Məhkəmə qərarları › İş №2(102)-1798/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1798/2024

20.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1798/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32rşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və s.” İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, Cavabdeh4 və İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməklə mənzilin boşaldılması” tələbləri üzrə QƏRARİ ( Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, mənzilin boşaldılması ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbaso v Aqil Əzizağa oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32rşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması” barədə, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, Cavabdeh4 və İddiaçı qarşı mənzilə istifadə hüququna xitam verilməklə mənzilin boşaldılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-919/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı (cavabdeh) İddiaçı kassasiya şikayətinə 20 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən, ümumi sahəsi 119.3 m2 olan, 143 saylı fərdi yaşayış evi (bundan sonra – mübahisə predmeti olan fərdi yaşayış evi) paylı mülkiyyət hüququ ilə X3 (2/4 hissə), X17 (1/4 hissə) və X22 (1/4 hissə) məxsus olmuşdur.

2. X18 ölümündən sonra ona məxsus ¼ hissə pay vərəsəlik qaydasında arvadı Cavabdeh1 keçmişdir (əsas: xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə) və xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyat aparılmışdır.

3. Cavabdeh3 1984-cü ildən, İddiaçı 1983-cü ildən və Cavabdeh4 1986-cı ildən mübahisəli evdə pasport qeydiyyatındadırlar.

4. Mübahisəli fərdi yaşayış evi Hüseyn Həbib oğlunun, Abdulla Həbib oğlunun və X3 7 adlarına ilkin qeydiyyatdan keçmişdir. Mübahisəli mülkə vərəsəlik 1957-ci ildə Əli-Bala Davud oğlunun ölümü ilə açılmışdır.

5. Bakı şəhəri 5 saylı DNK-nın 10814 reyestr nömrəli xx.xx.1957-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1957-ci il tarixdə evin 1/2 hissəsi Davudova X14 və X26 adlarına qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) İddiaçı iddiası üzrə birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32rşı dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 10814 saylı xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinin e tibarsız hesab olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin **********77-10301 nömrəli çıxarışın ləğv olunması, Bakı şəhəri Nəsimi rayonu Topçubaşov küçəsi 143 saylı evin üzərində vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli evin 2/4 payı ata babası ƏliBala Davud oğluna məxsus olmuşdur. Əli-Bala Davud oğlunun Leyla Gəncəli qızı ilə (atasının babası və nənəsi) nikahından üç uşağı – Tükəzban Əli-Bala qızı (nənəsi), X27 və oğlu Əziz-Ağa Əli-Bala oğlu olmuşdur. Mübahisəli mülkə vərəsəlik 1957-ci ildə Əli-Bala Davud oğlunun ölümü ilə açılmışdır. Beləliklə, onun 4 nəfər birinci növbədə vərəsələri, arvadı Leyla, qızları Tükəzban Əli-Bala qızı, X27 və oğlu Əziz-Ağa Əli- Bala oğlu olmuşdur. Lakin Bakı şəhəri 5 saylı DNK-da vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının atasının xalası X27 və dayısı Əziz-Ağa Əli-Bala oğlunun vərəsəlik hüquqları tanınmışdır. İddiaçının nənəsi Tükəzban Əli-Bala qızı həmin ərəfədə ağır xəstə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Lakin nənəsi atasıyla birlikdə daim atasının evində yaşayıb və onun vəfatından sonra da miras qoyulan evi faktiki olaraq qəbul etmiş, ölən günə kimə həmin evdə yaşamışdır.

8. İddiaçının nənəsi 08 may 1957-ci ildə ölmüşdür. Nənəsi öldükdən sonra sözügedən evdə iddiaçının X10 nənəsi ilə birlikdə yaşamağa davam etmişdir. X10 1936-cı ildə həmin evdə doğulmuş və ölən günə kimi orada yaşamışdır. Atasının uzun müddət anasının və nənəsinin hüquqlarının pozulması barədə mə lumatı olmamışdır, anası və nənəsi xəstə olduqları vaxt onlara qulluq etmiş, vəfat etdikdən sonra onların dəfnini təşkil etmiş və dəfn xərclərini ödəmiş, bu səbəbdən də miras paya dair məsələlərlə məşğul olmamışdır. Lakin həmin mənzili faktiki sahibliyə götürərək, uzun müddət orada yaşamışdır. Həyətdə 3 ev olmuş, evlərin birində onlar yaşamışlar. Həmin ev bir otaqlı olduğundan atası otağın üstünü tikməklə 3 otağa düzəltmişdir. Evin kommunal xərclərini atası ödəmiş, öz vəsaiti hesabına həmin fərdi yaşayış evində zəruri təmir-tikinti işləri aparmış, qapı-pəncərələrini dəyişmiş, yeni hamam və tualet inşa etdirmiş, həyətdə kanalizasiya üçün quyu qazdırmışdır. Anasının gətirdiyi bütün cehiz əmlakları – mebel, yataq dəstləri, qab-qacaq, məişət texnikası həmin evdə olmuş və ailəsi ilə birlikdə yaşamaqla həm qeyd olunan əmlaklardan, həm də anasından miras qalan digər daşınar əmlaklardan istifadə etmişdir. Bu davranışıyla miras əmlakı faktiki olaraq qəbul etdiyini hamıya nümayiş etdirmişdir.

9. İddiaçı və digər bacıları həmin evdə doğulub böyümüşlər. Atası 17 may 2016-cı il tarixdə ölmüşdur. O, atası öldükdən sonra həmin evdə qeydiyyatda olmaqla yaşayır və evin bütün kommunal xərclərini ödəyərək, əmlaka faktiki sahiblik edib, atasından miras qalan əmlakı faktiki qəbul etmişdir. Cavabdeh1 isə həmin evə haqqı olmadığı halda, çıxmasını tələb edir. Hesab edir ki, miras əmlakda məcburi pay hüququ olaraq və miras əmlakı faktiki qəbul edərək, vərəsə kimi onlara atasından miras qalan fərdi yaşayış evin üzərində vərəsəlik hüququ tanınmalıdır.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbay can Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəlləsinin 1243 maddəsinə istinad etmişdir.

11. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək göstərmişdir ki, iddia vərəsəlik hüququnun tanınması ilə bağlı qaldırılmışdır. Vərəsəlik hüququ 1957-ci ildə tanınmış və bununla bağlı vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsində cavabdehin qayınanasının həmin evə mülkiyyət hüquqları tanınmışdır. İddiaçının atası tərəfindən vərəsəlik hüququnun tanınması ilə bağlı iddia qaldırılmış və iddia tələbi rədd edilmişdir və qətnamə qüvvəsini almışdır. Bu da onu göstərir ki, iddiaçının atasının vərəsəlik hüququ yoxdursa, iddiaçının da belə bir hüququ yoxdur. Həmin mənzil plana düşür, buna görə də iddiaçı həmin mənzildən pay əldə etmək üçün bu iddianı qaldırmışdır. İddiaçının vərəsəlik hüququnun yaranması üçün ilk öncə onun atasının vərəsəlik hüququ yaranmalıdır. Məhkəməyə təqdim etdiyi qətnamədən də görünür ki, iddiaçının atasının vərəsəlik hüququ tanınmamışdır. Atanın vərəsəlik hüququ yoxdursa, onun övladının vərəsəlik hüququ yarana bilməz. İddiaçı nənəsinin atasının mirasını mübahisələndirir. İddiaçının nə nənəsinin, nə də atasının mirası tanınmamışdır. Hüquq ötürülmədiyi üçün iddia əsassızdır. İddiaçı həmin mənzildə yaşamır. İddiaçı həmin mənzili kirayə vermişdir. Onlar başqa evdə yaşayırlar. İddiaçı tərəflə aralarında mənzildən çıxarılma ilə əlaqədar mübahisə olmuşdur. Bakı Apellyasiya Məhkəməsi iddiaçı tərəfin xeyrinə qərar qəbul etmişdir. Onlar həmin qərarı mübahisələndirmişlər. İş hazırda Ali Məhkəmənin icraatındadır. Onlar öz evləri ola-ola kirayədə yaşayırlar. Həmin mənzil miras olaraq birinci nənəsinə keçmiş, sonra nənəsindən atasına keçmiş, daha sonra isə atasından anasına keçmişdir. 120 m2 mənzilin 1/4 hissəsi, yəni 30 m2 hissəsi onlara aiddir. İlk miras qoyan Əlibala Davud oğludur. Vərəsəlik hüququ ötürülən hüquqdur. Xanım sağlığında miras əmlakını bölüşdürmüş, xeyli müddət bu barədə mübahisə olmamışdır. Daha sonra mübahisə edilmiş, lakin məhkəmə qətnaməsi ilə iddia rədd edilmişdir. Atası malik olmadığı hüquqa qızı malik ola bilməz.

12. Birinci instansiya məhkəməsində şahid X8 bildirmişdir ki, o, iddiaçının qonşusudur və onunla bir yerdə böyümüşdür. İddiaçı həmçinin onun uzaq qohumudur. İddiaçı və ailəsi mübahisəli evdə yaşamışdır. Həmin ev əvvəl bir otaqlı idi, daha sonra həmin evin üst hissəsin i iddiaçının atası Həsən tikmişdir. O, Bakı şəhəri Topçubaşov 147 ünvanda yaşayır. Əli yaşayan evdə indi kimin yaşaması barədə məlumatı yoxdur. O, Cavabdeh1 həmin evdə görməmişdir. Onun Əli adında qardaşı var idi. Əli cəzaçəkmə müəssəsindən gələndən sonra bunların məhləsindən qız almış və Əliyə ev tikmişlər, ondan sonra ora gəlib-gedirdi. Həmin şəxsin Həsənlə mübahisəsinin olub-olmamasını bilmir. Evin üst hissəsini Həsən tikmişdir. Badamxanımı görməmişdir. Elxanın Əli adında bir qardaşının və Lalə adında bir bacısının olduğunu bilir. Əli Həsənağanın qohumudur. Ev Həsənağanın anasının evi olmuşdur.

13. Birinci instansiya məhkəməsində şahid X29 bildirmişdir ki, iddiaçının qonşusudur. İddiaçının atası Həsənağanın bir otaqlı evi var idi. Bunlar hamısı həmin bir otaqda yaşayırdılar. Sonra uşa qları olduqca Həsənağa gördü ki, bir otağa yerləşə bilmirlər, buna görə də evin üstünü tikmişdir. O, Elxan adlı şəxsi tanımır. Evin üst mərtəbəsi tikilib, təmir edilməsinə ancaq Həsənağa pul xərcləmişdir. Həmin mübahisəli evlə bağlı Həsənağanın heç kimlə mübahisəsi olmamışdır. Cavabdeh1 tanımır. O, 1969-cu il 12 oktyabr tarixində ora gəlin gəlmişdir və həmin tarixdən orada yaşayır. Badamxanımı tanımır, görməmişdir. Əlibala Davidovu tanımır, görməmişdir. Əzizağanı tanımır, görməmişdir. Həmin həyətdə Həsənağadan başqa heç kim qalmırdı, həyətdə yalnız Həsənağa qalırdı. Hal-hazırda həmin həyətdə heç kim yaşamır.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1599/2023 saylı iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya ai d edilməsi qət edilmişdir. (hakim Ceyhun Tağıyev)

15. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən qeyd etmişdir ki, 5 saylı DNK-nın 10814 saylı xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsindən sonra Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********77-10301 nömrəli çıxarış verilənə kimi iddiaçının mübahisələndirmədiyi Bakı şəhəri 10 saylı DNK-nın K-10-2525 reyestr nömrəli xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1991-ci il tarixdə evin bir hissəsi (1/4) X12 adına, Bakı şəhəri 13 saylı DNK-nın 2V/1-149 və 2-V/1-150 reyestr nömrəli xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.1998-ci il tarixdə evin 1/2 hissəsi X2 adına, Nəsimi Rayon Məhkəməsinin 2-1922/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə evin 1/4 hissəsi X18 adına, Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-424 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə evin 1/4 hissəsi X13 adına, Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 2V-69 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.2021-ci il tarixdə evin 1/4 hissəsi Cavabdeh1 adına, 4 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-805 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə evin 2/4 hissəsi X5 adına, Bakı şəhəri 14 sayl ı notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-556 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə evin 1/4 hissəsi X4 adına, həmin Notariat Kontorunun 4Ə1137 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən isə xx.xx.2022-ci il tarixdə evin 1/4 hissədən 14 m2 hissəsi X1 adına qeydiyyatdan keçirilmişdir. İddiaçı mübahisəli mülkə Bakı şəhəri 5 saylı DNK-da verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atasının xalası X27 və dayısı Əziz-Ağa Əli-Bala oğlunun vərəsəlik hüquqları tanınmasını göstərməklə yanaşı, nənəsi Tükəzban Əli-Bala qızının həmin ərəfədə ağır xəstə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməməsini, buna baxmayaraq nənəsinin atası ilə birlikdə daim atasının evində yaşayıb və onun 8 may 1957-ci ildə vəfatından sonra da miras qoyulan evi faktiki olaraq qəbul edərək, ölən günə kimə həmin evdə yaşamasını göstərsə də, nə nənəsinin, nə də atasının miras əmlakı vərəsəlik hüququnun tanınmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir və belə bir sübut da iş materiallarında yoxdur.

16. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələri ilə bağlı göstərmişdir ki, bu ifadələrlə mübahisəli həyətdə iddiaçının atasının nənəsi ilə yaşaması faktı təsdiq edilsə də belə, bu hal hazırki iddianın əsaslı olmasını təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Çünki iddiaçının atası Həsən Əli oğlunun vərəsəliklə bağlı iddiasının təmin edilməməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Bu isə ona dəlalət edir ki, iddiaçı atası öldükdən sonr a həmin evdə qeydiyyatda olmaqla yaşaması və evin bütün kommunal xərclərini ödəməklə əmlaka faktiki sahiblik etməsi halları atasından miras qalan əmlakı faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Qanunvericiliklə iddiaçının vərəsəlik hüququnun yaranması üçün ilk öncə onun atasının vərəsəlik hüququ yaranmalı idi. Lakin qanuni qüvvəsini almış məhkəmə aktlarına iddiaçının atasının vərəsəlik hüququ tanınmadığı halda onun övladı kimi iddiaçının da vərəsəlik hüququ yarana bilməzdi.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 1923-cü Mülki Məcəlləsinin 487, 488, 489, 499, 500, 505-ci, Mülki Prosessual Məcəllənin 77.1, 217.2, 217.3, 217.4-cü maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tari xli qərarının 50-ci bəndi, “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İddiaçı şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli Qərarı ilə əsaslandırmışdır. b) İddiaçı Cavabdeh1 iddiası üzrə birinci instansiya məhkəməsində icraat

18. İddiaçı Cavabdeh1 iddia ərizəsi (tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, İddiaçı, Cavabdeh4 yetkinlik yaşına çatmayan övladları olan X24, X25, X9, X23, X35, X19 və X7 ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməklə mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia tələbi onunla ə saslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X33 xx.xx.2019-cu ildə vəfat etdikdən sonra ünvan 2 ünvanında yerləşən ev vərəsəlik qaydasında iddiaçının adına keçmişdir. Həmin əmlak iddiaçının mülkiyyətinə keçməmişdən öncə Cavabdeh3, X23, X35, X9, Cavabdeh4, İddiaçı, X25, X24, X19, X7 qeydiyyata düşmüşlər. Cavabdehlər uzun müddətdir ki, iddiaçıya məxsus evdə yaşamamaqlarına və evdən istifadə etməmələrinə baxmayaraq, onlara məxsus əşyalar iddiaçının mənzilində qalmaqdadır. Bu isə iddiaçının mənzildən istifadə etmək, orada yaşamağına çətinliklər yaradır.

20. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 152.5, 228, Köhnə Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə istinad etmişdir.

21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 nömrəli 13 yanvar 2022-ci il tarixli qətnaməs i ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh3, İddiaçı, Cavabdeh4, yetkinlik yaşına çatmayan övladları olan X24, X25, X9, X23, X35, X19 və X7 ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməklə mənzilin boşaldılması qət edilmişdir. (hakim Rəşid Səmədov)

22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Nəsimi rayonu, Əlimərdanbəy Topçubaşov küçəsi, ev 143 iddiaçının mülkiyyətindədir, cavabdehlər isə həmin mənzildə faktiki yaşamırlar.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, «Y aşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə istinadla əsaslandırmışdır. c) İddiaçıı iddiası üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-1599/2023 saylı iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayətdə qaldırılan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu 16 mart 2022-ci il tarixli Qərarında aşağıdakıları qeyd edir: Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası is tər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qərardan da göründüyü kimi, vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa e htiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Belə ki, iddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, o mübahisə predmeti olan mənzildə doğulub, böyümüşdür. O, atası öldükdən sonra həmin evdə qeydiyyatda olmaqla yaşamış, evin bütün kommunal xərclərini ödəmiş və əmlaka faktiki sahiblik edərək atasından miras qalan əmlakı faktiki qəbul etmişdir. Buradan da bir daha aydın olur ki, həm miras əmlakda yaşamaqla, həm də miras əmlaka dair vergiləri ödəməklə faktiki olara q mirası qəbul etmişdir. ç) İddiaçı Cavabdeh1 iddiası üzrə apellyasiya instansiya məhkəməsində birinci icraat

26. Cavabdeh1 iddiası üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 nömrəli 13 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin X10 1936-cı ildə həmin ünvanda doğulmuş və ölən günə kimi orada yaşamışdır. Həmin mülk atasının nənəsi və babasının evi olmuşdur. Atasının babasının vəfatından sonra Bakı şəhəri 5 saylı DNK-da ona məxsus hissəni atasının xalası və dayısı öz aralarında mülkü yalnız onlara məxsus olması barədə həmin paya vərəsəlik hüquqları tanınmışdır. Lakin atasının və anasının payı müəyyən edilməmişdir. Buna baxmayaraq, atası həmin evdə uzun müddət, vəfat edənə kimi təsərrüfat aparmaqla yaşamış, ikinci mərtəbəni tikmiş, nənəsinə qulluq etmişdir. Cavabdeh və digər bacıları mübahisəli evdə qeydiyyatda olmaqla yaşayırlar. Bu səbəbdən də, onların evə dair istifadə hüquqlarına xitam verilməklə evin boşaldılması əsassızdır.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-680/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh İddiaçı aid hissədə ləğv edilmiş, iddia həmin hissədə rədd olunmuşdur. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov)

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cava bdehlərin sözügedən evdə faktiki yaşamadıqlarını qeyd etsə də, cavabdehlərin həqiqətən də həmin evdə yaşamamasını göstərən hər hansı sübut iş materiallarında aşkar edilməmiş, həmçinin bu halın müəyyən edilməsi üçün məhkəmə tərəfindən hər hansı araşdırma aparılmamışdır. Belə ki, işə apellyasiya məhkəməsində baxılan zaman şahidlər dəvət edilmişdir. Cavabdehin qonşusu X6 bildirmişdir ki, cavabdeh həqiqətən də anadan olandan mübahisəli mənzildə yaşamışdır. Onun qızı Nəzakətlə bir sinifdə oxumuşlar. İddiaçını birinci dəfədir görür, lakin onun oğlu Emili həyətdə görmüşdür. Cavabdehlərin hamısı həmin həyətdə yaşamışlar. Mübahisəli evin nə vaxtsa kirayəyə verildiyinin, cavabdehin nisbətən uzun müddətə - bir neçə aylığa orada yaşamamasının şahidi olmamışdır. Cavabdehin digər qonşusu X29 da bildirmi şdir ki, cavabdehlər həmişə sözügedən evdə yaşamışlar, həmin evin kirayə verildiyini heç vaxt görməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı tərəf məhkəməyə mübahisəli evlə bağlı icarə müqaviləsinin surətini təqdim edərək, cavabdehin hazırda həmin mənzildə yaşamadığını və başqa şəxsə icarəyə verdiyini bildirmiş, cavabdeh tərəf müqavilədəki imzanın ona məxsus olmadığını qeyd etmiş, həmçinin iddiaçı tərəf də məhkəməyə həmin icarə müqaviləsinin əslini təqdim edə bilməmişdir. Bu səbəbdən də icarə müqaviləsinin surəti sübut kimi qiymətləndirilə bilməz və əsli məhkəməyə təqdim edilmədiyindən, həmin sənəddəki imzanın cavabdehə məxsus olub-olmaması üçün araşdırma aparılması mümkün olmamışdır (xəttşünaslıq ekspertizasıvə s).

31. Apellyasiya instansiyası məhkəməsi hes ab etmişdir ki, həm şahid ifadələri, həm də iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, cavabdehin əşyalarının mübahisəli evdə olması və cavabdehin evi icarəyə verməsinin sübuta yetirilməməsi cavabdehin mübahisəli evdə yaşamasını deməyə əsas verir. Mübahisəli ev mülkiyyət hüququ üzrə iddiaçıya keçməsindən əvvəl cavabdeh həmin evdə qeydiyyatdadır. Belə olan halda, iddiaçı evə mülkiyyət hüququ əldə edən zaman cavabdehin istifadə hüququ mövcud olmuş, başqa sözlə, ev yüklü halda iddiaçının mülkiyyətinə keçmişdir. Belə ki, cavabdehlərin 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddəsinin tələblərinə əsasən həmin evə istifadə hüququnun yaranmasından ötrü evin mülkiyyətçisi olan şəxslərin ailə üzvü, yəni əri, uşaqları və valideynləri qrupuna aid olmalı, y axud mülkiyyətçi ilə birlikdə mübahisəli evdə yaşayıb birgə təsərrüfat aparmalı idi. Cavabdehin mübahisəli evdə 2000-ci ildən qabaq yaşaması təsdiq olunur. İş materialında olan arayışa əsasən cavabdeh İddiaçı 1983-cü ildən həmin evdə qeydiyyatdadır. Həmçinin, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən hallara əsasən cavabdehin mübahisəli evdə yaşaması öz təsdiqini tapmışdır.

32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehin mübahisəli evdə ən azından istifadə hüquqları olduğuna görə kompensasiya ödənilmədən çıxarılması həmin hüququn əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda mümkün ola bilərdi. Buna görə də cavabdehin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evin boşaldılması iddiası hazırkı vəziyyətdə təmin olu na bilməzdi. Çünki iddiaçı yalnız kompensasiya vermə yolu ilə cavabdehin mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməsi və çıxarılması barədə iddia ilə müraciət etdikdə haqlı ola bilərdi. d) İddiaçı Cavabdeh1 iddiası üzrə kassasiya instansiyası məhkəməsindəki birinci icraat

33. İddiaçı Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Şikayətin dəlilləri belə olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının nə ailə üzvü, nə də ki, digər qohumlar kateqoriyasına aid olmadığı halda həmin hissəyə münasibət bildirməmiş, bu kateqoriyalardan heç birinə aid olmayan cavabdehin hansı əsasla istifadə hüququnun olduğunu əsaslandı rmamışdır. Cavabdehin həmin evdən istifadəyə zərurəti belə olmadığı halda (onlardan xəbərsiz kirayə verməsi bunu təsdiq edir) evə istifadə hüququnun müəyyən edilməsi ilə iddiaçının Mülki Məcəllənin 152-ci maddəsi ilə nəzərdə tutulan mülkiyyətçi hüquqları pozulmuşdur.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2901/2023 nömrəli, 8 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-680/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

36. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur; - belə ki, cavabdeh İddiaçı 01 oktyabr 2009-cu iləd ək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə əsasən həmin vaxtkı mülkiyyətçinin ailə üzvü kimi mübahisəli evə istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Bu hüquqa xitam verilməsi əsasları həmin Məcəllənin 60 və 87-ci maddələri ilə tənzimlənir; - yaşayış sahəsindən istifadə hüququ bir şəxsin (hüquq sahibi) mənzil ehtiyacını başqa şəxsə məxsus olan mənzil hesabına qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir; - Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumu da “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsinə dair” 12 mart 1999-cu il tarixli qərarında vurğulamışdır ki,...Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir; - Konstitusiya Məhkəməsi bu hüquqi mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair “29 mart 2016-cı il tarixli qərarında da ifadə edərək vurğulamışdır ki,...yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibini n yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür; - baxılan işdə mübahisə predmeti olan fərdi yaşayış evinin ¼ hissədə paylı mülkiyyətiçisi kimi iddiaçı cavabdehlərin uzun müddətdir mübahisəli evdə deyil, başqa ünvanda yaşadıqlarını, sadəcə formal olaraq həmin evdə qeydiyyatda qaldıqlarını bildirərək, evə istifadə hüquqlarına xitam verilməsini və evin boşaldılmasını tələb edir; - cavabdeh İddiaçı isə iddiaya etiraz edərək, həmin ünvanda yaşadığını bildirmiş və sübut qismində dəvət etdiyi mübahisəli evdə qonşuları olan şəxslə rin ifadələrini göstərmişdir. - apellyasiya məhkəməsi cavabdehin evə istifadə hüququna xitam verilməsi barədə iddianı rədd edərkən şahid ifadələrini mötəbər sübut kimi qəbul edərək, həmin ünvanda cavabdehə məxsus əşyaların da olmasını nəzərə alaraq, bu halların onun faktiki olaraq mübahisə predmeti olan evdə yaşadığı qənaətinə gəlməyə əsas verdiyini, bu səbəbdən də istifadə hüququnun saxlandığını qeyd etmişdir; - iş materiallarından görünür ki, şahidlərin ifadələri onların dindirildiyi 14 fevral 2023cü il tarixli məhkəmə iclasının protokolunda əks olunmuşdur. Lakin apelyasiya məhkəməsi tərəfindən qətnamənin əsaslanırıcı hissəsində bu ifadələr natamam şəkildə göstərilmişdir ki, bu da həmin ifadələrə düzgün hüquqi qiymət verilməməsi deməkdir; - belə ki, qətnamənin əsaslandırıcı hissəsində şa hidlərin “cavabdehlərin ailə qurub mübahisə predmeti olan evdən köçmələri” barədə bildirdikləri əks olunmamış və nəticə etibarı ilə bu ifadələr hüquqi qiymətləndirmədən kənar qalmışdır. Halbuki, yuxarıda qeyd olunan hüquqi mövqelərdən də aydın olduğu kimi, bu ifadələrin qiymətləndirilməsinin nəticələri cavabdehin evə istifadə hüququnun mövcud olub-olmadığı ilə bağlı mübahisənin həlli ilə bağlı xüsusi əhəmiyyət daşıya bilərdi; - MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsd iq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutdu ğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir; (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). - eyni zamanda, iş materiallarından və bu iş üzrə “Elektron məhkəmə” informasiya sistemə daxil edilmiş məlumatlardan görünür ki, apellyasiya məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının video-audio yazısı aparılmamış, bununla da MPM-in 272.4-1-ci maddəsinin də tələbləri pozulmuşdur; - iş materiallarından həmçinin görünür ki, ape llyasiya məhkəməsi tərəfindən 24 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası mübahisə predmeti olan fərdi yaşayış evinə yerində baxış keçirilməsi məqsədilə 27 yanvar 2023-cü il tarixə təxirə salınmış, lakin qeyd olunan prosessual hərəkətlə bağlı (yerində müayinənin keçirilib-keçirilmədiyi, bunun səbəbləri, keçirildiyi halda nəticələri barədə) onun keçirilməsi qərara alınmış tarix üzrə hər hansı sənəd (protokol, arayış və s) tərtib olunmamışdır; - nəzərə alınmalıdır ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən məhkəmənin istinad edəcəyi sübutlardan bir də yerində müayinənin nəticələridir. Yerində müayinənin keçirilməsi ilə bağlı qaydalar mülki prosessual qanunv ericilikdə dəqiq şəkildə tənzimlənmişdir; - belə ki, MPM-in 202-ci maddəsinə əsasən, məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir; - apellyasiya instansiyası məhkəməsi tərəfindən prosedur qaydalara əməl olunmamışdır ki, bu da işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2(103)-6212/2023 nömrəli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda baxılması üçün birləşdirilmişdir.

38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-919/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1599/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışınski)

39. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsinə münasibətdə (İddiaçı iddiası üzrə) qeyd etmişdir ki, iddiaçının atası Həsən Əli oğlunun vərəsəliklə bağlı iddiasının təmin edilməməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Bu isə ona dəlalət edir ki, iddiaçının atası öldükdən sonra həmin evdə qeydiyyatda olmaqla yaşaması və evin bütün kommunal xərclərini ödəməklə əmlaka faktiki sahiblik etməsi halları atasından miras qalan əmlakı faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Qanunvericiliklə iddiaçının vərəsəlik hüququnun yaranması üçün ilk öncə onun atasının vərəsəlik hüququ yaranmalı idi.

40. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən hesab etmişdir ki, iddiaçının atasının vərəsəlik hüququ tanınmadığı halda onun övladı kimi iddiaçının da vərəsəlik hüququ yarana bilməz. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (mirasın atası tərəfindən, atası vəfat etdikdən sonra isə özü tərəfindən qəbul olunmasına) dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri N əsimi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qətnaməsinə münasibətdə (iddiaçı Cavabdeh1 iddiası üzrə) qeyd etmişdir ki, cavabdeh İddiaçı 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə əsasən həmin vaxtki mülkiyyətçinin ailə üzvü kimi mübahisəli evə istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Bu hüquqa xitam verilməsi əsasları həmin Məcəllənin 60 və 87-ci maddələri ilə tənzimlənir.

42. İş materiallarından, tərəflərin izahatlarından və şahid ifadəsindən məlum olur ki, ünvan 2 iddiaçı Cavabdeh1 paylı mülkiyyətindədir, cavabdeh İddiaçı həmin mənzildə faktiki yaşamır. Belə ki, apellyasiya baxışında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, 2005-ci ildə ailə həyatı qurmuş və ailəsi ilə birlikdə 20 16-cı ilə qədər Masazırda kirayədə yaşamışdır. Atası vəfat etdikdən sonra isə mübahisəli mənzilə köçmüşdür. Hazırda həmin mənzildə yaşadığını qeyd etsə də, məhz Nəzakkət Məmmədovanın dəvət etdiyi şahidlər mübahisəli mənzildə heç kəsin yaşamadığını qeyd etmişdirlər.

43. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı halda yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin, yəni İddiaçı yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından (nikaha daxil olaraq ər evinə köçdüyündən) həmin hüquqa kompensasiya ödənilmədən xitam verilməlidir. Bunun əksinin düşünülməsi iddiaçının ona məxsus mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə dair cavabdehin istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı (cavabdeh) İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, öz iddia tələbini təmin digər iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı iddiaçı (cavabdeh) Cavabdeh1 vəkili Nümayəndə tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin əsassız olması qeyd edilmiş, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə (1923) Maddə

487. Vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir. Maddə

488. Qanun üzrə vərəsələr - uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. Maddə

490. Qanun üzrə vərəsəlikdə miras əmlak 488-ci maddədə göstərilən şəxslər arasında bərabər paylara bölünür Maddə

499. Vərəsəlik açılan yerdə olan vərəsə 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq Notariat Kontoruna ərizə ilə müraciət etməzsə o, mirası qəbul etmiş hesab olunur. Maddə

500. Vərəsəlik açılan yerdə olan vərəsələr, miras əmlakı mühafizə tədbirləri görüldüyü gündən etibarən altı ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Maddə

505. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılan şəxslər, onların vərəsəlik hüquqlarını təsdiq edən şəhadətnamə verilməsi haqqında yerli notariat kontorundan xahiş edə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar i carədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə

87. Yaşayış sahəsinin icar ədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzv lərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən sa xlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkə mə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 iddiası üzrə apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın İddiaçı qarşı təmin edilən hissəsi, İddiaçı iddiası üzrə isə tam olmuşdur. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, Cavabdeh1 iddiası üzrə apellyasiya baxışının predmeti olan hissə, İddiaçı iddiası üzrə isə tam başa düşülür.

49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası ilkin olaraq Cavabdeh1 iddiası üzrə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı qarşı iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

52. İ şdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh İddiaçı Cavabdeh1 mülkiyyətində olan evə istifadə hüququnun olmasını mübahisəsiz hal kimi qiymətləndirsə də, İddiaçı 2005-ci ildə ailə həyatı quraraq, ailəsi ilə birlikdə 2016-cı ilə qədər Masazırda kirayədə yaşamasını, mübahisəli evlə hüquqi bağlılığının qalmamasını müəyyən etmişdir.

53. İşin müəyyən edilmiş halları və hüquq münasibətlərinin yarandığı zaman tətbiq edilən Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin tələblərinə əsasən Cavabdeh1 İddiaçı qarşı iddiasının təmin edilməsi düzgün olmuşdur.

54. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Cavabdeh1 iddiası üzrə qiymətləndirməsini və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

55. Belə ki, apellyasiya məhkəməsi İddiaçı qarşı iddia tələb i üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, həmin iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

56. Məhkəmə kollegiyası İddiaçı iddiası üzrə gəlinən nəticə ilə də razılaşır. Belə ki, İddiaçı 10814 saylı xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız olmasını iddia etsə də, işin müəyyən edilmiş hallarına görə həmin şəhadətnamə iddiaçının atası tərəfindən də mübahisələndirilmiş və həmin iddia təmin edilməmişdir. Bu baxımdan İddiaçı mü bahisəli evə atasının mirası kimi iddia etməsinin əsassız olması barədə gəlinən nəticə qanuni olmuşdur.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (cavabdeh) İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-919/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar