Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1797/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və X3 cavabdehlər Cavabdeh1, X7, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27rşı iş üzrə QƏRARİ Açar sözlər: ər-arvadın ümumi əmlakı, ər-aravadın hər birinin əmlakı, əqdin etibarsızlığı, miras əmlakda payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və X3 cavabdehlər Cavabdeh1, X7, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadast rı və Reyestri X27rşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6213/2023 nömrəli, 19 dekabr 2023- cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X20 ilə X8 birgə nikahından İddiaçı1 və X14 anadan olmuşdur.
2. X20 xx.xx.1996-cı il tarixdə ikinci dəfə Cavabdeh1 ilə nikaha daxil olmuş və xx.xx.1997-ci il tarixdə xx.xx.1994-cü il təvəllüdlü X10 övladlığa götürmüşlər.
3. Cavabdeh1 X20 ilə birgə nikahda olduğu dövrdə 15 saylı MKİS-də “dalandar” vəzifəsində işlədiyinə görə Bakı şəhəri Nəsi mi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 738 №-li «S.Rəhimov küçəsi, 181 saylı evdə k/k Saakovun boşalmış mənzilinin vətəndaş Cavabdeh1 mənzil sahəsinə əlavə edilməsi və ona daimi verilməsi barədə» sərəncamı ilə S.Rəhimov küçəsi, 181 saylı evin 1 otaqlı yaşayış sahəsi 16,0 kv.m. olan 7 saylı mənzili xidməti mənzil siyahısından çıxarılmış, S.Rəhimov küçəsi, 181 saylı evdə keçmiş icarədar Saakovun boşalmış 1 otaqlı yaşayış sahəsi 13,0 kv.m. olan 10 saylı mənzili vətəndaş Cavabdeh1 mənzil sahəsinə əlavə edilmiş və 2 otaqlı yaşayış sahəsi 29,0 kv.m. olan 7 saylı mənzilə daimi order verilmişdir.
4. Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 002021 saylı orderi ilə bu fakt təsdiqlənmiş və qeyd edilmişdir ki, Cavabdeh1 sözügedən mənzildə 3 nəfər (özü, həyat yol daşı, qızı) ilə yaşamaq hüququ var. X20 xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Texniki İnventarlaşdırma İdarəsinə razılıq ərizəsi təqdim edərək, həmin mənzilin həyat yoldaşı Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.
5. Cavabdeh1 xx.xx.2005-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ünvan 4-də yerləşən ümumi sahəsi 57,43 kv.m., yaşayış sahəsi 29,0 kv.m. olan iki otaqdan ümumi sahəsi 16,5 kv.m. olan, yaşayış sahəsi 13,0 kv.m-dən ibarət 1 otağını 117.840.000 AZN qarşılığında X1.
6. Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 181 saylı evin 29.0 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 7 saylı mənzili Cavabdeh1 adına 16,0 kv.m. payda, digər paylar üzrə 1 yaşayış otağı 13,0 kv.m. payda, 16,5 kv.m. ümumi sahə X4 adına xüsusi m ülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında xx.xx.2005-ci il tarixində qeydiyyat aparılmışdır.
7. Cavabdeh1 xx.xx.2008-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə X2 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 13 nömrəli binada yerləşən ümumi sahəsi 43,4 kv.m., yaşayış sahəsi 31,0 kv.m. olan iki otaqlı 1 nömrəli mənzili 135.744 manata almışdır.
8. Cavabdeh1 xx.xx.2008-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə bir otaqlı, 16.0 kv.m. olan ünvan 7 binada yerləşən 7 nömrəli mənzili "xxxx" MMC-yə 128.800 manata satmış və X15, eləcə də X20 ərizə təqdim edərək, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 saylı mənzildən özlərinə məxsus olan 1 yaşayış otağının 16,0 kv.m. hissəsinin satılmasına etiraz etmədiklərini bildirmişlər.
9. Cavabdeh1 xx.xx.2008-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə X11 Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 7 nömrəli binada yerləşən dörd otaqlı 18 saylı mənzildən ona məxsus olan yaşayış sahəsi 28.4 kv.m-dən ibarət olan iki otağını 68.680 manata almışdır.
10. X20 (miras qoyan) xx.xx.2021-ci il tarixdə ölmüş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı dövlət notariat kontorunda V-82 saylı vərəsəlik işi açılmış, miras qoyanın birinci növbə vərəsələri Cavabdeh1 (ikinci nikahdan arvadı), X16 (ikinci nikahda övladılığa götürdüyü qızı), İddiaçı1 və X14 (birinci nikahdan olan qızları) olmuşdur.
11. Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 13 nömrəli binada yerləşən ümumi sahəsi 43,4 kv.m., yaşayış sahəsi 31,0 kv.m. olan iki otaqlı 1 nömrəli mənzili xx.xx.2022-ci il tarixdə 73418 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi üzrə X5 mülkiyyətinə vermiş və mənzil xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
12. Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 7 nömrəli binada yerləşən dörd otaqlı 18 saylı mənzili xx.xx.2022-ci il tarixdə 75187 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi üzrə X5 mülkiyyətinə vermiş və həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyət hüququ üzrə 2 otaq, y/s – 28.2 kv.mdən ibarət payda X19, 2 otaq, y/s – 28.4 kv.m-dən ibarət payda isə X7 məxsusdur. X 5 payı xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçılar İddiaçı1 və X14 cavabdehlər X7, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X16 arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatının və X7 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi; Cavabdeh1 və X16 arasında Bakı şəhəri, Nəs imi rayonu, Kaveroçkin küçəsi, ev 13, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatının və X7 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi; Miras qoyana məxsus ünvan 6 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50% payın 1/3 hisssəsinə (16,6%) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və hər bir mənzildə 50% payın 1/3 hisssəsinə (16,6%) X3 vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, ataları vəfat etdiyi tarixdə onun ikinci nikaha daxil olduqdan sonra birgə nikah dövründə əldə etdiyi əmlaklardan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13 ünvanında yerləşən 1 saylı və ünvan 2nında yerləşən 18 saylı mənzillərə mülkiyyət hüququ Cavabdeh1 məxsus olmuşdur. Göstərilən mənzillərin 50% pay hissəsi iddiaçıların atasına məxsus olmuşdur. Ataları ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Həmin mənzil iddiaçıların ögey bacısı X5 mülkiyyətindədir. Belə ki, həmin mənzili ona atalarının sağlığında bağışlamışdır. İddiaçılar atalarının vəfatından sonra ərazi üzrə 14 saylı Notariat Ofisinə vərəsəliyin açılması ilə bağlı müraciət etmişlər. Ataları sağlığında ögey bacılarına mənzil hədiyyə edib onun payını ayırdığından iddiaçılar hesab edirlər ki, ona v ərəsəlikdən pay düşmür. Bundan başqa, X16 atalarının vəfatından sonra notariusa vərəsəliyin açılması ilə bağlı qanunla müəyyən olunmuş 6 aylıq müddət ərzində müraciət etməmiş, atalarının sağlığında ailə quraraq köçüb getmişdir. Belə ki, hər mənzilə üç varis – iddiaçıların və Cavabdeh1 50% payı vardır. Qeyd edildiyi kimi, həmin daşınmaz əmlaklar cavabdehin adınadır. Bu səbəbdən hazırda vərəsəlik hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət edirlər.
15. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, ailə qurduqları gündən miras qoyanla cavabdehə məxsus S.Rəhimov küçəsi, ev 181, mənzil 7-də onunla birlikdə yaşamışdır. Həmin mənzil cavabdehə uzun müddət işlədiyi Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Cavabdeh xx.xx.2005-ci il tarixdə evi öz adına özəlləş dirmişdir. İddiaçıların atası həmin ünvanda qeydiyyatda olmadığından onun həmin evə heç bir hüququ olmamışdır. Cavabdeh evi özəlləşdirərkən, yəni xx.xx.2005-ci il tarixdə mərhum əri yazdığı ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 özünə məxsus olan 1 yaşayış otağının satılmasına etiraz etməmişdir. Əslində onun ərizəsinin lazım olmadığını bildirərək, həmin 1 otaqlı mənzili birgə nikah dövründə əldə etmədiyini qeyd etmişdir. 2008-ci il tarixində həmin mənzil cavabdehdən şirkət tərəfindən alınmış və əvəzinə cavabdehə 2 otaqdan ibarət Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13-də 1 saylı mənzil və 2 otaqdan ibarət Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7-də 18 saylı mənzil verilmişdir. Hər iki mənzil 2 otaqdan ibarətdir və cavabdehin adına xüsusi mülkiyyət kimi qe ydiyyatdan keçmişdir, yəni həmin mənzillər cavabdehə məxsus xüsusi mülkiyyət olan birotaqlı mənzilin əvəzində verilmişdir və birgə nikah dövrünə aid olmamışdır. Həmin mənzillərin alınmasında iddiaçıların atasının maddi dəstəyi olmamışdır. Buna görə də vərəsəliyin predmeti ola bilməz.
16. Eyni zamanda, iddiaçı X12 vəkili və nümayəndəsi müddətin buraxılmamış hesab olunması barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, iddiaçının səhhəti pisləşdiyindən atası vəfat etdikdən sonra bacısı ilə birlikdə notariusa gedə bilməmiş, onkoloji xəstə olduğundan kimyaterapiya müalicəsi almışdır. Səhhəti ilə əlaqədar vərəsəliklə bağlı yalnız bir neçə ay sonra notariat ofisinə gedə bilmişdir. Nəticədə 3 aylıq müddət keçəndən sonra, lakin 6 aylıq müddət bitməmiş vərəsəliyin açılması üçün müraciət etmişdir. İd diaçıların vərəsəliyi qəbul etməsi Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 913 saylı məktubu ilə təsdiq edilmişdir.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-2588/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Abidova) iddia rədd olunmuşdur.
18. Birinci instansiya məhkəməsi “ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, həmin mənzilin Cavabdeh1 mərhum X20 ilə birgə nikah dövründə əvəzsiz verilən və onun adına özəlləşdirilməsinə mərhum tərəfindən qanunamüvafiq qaydada razılıq verilən başqa bir mənzilin satılmasından əldə edilən vəsait hesabına alınması aşkardır. Qanunve riciliyə əsasən, mənzilin Cavabdeh1 mərhum X20 ilə birgə nikah dövründə verilməsinə baxmayaraq, əvəzsiz verildiyindən və mərhumun razılığı ilə Cavabdeh1 adına özəlləşdirildiyindən, həmin mənzil onların birgə mülkiyyəti hesab edilmir, dolayısı ilə həmin mənzilin satılmasından əldə olunan vəsait hesabına birgə nikah dövründə alınan sözügedən mənzil də ümumi əmlak hesab edilə bilməz. Bu səbəbdən də, həmin mənzil Cavabdeh1 ilə mərhum X13 ümumi əmlakı deyildir, cavabdehlər Cavabdeh1 ilə X16 arasında həmin əmlaka dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur, buna görə də iddia tələbi bu hissədə təmin edilə bilməz.
19. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, 1 saylı mənz ilə dair 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin mənzilin ümumi mülkiyyətdə olub-olmamasından asılı olmayaraq, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur. Belə ki, birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü tələbi məhz mərhum X17 məxsus olan şəxsi hüquq olmuş, lakin iş materiallarından müəyyən olunur ki, mərhum öz sağlığında mübahisəli mənzildə olan pay hüququnun müəyyən edilməsinə dair hər hansı hüquqi addım atmamışdır. Bu da onu düşünməyə əsas verir ki, mərhum öz pay hüququnun müəyyənləşdirilmədən əmlakın arvadının mülkiyyətində olması ilə razı olmuşdur. Mübahisəli əmlakın iddiaçıların atası ilə Cavabdeh1 birgə nikahı dövründə əldə edil məsi mübahisəsiz olsa da, birgə gəlirlər hesabına əldə edilib-edilməməsini hazırda müəyyənləşdirmək mümkünsüzdür. Çünki hazırki iddia irəli sürülənədək tərəflərdən biri, yəni iddiaçıların atası vəfat etmiş, sağlığında isə bu əmlakın bölünməsini tələb etməmişdir. Hazırki iş üzrə iddiaçılar mənzil bağışlanarkən ataları öldüyündən onların vərəsə kimi razılığının alınmasının məcburi olduğunu düşünsələr də, bu dəlil əsaslı ola bilməz. Çünki mənzil birgə nikah dövründə, birgə gəlirlər hesabına əldə edilmiş olsa belə, buna razılıq hüququ əgər sağ olsaydı, onların atası tərəfindən verilə bilərdi. Ancaq qeyd olunduğu kimi, mənzil özgəninkiləşdirilərkən X6 olmamış, sağlığında da mənzilin bölünməsini tələb etməmişdir. Bu cür vəziyyətdə X13 həmin mənzil üzərində payı müəyyən edilmədiyindən, bağışlama müqaviləsinin bağlanmasına iddiaçıların razılığı da tələb olunmurdu. Ona görə də, iddiaçıların məhz onun vərəsələri kimi mübahisəli mənzilin bağışlanmasının etibarsızlığını tələb etməyə subyektiv hüquqları yaranmamışdır.
20. Daşınmaz əmlakın dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatının və X7 verilmiş çıxarışların ləğv edilməsi tələbləri isə yuxarıda qeyd olunan tələblərlə birbaşa əlaqəli olduğundan və həmin tələblər təmin edilmədiyindən, yəni bağışlama müqavilələrinin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından, həmin müqavilələr əsasında müvafiq reyestrdə aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi tələbləri də əsassızdır, təmin edilməməlidir.
21. Beləliklə, mübahisəli mənzillərə mülkiyyət hüququna dair diqqətəlayiq hallar məhkəmə tərəfi ndən araşdırılmış və mənzillərin iddiaçıların iddia etdiyi kimi mərhum X17 məxsus olması və ya onun hər bir mənzildə 50% payının olması müəyyən edilməmişdir. Bu səbəbdən də, iddia tələbi mənzillərdə atalarına məxsus 50% payda müəyyən hissəyə iddiaçıların vərəsəlik hüquqlarının tanınması və mənzillərdəki paya dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. İddia təmin edilmədiyindən məhkəmə tərəfindən iddiaçı X12 vəkili və nümayəndəsinin verdiyi müddətin buraxılmamış hesab olunması barədə ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – M ülki Məcəllə) 223.1, 337-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 34.1, 36.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 9.1, 9.3, 14.2, 76.1, 77.1, 88. 89.3, 124.2, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarı lmasını xahiş etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 07 fevral 2023-cü il tarixli, 2(103)-890/2023 nömrəli qətnaməsi ilə (hakimlər - X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhramzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab etmişdir ki, mübahisəli mənzillər birgə nikah dövründə əldə edilən əmlak olsa da, həmin mənzillərdə ölən mərhum Sabir Hüseynova məxsus pay mövcud olması iş materiallarından görünmür. Qeyd edilən əmlaklar ümumi əmlak olmadığından bağışlama müqavilələri rəsmiləşdirilən zaman mənzillər Cavabde h1 mülkiyyətində olduğu üçün mülkiyyətçi kimi həmin əmlaklar üzərində sərəncam verməkdə sərbəst idi. Beləliklə, mübahisələndirilən müqavilələr bağlanmasının Mülki Məcəllənin 667ci maddəsinin tələblərinə zidd olmasına dair əsaslar müəyyən edilməmişdir. İddiaçı tərəfin izahatları isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddia tələblərinin əsaslı olmasına dair hər hansı mötəbər sübut təqdim etməmişlər.
26. Eyni zamanda, iddiaçılar apellyasiya şikayətində "xxxx" MMC-nin məktubunun sübutlar sırasından çıxarılması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfin qeyd edilən məktubun qanuna uyğun olmamasına dair şübhələri ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət etmə k hüquqları vardır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. İddiaçılar ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 03 avqust 2023-cü il tarixli 2(102)-2354/2023 nömrəli qərarı ilə (hakimlər - E.Vəliyeva (məruzəçi), E.Şamayev və Ə.Xıdırov) kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası Məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh1 və X16 arasında Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X7 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi və həmin mənzildə 50% payın 1/3 hissəsinə (16,6%) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və 50% payın 1/3 hissəsinə (16,6%) X3 vərəsəlik hüququnun tanınması və mənzildəki paya daşınmaz əmlakın dövlət reyestriində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş yeni baxışa göndərilməsi, qətnamənin ünvan 1 ünvanında yerləşən mənzilə dair hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
29. Kassasiya instansiyası məhkəməsi Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, 1 saylı mənzilə münasibətdə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü ilə bağlı Hüseynov Sabirin öz sağlığın da hər hansı hüquqi addım atmaması, onun ölümü nəticəsində ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilməsi barədə mövqe ümumiyyətlə mülki və ailə qanunvericiliyinin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə ziddir. Sözügedən mənzilin birgə əmlak olduğu müəyyən edildiyi halda, iddiaçıların atasının ölümü ilə həmin mənzildəki payına vərəsəlik açıldığından iddiaçıların həmin əmlaka vərəsəlik hüquqları yaranmış olur.
30. Məhkəmə hesab etmişdir ki, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüququ vərəsəlik hüququndan əmələ gəlir. Bu hüquq yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır (Mülki Məcəllənin 1243.2-ci maddəsi) İş materiallarından görünür ki, iddiaçılardan biri Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş 3 aylıq müddətdə, digəri isə 6 a ylıq müddət də notariat orqanına mirasın qəbulu üçün müraciət etmiş, həmçinin 2-ci iddiaçı məhkəməyə mirasın qəbulu müddətinin bərpası ilə bağlı ərizə ilə də müraciət etmişdir. Apellyasiya məhkəməsi işə baxarkən ikinci mənzildə mərhuma məxsus payı qətnamədə göstərilən əsaslarla miras kütləsinə daxil etməməklə səhvə yol vermiş, həmçinin qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını tam, hərtərəfli araşdırmamış, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Apellyasiya baxışı zamanı "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olu nmuşdur.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 19 dekabr 2023-cü il tarixli, 2(103)-6213/2023 nömrəli qətnaməsi ilə (hakimlər - R.Eyvazov (sədrlik edən və məruzəçi), G.Axundova və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə (Cavabdeh1 və X16 arasında Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X7 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi və həmin mənzildə 50% payın 1/3 hissəsinə (16,6%) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və 50% payın 1/3 hissəsinə (16,6%) X3 vərəsəlik hüququnun tanınması və mənzildəki paya dair daşınmaz əmlakın dövlət reyestriində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi barədə iddia tələbinin rədd edilməsi hissəsində) ləğv edilmiş, həmin iddia tələbləri rədd edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq qeyd etmişdir ki, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüququ məhz vərəsəlik hüququndan irəli gəlir və bu hüquq atalarının sağlığında mübahisəli əmlakla bağlı müvafiq bölgünün həyata keçirilməməsi (payının müəyyən olunmaması və s.) ilə xitam olunmur. Lakin ilk öncə mübahisəli əmlakın (ünvan 6) həqiqətən ər-arvadın ümumi birgə əmlakı olması müəyyən edilməlidir. Dolayısı ilə, həmin daşınmaz əmlak üzərində iddiaçıların mərhum atasının ümumi birgə mülkiyyəti mövcud olduğu t əqdirdə, iddiaçılar həmin əmlakla bağlı bağışlama müqaviləsini mübahisələndirməkdə və əmlak üzərində vərəsə kimi paylarının müəyyən olunmasında müvafiq subyektiv (tələb) hüquqa malik olacaqlar
34. Cavabdeh tərəfin əsas etirazı mübahisə obyekti olan hər iki daşınmaz əmlakın məhz özünün şəxsi mülkiyyətində olan əvvəlki yaşayış sahəsinin satılmasından əldə edilmiş pul vəsaiti hesabına əldə olunması, beləliklə də həmin əmlaklar üzərində iddiaçıların mərhum atalarının ümumi birgə mülkiyyətinin yaranmaması olmuşdur. Cavabdeh etirazının əsası kimi birinci instansiya məhkəməsinə həmçinin özünə məxsus əvvəlki yaşayış sahəsinin alıcısı olmuş "xxxx" MMC-nin (hazırda "xxxx" MMC) xx.xx.2022ci il tarixli 14 saylı məktubunu təqdim etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, vətəndaş Cavabdeh1 məxsus ünv an 4 ünvanında olan mənzilin alınması məqsədilə xx.xx.2008-ci ildə 1 saylı Dövlət Notariusu vasitəsilə 170.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə isə daşınmaz əmlakın alqı-satqı müqaviləsi (AN-İ № 0159597) əsasında qalan 128.800 (bir yüz iyirmi səkkiz min səkkiz yüz) manat miqdarında pul verilmişdir (1 ABŞ dolları = 0,78 manat). Göründüyü kimi, cavabdehin vaxtında birinci instansiya məhkəməsinə təqdim etdiyi qeyd edilən sübutdan açıq-aşkar görünürdü ki, müvafiq yaşayış sahəsinin satılması ilə bağlı razılaşdırılmış pul vəsaiti satıcıya (Cavabdeh1) iki dəfəyə ödənilmişdir. Yəni məbləğin 170.000 ABŞ dolları hissəsi rəsmi alqı-satqıdan bir neçə gün əvvəl, yəni xx.xx.2008-ci il tarixdə, qalan 128.800 manat hissəsi ilə xx.xx.2008-ci il tarixdə bilavasitə alqı-satqı zamanı ödənilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin sübuta ümumiyyətlə əhəmiyyət verməmiş, məktubda göstərilən halların dəqiqlədirilməsi istiqamətində lazımi araşdırma aparmamış, zəruri olduğu halda alıcı qismində iştirak etmiş hüquqi şəxsi üçüncü şəxs qismində icraata cəlb etməmiş, həmin hissədə iddianı digər qanunsuz əsaslarla rədd etmişdir ki, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, eyni zamanda ədalətli məhkəmə araşdırması hüququnun təmin olunması prinsipinə xələl gəlmişdir
35. Bu səbəbdən də hazırkı apellyasiya icraatı zamanı "xxxx" MMC (hazırda "xxxx" MMC) üçüncü şəxs qismində icraata cəlb olunmaqla, sonuncunun işdə olan xx.xx.2022-ci il tarixli 14 saylı məktubunda göstərilən xüsusatlar üzrə zəruri araşdırma aparılaraq müəyyən olunmuşdur ki, həqiqətən Cavabdeh1 məxsus ol an müvafiq yaşayış sahəsinin satılması ilə bağlı, sonuncuya 11 iyul 2008-ci il tarixdə ilkin olaraq 170000 ABŞ dolları ödənilmiş, bununla bağlı Cavabdeh1 Bakı şəhəri 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 11 iyul 2008-ci il tarixli, 7E-79-47832 reyestr nömrəli ərizə yazaraq faktı təsdiq etmişdir. Qeyd edilən ərizənin əslini üçüncü şəxsin nümayəndəsi X22 məhkəmə kollegiyasına təqdim etmişdir. Həmin ərizənin məzmununda qeyd edilmişdir: “Bildirərəm ki, mənə məxsus olan Bakı şəhəri, S.Rəhimov küçəsi, 181 saylı evin, 7 nömrəli mənzilinin sökülməsinə görə "xxxx" MMC-nin direktoru X18 335000 ABŞ dolları məbləğdə puldan 170000 ABŞ dolları məbləğində pulu aldım”. Eyni zamanda, qeyd edilən halın (qeyd edilən tarixdə həmin notariat kontorunda belə bir ərizənin təsdiq olunması və s.) dəqiql əşdirilməsi üçün məhkəmə kollegiyasının ünvan 5 ünvanladığı sorğusuna, sonuncunun 08 dekabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 11 iyul 2008-ci ildə, 7E-79-47832 reyestr nömrəsi ilə Cavabdeh1 adından ərizə rəsmiləşdirilmiş, həmin reyestr kitabının notariat hərəkətinin məzmunu qrafasında “pulun alınmasına razılıq ərizəsi” qeyd edilmişdir (məktuba qeyd edilən ərizənin qeydiyyatı aparılmış kitabdan təsdiq olunmuş çıxarış əlavə olunmuşdur). Bununla yanaşı, üçüncü şəxs qismində cəlb edilmiş şəxsin nümayəndəsi X22 məhkəmə iclasında bu halı təsdiq edərək göstərmişdir ki, Cavabdeh1 ona müraciət edərək özünə başqa mənzil alması üçün razılaşdırılmış pulun bir hissəsinin ona alqı-satqı müqaviləsi bağlanmasından əvvəl ödənilm əsini xahiş etmiş, bu səbəbdən də o, 170000 ABŞ dolları pulu 11 iyul 2008-ci il tarixdə Cavabdeh1 şəxsən ödəmiş, sonuncu notarial qaydada təsdiq olunmuş ərizə ilə bu halı təsdiq etmişdir. O, həmin ərizəni özündə saxlamışdır ki, gələcəkdə hər hansı mübahisə yaranarsa, sübut kimi təqdim etsin. Alqı-satqı zamanı isə qalan məbləği ödəmişdir. Beləliklə, işin müəyyən olunmuş halları və işdə olan sübutlarla açıq-aşkar müəyyən olunur ki, cavabdeh özünə şəxsi mülkiyyət hüququ ilə məxsus olmuş müvafiq yaşayış sahəsinin satılması ilə bağlı alıcıdan ilkin olaraq xx.xx.2008-ci il tarixdə 170.000 ABŞ dolları (məzənnə 0,78 AZN olmaqla), xx.xx.2008-ci il tarixdə bilavasitə alqı-satqı zamanı isə 128.800 manat pul vəsaiti əldə etmişdir.
36. İşdən həmçinin görünür ki, cavabdeh hazırda yoxlama predmeti olan ü nvan 6 ünvanını 4 gün sonra, yəni xx.xx.2008ci il tarixdə 135744 manata əldə etmişdir ki, həmin pul vəsaiti də cavabdehin özünə məxsus yuxarıda qeyd edilən yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi ilkin məbləğə uyğun olmuşdur. İddiaçı tərəf etirazında bildirmişdir ki, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, S.Rəhimov küçəsi, 181 saylı evin, 7 nömrəli mənzilinin sənəd üzrə yaşayış sahəsi 16 kv.m. olsa da, orada birgə nikah dövründə əlavə tikililər inşa olunmuş, bu səbəbdən də birgə mülkiyyət yaranmışdır. Məhkəmə kollegiyası qeyd edilən dəlillə razılaşmayaraq ilkin olaraq qeyd etmişdir ki, iddiaçı tərəf bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi hazırkı icraat zamanı məhkəmələr tərəfindən qeyd edilən yaşayış sahəsi nin məhz Cavabdeh1 xüsusi mülkiyyətində olması, X20 ilə ümumi birgə mülkiyyətin yaranmaması halı müəyyən olunmuş, bu səbəbdən də iddia digər mənzilə aid hissədə rədd olunmuşdur. Yəni əgər həqiqətən birgə nikah dövründə mübahisəli yaşayış sahəsinin dəyərini artıran əlavələrin olması, bununla da birgə mülkiyyətin yaranması halı müəyyən edilərdisə, o zaman əvvəlki mənzilə münasibətdə də bu hal müəyyən olunmuş olardı. Lakin belə bir hal mövcud deyildir (qətnamə digər mənzillə bağlı hissədə qüvvədədir).
37. İddiaçı tərəfin digər etirazına əsasən Bakı şəhəri, S.Rəhimov küçəsi, 181 saylı evin, 7 nömrəli mənzilin cavabdehin mülkiyyətində olan hissəsi bir otaqlı olmaqla cəmi 16 kv.m. sahəyə malik olmuşdur. Belə olan halda həmin sahə üçün yüksək məbləğdə pulun ödənilməsi reallığı əks etdirməmişdir. Halbuki həmin mənzilin digər otağının mülkiyyətçisi olmuş X9 179.000 manat ödənilmişdir. Məhkəmə kollegiyası bu dəlillə də razılaşmayaraq qeyd edir ki, müvafiq yaşayış sahəsinin satış qiymətini alıcı və satıcı qarşılıqlı razılıqla müəyyən etmişlər və bu hal istər cavabdehin, istərsə də üçüncü şəxsin nümayəndəsinin izahatları, habelə tədqiq olunmuş sübutlarla bir daha müəyyən olunmuşdur. Bununla yanaşı, həmin yaşayış sahəsinə dair işdə olan hüquq müəyyənedici sənədlərdən görünür ki, 16 kv.m. yalnız 1 yaşayış otağının sahəsi kimi qeyd edilmişdir. Halbuki mənzilin ümumi sahəsi daha çoxdur, bu da orada əlavə köməkçi sahələrin də mövcudluğunu göstərir. Həmçinin, işdə olan sübutlara (alqı-satqı müqaviləsi və s.) əsasən iddiaçı tərəfin qeyd etdiyi X9 aid yaşayış sahəsi cəmi 13 kv.m. olmaqla daha az sahəyə malik olmuşdur. Belə olan halda isə tərəflərin qarşılıqlı razılığı ilə cavabdehə daha artıq pul vəsaitinin ödənilməsi (həmin dövrdə ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla cavabdehə ümumilikdə 261400 manat ödənilmişdir) qanuna zidd olan, eləcə də yuxarıda göstərilən sübutların əhəmiyyətsizliyinə səbəb olan hal kimi qiymətləndirilə bilməz. Həmçinin, həmin dövrdə alıcı olmuş, üçüncü şəxsin nümayəndəsinin izahatından da aydın olur ki, mübahisəli yaşayış sahəsinin cavabdehin mülkiyyətində olan hissəsi digər mülkiyyətçinin hissəsindən daha böyük olmuş, eyni zamanda cavabdehin də vəziyyətini nəzərə alaraq ona daha artıq pul vəsaiti ödənilmişdir.
38. İddiaçı tərəfin növbəti etirazı isə apellyasiya baxışı zamanı əlavə sübutların əldə olunmasının qanuna zidd olması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası həmin etirazla da razılaşmayaraq qeyd etmişdir ki, hazırkı apellyasiya icraatı zamanı qeyd edilən istiqamətdə araşdırmanın aparılması və əlavə məlumatların (sübutların) əldə olunması prosessual qanunvericiliyin tələbləri baxımından mümkün olmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh tərəfindən üçüncü şəxs "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 14 saylı məktubu (cavabdehə məxsus müvafiq yaşayış sahəsinin alınması məqsədilə ödənilmiş pul vəsaitləri barədə) birinci instansiya məhkəməsinə hələ hazırlıq iclası zamanı təqdim olunduğundan, məhz məhkəmənin prosessual hüquq normalarının tələblərini pozmaqla həmin sübutu nəzərə almaması, ona hüquqi qiymətə verməməsi, zəruri araşdırma aparmaması (əgər həmin sübut əsasında işə baxılması mümkün deyildirs ə, bu istiqamətdə əlavə sübutların təqdim olunmasını tərəflərə təklif etməməsi, dövlət orqanlarından məlumatların alınmaması və s.) apellyasiya qaydasında bu istiqamətdə araşdırma aparılmasını labüd və zəruri etmişdir.
39. Beləliklə, digər mənzil (ünvan 1) kimi, eləcə də ünvan 6 ünvanı birgə nikah dövründə əldə olunsa da, ərarvadın (Cavabdeh1 və X20) ümumi birgə vəsaiti hesabına deyil, məhz Cavabdeh1 şəxsi mülkiyyətinin özgəninkiləşqdirilməsi nəticəsində əldə olunmuş pul vəsaiti hesabına alınmaqla, iddiaçıların mərhum atasına aidiyyəti olmamış, beləliklə miras kütləyə də aid olmamışdır. İddiaçılar bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazlanı əsaslandırmamışdır. Əksinə, işdə olan mötəbər sübutlarla bu hal tam və birmənalı olaraq öz təsdiqini tapmışdır.
40. Məhkəmə kollegiyası öz mövqeyini, Mülki Məcəllənin 225.1, 225.2, 1151.1,1151.2-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36-cı və MPM-in 14.1, 77.1, 77.3, 81, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
41. İddiaçılar ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.
42. Kassasiya şikayətləri eyni məzmunda belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 31, 32, 33.4-cü və Mülki Məcəllənin 225.1, 667, 1151.2-ci maddələri düzgün tətbiq edilməmiş və məhkəmə işin həqiqi halları ilə bir araya sığmayan nəticələrə gəlmişdir. Belə ki, DƏDRX-nin B akı şəhər Ərazi İdarəsinin xx.xx.2008-ciil tarixli arayışında, həmçinin, xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsində də göstərilmişdir ki, mənzil “bütünlüklə” alıcının mülkiyyətinə verilmişdir. Çünki real olaraq da alqı-satqı predmeti olmuş ünvan 7 ünvandakı mənzilin real ölçüləri cəmi 28 kv.m. yox, 70 kv.m-dən çox olmuşdur. Əvvəlki məhkəmə instansiyalarında mənzilin 16 kv.m-dən xeyli böyük olması, sadəcə bina sökülərək yerində başqa bina tikilməsi səbəbindən mənzilin Hüseynovlar ailəsinin istifadəsində olan sahəsinin ümumilikdə 70 kv.m.-dən çox olması barədə iddiaçılar tərəfindən bildirilmiş, lakin bu məsələnin üzərində əsaslı dayanılmamışdır. Belə ki, mülki iş üzrə tərəflər mənzilin artıq söküldüyünü hesab etmişdilər. Cavabdeh tərəfin buna etirazı olmamışdır. Çünki cavabdeh özü həmin mənzildə miras qoyan Sabir Hüseynovla yaşayıb və mənzilin ölçülərini bilirdi. Belə ki, həmin 16 kv.m. otağa əlavə olaraq balkon, əlavə dəhliz, əlavə mətbəx, böyük zal otağı və eni 2 metr olan metal-beton kobstruksiyadan ibarət birinci mərtəbədən ikinci mərtəbəyə qalxıb düşmək üçün pilləkən əlavə tikilmişdir. Sonuncu məhkəmə iclasında əmlakın mülkiyyətçisi üçüncü şəxs "xxxx"MMC-nin nümayəndəsi ifadəsində həmin mənzilin hal-hazırda da sökülmədiyini bildirmişdir. Yəni mənzil alqı-satqı olan dövründə olduğu kimi də qalıb və istifadə olunur. Alqı-satqının predmeti bütün mənzil olub, alqı-satqı müqaviləsində olduğu kimi “bütünlüklə”, yəni əlavə tikilmiş sahə ilə birlikdə. Bununla bağlı hər hansı şübhə olduğu və ya cavabdeh tərəf bu halı mübahisələndirdiyi halda məhkəmə mənzilə yerli baxış keçirə bilərdi.
43. Digər hal həmin əlavə tikilmiş sahənin kim tərəfindən inşa edilməsidir ki, bu hal da açıq-aşkardır. Belə ki, miras qoyan cavabdehin özünün təqdim etdiyi 1990-cı il ərzində Sabir Hüseynovun əmək haqqı barədə arayışdan bəlli olduğu kimi həmin dövr üçün çox təminatlı iş məşğuliyyəti olması (Qara dənizdə xaricə səfər edən gəmidə dokerman vəzifəsində işləyib) və 1994-cü ildən təqaüdə çıxmasına baxmayaraq, tikinti sahəsində fəaliyyət göstərib, tikinti qrupunun rəhbəri kimi usta və fəhlələrə rəhbərlik etməsi, səyyari qızıl alveri ilə məşğul olması da onun imkanlı adam olaraq arvadının adına olan mənzilin əlavə tikinti ilə sahəsini artırması qabiliyyətində olan şəxs olmasını təsdiq etmişdir. Məhkəmə miras qoyanın doğma bacısının və ailəvi yaxın qonşusunun şahid q ismində dindirilməsi barədə iddiaçıların vəsatətini təmin etməmiş, bununla da kobud prosessual pozuntuya yol vermişdir.
44. Bundan başqa, apellyasiya məhkəməsi nəzərə almalı idi ki, mənzilin satılmasında mərhum miras qoyanın da satışa razılıq ərizəsi vardır ki, bu yanaşma ərarvadın əmlakının qanuni rejimindən irəli gəlir.
45. Göründüyü kimi, mənzilə əlavə sahə artırılmasının olması barədə sübutlar iş materialları ilə təsdiq olunur. Bu faktı təsdiqləyən əlavə sübutlar (mərhumun bacısının və keçmiş qonşusunun ifadələri) isə məhkəmə tərəfindən qəbul edilməmiş, mübahisəli mənzilə yerli baxış təyin edə bilərdi. Məhkəmənin yerli baxışa ehtiyacı olmaması onu təsdiq edir ki, məhkəmə mənzilin 70 kv.m-dan çox sahəsi olmasını qəbul etmiş, lakin gəldiyi nəticələr bu sübutlarla ziddiyyət təşkil etmişdi r. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
46. Cavabdeh1 kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Tətbiq edilən hüquq Mülki Məcəllə
47. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
48. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
49. Maddə 337.
1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
50. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
51. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
52. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğ u əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
53. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
54. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
55. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
56. Maddə
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Mülki Prosessual Məcəllə
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəfləri n qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
65. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qət namə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişlərini yerinə yetirmişdir.
69. Nəzərə alınmalıdır ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tələblərin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki proses sual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
70. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçılar İddiaçı1 və X14 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(103)-6213/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.