Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1799/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXX cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1799/21 (Açar sözlər: yaşayış evindən istifadə hüququna xitam verilməsi ) Bakı şəhəri, 03 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və vəkili Xıdırov Şahlar Şakir oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2483/2020 nömrəli 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh5 kassasiya şikayətinə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qusar şəhəri, H.Əliyev prospektindəki 7 saylı ev iddiaçı B.Nuriyevin mülkiyyətindədir.
2. Cavabdehlər həmin evdə qeydiyyatdadırlar. xüsusi a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Qusar rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin XXX evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ailəsi ilə birlikdə Qusar şəhəri, H.Əliyev prospektindəki 7 saylı evdə yaşayır. Ev iddiaçının mülkiyyətindədir.
5. Evdə xx xxxxxxx 1990-cı il təvəllüdlü Cavabdeh1, 14 mart 1993-cü il təvəllüdlü Cavabdeh2, xx xxxxxx 1992-ci il təvəllüdlü Cavabdeh3, xx xxxxxx 1960-cı il təvəllüdlü Cavabdeh9, xx xxxx 1990-cı il təvəllüdlü Cavabdeh4, 20 dekbr 1963-cü il təvəllüdlü Cavabdeh5, xx xxxx 1970-ci il təvəllüdlü Cavabdeh6, xx xxx 1987-ci il təvəllüdlü Cavabdeh7 və xx xxxx 1996-cı il təvəllüdlü Cavabdeh8 qeydiyyatdadırlar.
6. İddiaçı həmin şəxsləri, yəni evinə qeydiyyatda olan cavabdehləri heç vaxt görməmişdir.
7. Cavabdehlərin iddiaçıya məxsus evdə qeydiyyatda olması mülkiyyətçi kimi iddiaçının bir sıra hüquqlarının məhdudlaşdırılmasın a gətirib çıxarmışdır.
8. İddia tələbinin əsası kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə istinad etmişdir.
9. Qusar Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(029)-406/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9 Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. (hakim Rafiq Kazımov)
10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.0527 hektar həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 306.30 kv.metr yaşayış evi x üsusi mülkiyyət hüququ üzrə tam mülkiyyət sahibi olmaqla İddiaçı məxsusdur. Həmin ev iddiaçının adına ********** qeydiyyat nömrəli, 20 noyabr 2019-cu il tarixli, **********23-10302 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə rəsmiləşdirilmişdir. Cavabdehlər həmin evdə qeydiyyatda olsalar da orada yaşamırlar. Həmin ünvanda cavabdehlərə məxsus olan hər hansı bir əmlak yoxdur. Cavabdehlərin mübahisəli yaşayış mənzilinə qeydiyyatları formal xarakter daşıyır.
11. Məhkəmə qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində formal olaraq qeydiyyatda olmaları mülkiyyətçi kimi İddiaçı hüquqlarını pozur.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki 152.1, 152.5-ci maddələri ilə əsaslandır mışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdehlər apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə onların iştirakı olmadan baxmışdır. 1978-ci il tarixdən onlar mübahisəli evdə yaşamışlar və həmin ildən onlar qeyd edilən ünvanda pasport qeydiyyatındadırlar. 1993-cü il tarixdə onlar ailə vəziyyəti ilə əlaqədar olaraq müvəqqəti Qusar rayonu, Bala Qusar kəndinə köçmüşlər. Onların kəndə köçməkləri müvəqqəti olduğu üçün onlar mübahisəli ünvanda yerləşən evlərinə tez-tez gəlib baş çəkmişlər. 1995-ci il tarixdən İddiaçı ailəsi ilə birlikdə mübahisəli evə girərək məskünlaşmışdır. Bu barədə aralarında söz-söhbətləri olmuşdur və onlar iddiaçıya bildirmişlər ki, bu ev onlara verilib və həm in evdə onlar pasport qeydiyyatındadırlar. İddiaçı bildirmişdir ki, onları həmin evə buraxmayacaq. İddiaçı onları evə buraxmır və aralarında mübahisə olmuşdur. Həmin mübahisənin cinayətə çevrilməsinin qarşısını almaq üçün onlar müvəqqəti evdən əl çəkmişlər.
15. İddiaçı həyətdə yaşadıqları evi və tikdikləri tikililəri sökərək özünə yeni ev tikmişdir. İddiaçı qeyri-qanuni olaraq torpağa və evə daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır.
16. Cavabdeh Cavabdeh9 apelyasiya baxışında bildirib ki, 1992-ci ildən ailə birlikdə anasının Qusar rayonu, Bala Qusar kəndindəki evində yaşayır. Həmin kənddə ona məxsus ev və torpaq sahəsi vardır. Mübahisəli evdən köçmələrinə səbəb ailəsinə torpaq sahəsi verilməsi olub. Mübahisəli ev kommunal tipli və yaşamağa yararsız olduğu üçün evdən köçüb gedi blər. İddiaçının mülkiyyət sənədini mübahisələndirməyib. Cavabdehlərdən Cavabdeh5 qardaşı, Cavabdeh1 qardaşı qızı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh7 Oqtay qızı və Cavabdeh8 onun övladlarıdır.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2483/2020 nömrəli 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Qusar rayon Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2(029)-406/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi) Lətifə Məmmədova, Telman Quliyev)
18. Apellyasiya məhkəməsi Cavabdeh9 apellyasiya baxışında verdiyi izahata əsasən müəyyən edib ki, cavabdehlər 1990-cı il tarixdən qeydiyyatda olduqları ünvanda yaşamırlar və həmin vaxtdan Qusar rayonu Balaqusar kəndində y aşayırlar.
19. Apellyasiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, 27 iyul 2009-cu il tarixli Çıxarışa əsasən Cavabdeh9 adına Qusar rayonu, Bala Qusar kəndində 0.26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evi vardır. Cavabdeh5 adına isə Qusar rayonu Bala Qusar kəndində 1 mərtəbəli, 2 otaqlı, ev qeydiyyata alınmışdır.
20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı adına verilmiş Çıxarış hazırda qüvvədədir, cavabdehlər ünvan 1 ünvanında formal qeydiyyatdadırlar, həmin evdə yaşamırlar. Yaşayış evindən istifadəyə dair iddiaçı ilə cavabdehlər arasında hər hansı bir razılaşma yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştir akçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh9 (Vəkil Əli oğlu) kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili XXX kassasiya şikayətinin dəlillərini qəbul etməyərk, şikayətin təmin olunmamasını xahiş etdilər.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh (kassator) və onun vəkili, həmçinin digər cavabdehlər məhkəmə kollegiyasının ic lasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində qətnamə iş üzrə yalnız cavabdeh Oktay Balaqadaşov tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız kassatorun mübahisələndirdiyi hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instans iyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
30. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
31. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən cavabdehlərin, o cümlədən Oktay Balaqadaşovun istifadə hüququna xitam verilməsi barədədir.
33. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halı da odur ki, Cavabdeh9 1990-cı il tarixdən mübahisədə adı keçən evdə deyil, Qusar rayonu Balaqusar kəndində yaşayır. Üstəlik, Cavabdeh9 adına Qusar rayonu, Bala Qusar kəndində 0.26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, ev qeydiyyata alınıb.
34. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarını cavabdeh O. Balaqadaşova münasibətdə düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri cavabdeh O. Balaqadaşova münasibətdə hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.
35. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispoztiv şərti Cavabdeh9 münasibətdə iddianın təmin edilməsini şərtləndirmişdir. Bu baxımdan qeyd edilən hissədə iddianın təmin edilməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunverciliyə uyğun olmuşdur.
36. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
37. Məhkəmə kollegiyası q eyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdeh Oktay Balaqadaşovun kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2483/2020 nömrəli 28 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.