Məhkəmə qərarları › İş №2(102)-1802/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1802/2022

25.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1802/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 Əskər oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 Əskər oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)9119/2021 nömrəli mülki iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 aprel 202 2-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şosesi, 21b saylı binada yaşayış sahəsi 59,38 kv.m. olan 5 otaqlı 10 saylı mənzil İddiaçı (bundan sonra – iddiaçı) 08.01.1990-cı il tarixli order əsasında verilmişdir. Mənzildə qeydiyyatda olan Sevinc Rəhimova, Anar Rəhimov, Fəridə Rəhimova, Cavabdeh2 və Cavabdeh1 Əskər oğlu (bundan sonra - cavabdeh) 27.04.2011-ci il tarixli ərizələri ilə mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. 18.08.2011-ci il tarixdə həmin mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 64/2 say lı 27.10.2016-cı il tarixli sərəncamına əsasən bina qəza nəticəsində yaşayışa yararsız vəziyyətə düşdüyünə görə sökülmüş, həmin binada yerləşən iddiaçıya məxsus mənzil razılıq əsasında ünvan 1 ünvanında yerləşən binada ümumi sahəsi 117,22 kv.m., yaşayış sahəsi 74,47 kv.m. olan 5 otaqlı 15 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) ilə əvəz edilmişdir. Mübahisəli mənzil 4 sentyabr 2018-ci il tarixdə tam mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildə qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 Əskər oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətind ə olan mübahisəli mənzilindən cavabdehlərin istifadə hüququna xitam verilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər övladları ilə birlikdə bir neçə ünvanda yaşayış sahələri olmaqla başqa ünvanlarda yaşayırlar, ancaq cavabdehlər onun qanuni olan xüsusi mülkiyyətində yaşamayaraq formal olaraq qeydiyyatda olmaqla onun mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu pozurlar. Bundan başqa, cavabdeh onun mülkiyyətində qeydiyyatda olmasından istifadə edərək, evə daxil olun, qapılarını söküb aparmış, digər qanunsuz əməllər törətmişdir. Bununla bağlı istintaq orqanlarına müraciət edilmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsi zamanı iddiaçı tərəfindən 25000 manat kompensasiya verildiyi halda idd ia tələbini qəbul edəcəyini bildirmişdir.

7. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən şahid kimi dəvət edilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun atasıdır. Mübahisə predmeti olan mənzili 1998-ci ildə atasına dövlət vermişdir. Sonra bina sökülmüş və yerinə təzə bina tikilmişdir. Hazırkı mənzil də həmin təzə binadan atasına verilib. Mənzilə atasının adına çıxarış alınanda qardaşı Natiq də razılıq vermişdir. Qardaşı ilə 15 il bir yerdə işləmişlər, sonradan mənzildə cavabdehin valideynləri ilə dini baxışları üstündə mübahisələri düşmüş və onlar mənzili tərk edib getmişlər. Qardaşı 14 iyul küçəsindəki digər evi kirayə verir.

8. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən şahid kimi dəvət edilmiş X1 ifadəsində bildirmişdir ki, 14 iyul küçəsi, məhəllə 7, mənzil 22- də ki rayə yaşamışdır. Həmin mənzil cavabdehin mənzili olub və o, 150 manata həmin mənzildə kirayə qalıb. Kirayə pulunu cavabdehə verib. Həmin mənzildə bir ilə yaxın müddətdə yaşamışdır. Onu tikinti materialları dükanından tanımışdır. Cavabdehlə aralarında rəsmi kirayə müqaviləsi olmayıb.

9. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim T.N.Məmmədov) iddiaçının Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilmiş, iddiaçıya izah edilmişdir ki, cavabdehin qeydiyyatına onun inzibati orqana müraciəti əsasında xitam verilməli, inzibati orqan tərəfindən imtina edildikdə isə o, bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir.

10. Birinci instansiya məhkəməsinin 2(010)-2196/2021 nömrəli iş üzrə 11 iyun 2021ci il tarixli qətnaməsi ilə (hakim T.N.Məmmədov) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüququ mövcuddur və bu hüquqa kompensasiya verilmədən xitam verilməsinə əsaslar yoxdur. İstifadə hüququnun kompensasiya verilmədən itirilməsi üçün hüququn mövcudluğuna səbəb olan hallar aradan qalxmalıdır, lakin hazırkı işdə bu hallar mövcud deyildir. İşin halları ilə cavabdehin digər daimi yaşayış yerinin olması sübuta yetirilmir, eləcə də, cavabdeh tərəfin izahatından müəyyən edilir ki, o, mübahisəli yaşayış sahəsinə məhdud əşya hüququndan imtina etmir.

12. Məhkəmə öz mövqeyini 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azə rbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci və 3-cü hissələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016- cı il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materialları ilə, həmçinin təqdim edilmiş sübutlarla təsdiq olunur ki, cavabdehin daimi yaşamaq üçün bir neçə yaşayış evi və torpaq sahəsi var. Bu halı təsdiq edən müvafiq sübutlar təqdim edilmiş, həmçinin şahid ifadələri ilə də təsdiq olunmuşdur.

14. Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, qeyd etmişdir ki, Yeni Suraxanı qəsəbəsi, Aşağı məhəllə adlanan ərazidə yerləşən yaşayış evini 25000 manata almaq barədə razılığa gəlmiş, hətta 10000 manat da ödəniş etmişdir, lakin sonradan alqı-s atqı baş tutmamış və evi qaytarmışdır. Həmçinin qeyd etmişdir ki, digər mənzil də ona məxsus deyildir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9119/2021 saylı mülki iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia təmin edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Suraxanı rayonu, Yeni Suraxanı, V.Xəlilov küçəsi, ev 7, 25 saylı mənzil 2015-ci il tarixdən, Suraxanı rayonu, Yeni Suraxanı, Aşağı qəsəbə, ev 0010, mənzil 0002 isə 2020-ci il tarixdən cavabd ehin istifadəsindədir. Həmin mənzillər üzrə abonent kodları cavabdehin və arvadının adına olmaqla, 2021-ci il də daxil olmaqla ödənişlər edilmişdir.

17. Məhkəmə kollegiyası həmin halı təsdiq edən sübutlar qismində iş materiallarında olan X2 tərəfindən yaşayış sahəsinə dair cavabdehə verilən qiymətləndirmə rəyinə, Bakı Regional Qazın Satışı Departamentinin 09.06.2021-ci il tarixli məktubuna, cavabdehə məxsus abonentin ünvanı və qaz sərfi barədə göstəriciləri əks olunmuş saldolara, həmçinin cavabdehə və arvadına məxsus "xxxx" ASC-nin abunə haqqında məlumatlarına istinad etmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Yeni Suraxanı qəsəbəsi, Aşağı məhəllə adlanan ərazidə yerləşən yaşayış evinin qaz sərfiyyatı üzrə abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən 2021-ci ilin may ayın a kimi qazdan istifadəyə görə ödənişlər olunmuşdur, bu isə həmin evin məhz cavabdehə məxsus olmasını göstərir. Məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzildən getdikdən sonrakı vaxtdan hazırkı vaxta qədər olan dövrdə başqa ünvanda yaşaması, ona məxsus yuxarıda qeyd olunan mənzillərin olması kimi işin hallarına istinad edərək belə qənaətə gəlmişdir ki, cavabdehin mübahisəli mənzilə olan ehtiyacı aradan qalxmışdır, yəni mənzilə istifadə hüququnun əldə edilməsini zəruri edən əsaslar aradan qalxmışdır. Kollegiya hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir.

19. Məhkəmə öz mövqeyini 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60.1. və 87-ci maddələrinə, “Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.07.2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün ap ellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Mülki Məcəllənin 228.5-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında müəyyən edilənləri hazırkı işə düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan münaqişəli vəziyyəti nəzərə almamış, o cümlədən cavabdehin istifadə hüququnun həyata keçirilməməsinin səbəblərini dəqiq və hərtərəfli araşdırmamışdır. Digər tərəfdən iddiaçı və digər ailə üzvləri cavabdehin yaşayış sahəsindən istifadə etmək ehtiyacının olmasın a baxmayaraq, onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etmişlər. Nəticədə cavabdeh yaşayış sahəsini tərk etmək məcburiyyətində qalmışdır. Kassator bu səbəbdən hesab edir ki, istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bilərdi.

22. Kassator apellyasiya instansiyası məhkəməsinin cavabdehin mübahisəli yaşayış sahəsinə olan ehtiyacının aradan qalxması barədə mövqeyi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında cavabdehin yaşayış sahəsi əldə etdiyini və mülkiyyətində yaşayış sahəsi olduğunu təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Belə ki, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmiş, MPM-in 81 və 88-ci maddələrinin tələbləri pozulmuş, nəticədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

24. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxı b onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

25. Maddə 60.1. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

26. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı 27. 2000-ci il sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şi kayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Əskər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9119/2021 nömrəli mülki iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar