Məhkəmə qərarları › İş №2(102)-1799/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1799/2019

15.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1799/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), İlqar Rəhim oğlu Xələfov və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili X10 oğlunun iştirakı ilə, Cavabdeh və vəkili X10 oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9984/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Ə.Səmədov) 2(006)-6763/2016 nömrəli, 27 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və S.F.Hacıyev) 2(103)-1597/2017 nömrəli, 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəmsinin 2(006)-6763/2016 nömrəli, 27 sentyabr 2016-cı il tarixli qətnaməsi dəiyşdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi) M.T.Əhmədova və V.Ə.İbayev) 2(102)-4331/2017 nömrəli iş üzrə 25 iyul 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti tə min edilərək, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-1597/2017 nömrəli, 09 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova) 2(103)-9984/2017 nömrəli, 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6763/2016 nömrəli, 27 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməsi, cavabdeh X14 7496,7 (yeddi min dörd yüz doxsa altı manat yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı verilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair id dia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ilin yanvar ayında Bakı şəhəri, 3-cü mikrorayon, Cavadxan küçəsi, ev 10, mənzil 48 zirzəmisində yerləşən dükanı işlədən Pakistan vətəndaşı Babır Ali ilə ticarət əlaqəsi qurmaq razılığına gəlmişdir. İddiaçı Türkiyə Respublikasından uşaq paltarı alıb gətirib cavabdehə verməli, cavabdeh isə iddiaçının mallarını satıb pulunu ona verməli idi. İddiaçı öz üzərinə götürdüyü öhdəliyə əsasən o vaxtdan həmin dükana uşaq paltarı gətirməyə başladı. Babır Ali öz tərəfindən birinci aylar ərzində verilən malların pulunu iddiaçıya ödəyirdi. Sonra isə malları gətirəndə müxtəlif bəhanələrlə malların pulunu ödəməkdən boyun qaçırmağa başladı (evləndiyini, uşağının olmasını və həyat yoldaşının xəstələnməsin i səbəb tutaraq) və vaxt uzadırdı. İddiaçı dəfələrlə tələb edirdi ki, mağazada olan malın miqdarını saysınlar və satılmış malın pulunu Babır Ali iddiaçıya ödəsin. O isə dedi ki: "narahat olma, malın hamısı dükandadı və yarısı anbardadı" və söz verdi ki mart ayının 15-20-si gələr. Həmin söhbət 2015-ci ilin fevralında olub. 2015-ci ilin mart ayının 18-də Babır Aliyə zəng edəndə məlum oldu ki, onun telefon nömrələri bağlıdır. İddiaçı dükana gələndə gördü ki, dükanı başqa bir Zavar adında adam işlədir. Onunla söhbət zamanı məlum oldu ki, Babır Ali dükanın icarə müqaviləsini və kassa aparatının qeydiyyatını Zavarın adına sənədləşdirib və dükanın malını ona satıb. İddiaçı ona bildirəndə ki, dükanda olan uşaq paltarları onundur Zavar bildirdi ki, bu barədə xəbəri yoxdur və Babır Ali tapşırıb ki, malın pulunu onun həyat yoldaşı X1 versin. Buna baxmayaraq, Zavar iddiaçıya bildirdi ki, Babır Ali pula görə mütləq zəng etməlidir və o söz verdi ki, bu məsələyə aydınlıq gətirəcək. Bir gündən sonra Babır Ali iddiaçıya zəng edib bildirdi ki, o, Pakistandadı və 15-günə qayıdıb mallarını və olan borclarını qaytaracaq. İddiaçı onun sözlərinə inanmayıb həmin gecə əvvəlcədən müəyyən etdiyi Babır Alinin iş yerinə (tikinti şirkətinə) getdi və o gecə növbəsindən səhər saat 5-də çıxanda onu qabaqladı və elədiyi hərəkətlərə və söylədiyi yalana görə izahat verməyi tələb etdi. Cavabdeh bildirdi ki, dükanı bağlamağın səbəbi iki yerdə işləyə bilməməyidir. Nömrələrini bağlamağının səbəbi iddiaçıya tanış olmayan adamlardan gizləndiyini bildirdi, həmçinin anasının rəhmətə getdiyini və onun dəfninə Pakistan a getməyə imkanı olmadığını demiş, amma buna baxmayaraq, söz verdi ki, işlədiyi yerdən aldığı maaşdan ayda bir dəfə pulu iddiaçıya verib borclarını bir il ərzində bağlayacaq və Zavara zəng edib deyəcək ki, iddiaçının mallarını qaytarsın. Təxminən 10 gün sonra iddiaçı X15 verdiyi uşaq paltarlarının bır hissəsini götürdü. İddiaçının götürdüyü malın məbləği 1995 manat təşkil etdi. Sonra iddiaçı Babır Ali ilə görüşmüş və ümumi hesablama nəticəsində məlum olmuşdur ki, cavabdehin iddiaçıya 8900 manat borcu var. Bir həftədən sonra Babir Alı iddiaçıya bır neçə qızıl-zinət əşyaları gətirmiş və bildirmişdir ki, bu onun anasından qalan yadigardı və bunun Pakistanda 8500 ABŞ dolları dəyəri var, həmin "qızıl" əşyalarını iddiaçının pulunu ödəyəndən sonra götürəcək. Buna baxmayaraq, iddiaçı dostu X8 ilə birgə "Moskva" ticarət mərkəzindəki zərgərlərə bu zinət əşyalarını göstərəndə məlum olmuşdur ki, bunlar qızıl deyil, saxtadı və onların qiyməti 30-50 manatdan artıq deyil. İddiaçı dərhal Babır Aliyə zəng etmiş və dostu ilə birgə onun iş yerinin yanına gedərək və cavabdehin iddiaçıya qızıl kimi təqdim olunan əşyalarının saxta zinət əşyaları, yəni bijuteriya olduğunu və onun barəsində hüquq-mühafızə orqanlarına məlumat verəcəklərini bildirmişlər, bu vaxt cavabdeh onları inandırmağa başlamış və and içmişdir ki, bu Pakistanda qızıldı və onun həqiqətən 8500 ABŞ dollar qiyməti var. Ümumi hesabda iddiaçı Babır Aliyə, o dükanı işlətdiyi dövrdə, yəni 2013 yanvarından 2015-ci ilin aprel ayınadək, 17447,9 manat məbləğində uşaq paltarı vermişdir. O, isə iddiaçıya 6999,6 manat pul verib və 2951,6 manat mal qaytarıb. Bu malları iddiaçı dükanda Zavardan götürərkən o bildirmişdir ki, Babır Ali bu malları ona öz malı kimi təqdim edib və ona satmaq istəyirdi. Lakin, malların qiymətinə görə razılığa gəlməməyi səbəbindən Zavar iddiaçının mallarını Babır Alidən almayıb. Hal-hazırda Babır Alinin iddiaçıya olan borcu 7496,7 manat təşkil edir. Babır Əlinin iddiaçıya borclu olduğunu onun qardaşı X11 və X4 təsdiq edə bilərlər. Çünki məhz onlar əvvəllər Babır Əli ilə ticarət əlaqəsi yaradıblar və sonra onları tanış ediblər. Babır Əli dəfələrlə onların yanında iddiaçıya borclu olduğunu etiraf edirdi və söz verirdi ki, qısa müddətdə bütün məbləği ödəyəcək. Belə ki, iddiaçının Zavardan aldığı məlumata görə, Babir Ali dükanı işlətdiyi vaxt ərzində X3 məxsus olan malları satıb və təxminən 2561 manat pulun u mənimsəyib. İddiaçı ilə işlədiyi dövrdə özünə toy eləyib və satıcısı Ağdaş rayonunun Yemçilik kəndində pasport qeydiyyatında olan X2yla ailə qurub və bir övladı var. Belə ki, yanvar ayında iddiaçı Babır Alinin törətdiyi hərəkətlərə görə Pakistan Səfirliyinə şikayət ərizəsi vermişdir. Sonra isə əldə etdiyi məlumata görə Babır Alinin fevral ayının ortasından ölkədən getməsindən xəbər alandan sonra iddiaçı ərizə ilə Nəsimi rayon prokurorluğuna müraciət etmişdir. Həmin ərizə aidiyyəti üzrə 19-cu polis bölməsinə göndərilmişdir. Araşdırmanın nəticəsində 19-cu polis bölməsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, guya Pakistan Respublikasının vətəndaşı Babır Əli ilə iddiaçı arasında mülki mübahisənin predmeti təşkil edən borc münasibətləri mövcuddur. Əslində isə Babır Əli iddiaçının etibarını qazanaraq aldatma yolu ilə 7496,7 manat pulunu ələ keçirmişdir və iddiaçıya borc əvəzi "qızıl" adı ilə saxta zinət əşyaları vermişdir. Qərara nəzər yetiriləndə müəyyən olunur ki, iddiaçının təhqiqatçıya şifahi və yazılı izahatında göstərdiyi xüsusatların heç də hamısı həmin qərarda öz əksini tapmamışdır. Maddi sübutların hamısını təqdim etmək üçün şərait yaradılmamışdır. Belə ki, "qızıl"-lar haqqında təhqiqatçı Babır Alidən heç bir izahat almamışdır və digər tədbir görməmişdir. 17.03.2016- cı il tarixdə 19-cu Polis Bölməsinin təhqiqatçısı Raul Məınmədov iddiaçıya bildirdi ki, Pakistan səfirliyinə yazdığı şikayət ərizəsinin cavabını alıb gətirsin iş materiallarına daxil etsinlər, çünki Babır Ali x arici ölkənin vətəndaşıdır və o, (yəni təhqiqatçı) özünü sığortalamalıdır və iddiaçını "Novruz bayramı" ilə əlaqədar olan tətilə görə, bayramdan sonra, yəni 28.03.2016-cı il tarixində gözləyəcəkdir. 28 mart tarixində iddiaçı bölməyə gələndə isə ona bildirdi ki, o artıq qərarını 7.03.2016-cı il tarixdə çıxardıb və dedi ki, səfırliyin məktubuna və əlavə maddi sübutlara artıq ehtiyac yoxdur. Belə ki, iddiaçı Babır Aliylə ticarət əlaqəsi quranda onun sənədlərində pasport qeydiyyatına alınan ünvan ünvan 1nin özündən həmin sənədin surətini almaq mümkün olmadığına görə Vəkillər kollegiyasının 5 saylı hüquq məsləhətxanası tərəfındən Dövlət Miqrasiya Xidmətinə Babir Alinin pasport qeydiyyatında alınan ünvanını təsdiq edən rəsmi sənəd haqqında məlumat almaq üçün sorğu verilmişdir. Lakin, Dövlət Mi qrasıya Xidməti tərəfındən sorğuya cavabda "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsaslanaraq həmin məlumatın verilməyinin mümkün olmadığı bildirilmişdir. Göstərilənlərə əsasən cavabdeh X17 iddiaçıya olan borcu, yəni 7496,7 manatı ödəmədiyinə görə, həmin məbləğin ondan tutulub iddiaçıya ödənilməsi barədə onun xeyrinə qərar qəbul edilməsi, X17 iddiaçıya olan borcuna görə qızıl adı ilə saxta zinət əşyaları verdiyinə görə və 19-cu Polis bölməsinin təhqiqatçısmın hərəkətlərində xüsusi qərəzlilik olduğuna görə xüsusi qərardad çıxarılması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh və vəkili X10 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9984/2 017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili X10 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətini əsassız hes ab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-9984/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsi r göstərə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı Cavabdeh geyim əşyalarına görə ona 7496,7 manat məbləğində borclu olduğunu iddia etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qanunvericiliklə müəyyən edilmiş qaydada sübut etmədiyinə, məhkəməyə cavabdehin ona olan borcunu əks etdirən sübutları təqdim etmədyinə görə təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilmişdir. Həmin maddənin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hü quq və vəzifələrini izah etməklə yanaşı görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməlidir, onların prosessual hüquqlarının həyata keçməsinə bilavasitə kömək göstərməlidir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o və dostu Səlimov Çingiz 2012-ci ilin may ayında X23 ilə ticarət əlaqəsi qurmuşlar. 2013-cü ilin yanvar ayında Babir Ali bildirmişdir ki, ticarəti genişlədirmək üçün uşaq paltarlarının satışı ilə məşğul olmaq istəyir və onu Babır Əlini qardaşı İddiaçıla tanış etmişdir. Onların əldə etdiyi razılığa əsasən İddiaçı Türkiyədən uşaq paltarları gətirib Babir Aliyə verir, o isə həmin malları satıb pulunu İddiaçı verməlidir. 2013-cü ilin yanvar ayının axırında İddiaçı uşaq paltarlarının ilk partiyasın ı X12 küçəsi 10 saylı evin 48 saylı zirzəmisində yerləşən mağazaya gətirib Babır Əliyə təhvil vermişdir. Təvil verilən malların siyahısı tərtib olunmuşdur və bir surəti Babır Aliyə verilmişdir. Ümumiyyətlə 2013-2014-cü illərdə İddiaçı hissə-hissə 17447,9 manatlıq uşaq paltarları vermişdir. Babir Ali 2013-cü ildə mütamadi olaraq qardaşına verilən malların pulunun bir hissəini vermiş, lakin 2014-cü ilin əvvəlindən Babir Ali müxtəlif səbəblərlə əlaqələndirərək malların pulunu verməkdən boyun qaçırmışdır. O səbəb kimi alverin olmamasını, arvadının və uşağının xəstə olması ilə əlaqələndirməyə çalışırdı. Bunu görən o, İddiaçı məsləhət görmüşdür ki, dükanı sayıb və Alidən ona çatası pulları tələb etsin. Qardaşı pullarını tələb edəndə Babir Ali 2015-ci ilin mart ayına qədər İddiaçı vaxt aldı. Həmi n vaxt İddiaçı dükana gedəndə onu dükanda Zavar adlı şəxs qarşılayıb və bildirmişdir ki, dükanı indi o işlədir və dükanda olan malların pulunu Babir Aliyə vermişdir. 2015-ci ili aprel ayında İddiaçı Babir Alini əvvəlcədən müəyyən etdiyi iş yerinə gedib onu gecə növbəsindən çıxanda tapmışdır. Bu hadisədən bir həftə sonra o, İddiaçı və Babir Ali onun işlədiyi yerin yanında görüşmüşlər. Babir Ali onun yanında İddiaçı olan borcunu etiraf edərək 7500 manat məbləğində olan borcu hər ay maaşının bir hissəsini verib borcu bağalaycağına söz vermişdir. Bundan sonra onu tapa bilməmişlər və Babir Əli qardaşından gizlənmişdir. Apellyasiya instnasiya məhkəməsinin iclasında şahid qismində dindirimiş X4 şahid E.Abbasovun ifadəsinə oxşar ifadə vermişdir. Apellyasiya instnasiya məhkəməsinin iclasında şahid X21 Abrar ifadəsində göstərmişdir ki, İddiaçı Pakistan səfirliyinə gəlmişdir. Orada qarşılayaraq tanış olmuşlar. O, Babir Əlinin ona borclu olduğunu və qaytarmadığını bildirmiş və səfirliyə şikayət etmək istəyidini demişdir. O, Babir Alini tapıb onun dindirmiş Babir Əli İddiaçı 7500 manat məbləğində borcunun olduğunu demiş və yaxın müddətdə qaytaracağına söz vermişdir. Borcun qaytarılması üçün onun yanında İddiaçı bir ay vaxt istədi. Təyin olunmuş gündə C.Abasovla görüşmüş, lakin Babir Əli ora gəlməmişdir. Babir Əlini sonuncu dəfə 2015-ci ildə görmüşdür. Apellyasiya instnasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Hüssein Zavar ifadəsində göstərmişdir ki, Babir Əlidən işlədiyi mağazanın içərsində olan əşyalarla birlikdə almışdır. Buna görə Babir Əliyevə 1200 manat pul vermişdir. Babir Əli dükanı ona təhvil verəndə kisələrə yığılmış uşaq paltarlarını göstərərək İddiaçı ora gəldiyi vaxt ona qaytarmasını tapşırmışdır. İddiaçı gəlməzdən əvvəl qonşu mağazada işləyən qadın gələrək Babir Əlini axtarmış, Babir Əlinin ona borclu olduğu bildirmişdir. O, həmin qadına Babir Əlinin mağazanı ona satdığını bildirəndə o, yaxınlığında olan İddiaçı məxsus olan uşaq paltarlarını götürərək aparmışdır. Sonradan Cəmil gəlmiş və Babiri axtarmış, lakin X13 mağazanı ona satdığını demişdir. Cəmil X9 7500 manat məbləğində borcu olduğunu demişdir. Bundan sonra mağazada olan ona məxsus əşyaların bir hissəsinin qonşu dükanda olan qadın tərəfindən götürməsi barədə C.Abbaova məlumat vermişdir. İddiaçı həmin qadının yanına gedərək Babirin həmin qadına olan 300 manat məbləğində borcunu ödəyərək mallarını geri almışdır. Sonradan o, Babir Əli ilə görüşmüş və Babir Əli həqiqətən İddiaçı 7500 manat məbləğində borcunun olmasını bildirmiş və imkanı olanda qaytaracağını demişdir. Sonra isə Cəmil bir neçə dəfə onun yanına gəlmiş və X20 hər hansı məbləğdə pul qaytarmaması aydın olmuşdur. Apellyasiya məhkəməsinin sorğusu əsasında Bakı şəhər Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsindən tələb olunmuş cinayət işinin rədd olunması barədə materiala baxış keçirərkən müəyyən olunmuşdur ki, İddiaçı polis idarəsinə ərizə ilə müraciət edərək Babır Əlinin onun etibarından sui istifadə etdiyini və 7500 manat məbləğində pulunu mənimsədiyini göstərmiş və eyni zamanda ona borc pulun əvəzində saxta qızıl əşyaları verdiyinə görə onun məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Təhqiqat aparılmış və B abir Əlinin əməlində cinayət əlamətləri olmadığına görə cinayət işinin başlanması rədd olunmuş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 21 iyun 2017-ci il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Nəsimi rayon Polis İdarəsi 19-cu PB-nin təhqiqatçısı Raul Məmmədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17.03.2016-cı il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehin ona geyim əşyalarına görə 7.496,7 manat borcunun olmasını iddia edir. Birinci instansiya məhkəməsi tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməməsinə, iddiaçının təqdim etdiyi s adə yazılı formada tərtib edilmiş hesabatların qeyd olunan halı təsdiq etmək üçün sübut kimi qəbul edilməməsinə, sübutların toplanması və təqdim edilməsi yükünün tərəflərin öhdəsinə düşməsinə istinad edərək iddia tələbini təmin etməmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçı 2013-cü ilin yanvar ayından başlayaraq Bakı şəhəri, 3cü mikrorayon, Cavadxan küçəsi, 10 saylı evin, 48-ci mənzilinin zirzəmisində yerləşən dükanı işlədən cavabdehlə razılığa gəlmişdir ki, o, Türkiyə Respublikasından uşaq paltarı gətirib cavabdehə verməli, cavabdeh isə malları satıb pulunu ona ödəməli idi. İddiaçı cavabdehə dükanı işlətdiyi dövrdə, yəni 2013 yanvar ayından 2015-ci ilin aprel ayınadək 17.447,9 manat dəyərində uşaq paltarı vermiş, cavabdeh isə ona 6.999,6 manat nağd pul ödəmiş, 2.951,6 manat mal qaytarılmışdır. Hazırda cavabdehin ona 7.496,7 manat məbləğində borcu vardır. Cavabdehin qanunsuz hərəkətləri barədə o, əvvəl Pakistan Respublikasının Səfirliyinə, sonra isə Bakı şəhəri, Nəsimi rayon Prokurorluğuna şikayətlər vermiş və şikayəti aidiyyəti üzrə 19-cu Polis Bölməsinə göndərilmişdir. Araşdırmanın nəticəsi olaraq 19-cu Polis Bölməsinin təhqiqatçısı tərəfindən cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa cavabdeh borc pulun əvəzinə iddiaçıya saxta qızıl zinət əşyaları vermişdir. Göstərilən hallar iddiaçının izahatı ilə yanaşı apellyasiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunmşdur. Şahidlər ifadələri ilə iddiaçı ilə cavabdeh arasında ticarət əlaqələrinin olmasını, həmin fəaliyyətə uyğun ol araq iddiaçının cavabdeh nisyə olaraq uşaq paltarları verməsini həmin uşaq geyimlərinin bir hissəsinin dəyərinin cavabdeh tərəfindən qaytarılması və cavabdehin iddiaçıya 7500 manat məbləğində borcunun qalmasını təsdiq etmişlər. Apellyasiya məhkəməsi nəzərə almışdır ki, məhkəmə iclasında dindirilmiş şahidlər İddiaçı ərizəsi əsasında aparılmış təhqiqat zamanı da eyni məzmunlu ifadələr vermişlər. Nəsimi rayon prokuroru aparılan təhqiqatın tam olmadığı qənaətinə gəldiyindən cinayət işin başlanmasının rədd olunmasına dair qərar ləğv olunmuş və əlavə təhqiqat aparılması üçün iş polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəz ərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası düzgün olaraq qənaətə gəlmişdir ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş iddiaçı öz mülkiyyətində olan uşaq geyim əşyalarını cavabdehə dəyərinin hissə-hissə ödənilməsi şərti ilə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi tam və lazımınca icra etməmiş və iddiaçıdan almış olduğu əşyaların dəyərinin bir hissə sini ödəməsinə, bir hissə əşyaları geri qaytarmasına baxmayaraq həmin malların ödənilməyən dəyəri olan 7496,7 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliy ə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə y etirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Cavabdeh tərəfin məhkəmə iclasında və çəkişmədə iştirak ını təmin etmək üçün Azərbaycan Respublikasında yaşamış olduğu ünvana bildirişlər göndərilmiş, bildirişlər həyata yoldaşına təqdim olunmuş, lakin onun məhkəmə iclasına iştirakını təmin etmək mümkün olmamışdır. Apellyasiya məhkəməsi təhqiqatçının barəsində və saxta qızıl əşyalarının verilməsinə qarşı xüsusi qərardad qəbul olunmasına dair vəsatətə münasibətdə isə qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından da aydın olmuşdur ki, cinayət işinin başlanmasının rədd olunmasına dair qərar ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv olunmuş və iddiaçıların göstərdiyi məsələlər həmin material üzrə təhqiqat predmetləridir. Bununla bağlı iddiaçının göstərdiyi məsəllər həmin icraat daxilində yoxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsini n 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin mat eriallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9984/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh və vəkili X10 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-998 4/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar