Məhkəmə qərarları › İş №2(102)-1801/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1801/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1801/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin məhkəmə baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X7 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1531/2022 nömrəli, 19 dekabr 20 22-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə 15 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli Koorperativ Mənzil Tikintisi haqqında müqavilənə əsasən Şaiq MTK ünvan 1 ünvanda inşa ediləcək yaşayış binasının 38 saylı mənzilini İddiaçı verməyi, İddiaçı isə hər ay 665 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh MTK-nın ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokolu ilə İddiaçı Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsi və Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv. metr mənzilin X1 və onunla bu barədə müvafiq müqavilə bağlanılması qərara alınmışdır.

3. Cavabdeh MTK-nın sədrinin xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X2 adına mülkiyyət hüququ ilə rəşmiləşdirilmiş ünvan 3 ünvandakı binanın 38-ci mənzilidir. Mənzilin yenidən nömrələnməsi nəticəsində 38 saylı mənzil 44№-li olmuşdur.

4. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)5464/2012 saylı qətnaməsi ilə ünvan 4 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81,5 kv m yaşayış sahəsi olan 38 nömrəli mənzilin X3 verilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi ilə "Şərur” MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmşıdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mlüki kollügiyasının xx.xx.2013-cü il tarixli 2(102)-4307/2013 nömrləi qərarı ilə "Şərur” MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "Şaiq” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Əyyubov) 2(004)-5576 /2021 saylı iş üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Ş.Talışinski - sədrlik edən və məruzəçi, A.N.İmanov və Q.A.Əsgərov) 2(103)-1521/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilmə si” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin cavabdeh "Şaiq” MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh MTK (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

13. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu M əcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Ali Məhkəmənin işi icraata qəbul etmək barədə qərardadı ləğv edilməklə mülki iş kassasiya baxışından çıxarılmalıdır.

15. Belə ki, Ali Məhkəmə Mülki kollegiyasının hakimi İ.Şəfiyevin 20 aprel 2023-cü il tarixli 2(103)-1530/2023 nömrəli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6334/2022 nömrəli mülki iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər kimi X8 və "xxxx" ASC tərəfindən kassasiya şikayətləri verilmiş, həmin şəxslər tərəfindən kassasiya şikayətlərinin verilməsi üçün əsasların olub-olmamasını məsələsinin həlli Ali Məhkəmənin İ.Şəfiev (məruzəçi), Ə.Əhmədov və V.Həsənovdan ibarət digər məhkəmə tərkibinə həvalə olunmuşdur. Ona görə də mülki işin Ali Məhkəmənin hazırkı məhkəmə tərkibinin kassasiya baxışından çıxarılmaqla yuxarıda göstərilən məhkəmə tərkibinin icraatına verilməsini xahiş edir.

16. Məhkəmə kollegiyası hesab edir ki, Ali Məhkəmənin hakimi İ.Şəfiyevin sorğusu əsaslıdır, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər kimi X8 və "xxxx" ASC tərəfində n verilmiş kassasiya şikayətlərinin mümkünlüyü məsələsi həll olunmadan Cavabdeh MTK-nın kassasiya şikayəti üzrə işə baxılması mümkün deyildir. Ona görə də Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunmasına dair qərardad ləğv edilməli, iş Ali Məhkəmənin digər məhkəmə tərkibinə verilməlidir.

17. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hazırki mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1531/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 31 mart 2023-cü il tarixli qərardadı ləğv edilsin. 2(102)-1801/2023 saylı mülki iş kassa siya baxışından çıxarılsın və Ali Məhkəmənin digər məhkəmə tərkibinə verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar