Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1796/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: edilməsi ) xüsusi mülkiyyətdə olan evə istifadə hüququnun rədd Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2521/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Kuberov Amir İlqar oğlu ilə xx xxxxxx 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından bir övladı var. Uşaq anası ilə yaşayır. İddiaçı Cavabdeh1la ailə qurarkən Xaçmaz rayonunun Ləcət kəndində yerləşən 3 otaq və mətbəxdən ibarət yaşayış evinə gəlin köçmüş və ailə münasibətləri pozulanadək orada yaşamışdır. İddiaçı 2019-cu ildə evi tərk etmiş, ailə münasibətləri pozulmuşdur. İddiaçı keçmiş ərinin evinə hüququ olması əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladı xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahibliyində olan Xaçmaz rayonunun Ləcət kəndində yerləşən yaşayış evinə köçürülməklə həmin yaşayış evindən və köməkçi vasitələrdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: o, Cavabdeh1la xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Amir adlı uşaqları anadan olmuşdur. Hazırda uşaq onun yanındadır. O, Cavabdeh1la ailə qurarkən Xaçmaz rayonunun Ləcət kəndində yerləşən 3 otaq və mətbəxdən ibarət yaşayış evinə gəlin köçmüş və evdən çıxıb ata evinə qayıdana qədər orada yaşamışdır. Evin mülkiyyət sənədi yoxdur. Evin texniki sənədi isə Cavabdeh2 atası X adına işlənilib. Belə ki, DƏDRX-nin xx.xx.2019-cu il tarixli məktubunda göstərilir ki, Ş.Q.Kuberovun adına Xaçmaz rayonunun Ləcət kəndində yerləşən mənzilə Xaçmaz rayon Tİİ və MHQ idarəsi tərəfindən 237A reyestr saylı qeydiyyat vəsiqəsi və texniki pasport işlənmişdir. Cavabdeh2 adına Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyata alınmış yaşayış evi aşkar edilməmişdir.
4. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddianın qismən təmin edilməsi, İddiaçı azyaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü X2 ilə birlikdə xx xxxxxx 2002-ci il tarixli 237A reyestr saylı qeydiyyat vəsiqəsi ilə Cavabdeh2 adına Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyata alınmış bir mərtəbəli, sahəsi 52.8 kv.metr olan evə köçürülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1, 180.2, 180.3-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- G.Tağızadə (sərlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev ) Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(067)-886/2020 saylı qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş, İddiaçı azyaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü X2 ilə birlikdə xx xxxxxx 2002-ci il tarixli 237A reyestr saylı qeydiyyat vəsi qəsi ilə Cavabdeh2 adına Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyata alınmış bir mərtəbəli, sahəsi 52.8 kv.metr olan evə köçürülməsi və köməkçi vasitələrindən istifadə hüququnun tanınması barədə iddiası təmin edilməmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzg ün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz göndərərək, qeyd edilmişlər ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin özbaşına tikili ilə əlaqədar yaranan hüquq münasibətlərini tənzimləyən normaları tətbiq etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İddia tələbini rədd edən apelyasiya instaniyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, ona görə də kassasiya şikayətinin təmin edilməməsi və apelyasiya məhkəməsinin qətnamsəinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. c) Məhkəmə icraatı işt irakçılarının izahatları
11. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
12. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəcam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
13. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa ş əxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olunmasın.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflə r arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
15. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam ver ildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
16. Mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mübahisəli yaşayış sahəsinin mülkiyyətdə olması ilə yanaşı, istifadə hüququnun yaranmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırkı işdə isə iddiaçı ilə cavabdehlər arasında nikah münasibətləri mövcud deyildir. 17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsin in ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi
22. Apelyasiya Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Beləki, işdə olan rəsmi sənədlərlə təsdiq olunur ki, mübahisəli ev xüsusi mülkiyyət statusuna aid əmlakdır və həmin əmlak iddiaçı ailə quran vaxta qədər cavabdehin mülkiyyətinə əvəzsiz olaraq keçmişdir. İddiaçının mübahisəli evə hüququnun tanınmasının qanuni əsası yoxdur.
23. DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Kuberov Şövkət Qüdrət oğlunun adına Xaçmaz rayonunun Ləcət kəndində yerləşən mənzilə Xaçmaz rayon Tİİ və MHQ idarəsi tərəfindən 237A reyestr saylı qeydiyyat vəsiqəsi və texniki pasport işlənmişdir. Cavabdeh2 adına Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyata alınmış yaşayış evi aşkar edilməmişdir. 24. xx xxxxxx 2002-ci il tarixli 237A reyes tr saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Xaçmaz rayonunun Ləcət kəndində yerləşən, bir mərtəbəli, sahəsi 52.8 kv.metr olan ev Ş.Q.Kuberovun adına qeydə alınmışdır.
25. Göründüyü kimi Xaçmaz rayonunun Ləcət kəndində yerləşən mübahisəli evə dair Cavabdeh2 atası Şövkət Kuberovun adına Xaçmaz rayon Tİİ və MHQ idarəsi tərəfindən 11-237A reyestr saylı xx xxxxxx 2002-ci ildə qeydiyyat vəsiqəsi və texniki pasport işlənmişdir. Ş.Q.Kuberov 2013-cü ildə vəfat etmiş və miras əmlak faktiki olaraq vərəsələrin-cavabdehlərin mülkiyyətinə keçmişdir. İddiaçı isə cavabdehlə xx xxxxxx 2018ci il tarixdə rəsmi nikaha daxil olmuşdur.
26. İddiaçı ilə Cavabdeh1 arasında olan ailə münasibətləri pozulmuş və iddiaçının cavabdehin keçmiş ailə üzvü olması nəzərə alınarsa Mənzil Məcəlləsinin 30.4cü m addəsinə əsasən keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ müvvəqqəti saxlanıla bilərdi. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı 2019-cu ildə evi tərk edərək getmiş və özünə başqa yaşayış yeri seçmiş və bununla da, evdən müvəqqəti istifadə etməyə marağının olmadığını nümayiş etdirmişdir.
27. Qüvvədə olan mülki qanunvericilik və Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq normaları, o cümlədən Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq Konvensiyalar mülkiyyətin müdafiəsinə təminat verir.
28. Qeyd olunanlarə rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kass asiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2521/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.