Məhkəmə qərarları › İş №2(102)-180/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-180/2022

17.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-180/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi 15 saylı Notariat Ofisinin notariusu xxx maraqlı şəxs qismində cəlb edilməklə “buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, hüquq haqqında mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, Maraqlı şəxslərin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 29 iyun 2021-ci il tarixli, 2(103)5790/2021 nömrəli qətnaməsindən maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1saylı fərdi yaşayış evi üzərində X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Quliyeva X2 xxxqızının ana nənəsidir. Ərizəçi anası X12 15 mart 1991-ci ildə, nənəsi X9 isə 25 yanvar 1993-cü il tarixdə vəfat etmişlər. Maraqlı şəxs3 xxx oğlu X6 oğludur. 15 Saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanan 25 oktyabr 2019-cu il tarixli məktubla ərizəçiyə bildirilmişdir ki, o, 25 sentyabr 1993-cü il tarixində vəfat etmiş X3 qalmış mirasın qəbul müddətini ötürmüş və vərəsəliyin qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət etmək hüquq izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat X1 15 saylı Notariat Ofisinin notariusu xxxmaraqlı şəxs qismində cəlb edilməklə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X3 miras qalmış ünvan 1saylı evə dair mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi və müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin nənəsi X9 25 sentyabr 1993-cü ildə vəfat etmi, ərizəçi nənəsinin qanun üzrə vərəsəsi olaraq, miras əmlakı faktiki qəbul edərək idarə etmiş, lakin mirasın qəbulu üçün vaxtında notariat kontoruna müraciət etməmişdir. B akı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(006)7209/2019 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) ərizə təmin edilmiş, Ərizəçi nənəsi X3 miras qalmış ünvan 1saylı evə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin 532, 552, 553-cü maddələrinə, hazırda qüvvədə olan Mülki Məcəlləsinin 1133.1, 1145, 1159.1.1, 1159.1.3, 1246, 1248.1-cü maddələrinə, habelə Mülki Prosesual Məcəlləsinin 307.1, 307.2.9, 308, 311-ci maddələrinə istinad edərək göstərmişdir ki, ərizəçi mərhum X3 miras qalmış ünvan 1saylı evə dair mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxmış, lakin bu onun həmin evi faktiki olaraq qəbul etməsi və sənədləşməyə zərurətin olmasının bilməməsi səbəbindən olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat İşdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(006)-7209/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-5790/2021 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.A.Məmmədovadan və R.Ə.Eyvazovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(006)-7209/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə edilən daşınmaz əmlak (üzrə hüquqlar) artıq müvafiq olaraq notarial qaydada vərəsəlik şəhadətnaməsi verilməklə dövlət reyestrində qeydiyyata alındığından birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə həmçinin göstərmişdir ki, şikayət verənlərin özləri tərəfindən susaraq müvafiq notarial orqana və ya məhkəməyə öz ehtimal edilən vərəsəlik hüquqlarının təsdiq etməməsi onların bu hüquqlarının mövcudluğunu təsdiq etmir və hazırki tələb həddində bu hüquqların mövcudluğuna qiymət verilməsi ümumiyyətlə mümkün deyil. Bundan əlavə, mirası qism ən qəbul edilmiş və bir hissəsi açıq saxlanılmışdır. Qeyd edilənlərə əsasən maraqlarına toxunan şəxslər mirasın qəbulu və vərəsəlik hüquqlarının təsdiq edilməsi, habelə hüquq müəyyənedici sənədlərin mübahisələndirilməsi üçün müvafiq notariata və ya məhkəməyə müraciət etmək hüquqları vardır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-5790/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmı şdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, miras qoyan 1993-cü ildə vəfat etməsinə baxmayaraq, iddiaçı yalnız 2019-cu ildə məhkəməyə ərizə ilə müraciət etmiş, bu müddət ərzində iddiaçı mübahisə predmeti olan əmlakla bağlı hər hansı tələb irəli sürməmişdir. Maraqlı şəxs2 və Maraqlı şəxs3 isə miras açılan vaxtdan etibarən əmlaka yiyələnərək, onu faktiki idarə etmiş, abadlaşdrımış və bütün müddət ərzində əmlaka sahiblik etmişlər. Bundan başqa apellyasiya məhkəməsi tərəflər arasında əvvəllər olan məhkəmə mübahisələri üzrə məhkəmə qərarlarını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etirazları daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılar ının izahatları Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Ərizəçi və vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Maraqlı şəxs Bakı şəhəri 15 saylı Notariat ofisininin notariusu xxxməhkəməyə 11 dekabr 2021-ci il tarixli məktub ünvanlayaraq, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3- cü maddəsini rəhbər tutaraq işə həmin tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericili yinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Marqalı şəxslər kassasiya şikayətində apellyasiy a instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiklərindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cü maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 306.4-cü maddəsinə əsasən xüs usi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalı dır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlə r üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cü il tarixli qərarının: 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulduğu üçün mübahisələndirilən qətnamə ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mirası qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və müddətin uzadılmasını xahiş etmiş, bununla belə ərizəsinin faktiki əsası kimi miras əmlakı faktiki orlaraq qəbul etməs inə və idarə etməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi ərizəçi ilə razılaşaraq mövqeyini MPM-in 307.2.9-cu maddəsi ilə əsaslandırmışdır. Bu zaman mübahisələndirilən miras əmlaka hüquqları iddia oluna bilən digər şəxslər (vərəsələr), o cümlədən hazırda kassasiya şikayəti verilmiş şəxslər işə cəlb olunmamışlar. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamış və əlavə olaraq mövqeyini onunla əsaslandırmışdır ki, miras əmlaka ərizəçinin adına paylı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, daşınmaz əmlakın dövlət reyestrində olan həmin qeydiyyat barəsində apellyasiya şikayəti verilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi əsasında 24 dekabr 2019-cu il tarixdə aparılmışdır. Yəni apellyasiya məhkəməsi barəsində şikayət verilən qətnamənin qanuni olmasını həmin qətnamənin artıq icra olunması ilə əsaslandırmışdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında mübahisəli miras əmlakı ilə bağlı əvvəllər də məhkəmə mübahisələri olmuş, Abşeron Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər Maraqlı şəxs3, Maraqlı şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı Abşeron rayonu Görədil kəndində yerləşən və mərhum nənəsi X3 miras qalmış 0,07 ha torpaq sa həsinə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bərabər bölüşdürülməsinə dair iddiası rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 09 avqust 2018ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X4 cavabdehlər Maraqlı şəxs3, Maraqlı şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bərabər bölüşdürülməsinə dair iddiası yenidən rədd edilmiş, Azərba ycan Respublikası Ali Məhkəməsinin Mürki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında mübahisələndirilən miras əmlakına dair hüquqlarının olması və həmin hüquqların həcmi barədə fikir ayrılığı (hüquq haqqında mübahisə) mövcud olmasına baxmayaraq, ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş və işə bu icraatda baxılaraq birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 259.0.10 və 306.4-cü maddələrinin tələblərini pozaraq, işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslərin apellyasiya şikayə tini təmin etməmiş, qətnaməni dəyişdirilmədən saxlamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-5790/2021 nömrəli qətnaməsi ləğv edilsin və Ərizəçi xüsusi icraat qaydasında ərizəsi hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar