Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1794/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(103)818/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbayc an Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 02 oktyabr 2020-ci il tarixdə Şirvan RETSİ-nin X3 Enerji satış şöbəsinə iki ay sınaq müddəti ilə nəzarətçi mühəndis vəzifəsinə işə qəbul olunmuş, 05 aprel 2021-ci il tarixdə həmin vəzifədə Şirvan RETSİ-nin Hacıqabul EŞ-nin Enerji satış şöbəsinə keçirilmişdir.
2. İddiaçı 01 dekabr 2022-ci il tarixdə "xxxx" ASC-nin sədrinə ərizə ilə müraciət edərək, 07 dekabr 2022-ci il tarixdən başqa müəssisədə işə keçməsi ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. 3. "xxxx" ASC-nin sədrinin 07 dekabr 2022-ci il tarixli əmri ilə, Şirvan RETSİ-nin X1 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı əmək müqaviləsinə öz xahişi ilə 07 d ekabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 07 oktyabr 2022-ci il tarixli əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, onun Şirvan RETSİ-nin Hacıqabul EŞ-nin Enerji satışı şöbəsində nəzarətçi mühəndis vəzifəsinə bərpa edilməsi, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, X1 rəisi Ə.Abbaszadə iddiaçını yuxarı vəzifəyə, yəni Şirvan RETSİ-nin X3 Enerji satış şöbəsində aparıcı mühəndis vəzifəsinə təyin e tdirəcəyi vədi ilə aldadaraq, 01 dekabr 2022-ci il tarixdə "xxxx" ASC-nin sədrinin adına ərizə almış, 7 dekabrda həmin vəzifəyə təyin ediləcəyini bildirmişdir. Vəzifədə yüksəliş həvəsi ilə iddiaçı ərizə vermişdir ki, 07 dekabr 2022-ci il tarixdən başqa müəssisədə işə keçməsi ilə əlaqədar onu işdən azad etsinlər. Ərizəni verərkən bir qədər tərəddüd etmiş, Ə.Abbaszadə ona ərizənin aşağı hissəsindəki yazıları göstərib demişdir ki, onun vəzifəyə getməsinə Enerji satışı departamentinin direktoru E.Dadaşov, Şirvan RETSİ-nin rəisi Z.Ağayev və o, etiraz etmirlər. Belə ki, ərizənin aşağı hissəsində hər üçünün adı qeyd edilmişdir. Ərizəni imzaladıqdan sonra onlar da etiraz etmədikləri barədə imza atacaqlar və sonda ərizə cənab sədrə (V.Əhmədov) təqdim olunacaqdır. Bununla da, iddiaçı yuxarı vəzifəyə təyin ediləcək. Lakin, bir neçə gündən sonra iddiaçı bilmişdir ki, aldanmış, ümumiyyətlə işdən azad edilmişdir. Halbuki, həmin vaxt heç bir işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. Bundan başqa, əmrin surəti və əmək kitabçası ona çox gec çatdırılmışdır. "xxxx" ASC-nin 07 oktyabr 2022-ci il tarixli əmrini 04 may 2023-cü il tarixdə rəsmi qaydada almış, bundan sonra mediasiya üçün müraciət etmiş, mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. 31 iyul 2023-cü il tarixdə mediasiya arayışını almış, elə həmin gün də iddia ərizəsini məhkəməyə göndərmişdir.
6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə verərək, iddiaçının iddia müddətini ötürməsi əsası ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini n 26 oktyabr 2023-cü il tarixli, e-2(006)3631/2023 nömrəli qətnaməsi ilə (hakim N.İ.Abbasov) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsinə əsas iddiaçının öz təşəbbüsü olmuş, o, işəgötürənə yazılı ərizə ilə müraciət etməklə “başqa müəssisədə işə keçməsi ilə bağlı” onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, bunun əsasında da işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının işəgötürən tərəfindən aldadılaraq, onun Şirvan RETSİ-nin X3 Enerji satış şöbəsində aparıcı mühəndis vəzifəsinə təyin ediləcəyi vədi ilə ərizə yazdırılması dəlil ləri işin hər hansı halı ilə öz təsdiqini tapmamış, buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
9. İddiaçının nümayəndəsinin (vəkilinin) əmri imzalamış "xxxx" ASC-nin sədri X2 əmr imzalanan gün, yəni 07 dekabr 2022-ci il tarixdə ölkə hüdudlarından kənarda olduğu dəlili ilə bağlı Dövlət Sərhəd Xidmətinə sorğu göndərilmiş, sorğuya cavab olaraq təqdim edilmiş məlumatlardan bəlli olmuşdur ki, V.C.Əhmədovun 01 dekabr 2022-ci il tarixdən etibarən dövlət sərhəddindən ilk hərəkəti 30 dekabr 2022-ci il tarixdə ölkədən çıxışı olmuşdur. Bununla da, onun əmr imzalandığı tarixdə ölkə hüdudlarından kənarda olması şübhəsinin əsassız olduğu təsdiqini tapmışdır.
10. İddia müddətini tətbiqinə dair cavabdehin ərizəsinə münasibət bildirən məhkəmə göstərmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini 24 may 2023-cü il tarixdə qəbul etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi barədə təklifi 30 may 2023-cü il tarixdə göndərmiş, 31 iyul 2023-cü il tarixdə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışı əldə etməklə 01 avqust 2023-cü il tarixdə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndi, 69, 76, 83, 84, 296, 300-cü, Mülki Prosessual Məcəllənin 4.5, 4.6, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul e dilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(103)-818/2024 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və S.X.Bəhrəmzadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e2(006)-3631/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
15. Belə ki, iddiaçı, cavabdehin rəhbərinə ünvanladığı 01 dekabr 2022-ci il tarixli ərizəsində 07 dekabr 2022-ci il tarixindən tutduğu vəzi fədən azad edilməsini xahiş etmiş, bu ərizə əsasında onun əmək müqaviləsinə xitam verilmişdir. Başqa sözlə, işəgötürən həmin əmri verdiyi zaman əmək qanunvericiliyinin yuxarıda qeyd edilən müddəalarına uyğun hərəkət etmişdir və birinci instansiya məhkəməsi də bu əmrin ləğv olunması və işə bərpa tələblərini təmin etməməkdə haqlı olmuşdur.
16. Apellyasiya kollegiyasi iddiaçının “işdən çıxmaq barədə ərizəni iradəsi əleyhinə (aldadılması nəticəsində) yazdığı” dəlili ilə bağlı qeyd etmişdir ki, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı necə aldadılmış olduğunun ağlabatan izahını verə bilməmişdir. Xüsusilə qeyd olunmuşdur ki, ali təhsilli olan iddiaçının “başqa müəssisədə işə keçmək”lə, “vəzifənin dəyişdirilməsi” anlayışları arasındakı fərqi bilməməsi i nandırıcı deyildir.
17. İddiaçının, “mübahisələndirilən əmri imzalamış şəxsin əmr verildiyi tarixdə ölkə hüdudlarından kənarda olduğu şübhəsinin mövcudluğu” arqumentinə münasibətdə kollegiya qeyd etmişdir ki, birincisi, həmin hal təkbaşına əmrin qanunsuz sayılması üçün əsas yaratmır; digər tərəfdən isə, Dövlət Sərhəd Xidmətinin məhkəmənin sorğusuna verdiyi cavab məktubundan aydın olur ki, X2 01 dekabr 2022-ci il tarixindən sonra dövlət sərhəddində ilk hərəkəti (sərhədkeçməsi) 30 dekabr 2022-ci il tarixində qeydə alınmışdır – bu isə o deməkdir ki, adı çəkilən şəxs 07 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasında olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
18. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 yanvar 2024-cü il tari xli, 2(103)-818/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinin, 83-cü maddəsinin 2-ci hissəsinin, Mülki Prosessual Məcəllənin 84.4, 88-ci maddələrinin tələbləri pozulmuşdur.
20. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərinə uyğun olmuşdur.
21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, h azırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir tə qvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakim əsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspert lərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbu l edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırki kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
29. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki hallar ı tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(103)-818/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.