Məhkəmə qərarları › İş №2(102)-1798/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1798/2019

06.03.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1798/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X5 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.10.2018-ci il tarixli 2(103)137/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.B.Axundov, iş № 2(004)-8766/2017) İddiaçı Cavabdeh MTK-ya qarşı iddiası qismən təmin edilərək Cavabdeh MTK-nın inşa etdiyi N sa ylı mənzilinin iddiaçının istifadəsinə verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və M.A.Məmmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Yasamal rayon məhkəməsinin 26 oktyabr 2017ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilib Cavabdeh MTK tərəfindən mübahisəli mənzilin əvəzi olaraq həmin binada, yaxud həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasında mübahisə predmeti olan mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur. İşin halları: Mübahisə predmeti olan Bakı şəhəri, Yas amal rayonu, M.Xiyabani küçəsi, 5-də yerləşən binanın 186 saylı 4 otaqlı mənzili Cavabdeh MTK tərəfindən inşa edilmiş və həmin mənzil MTK tərəfindən 17 iyul 2009-cu il tarixli müqavilə ilə X2, 10 iyul 2012-ci il tarixdə İddiaçı, 17 may 2013-cü il tarixdə X3 və 17 iyul 2014-cü il tarixdə X1. Adlarına müqavilə bağlanmış şəxslərin hamısına mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları verilmişdir. 2016-cı ilin dekabr ayında İddiaçı MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzili onun tam dəyəri kimi 55.110 manat ödəməklə MTKdan almasını, lakin MTK-nın işçiləri və rəhbərliyi tərəfindən mənzilə daxil olub ondan istifadəsinə maneçilik törədilməsini əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 152, 157, 164-cü maddələrinə əsasən həmi n hərəkətlərin qanunsuz hesab edilməsinə və mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə MTK-nın üzərinə vəzifə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı yuxarıda göstərilən qaydada təmin edərkən mübahisəli mənzilin 3-cü şəxs qismində işə cəlb edilmiş X6 istifadəsində və sahibliyində olmasını və bunun heç kim tərəfindən mübahisələndirilməməsini və Nn həmin mənzili təmir etdirərək ailəsi ilə birlikdə orada yaşamasını, Nin həmin mənzili Nla bağlanmış müqavilə nəzərə alınmaqla əldə etməsini, iddiaçı ilə müqavilənin MTK-nın sədri X4 tərəfindən MTN-lə bağlı hadisələrə görə təsir altında imzalamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, məhkəmə kollegiyasınin həmin nəticəsi sübutlara və işin həqiqi hallarına, eləcə də iddia tələbinə uyğun olmadığından qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). İş materiallarından g örünür ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən MTK ilə onun arasında bağlanmış mübahisəli mənzilə dair 10 iyul 2012-ci il tarixli müqaviləyə əsaslanmışdır. Həmin müqavilə ilə MTK iddiaçını ona məxsus Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən tikilməkdə olan binanın 186 saylı, 4 otaqlı mənzilini onun istifadəsinə vermək barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı həmin müqavilənin tələbinə uyğun olaraq mənzilin dəyərini tam ödəməklə müqavilə öhdəliyinə əməl etmişdir. Lakin müəyyən olunduğu kimi MTK mənzilin ona təhvil verilməsi barədə öhdəliyinə əməl etmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh aidiyyət barədə məsələni mübahisələndirib işin baxılması üçün Yasamal rayon məhkəməsinə göndə rilməsini tələb edərkən (i/v 51, 54-57), vəsatətin rədd olunması barədə Binəqədi rayon məhkəməsinin 06 aprel 2017-ci il tarixli qərardadından şikayət verərkən (i/v, 63-64) mübahisəli mənzilin Coşqun Abıyevə satılması barədə məhkəməyə məlumat verməmiş və onunla bağlanması iddia olunan müqaviləni məhkəməyə təqdim etməmişdir. Yalnız işə apellyasiya qaydasında baxıldıqda MTK mübahisəli mənzilin Nə satılmasını bildirərkən məhkəməyə onunla bağlanmış müqaviləni təqdim etmiş və sonuncu 3-cü şəxs qismində işə cəlb edilmişdir. Lakin, işə baxan apellyasiya instansiyası məhkəməsi bunun səbəblərini araşdırmamış, işin həmin halına Azərbaycan Respublikası MPM-nin 371-ci maddəsinin tələbləri baxımından qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi Nlə bağlanmış müqavilənin və mənzilin onun sahi blik və istifadəsində olmasının heç kim tərəfindən mübahisələndirilməməsini iddianın yuxarıda göstərilən qaydada həll edilməsi üçün əsas kimi qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı ilə bağlanmış müqavilə də hazırkı iş üzrə mübahisələndirilməmiş və həmin müqavilə və müqavilədən törəyən öhdəliklər qüvvədədir. Göstərilən vəziyyətdə mübahisə həll edilərkən Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən normalarının tələbləri baxımından mübahisəyə baxıla bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçı tələbi mübahisəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı olmasına baxmayaraq, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi heç bir qanuni əsas olmadan iddia tələbindən kənara çıxaraq iddiaçının həmin ərazidə yerləşən başqa binada eyni ölçülü mənzillə təmin olunması barədə MTK-nın üzərinə vəzifə qoymuşdur. İşin göstərilən halları ilə əlaqədar kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar