Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1797/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər:əmrin ləğv edilməsi, işəbərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2(103)8013/2022 saylı qətnaməsindən iddiaçı X verdiyi kassasiya şikayəti üzrə işə 07 iyun 2023cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı X xn 04 iyul 2018-ci il tarixli 89 k saylı əmri ilə 1,0 ştat vahidi ilə provizor vəzifəsinə işə qəbul edilmişdir.
2. Həmin Poliklinikanın baş həkiminin 01 iyun 2022-ci il tarixli 93-k saylı əmri ilə 9 nömrəli Şəhər Poliklinikasının aptekinin provizoru X ilə bağlanmış əmək müqaviləsinə 01 iyun 2022-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X (bundan sonra iddiaçı) cavabdeh x qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 01 iyun 2022-ci il tarixli 93-k saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərərin əvəzi kimi 1000 manat pu lun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə, onunla əsaslandırmışdır ki, o, işlədiyi müddət ərzində işini vicdanla yerinə yetirmiş, verilən bütün tapşırıqları qüsursuz olaraq həyata keçirmiş, heç bir nöqsana yol verməmişdir. İşlədiyi müddət ərzində heç bir töhmət, xəbərdarlıq almamış və barəsində intizam tənbeh tədbiri olmamışdır. Heç bir əsas olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X4 tərəfindən verilmiş cavabda 13 avqust 2020-ci il və 16 sentyabr 2021-ci il tarixlərdə töhmət verildiyi göstərilmişdir, halbuki ona heç bir töhmət elan edilməmiş və əmrlə tanış edilməmişdir. Bundan əlavə, o, işdən azad edilərkən X2 razılığı alınmamışdır. Qeyd olunmalıdı r ki, o, artıq bir neçə aydır ki, işsiz qalmış, ailəsini dolandırmaq üçün qohuməqrəbadan borc almağa məcbur olmuş, maddi sıxıntılarla üzləşmiş və bu səbəblərdən mənəvi zərərə məruz qalmışdır. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 1.000 manat məbləğində dəyərləndirir. Həmçinin bildirir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, o isə iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. 31 avqust 2022-ci il tarixdə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 24-27 may 2022-ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə gəlmədiyinə görə onun hərəkətləri 31 may 2022-ci il tarixində həmkarlar təşkilatında müzakirə olunmuş və onun işdən azad olunması məqsədəmüvafiq hesab edilmişdir. 01 iyun 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmçinin iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.
6. Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin yığıncağının 31 may 2022-ci il tarixli iclas protokolundan görünür ki, gündəlikdə olan məsələ Poliklinikanın heyətində olan imtiyazlı xəstələrin aptek müdiri İddiaçı öz işinə qeyri-ciddi yanaşmasıdır. Bu məsələ ilə əlaqədar komitənin sədri çıxış edərək bildirmişdir ki, İddiaçı öz işinə qeyri-ciddi yanaşır, baş həkim ona dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq işə davamiyyətini düzəltmir. 24 may 2022ci il tarixdən işə gəlmir. Həmin gündən 26 may 2022-ci il tarixədək onunla telefon əlaqəsi yaratmaq m ümkün olmamışdır. 27 may 2022-ci il tarixində nəhayət ki, telefona cavab verdikdə qeyd etdi ki, Şamaxı rayonundadır. Bunlar azmış kimi, baş həkimə böhtan atır, müəyyən xəstələri öyrədib baş həkimin üstünə qaldırır. Bu məsələ ilə əlaqədar poliklinikanın professoru X çıxış edərək bildirdi ki, İddiaçı bir işçi kimi çox məsuliyyətsizdir, baş həkimin iradına isə böhtan ataraq kobud cavab verir. Baş həkimin müavini X çıxış edərək bildirmişdir ki, kollektiv olaraq İddiaçı ilə dəfələrlə söhbət aparılmasına baxmayaraq özünə heç bir nəticə çıxarmamışdır. Bütün bunlar kollektivi qıcıqlandırır, pasiyentlərə tibbi xidmətlərin keyfiyyətini aşağı salır. Beləliklə, bütün yuxarıda qeyd olunanlar nəzərə alınaraq baş həkimə İddiaçı barəsində ciddi tədbir görülməsinin və işdən azad edilməsinin məsləhət görülm əsi qərara alınmışdır. Qeyd olunan iclasda 32 nəfər iştirak etmişdir.
7. Bakı Şəhər Baş Səhiyyə İdarəsi 9 saylı Şəhər Poliklinikasının 01 iyun 2022-ci il tarixli, 93-k saylı əmrindən görünür ki, 9 saylı Şəhər Poliklinikasının aptekinin provizoru İddiaçı ilə bağlanmış xxxxxxx000205 (05) saylı əmək müqaviləsinə 01 iyun 2022-ci il tarixdən xitam verilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 25 təqvim gününün ödənilməsi və işçi ilə son haqq-hesab aparılması, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günündə verilməsi əmr edilmişdir. Əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsa sən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmişdir.
8. Bakı Şəhər Baş Səhiyyə İdarəsi 9 saylı Şəhər Poliklinikasının işdən azad olunanların əmək kitabçalarının qeydiyyatı jurnalının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01 iyun 2022-ci il tarixli əmri 03 iyun 2022-ci il tarixdə Poliklinikadan götürmüşdür.
9. X3 Xidmətinin Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı 28 iyul 2022-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun müraciətinə baxılmış və bildirilmişdir ki, araşdırma zamanı “Bakı Baş Səhiyyə Mərkəzi” X5 rəhbərliyi tərəfindən təqdim edilmiş məktub və sənədlərdən sonuncunun işlədiyi müddətdə işinə məsuliyyətsiz yanaşdığı, işə dəfələrlə gecikdiyi və bu səbəbdən də müxtəlif tarixlərdə (13 avqust 2020-ci il və 16 sentyabr 20 21-ci ildə) ona töhmət verildiyi, 24 may 2022-ci il tarixdən üzürlü səbəb olmadan işə gəlmədiyi və bu barədə X5 məsul şəxsləri tərəfindən müvafiq aktların tərtib edildiyi məlum olmuşdur. Təqdim edilmiş sənədlərdən “Bakı Baş Səhiyyə Mərkəzi” X6 ilə arasında bağlanılmış əmək müqaviləsinə 01 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi və son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr) ödənildiyi məlum olmuşdur. Sonuncu isə 25 may 2022-ci il tarixdə xidmətdə verdiyi i zahatında işdən çıxma ərizəsini yazmağa məcbur edildiyini və 23 may 2022-ci il tarixdən işə buraxılmadığını bildirmişdir. Qeyd olunan məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisəsinin predmeti olduğundan həmin Məcəllənin 294-cü maddəsinə əsasən sonuncuya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(001)5887/2022 saylı qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam əməl edilmiş, iddiaçının işdən qanunsuz azad olunması barədə dəlilləri məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və əmrin ləğv edilməsi üçün əsaslar olmamışdır. Bundan əlavə, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür.
12. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 71, 72, 80, 83, 84, 186, 187, 296 və 300-cü maddələrinə, Mülki Məcəllənin 372.1 və 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14, 77, 217, 220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi bar ədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun heç bir üzrlü səbəb olmadan işə gəlməməsi barədə deyilənlər həqiqətə uyğun deyil. Bundan əlavə, məhkəmə onun barəsində intizam tənbehi tətbiq edərkən onun şəxsiyyətini, kollektivdə nüfuzunu və peşəkarlıq səviyyəsini, əvvəllər məsuliyyətə cəlb edilmədiyini nəzərə almamışdır. Bundan əlavə, o, işdən çıxarıldıqdan sonra əvvəlcə Əmək Müfəttişliyinə, sonra mediatora, daha sonra isə məhkəməyə müraciət etmişdir. Buna görə də onun iddia müddətini buraxması barədə qətnamədə qeyd olunanlar doğru deyil. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2 (103)-8013/2022 saylı qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.Hüseyn və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. İşdə, apellyasiya şikayətinin dəlillərinə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
17. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 71 -ci maddəsinin 2-ci hissəsinin, 72-ci maddəsinin “a” bəndinin, 296-cı maddəsinin 1, 2, 3-cü hissələrinin tələblərinə, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2 və 375.2-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olub, belə əsaslandırılmışdır ki, apellyasiya instansiya sı məhkəməsi iddia müddətinin tətbiq edilməsində səhvə yol vermiş, bununla bağlı işin hallarını tam araşdırmamış, iddiaçının hüququnun pozulmasının bildiyi anı düzgün müəyyən etməmiş və müvafiq hüquq normalarını səhv tətbiq etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları
21. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
23. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi
25. Maddə 70. “ç” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqdaləğv edilə bilər.
26. Maddə 71. 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
27. Maddə 72. “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsiişçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
28. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüqu qunun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
29. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
30. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Ma ddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir.
38. İddiaçı, kassasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüq uq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı, işəgötürənin 04 iyul 2018-ci il tarixli, 89 k saylı əmri ilə 1,0 ştat vahidi ilə cavabdehə provizor vəzifəsinə işə qəbul edilmişdir. X1 Komitəsinin yığıncağının 31 may 2022-ci il tarixli protokol-qərarı ilə iddiaçı ilə bağlanmış əmək əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. İşəgötürənin 01 iyun 2022-ci il tarixli, 93-k saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 iyun 2022-ci il tarixdən xitam verilmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nət icə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, iddiaçının əmək intizamını pozması onun fəaliyyətində yeganə hal olmamışdır.
43. Belə ki, iddiaçı, 20 iyun 2020-ci ildən 16 iyul 2020-ci il tarixədək işə çıxmadığına görə işəgötürənin 13 avqust 2020-ci il tarixli, 249-k saylı, habelə müəssisədaxili intizam qaydalarını pozduğuna görə 16 sentyabr 2021-ci il tarixli, 258-k saylı əmrləri ilə ona töhmət verilmişdir.
44. Həmçinin, iddiaçının istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı qaydasında işə baxılarkən verdiyi izahatlardan görünür ki, o, işdən azad olunması barədə əmri, əmək kitabçasını və digər sənədləri Poliklinikadan 03 iyun 2022-ci il tarixdə almışdır.
45. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, iddiaçı işə bərpa barədə iddia tələbi ilə hüququnu n pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilərdi.
46. İş materiallarından görünür ki, iddiaçı hüququnun pozulduğunu 03 iyun 2022-ci il tarixdə bildiyi halda, bundan 2 ay sonra, yəni 2022-ci ilin avqust ayında mediasiya təşkilatına, 08 sentyabr 2022-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. İddiaçının əmək hüquqlarının pozulması barədə X3 Xidmətinə müraciətləri isə işdən azad olunma barədə əmrin verildiyi tarixdən əvvəl, yəni 17 və 20 may 2022-ci il tarixlərdə olmuşdur.
47. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, hətta işdən azad olunma tarixindən sonrakı dövrdə X3 Xidmətinə müraciət olunsa idi belə, X3 Xidməti əmək mübahisəsini həll edən orqan olmadığına görə, həmin Xidmətə müraciət olunması iddia müddətinin axımının dayandırılmasına əsas ola bilməzdi.
48. Poliklinikanın imtiyazlı aptekinin provizoru olan iddiaçı, 24-27 may 2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə gəlməməsi Poliklinikada işin və əmək intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur.
49. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
50. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apelly asiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçı, əmək intizamını pozduğuna görə işəgötürən düzgün olaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Həmçinin iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini buraxdığından, birinci instansiya məhkəməsi onun iddiasını rədd etməkdə haqlı olmuşdur.
51. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2(103)-8013/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.