Məhkəmə qərarları › İş №2(102)-1794/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1794/2025

20.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1794/2025 20.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Aydin oğluna, Cavabdeh2 Aydin qızına, Cavabdeh3 Aydin qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin bağlanmış hesab edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair mülki üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 fevral 2025-ci il tarixli 2(104)-109/2025 nömrə li qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2025- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu İmamqulubəyli kənd sakinləri X5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətinə 1.21 ha torpaq sahəsi, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə 0.60 ha torpaq sahəsi verilmişdir.

2. Bərdə rayon Zümürxan icra nümayəndəliyi tərəfindən təsdiq olunmuş yazılı xx.xx.2001-ci il tarixli akta əsasən, 1,80 ha torpaq sahəsi 3.300.000 manata(AZM) satılmasına dair tərəflər razılaşmışlar.

3. X5, Cavabdeh4 Aydin oğlu, Cavabdeh5 və Cavabdeh1 adlarına olan torpaqları İddiaçı satdıqdan sonra onun tərəfindən hər hansı narazılıq olarsa, həmin gün aldığı pulu Firdovsiyə qaytaracaqları barədə xx.xx.2001-ci il tarixdə iltizam yazmaqla imza etmiş, məsuliyyəti öz üzərlərinə götürmüşlər.

4. X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1030/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və üçüncü şəxslər Bərdə regional “ASANXidmət” Mərkəzində Notariat Ofisinə, Maraqlı şəxs və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edil məsi tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(021)3137/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması; iddianın təmin edilməsi; Bərdə regional “ASAN-Xidmət” mərkəzinin notariat ofisində X2, Cavabdeh3 və Cavabdeh1 ilə Maraqlı şəxs arasında bağlanmış 1.20 ha torpaq sahəsinin alqı-satqısı barədə 22 iyun 2022-ci il tarixli, 4 Ə-1156 saylı reyestrli daşınmaz əmlakın alqısatqısı, Cavabdeh4 və Cavabdeh5 ilə Maraqlı şəxs arasında 0,60 ha torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli, 4 Ə-832 saylı müqavilələrin etibarsız hesab edilməsi; həmin müqavilələr əsasında 1,20 ha torpaq sahəsinin Maraqlı şəxs adına rəsmiləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyatı və 0,60 ha torpaq sahəsinin Maraqlı şəxs adına rəsmiləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyatın ləğv edilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)4056/2023 nömrəli qərarından görünür ki, Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi; Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1030/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan Bərdə ra yonu, Zümürxan kəndində yerləşən ümumilikdə 1.80 ha torpaq sahəsinin ona satılmasına dair cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin 2 may 2001-ci il tarixdən bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 4 may 1999-cu il tarixli 05 saylı qərarı ilə JN 0029, JN 0028 olmaqla, KOD 61007028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu İmamqulubəyli kənd sakinləri Cavabdeh1 Aydin oğluna, Cavabdeh2 Aydin qızına, Cavabdeh3 Aydin qızına, Cavabdeh4, Cavabdeh5 verilmiş müvafiq olaraq 0.60 ha və 1.20 ha olmaqla, cəmi 1.80 ha pay torpağını razılaşmaya əsasən 3.300.000 manata(AZM) ona satılması barədə Bərdə rayon Zümürxan kənd icra nümayəndəliyi tərəfindən 2 may 2001-ci il tarixdə akt tərtib edilmişdir. Həmin akt torpaq sahibləri və o imza etdikdən sonra icra nümayəndəsi tərəfindən möhürlənərək təsdiq edilmişdir. X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X1 və cavabdehlər Cavabdeh1 Aydin oğlu, Cavabdeh2 Aydin qızı, Cavabdeh3 Aydin qızı, Cavabdeh4, Cavabdeh5 arasında ümumilikdə 1.20 sot pay torpağın alqı-satqısı barədə razılaşmaları akt şəklində rəsmiləşmiş, həmin torpaq sahəsinin dəyəri onun tərəfindən tam olaraq cavabdehlərə ödənilmişdir.

9. Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(021)-416/2022 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə 1.80 ha torpaq sahəsinə dair İddiaçı ilə cavabdehlər Cavabdeh1 Aydin oğlu, Cavabdeh2 Aydin qızı, Cavabdeh3 Aydin qızı, Cavabdeh4 və Cavabdeh5 arasında olan alqı-satqı müqaviləsinin 2 may 2001-ci il tarixindən bağlanmış hesab olunması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini 24 iyun 2005-ci il 949-İİQD nömrəli Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin redaksiyadan çıxarılmış 335-ci maddəsnə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətlərii verərək, birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxılmasının vaxtı və yeri barədə məlumatı olmamış, bununla da tərəflər arasında çəkişmə və bərabərlik prinsipi pozulmuşdur. Dörd nəfər ailə üzvü ilə birlikdə ona Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 1,20 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli 4-Ə1156 sayl ı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs adına özgəninkiləşdirilmiş və sözügedən torpaq sahəsi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, Qazax Hərbi Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2002-ci il tarixdə həbsdən azad edilmişdir. 1998-2003-cü illərdə Bərdə rayonu Zümürxan (İmamqulubəyli kəndi daxil) kənd icra nümayəndəsi İddiaçı qardaşı olmuşdur. Qardaşının kənd icra nümayəndəsi olmasından sui-istifadə edən İddiaçı həbsdə olduğu halda ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin guya alqı-satqısı barədə saxta müqavilə tərtib etmiş və qardaşının möhüründən istifadə edərək özü üçün mülkiyyət formalaş dırmışdır. Həbsdə olduğu halda, iddiaçının özünün tərtib etdiyi saxta alqı-satqı müqaviləsindəki imza ona məxsus ola bilməz.

13. Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsini Maraqlı şəxs satdıqdan sonra Bərdə rayonundan köçüb, hazırda Abşeron rayonunda kirayədə yaşamışdır. Ona 2 nəfər ailə üzvləri ilə birlikdə Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 5 saylı qərarı ilə JN 0029, JN 0028 olmaqla, KOD 61007028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu İmamqulub əyli kəndində yerləşən 0,60 ha torpaq sahəsi verilmişdir və xx.xx.2021- ci il tarixli 4Ə-832 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi Maraqlı şəxs adına özgəninkiləşdirilmiş və hətta sözügedən torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1998-2003-cü ilərdə Bərdə rayonu Zümürxan (İmamqulubəyli kəndi də daxil) kənd icra nümayəndəsi hazırki iş üzrə İddiaçı qardaşı olmuşdur. Qardaşının kənd icra nümayəndəsi olmasından sui-istifadə edən İddiaçı onlara verilmiş torpaq sahəsinin guya alqı-satqısı barədə saxta müqavilə tərtib etmiş və qardaşının möhüründən istifadə edərək özü üçün mülkiyyət formalaşdırmışdır. Hazırki iddiaya məhkəmədə baxılmasından məlumatı olmamışd ır. Əgər məlumatı olsa idi, onda məhkəmədə iştirak edib narazılığını bildirərdi. Mübahisəli torpaq sahəsi Maraqlı şəxs satıldığından qətnamə ləğv edilməlidir.

14. İddiaçı apellyasiya şikayətlərinə etiraz verərək qeyd etmişdir ki, mübahisəsi gedən 1.80 ha torpaq sahəsini cavabdehlərdən satın almışdır. 2001-ci ildən də torpaq sahəsi onun istifadəsindədir. Həmin vaxtlar pay torpaq sahələrinin notariat qaydada alqısatqısı mümkün olmadığından şahidlərin iştirakı ilə kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş akt əsasında torpaq sahəsini almışdır. Cavabdehlər müxtəlif bəhanələr gətirərək onunla alqı-satqı müqaviləsi bağlamaqdan imtina etmişlər. O da məcbur olub məhkəməyə müraciət etmişdir. Daha sonra torpaq sahəsini öz adına qeydə aldırmaq üçün daşınmaz əmlakın dövlət reyestri orqanına mü raciət etmiş və 0.60 ha torpaq sahəsi onun adına qeydə alınmışdır. Lakin, cavabdehlər torpaq sahəsinin qalan hissəsini başqa şəxsə satdığından həmin hissəni öz adına qeydə aldıra bilməmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin İddiaçı satılmasından məlumatı olmamışdır. Qaynı Cavabdeh1 həbs olunmuş, bu səbəbdən də qaynanası torpaq sahəsini İddiaçı icarəyə vermişdir. Beləliklə, torpaq sahəsinin icarəyə verilmiş olduğunu bilmişdir. 2022-ci ildə qaynı Cavabdeh1 həmin torpaq sahəsinin satılması üçün ondan etibarnamə istəmiş, o da bununla razılaşmışdır. Qaynı Cavabdeh1 torpağın satışından əldə olunan vəsaitdən ona da 2000 manat vermişdir. Sədrlik edənin sualına cavab olaraq Cava bdeh5 bildirmişdir ki, onun adından tərtib edilmiş 2 may 2001-ci il tarixli iltizam əslində onun tərəfindən icra edilməmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin ona aid olan hissəsini iddiaçıya satmamışdır. Çünki, iddiaçının torpağın satıldığını iddia etdiyi vaxt həbsdə olmuşdur. Cəza çəkmə müəssisəsindən çıxandan sonra torpaq sahəsindən istifadə etmiş, bir müddət sonra pula ehtiyacı yarandığı üçün torpağı Elvin adlı şəxsə satmışdır. Həbsdə olduğu müddətdə ailə üzvləri torpaq sahəsini 25 il müddətinə iddiaçının icarəsinə vermişlər. Torpaq sahəsini satandan sonra ona məlum olmuşdur ki, onun xəbəri olmadan torpaq sahəsi iddiaçıya satılmışdır. O, ümumilikdə 6-7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 1998-ci ildə həbs edilmiş, 2002-ci ildə həbsdən azad edilmişdir. Bundan 3-4 ay sonra yenidən cinayət törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzaçəkmə müəssisəsindən çıxandan sonra bir müddət Bakı şəhərində yaşamışdır. Hal-hazırda Goranboy rayonunda yaşayır və ticarətlə məşğul olur. Evə qayıdandan sonra anasıgil ona demişlər ki, torpağı Firdovsiyə “3000 manata” 25 illik icarəyə veriblər. İcarəyə görə verilən pul ailə üzvləri tərəfindən, o, həbsdə olan müddətdə ona baş çəkmək üçün xərclənib. İddiaçının torpağın icarəsinə görə pulu kimə verdiyini bilmir. Torpaq sahəsini 2021-ci ildə Firdovsidən geri almış və oradan bir neçə ay müddətində istifadə etmiş, sonra da torpağı Elvin adlı şəxsə satmışdır. Əgər torpaq sahəsini Firdovsi almışdısa, o, torpaq sahəsini geri alanda niyə iddiaçı torpağı aldığını demirdi. İddiaçı torpaq sahəsini ona satmağını istəmiş, lakin təklif etdiyi məbləğ az olduğu üçün razılığa gələ bilməmişlər. Torpaq sahəsinə dair dövlət aktı onlarda olmuşdur. 4-5 il qabaq iddiaçı Dövlət aktını onlardan almış, torpaqla bağlı lazım olduğunu demiş, sonra geri qaytarmamışdır və həmin sənədin guya onlar tərəfindən itirildiyini iddia etmişdir. Kənd icra nümayəndəsi iddiaçının qardaşı olmuşdur, həmin şəxs vəfat edib. Onlar qardaş olduqları üçün 1.80 ha pay torpağını razılaşmaya əsasən 3.300000 manata iddiaçıya satılması barədə Bərdə rayon Zümürxan kənd icra nümayəndəliyi tərəfindən 2 may 2001-ci il tarixdə akt tərtib edilmişdir. Torpaq sahəsini Elvin adlı şəxsə 2020-ci ildə s atmışdır.

17. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iş üzrə xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli 4/1905 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin İ cildinin 212-ci vərəqində olan 2/V – 2001-ci il tarixli iltizamın sonunda “Имза Ваваjева” qrafasındakı “Заhивə” yazısı və İ cildin 215-ci vərəqində olan 02 may 2001-ci il tarixli aktda “6. 3.Ваваjева” qrafasındakı “Заhибə” yazısı Cavabdeh5 tərəfindən icra edilmişdir.

18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-109/2025 nömrəli, 4 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X6 - sədrlik edən və məruzəçi, X3 və X4) cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, Bərdə Rayon M əhkəməsinin 29 mart 2022-ci il tarixli 2(021)-416/2022 nömrəli qətnaməsi apellyasiya şikayətlərinə əsasən yoxlanılan hissədə, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh5 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2001-ci il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adlarına olan 1.80 ha torpaq sahələrini sadə yazılı aktla İddiaçı 3.3000,000 manata satmaqla bağlı razılığa gəlmişlər və torpaq sahəsini ona faktiki təhvil vermişlər. Həmin akt adları qeyd olunan şəxslər tərəfindən imza edilmişdir.

20. Cavabdeh5 torpaq sahəsinin alqı-satqı aktındakı imzanın onun tərəfindən icra edilmədiyini bildirmişdir. Bu əsasla apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iş üzrə xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respubli kası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli 4/1905 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin İ cildinin 212-ci vərəqində olan 2/V – 2001-ci il tarixli iltizamın sonunda “Имза Ваваjева” qrafasındakı “Заhивə” yazısı və İ cildin 215-ci vərəqində olan 02 may 2001-ci il tarixli aktda “6. 3.Ваваjева” qrafasındakı “Заhибə” yazısı Cavabdeh5 tərəfindən icra edilmişdir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin redaksiyadan çıxarılmış 335.2-ci maddəsində deyilirdi ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.

22. Hazırkı iş üzrə apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə iddiaçının iddia etdiyi 02 may 2001-ci il tarixli sadə yazılı alqı-satqı müqaviləsindəki imzanın Cavabdeh5 məxsus olması müəyyən edilmiş, eyni zamanda İddiaçı mübahisə edilən torpaq sahəsinin alğı-satqısı ilə bağlı notariatda təsdiq edilməli olan əqdi tamamilə icra etmiş, həmin əmlakı satıcılardan qəbul edərək, əmlaka vicdanlı sahib kimi 20 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir. Belə olduğu tərdirdə isə müqavilənin bağlanmış hesab edilməsi ilə bağlı yoxlanılan hissədə iddianın təmin edilməsi qanuni əsaslara söykənir.

23. Məhkəmə kollegiyası Cavabdeh1 əqdi imzalamaması ilə bağlı hissədə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 1.20 ha torpaq sahəsinin birgə mülkiyy ətçisi kimi alqısatqı münasibətlərində iştirak etməsə də, lakin əqdin mövcudluğu barədə daha da əvvəldən məlumatlı olmuş və onu mübahisələndirməmiş, beləliklə də əqdin onun tərəfindən bəyənildiyini bariz şəkildə nümayiş etdirmişdir. Belə ki, Cavabdeh1 məhkəmə iclaslarında verdiyi izahata əsasən müəyyən olunur ki, o, 1998-ci ildə məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş və 2002-ci ildə həbsdən azad edilmişdir. Həbsdən azad edilən zaman da ailə üzvləri ilə birgə yaşadıqları kəndə gəlmiş və bir müddət orada yaşamışdır. Bu hal isə ona dəlalət edir ki, cavabdeh həmin vaxtdan mübahisəli torpaq sahəsinin İddiaçı satılmış olmasından məlumatlı olmuşdur. Cavabdeh1 cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir müddət Bakı səhərində işləməsi, daha sonra Rusiya Federasiyasına gedib orada yaşaması səb əblərindən torpaq sahəsinin satılmış olmasından məlumatsız qaldığı barədə arqumentlər irəli sürmüş olsa da, bu arqumentlər də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır.Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin alqısatqısına dair bağlanmış akta imza etməsə də, lakin həmin torpaq sahəsinin birgə mülkiyyətçiləri tərəfindən iddiaçıya satılmasından daha da əvvəldən məlumatlı olmuş, uzun müddət ərzində bunu mübahisələndirməmişdir.

24. Məhkəmə kollegiyası həmçinin Cavabdeh1 “mübahisəli torpaq sahəsinin iddiaçıya satmadıqları və sadəcə 25 il müddətinə icarəyə verilmiş olmaları” barədə dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, işin hallarından göründüyü kimi torpaq sahəsinə dair tərəflər arasında icarə müqaviləsi bağlanmamışdır. Cavabdeh1 «torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir» barədə irəli sürdüyü dəlili hər hansı sübuta və ya fakta istinadən deyil də, ailə üzvlərinin ona verdiyi məlumata istinadla irəli sürülmüşdr. Halbuki, işin faktiki halları ilə Cavabdeh1 ailə üzvləri olan torpağın birgə mülkiyyətçilərinin iltizam verməklə, o cümlədən alqı-satqı aktı tərtib etməklə mübahisəli torpaq sahəsini İddiaçı satmış olduqları müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh1 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, torpaq sahəsini 2021-ci ildə Firdovsidən geri almış və oradan bir neçə ay müddətində istifadə etmiş, sonra da torpağı Elvin adlı şəxsə satmışdır.

48. Göründüyü kimi, Cavabdeh1 torpaq sahəsinin 2001-ci ildə “3000 manata” 25 il müddətinə iddiaçıya icarəyə verildiyini və 2021-ci ildə, yəni torpağın icarə müddəti bitməmiş torpağı iddiaçıdan geri almış olduğu barədə ziddiyyətli arqumentlər irəli sürür. Əvvəla, Cavabdeh1 torpaq sahəsinin 2001-ci ildə 25 il müddətinə icarə verildiyi halda, 2021-ci ildə icarə müddəti bitməmiş iddiaçıdan torpağı geri istəməsi ilə bağlı hər hansı ağlabatan səbəb bildirməmişdir. Halbuki, cavabdehin deməsinə görə torpaq sahəsi “3000 manat” pul müqabilində 25 il müddətinə iddiaçıya icarəyə verilmişdir. 2021-ci ildə, yəni icarə müddətinin 20-ci ilində icarə obyekti olan torpaq sahəsinin icarəçidən alınması da məntiqli deyildir. Bununla belə, Cavabdeh1 apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclaslarında torpaq sahəsinə dair Dövlət aktının iddiaçıda olduğunu bildirmişdir. Halbuki, cavabdehin deməsinə görə torpaq sahəsi icarə verildiyi halda, torpaq sahəsinə dair Dövlət aktının da iddiaçıya verilməsi ina ndırıcı və ağlabatan deyildir.

49. Şərh olunanların yekunu olaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Cavabdeh1 irəli sürdüyü dəlillər formal mülahizə olmaqla qanuni və əsaslı tələbin təmin edilməməsi üçün məhkəmədə çaşqınlıq yaratmaq məqsədi güdür. 50. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 3 mart 2023-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müva fiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

51. Konstitusiya Məhkəməsi həmin Qərarda xüsusilə vurğulamışdır ki, müqavilənin imzalanmaması ( ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

52. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı aktı hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 335-ci maddəsinin tələblərinə, o cümlədən mülki qanunvericiliyin əqdlərlə bağlı müddəalarına uyğundur. Müqavilənin cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iradəsinə zidd bağlanmış olması barədə apellyasiya şi kayətinin dəlilləri əsassızdır, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsindən imtina üçün hər hansı hüquqi əsas yoxdur. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025 il tarixli qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyn i məzmunla əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə dindirilən cavabdehlərin, şahidlərin ifadələrinin təhrif olunmaqla, iddiaçı ilə aramızda yaranmış mübahisənin mənbəyi və səbəbləri barədə verdiyim izahatıma qiymət vermədən qərar qəbul etməsi ilə qeyd olunan prosessual hüquq normasının tələblərini pozmuşdur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən mühüm hallara qiymət verərkən tərəflərin təqdim etdikləri sübutları düzgün qiymətləndirməmiş, bununla bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verməməklə obyektiv, qərəzsiz və hərtərəfli araşdırma aparmadan mübahisəli hüquq münasibətlərinə düzgün qiymət verməmişdir.

27. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi o nun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Apellyasiya instansiya məhkəməsi onun sonradan bu əqdi bəyənməsini nəyin əsasında iddia edir başa düşülmür. Sanki məhkəmə bu qətnaməsində əsassız mövqeyinə haqq qazandırmaq istəyir və qətnamənin bir hissəsi digər hissəsini təkzib edir. İddiaçı qardaşı kənd icra nümayəndəs işləyən və məhkəmənin əsaslandığı əsas sənəd olan şahidlik aktını təsdiq edən kənd icra nümayəndəsi olan Şakir Əzizovun qohumluq münasibətləri, yəni qardaşı olması faktı, yəni qərəzli və saxta yollarla bu şahidlik aktını (başqa sözlə desək məhkəmənin istinad etdiyi alqı-satqı müqaviləsi) qərəzli və saxta yollarla tərtib edilməsinə dair mötəbər dəlillər olmasına baxmayaraq məhkəmə bu istiqamətdə araşdırma aparmamış və nəticədə saxta və qərəzli tərtib edilmiş bir şahidlik aktını və ya başqa sözlə desək alqı-satqı müqaviləsini etibarlı sənəd kimi hesab etmişdir. Halbuki ümumi birgə mülkiyyətçi olan Cavabdeh2 1994-cü ildən Rusiya Federasiyasına Tümen şəhərinə gəlin köçmüş və o da i bu şahidlik aktını Bərdə kənd icra nümayəndəsinin yanında imzalaya bilməzdi, ümumi birgə mülkiyyətçilərdən digəri Cavabdeh5 da həmin şahidlik aktına imza etməməsi ekspert rəyi ilə sübut olunur.

28. Həmçinin İddiaçı əvvəllər Rayon Məhkəməsinə şikayət edərək iddia qaldırmışdır ki, torpağı Gündüz və onun ailəsindən almışdır. Lakin məhkəmə vaxtı müəyyən olunub ki, İddiaçı əlində heç bir sübut yoxdur, bu zaman məhkəmə müəyyən edib ki, İddiaçı əsaslandığı şahidlik aktı qanuni sənəd deyil və ona bu əsasla məhkəmə qiymət verib Laki n anası vəfat etdikdən sonra o yenidən iddia qaldırıb. Məhkəmə tərəfindən eyni əsaslarla və eyni tələb üzrə artıq məhkəmə tərəfindən müəyyən edilmiş və qəbul edilmiş qərar olmasına baxmayaraq eyni tələblə, eyni əsasla və eyni iddia ilə İddiaçı yenidən məhkəməyə müraciət edir və təkrar olaraq eyni iş üzrə eyni tərəflər arasında yeni məhkəmə qətnaməsi çıxarılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi(əqd bağlanan zaman qüvvədə olan redaksiyada)

30. Maddə 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır; Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə v ə ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

39. Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli qərarı: “əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar müəyyən edilməlidir. -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı, əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.” 40. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 3 mart 2023-cü il tarixli Qərarı: “...hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən ə qdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı qətnamə qətnamədə n yalnız Cavabdeh1 kassasiya şikayəti veridyindən qətnamə kassasiya şikayətinin dəlilləri əsasında ona münasibətdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehin kassasiya şikayətinin dəlilləri əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılm a ilə razılaşır.

52. Kassasiya şikayətinin eyni əsaslarla və eyni tələb üzrə iddianın rədd edilməsi barədə məhkəmə qətnaməsinin mövcudluğu barədə dəlil isə bu barədə müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyindən əsassızdır.

53. Həmçinin digər cavabdehlər tərəfindən qətnamə münahisələndirilmədiyindən kassasiya şikayətinin həmin cavabdehlərə aid dəlilləri məhkəmə araşdırmasının predmetini təşkil etmir.

54. Məhkəmə kollegiyası dəlillərə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi n əticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnaməsi kassasiya şikayətinə əsasən yoxlanılan hissədə, yəni Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 fevral 2025-ci il tarixli 2(104)109/2025 nömrəli qətnaməsi kassasiya şikayətinə əsasən yoxlanılan hissədə, yəni Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar