Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1796/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: öhdəliyin icra edilməməsi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdehə qarşı “pulun qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-799/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin təklifi əsasında otel biznesinə yatırım etmək və birgə qazanc əldə etmək məqsədilə tərəflər arasında şifahi razılaşma olmuşdur.
2. İddiaçı3, İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək bildirmişdir ki, iş yoldaşları Cavabdeh özünə məxsus səyahət agentliyi vasitəsilə otel biznesinə yatırım etməyi üçün təklif etmiş, buna görə sonucuya ümumilkdə 150.000 ABŞ dolları məbləğdə vəsait vermişlər. Lakin Cavabdeh pulu onlara tam qaytarmamış və sonradan onlara məlum olmuşdur ki, Cavabdeh aldığı pulları onlardan xəbərsiz "xxxx" MMC-nin direktoruna vermişdir. Həmin müraciət əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində aparılmış araşdırmanın nəticəsində 10 fevral 202 3-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir.
3. Həmin qərardan görünür ki, Cavabdeh izahatında İddiaçı3 müxtəlif vaxtlarda 25.000 ABŞ dolları, 9.000 ABŞ dolları və 6.000 ABŞ dolları (cəmi 40.000 ABŞ dolları) aldığını və sonradan 2.000 ABŞ dollarını qaytardığını bildirmişdir. Bundan başqa, İddiaçı2 isə 2019-cu ilin fevral ayında 10.000 ABŞ dolları məbləğində pul vəsaiti almış və həmin pul vəsaitlərini X1 vermişdir. Həmçinin İddiaçı1 pul vəsaiti almadığını, həmin vaxt ona məlum olmayan pulun Yeganənin sürücüsü Nəsimiyə verildiyini, həmin miqdarın ümumilikdə 70.000 ABŞ dolları olmasının ona sonradan məlum olduğunu, İddiaçı1 onun atasına və özünə hədə-qorxu gəldiyinə görə onlar məcbur olub onun Yeganəyə verdiyi 70.000 ABŞ dollarının 38.000 ABŞ d ollarını geri qaytardığını bildirmişdir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-997/2021-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 41.000 ABŞ dolları, İddiaçı2 27.400 ABŞ dolları və borc olaraq alınmış əlavə 8000 manat, İddiaçı3 38.000 ABŞ dolları və ödənilmiş 479,72 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddiaçılar iddia tələbi onunla əsaslandırılmışlar ki, onlar birlikdə işlədikləri “Baker Hugs Services İnternational LLC” şirkətində iş yoldaşları, həmin şirkətin 3-cü dərəcəli sahə mütəxəssisi vəzifəsində çalışan əməkdaşı Cavabdeh, sonuncunun təklifi əsasında özünə məxsus səhayət agentliyi vasitəsi ilə otel biznesinə yatırım etmək üçün ümumilikdə 156.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişlər. Belə ki, İddiaçı3 xx.xx.2019-cu il tarixdə 25.000 dollar, xx.xx.2019-cu il tarixdə 9.000 dollar, xx.xx.2019-cu il tarixdə isə 6.000 dollar pul vəsaiti almışdır. xx.xx.2019-cu ildə 1.000 dollar geri alınıb və həmin ilin oktyabr ayında daha 1.000 dollar geri alınıb. Cavabdehin hal-hazırda İddiaçı3 38.000 ABŞ dolları borcu qalmışdır. İddiaçı1 xx.xx.2019-cu il tarix də 6.000 dollar, xx.xx.2019-cu ildə 30.000 dollar, xx.xx.2019-cu il tarixdə 30.000 dollar olmaqla, cəmi 66.000 dollar almışdır. Həmin məbləğdən xx.xx.2019-cu ildə 6.000 dollar, 600 manat qaytarmış, xx.xx.2019-cu ildə 3.000 manat, xx.xx.2019-cu ildə 7.000 manat, xx.xx.2019-cu ildə 8.000 dollar, xx.xx.2019-cu ildə 5.200 manat qazanc olaraq geri qaytarmış və bununla da işin batdığını bildirmişdir. Bundan sonra cavabdehin 52.000 dollar verəcəyi məbləğ qalır. Çox saylı danışıqlardan sonra atası Hüseynov Elşad tərəfindən xx.xx.2019-cu ildə 5.000 dollar, həmçinin 2020-ci ilin yanvar və fevral aylarında cəmi 6.000 dollar məbləğində pul geri qaytarılmışdır. Ümumilikdə cavabdehin İddiaçı1 41.000 ABŞ dolları borcu qalmışdır. İddiaçı2 xx.xx.2019-cu ildə 20.000 dollar, xx.xx.2019-cu ildə 10.000 dolla r, xx.xx.2019-cu ildə 20.000 dollar və ayrı-ayrı vaxtlarda yüksək məbləğlərdə pul vəsaiti almış və qazanc olaraq bir hissəsini qaytarmışdır. Hal-hazırda 27.400 ABŞ dolları və borc olaraq alınmış əlavə 8.000 manat pul vəsaiti cavabdeh tərəfindən İddiaçı2 ödənilməlidir. Cavabdeh işdən götürdüyü xeyir adı ilə ilk vaxtı müəyyən məbləğdə vəsaiti geri qaytarsa da, sonradan pulları verə bilmədiyini, işlərin yolunda getmədiyini və onlardan aldığı vəsaiti zamanla geri qaytaracağını vəd etmişdir. Lakin sonradan cavabdeh əslində pulları tərəflərdən xəbərsiz olaraq "xxxx" MMC-nin direktoru X1 verdiyini iddia etməyə başlayıb. Cavabdeh ilk başlarda yalançı vədlər verərək, Bakı şəhərində onun özünə məxsus olan evi sataraq pulları geri qaytaracağını desə də, sonradan pulları geri qaytarmaqdan imtina etmiş dir. Göstərilən hallarla bağlı dələduzluq cinayəti barədə polisə müraciət edilmiş, toplanılmış material üzrə xx.xx.2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərar çıxarılmışdır. Qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət etmişlər. Binəqədi Rayon Məhkəməsinin 6(001)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayətləri təmin edilmiş, xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ləğv edilmiş və qərarın surəti yenidən araşdırma aparılması üçün göndərilmişdir. Yenidən xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Tərəflərindən məhkəmə nəzarəti qaydasında Binəqədi Rayon Məhkəməsinə şikayət verilmiş və Binəqədi Rayon Məhkəməsinin 6(001)-163/2022 saylı, xx.xx.2022-ci il t arixli qərarı ilə xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. İstintaq Şöbəsinin müstəntiqi bütün zəruri məlumatların verilməsinə baxmayaraq, istintaq müddətində istintaqa məlum olmayan şəxslərin şəxsiyyətlərinin və olduqları yerin müəyyən edilərək istintaqa gətirilmələri və izahatlarının alınmasının mümkün olmaması səbəbi ilə əsassız olaraq xx.xx.2013-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir.
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və bildirmişdir ki, iddiaçılar ona deyil, pulları şəxsən özləri "xxxx " MMC-nin direktoru Yeganə Nağıyevanın sürücüsü Nəsimi adlı şəxs vasitəsi ilə X1 özünə vermişdir. İddiaçılardan İddiaçı2 verdiyi pulu X1 artıqlaması ilə almış, əlavə olaraq 15.000 manat pul almışdır. Digər iddiaçılar verdikləri pulları X1 tələb etməlidirlər. X1 barəsində bu işlə əlaqədar cinayət işi açılmış hazırki iddiaçılar həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışlar. X1 cəza verilmişdir. İddiaçılar tərəfindən onun barəsində dəfələrlə polis orqanlarına şikayət edilsə də, onun təqsiri olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh iddiaçılar İddiaçı3 və İddiaçı2 aldığı pul vəsaitlərini də Yeganəyə vermiş, İddiaçı1 isə özü pulu Yeganənin sürücüsü Nəsimiyə vermişdir. İddiaçı1 onlara hədə qorxu gəldiyinə görə ona 38.000 ABŞ dolları məbləğində pul vəsaiti verm işlər.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4333/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia qismən təmin edilərək, cavabdehdən (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) 38.000 ABŞ dolları məbləğində pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 370 manatının İddiaçı3 xeyrinə tutulması, 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı2 xeyrinə tutulması, 38.000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı1 xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçıların hesabına pul vəsaiti əldə edərək, əsassız olaraq varlanmışdır. Ona görə də tərəflər arasında yaranmış münasibətlərə əsassız varlanmaya dair münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir.
10. Cavabdehdən iddiaçıların xeyrinə qaytarılmalı pul vəsaitlərinin məbləğinə gəldikdə isə, məhkəmənin qənaətinə görə, qaytarılmalı pul vəsaitlərinin məbləği müəyyən edilən zaman cavabdehin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 10 fevral 2023-cü il tarixli qərarının aid olduğu araşdırma zamanı vermiş olduğu izahatı əsas götürülməli, bununla belə onun iddiaçılardan aldığı pul vəsaitlərinin Yeganəyə verməsinə və iddiaçılara geri qaytarılmasına dair mötəbər sübutlar təqdim etməməsi nəzərdən qaçırılmamalıdır.
11. Belə ki, yuxarıda da göstərildiyi kimi, Bakı şəhəri Binə qədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 10 fevral 2023-cü il tarixli qərarının aid olduğu araşdırma zamanı cavabdeh iddiaçılardan İddiaçı3 25.000 ABŞ dolları, 9000 ABŞ dolları və 6000 ABŞ dolları (cəmi 40000 ABŞ dolları), digər cavabdeh İddiaçı2 isə 2019-cu ilin fevral ayında 10.000 ABŞ dolları məbləğində pul vəsaiti aldığını etiraf etmiş və iddiaçılardan aldığı həmin pul vəsaitlərini Yeganəyə verdiyini bildirmişdir. Bununla belə o, etirazının əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
12. Bu mənada məhkəmə hesab etmişdir ki, cavabdehdən İddiaçı2 xeyrinə 10.000 ABŞ dolları, digər İddiaçı3 isə iddia ərizəsində verdiyi pul məbləğindən 2.000 ABŞ dolları vəsaitinin ona geri qaytarıldığını göstərməsi (etiraf etməsi) əsas götürülməklə a dı çəkilən iddiaçının xeyrinə 38.000 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır.
13. İddiaçı1 xeyrinə tutulmalı pul vəsaiti ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində vermiş olduğu izahatında İddiaçı1 pul vəsaiti almadığını, həmin vaxt ona məlum olmayan pulu Yeganənin sürücüsü Nəsimiyə verildiyini, həmin məbləğin ümumilikdə 70000 ABŞ dolları olmasının ona sonradan məlum olduğunu, İddiaçı1 onun atasına və özünə hədə-qorxu gəldiyinə görə onlar məcbur olub onun Yeganəyə verdiyi 70000 ABŞ dollarının 38000 ABŞ dollarını geri qaytardığını bildirmişdir. Məhkəmə İddiaçı1 pulu Yeganə adlı şəxsə deyil, iddiaçıya verməsini və cavabdehin isə iddiaçıya 38000 ABŞ dolları vəsait qaytarıldığını bildirməsini əsas götürərək hesab edir ki, cavabdehin almadığını (pulu iddiaçıya qaytarmaq öhdəliyinin olmadığını) irəli sürdüyü halda, bu cür böyük məbləğdə pul məbləğini iddiaçıya qaytarması ağlabatan deyildir. Bu mənada onun adı çəkilən iddiaçıya münasibətdə hər bir halda qeyd edilən məbləğdə pul öhdəliyinin yaranmış olduğu qəbul edilməli və qaytardığını bildirdiyi həmin vəsaiti İddiaçı1 verməsi halını sübut edə bilməməsi nəzərə alınaraq, cavabdehdən İddiaçı1 xeyrinə 38.000 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır.
14. Cavabdehin “iddiaçıların pulu ona deyil, Yeganəyə verməsi, bu əməlləri səbəbindən Yeganə Nağıyeva barəsində cinayət işinin başlanması, iddiaçıların həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmaları, X1 cəza verilməsi, hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi ilə” bağlı dəlillərinə münasib ətdə məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda da göstərildiyi kimi, cavabdeh iddiaçıların pul vəsaitini X1 verməsini sübut edə bilməmişdir. Digər tərəfdən məhkəmənin sorğusu əsasında əldə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-997/2021 saylı hökmü nəzərdən keçirilərkən, iddiaçıların X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri ilə və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması müəyyən edilməmişdir. Cavabdehin qeyd edilən arqumentlərinin əsassız olduğu qənaətinə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində vermiş olduğu izahatında at asıX2 da X1 və əri X3 900.000 ABŞ dolları verdiyini, onların atasını da aldatdıqlarını göstərmiş olsa da, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-997/2021 saylı hökmünün aid olduğu işə onun atasının da zərərçəkmiş şəxs statusunda cəlb edildiyi müəyyən edilməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinin bir sıra dəlilləri cavabdehin birinci instansiya məhkəməsində təqdim etdiyi etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, prosessual hüquq normalarını və maddi hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmiş, Yeganə Nağıyevanın sürücüsü Nəsimi adlı şəxs məhkəmə prosesinə çağırılıb dindirilməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) 2(103)-799/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4333/2023 nömrəli qətnaməsinin qismən – iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə iş ü zrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) 38.000 ABŞ dolları məbləğində vəsaitin və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 370 manatı İddiaçı3 xeyrinə, 10.000 ABŞ dolları məbləğində vəsaitin İddiaçı2 xeyrinə, 38.000 ABŞ dolları məbləğində vəsaitin İddiaçı1 xeyrinə tutulması qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında olan münasibətlərə düzgün hüquqi qiymət verilməmiş, bunun nəticəsi olaraq maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu isə qətnamənin mübahisəl əndirilən hissədə ləğv edilməsi üçün əsasdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin təklifi əsasında otel biznesinə yatırım etmək və birgə qazanc əldə etmək məqsədilə tərəflər arasında şifahi razılaşma olmuş, lakin cavabdeh həmin razılaşma üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmiş, nəticədə iddiaçılara ziyan vurmuşdur. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində araşdırma zamanı verdiyi izahatında İddiaçı3 cəmi 40.000 ABŞ dolları aldığını, həmin məbləğdən 2.000 ABŞ dollarının qaytarıldığını, digər cavabdeh İddiaçı2 isə 2019cu ilin fevral ayında 10.000 ABŞ dolları məbləğində pul vəsaiti aldığını etiraf etmiş, lakin həmin məbləğlərin X1 verildiyini bildirmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh həmin məbləğlərin iddiaçılara qaytarılması ilə b ağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, mülki-prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə həmin məbləğdə vəsaitlərin iddiaçılara qaytarıldığını sübut etmək yükü cavabdehin üzərinə düşür.
22. İddiaçı1 xeyrinə tutulmalı pul vəsaiti ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin polis orqanında verdiyi izahatda bildirdiklərinə görə o, həmin iddiaçıdan pul almadığı halda ona 38.000 ABŞ dolları pul qaytarmışdır. Halbuki, belə yüksək məbləğdə pulun alınmadığı təqdirdə qaytarılması ağlabatan və inandırıcı deyil. Cavabdeh həmçinin İddiaçı1 həmin vəsaiti qaytardığına, sonuncunun cavabdehə hədə-qorxu gəldiyinə dair məhkəməyə sübutlarını təqdim edə bilməmişdir.
23. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-997/2021 saylı hökmündən müəyyən edilir ki, iddiaçılar həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar. Cavabdeh tərəfindən iddiaçıların ona deyil, X1 pullarının verildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Nəsimi adlı şəxsin soyadı, ata adı və yaşadığı yer göstərilməklə şahid qismində dəvət edilməsi barədə vəsatət də verilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 385, 386, 390, 425, 430, 442, 443, 448, 560-cı maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN V Ə ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətinin bir sıra dəlilləri cavabdeh tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmiş etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
27. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin yalnız cavabdehin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində araşdırma zamanı verdiyi izahatına istinad etməsi əsaslı olmamış, məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh izahat və apellyasiya şikayətində iddiaçıların iddia e tdiyi məbləği aralarında olan razılaşmada nəzərdə tutduqları kimi turizmin inkişafı üçün ödədiyini inkar etməmişdir. Cavabdeh iddiaçıların tələb etdikləri məbləği ödəliklərini, həmin pul məbləğinin iddiaçılara qaytarılmalı olduğunu təsdiq etməklə yanaşı, pulun ona deyil, "xxxx" MMC-nin direktoru X1 ödənildiyini bildirmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıların tələb etdikləri pulun məbləği cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh iddiaçıların iddia etdikləri həmin pul vəsaitinin ona deyil, "xxxx" MMC-nin direktoru X1 ödənildiyini etiraf etmişdir. Həmin xüsusatla bağlı cavabdeh həmçinin ona istinad etmişdir ki, iddiaçılar Yeganə Nağıyevanın Azərbaycan Respublikası CM-nin 178.4 və 308.2-ci maddələri ilə ittiham olunduğu cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışlar. Cavabdeh həqiqətə uyğun olmayan həmin xüsusata istinad etməklə ona nail olmaq niyyətində olmuşdur ki, məhkəməni iddia tələbinin ona deyil, X1 yönəldilməli olmasına inandırsın.
28. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 77, 88-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin ic rasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
35. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
37. Maddə 443.5. Borclu icr anı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.
40. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
41. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
42. Maddə 560.3.4. Hüquqdan su i-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasi bətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı o lmayaraq yoxlanılmalıdır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
53. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidli yinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hü quqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
56. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın müqavilənin etibarsız sayılması tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qal mır.
57. Ümumiyyətlə kassatorun dəlilləri işin faktik halları ilə bağlıdır. Bu mahiyyətdə olan dəlillər isə kassasiya icraatının predmeti deyildir.
58. Çünki məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsasland ırılmışdır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-799/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.