qanunla müəyyən edilmiş halda verdiyi etibarnamə nəzərə alınmamalıdır? Sığorta cəmiyyətinin qanundan kənar müqavilə tərtib etməsi yol verilməzdir. Həmçinin, baş vermiş hadisə zamanı digər tərəf - X4 idarə etdiyi “Mersedes Benz” C-200 Markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının icbari sığortası mövcuddur və sığorta təşkilatı onu da nəzərə almır. Hesab edir ki, cavabdehin hərəkətləri aşağıda qeyd olunan qanunların tələblərinə zidd olduğu üçün əsassız hesab edilməli və baş vermiş nəqliyyat-qəza hadisəsi zamanı avtomobilinə vu rulmuş 21.500 (iyirmi min beş yüz) zərər tutularaq ona ödənilməlidir.

13. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, iddiaçının sahibliyində olan mübahisəli avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə hadisə baş vermişdir. Həmin hadisə vaxtı sığortalanmış avtomobili idarə edən Baxışov Sabir Muxtar oğlu eyni tarixdə sığorta ödənişinin verilməsi tələbi ilə çıxış etmişdir. Sürücü hadisə vaxtı avtomobili qanuni əsaslarla idarə etmiş olsa da, sığorta müqaviləsində sığorta olunan qismində göstərilmədiyi üçün sığorta ödənişindən imtina edilmişdir. Cavabdeh iddia ərizəsinin əsassız olduğu üçün rədd olunmalı olduğunu hesab edir: sığortalı avtomobil, cavabdehdə PMİ 014575 saylı fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi (bund an sonra Şəhadətnamə) ilə sığortalanmış və xx.xx.2021-ci il tarixli sığorta portfelinin ötürülməsinə dair müqavilə ilə "xxxx" ASC-yə ötürülmüşdür. Şəhadətnaməyə əsaslanaraq qeyd etmək istəyirlər ki, müqavilədə sığorta olunan qismində yalnızca sığortalının özü göstərilmişdir. Həmçinin, şəhadətnamənin əlavə şərtlərinin 4-cü bəndinə görə, “Sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarə etmək hüququ olan şəxslərin siyahı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur”. xx.xx.2019-cu il tarixli iltizama əsaslanaraq bildirmək istəyirlər ki, sığortalı öz imzası ilə, avtomobili idarə edəcək şəxslərin adlarının s ığorta şəhadətnaməsinə əlavə edilməsi tələbinin olduğunu, əks halda sığorta ödənişindən imtina ediləcəyi tələbini təsdiqləmişdir. 14. 05.05.2022-ci il tarixli, 9/1699 nömrəli ekspert rəyinin surətindən görünür ki, Kia Motors şirkəti tərəfindən xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla sığortalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 20246,0 manat müəyyən edilmişdir.

15. Avtomobil Sığorta Hadisəsi barədə Raport/ərizədən görünür ki, toqquşma hadisəsi xx.xx.2021-ci il tarixdə saat 11:10-da baş vermişdir. Hadisə barədə xx.xx.2021-ci il tarixdə saat 11:24-də məlumat verilmişdir. "xxxx" ASC-nin əməkdaşları hadisə yerinə xx.xx.2021 tarixdə saat 12:10-da çatmışdır. Sığorta olaraq iddiaçı, sürücü və məlumat verən olar aq Baxışov Sabir Muxtar oğlu qeyd olunmuşdur. Baxışov Sabir Muxtar oğlu nəqliyyat vasitəsini etibarnamə ilə idarə edir. Avtomobilə dəyən təxmini zərər 15.000 AZN olaraq göstərilmişdir. 16. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubu ilə bildirmişdirlər ki, sığortalının mülkiyyətində olan “Kia Sportage” markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra sığortalanmış avtomobil), "xxxx" Açıq Səhmdar Cəmiyyətində PMİ 014575 saylı Fiziki şəxslərə təqdim edilən Avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi (bundan sonra Şəhadətnamə) ilə sığortalanmış və həmin müqavilə xx.xx.2021-ci il tarixli “Sığorta portfelinin ötürülməsinə dair” müqavilə ilə Cəmiyyətimizə ötürülmüşdür. xx.xx.2021-ci il tarixdə vətəndaş Baxışov Sabir Muxtar oğlu “sığortalanmış avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün xərclərin qarşılanması ilə bağlı şirkətimizə tələb ünvanlanmışdır. Baxışov Sabir Muxtar oğlu sığorta olunan hesab edilmədiyi üçün xx.xx.2021-ci il tarixində Sığortalıya sığorta ödənişinin verilməsindən imtina barədə rəsmi məktub göndərilmişdir. İlk olaraq Şəhadətnaməyə əsaslanaraq qeyd edirlər ki, "xxxx" ASC ilə bağlanılmış müqavilədə sığorta olunan qismində yalnızca sığortalının özü göstərilmişdir. X2 şərtlərinin 4-cü bəndinə görə, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə isə adı sığorta şəhadətnaməsinin avtomobili idarə etmək hüqu qu olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Bundan başqa Sığortalının özünün imza atdığı xx.xx.2019-cu il tarixli İltizama əsaslanaraq bildirmək istəyir ki, Sığortalı, avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbinin olduğunu, əks halda sığorta ödənişindən imtina ediləcəyi tələbini təsdiqləmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.1.1.2-ci maddəsinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması hallarında sığorta təminatı verilmir. Həmin Qaydaların 5.3-cü maddəsinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermis hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Baxışov Sabir Muxtar oğlu hadisə zamanı “Kia Sportage” markalı 99FU121 dövlət qeyiyyat nişanlı avtomobil Şəhadətnamədə sığorta o lunan qismində göstərilmədiyi üçün "xxxx" ASC tərəfindən Sığortalıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1102/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın qismən təmin edilməsi, baş vermiş sığorta hadisəsi ilə əlaqədar cavabdeh "xxxx" ASC-dən sığorta haqqı kimi 13.270 (on üç min yeddi yüz yetmiş) manat pulun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

18. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh "xxxx" ASC sığorta hadisəsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin sığortalının özü olmadığını əsas gətirərək sığorta ödənişini verməkdən imtina etmişdir. Halbuki, qanunun məzmun undan görünür ki, sığorta ödənişinin verilməsindən imtina olunması üçün baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməməsi şərti mövcuddur. Qanunvericiliyə əsasən icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə“sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Göründüyü kimi, “sığorta hadisəsi” konkret hal və ya hadisə olmaqla, həmin hadisədə subyektlər dairəsi konkret şəxslər kateqoriyası ilə məhdudlaşdırılmamışdır. Həmçinin qeyd olunmalıdır ki, birgə nikah dövründə əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, müddəti xx. xx.2019-cu ildən xx.xx.2022-ci ilədək olan sığorta müqaviləsi üzrə sığortalı İddiaçı “Kia Sportage” markalı, 99FU121 dövlət qeydiyyat nişanlı maşını üçün sığortaçı "xxxx" ASC xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində sığorta məbləği 17.000 AZN, xx.xx.2020-xx.xx.2021ci il tarixlərində 15.300 AZN, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində isə 13.770 AZN nəzərdə tutulmuşdur. Azadolma məbləği isə 500 manat təşkil edir.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, PMİ 014575 saylı Fiziki şəxslərə təqdim edilən Avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən İddiaçı məxsus KNAPC811DD7480958 ban nömrəli, mühərrikin nömrəsi G4KDDH412349, buraxılış ili 2013 olan “X9” markalı, 99FU121 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmışdır. Həmin şəhadətnaməy ə əsasən sözügedən nəqliyyat vasitəsi 3 (üç) il müddətinə icbari qaydada sığortalanmış, sığorta məbləği xx.xx.2021-ci il – xx.xx.2022-ci il tarixləri üçün 13.770 manat, azadolma məbləği 500 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab etmişdir ki, şirkət müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi dəyən zərərdən azadolma məbləği çıxılmaqla icra etməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 883.1, 884.1, 898.2, 903.1, 922.1, 922.2, 926.1, 926.2, 935.1.8-ci maddələrinə, Ailə Məcəllənin 32.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin lə ğv edilməsi və iddianın tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəhadətnaməyə əsasən müqavilədə sığorta olunan qismində yalnızca sığortalının özü göstərilmişdir. X2 şərtlərinin 4-cü bəndinə görə, “Sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallarda verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarə etmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur”. İddiaçı (sığortalı) İddiaçı tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli iltizama əsasən iddiaçı avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbinin olduğun u, əks halda sığorta ödənişindən imtina ediləcəyi tələbini qəbul və təsdiq etmişdir. Nəticə etibarilə sürücü hadisə vaxtı avtomobili qanuni əsaslarla idarə etmiş olsa da, sığorta müqaviləsində sığorta olunan qismində göstərilmədiyi üçün "xxxx" ASC-tərəfindən sığorta ödənişindən imtina edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2010-cu il tarixli 2 nömrəli bülletninə əsasən eyni məsələ üzrə çıxarılmış Ali Məhkəmənin Qərarında Məhkəmənin mövqeyinə əsasən sığorta şəhadətnaməsində adı göstərilməyən şəxs tərəfindən nəqliyyat vasitəsi idarə edilən zaman baş vermiş sığorta hadisəsi ilə əlaqədar zərər sığorta təminatına daxil deyildir.

23. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qətnamə Mülk i Məcəllənin 935.1.8-ci müvafiq normalarının, tələblərinin pozulması ilə qəbul edilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6448/22 nömrəli iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Məmməd Məmmədov ) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir.

25. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, cavabdeh ilə bağlanılmış müqavilədə sığorta olunan qismində yalnız sığortalının özü göstərilmişdir. Eyni zamanda şəhadətnamənin əlavə şərtlərinin 4-cü bəndinə görə, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiy i hallarda verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə isə adı sığorta şəhadətnaməsinin avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Sığortalının imzaladığı xx.xx.2019-cu il tarixli iltizama əsasən sığortalı, avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbinin olduğunu, əks halda sığorta ödənişindən imtina ediləcəyi tələbini təsdiqləmişdir.

26. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində yol nəqliyyat hadisəsi baş versə belə, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nda eləcə də sığorta şəhadətnaməsində sığorta təminatı yalnız sığorta olunan qismində g östərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallarda verilməsi göstərilmişdir. Hazırda isə yol nəqliyyat hadisəsi baş verən zaman sığortalanmış “X9” markalı, 99FU121 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sığorta şəhadətnaməsinin avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunmayan şəxs tərəfindən idarə edilməsi müəyyən edildiyindən, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir.

27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 883.1, 884.1, 898.2, 903.1, 922.1, 922.2, 926.1, 926.2, 935.1.8-ci və Sığorta Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu maddə 1.1.19-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti v erərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş hadisənin sığorta hadisəsidir. Sığorta cəmiyyəti iddiaçı ilə müqavilə bağlayarkan, əvvəlcədən özlərini hazırladığı “Blankda” yalnız avtomobilin sahibi kimi qeydiyyatdan keçən şəxsin adı göstərilmişdir. Həmin Blankda digər şəxslərin avtomaşını idarə etməsi göstərilməmişdir. Ona görə, cavabdehin istinad etdiyi hal əsasızdır.

30. Sığorta cəmiyyəti öz səlahiyyətindən istifadə etməklə, məqsədli şəkildə tərtib edilmiş formal Blankdır və həmin Blank qüvvədə olan Sığorta Haqqında qanunvericiliyn tələblərinə ziddir. Kassator avtomaşını sığorta edib, özünü sığorta etdirməmişdi r. Qanunla müəyyən edildiyi halda, avtomaşını etibarnamə ilə idarə etməyə verilib. Əgər qanunla icazə verilirsə, avtomaşının idarə edilməsini başqa şəxsə verilməsi mümkündürsə, o zaman nəyə görə, qanunla müəyyən edilmiş halda verdiyi etibarnamə nəzərə alınmamalıdır? Mülki qanunvericilikdə hüquqların başqa şəxsə verilməsi qadağan deyildir. Belə olan halda avtomaşının sığorta edilməsi barədə hüquqlarda həmin şəxsə keçir. Əgər avtomaşın başqa şəxs tərəfindən idarə olunursa, avtomaşının sığorta edilməsi nəzərə alınmırsa, o zaman dövlət avtomobil müfəttişliyi, avtomaşını saxlatdırmalı, etibarnamə əsasında avtomaşının idarə edilməsi nəzərə alınaraq avtomaşının yenidən sığorta edilməsi məsələsi qaldırılmalıdır.

31. Kassator onuda bildirmişdir ki, əgər bir ildə beş nəfərə etibarnamə verilirsə, o zaman hər bir etibarnamə almış şəxs avtomaşını sığorta etdirməlidirmi ? Bu mənada Sığorta təşkilatının gətirdiyi dəlil əsasızdır. Sığorta cəmiyyətinin qanundan kənar müqavilə tərtib etməsi yol verilməzdir. Həmçinin baş vermiş hadisənin mənasından görünür ki, avtomobillərin toqquşması sığorta hadisəsi kimi qeyd edilmişdir.

32. Lakin, Baxışov Sabir Muxtar oğlu hadisə zamanı sığortalı avtomobil şəhadətnamədə formal olaraq sığorta olunan qismində göstərilmədiyi üçün cavabdeh tərəfindən sığortalıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

34. Maddə 883.1. “Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektin in məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

35. Maddə 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti,“qanunla“qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.

36. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.“Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.

37. Maddə 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.

38. Maddə 922.1. Sığorta hadisəsi“icbari sığorta qanunlarına“və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

39. Maddə 922.2.Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta“qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

40. M addə 926.1. “Sığorta ödənişi sığorta hadisəsi““baş verdikdə“icbari sığorta qanunlarına və ya“sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

41. Maddə 926.2.Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

42. Maddə 935.1.8. Baş vermiş hadisənin“icbari sığorta qanunlarına“və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi. 43. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.1.1.2-ci maddəsinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması hallar ında sığorta təminatı verilmir.

44. Həmin Qaydaların 5.3-cü maddəsinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Mülki Prosessual Məcəllə

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyəti nə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hadisə baş verən an nəqliyyat vasitəsini idarə edən Sabir Baxışov sığorta şəhadətnaməsində sığortalı kimi göstərilməmişdir. Belə olan halda nə qədər ki, onun sığortalı statusu olmamışdır, haqlı olaraq baş vermiş hadisə sığorta hadisəsi hesab edilməmiş və ödənişin edilməsindən imtina olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəq liyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.1.1.2-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

57. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6448/2022 nömrəli mülki iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar