Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1804/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələbləri irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərracın yekunları üzrə protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi, hərracın keçirilməsi qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrli k edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2(103)851/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 06 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə 192946 manat əsas borcun, 22647,70 manat faiz borcunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, cəmi 215623,70 manat məbləğində pulun X1 alınaraq Ləğv prosesində olan Cavabdeh1 ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yü klü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, 114 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 140000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması qət edilmişdir.
2. Hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş, ilk hərrac mənzilin ilkin satış qiyməti 140000 manat olmaqla, 16 mart 2020-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmiş, həmin hərrac baş tutmadığı üçün təkrar hərrac 15% aşağı qiymətlə, yəni 119000 manat olmaqla 01 sentyabr 2020-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir. Hər iki hərrac barədə bildirişlər MMC tərəfindən Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə, Ləğv prosesində olan Cavabdeh1 ASC-yə, habelə ünvan 1 ünvanı üzrə İddiaçı və X2 gön dərilmiş, habelə “Birja yenilikləri” qəzetinin 14-20 fevral 2020-ci il və 19 avqust 2020-ci il tarixli nəşrlərində dərc olunmuşdur. İpoteka qoyana göndərilən birinci bildirişlə bağlı xəbərnamə mövcud olmasa da, ikinci bildiriş “ünvan sökülüb” qeydi ilə geri qaytarılmışdır. 3. “Birja yenilikləri” qəzetinin 05-12 sentyabr 2020-ci il tarixli buraxılışında Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, 114 nömrəli evin 6 nömrəli mənzilə dair hərracın baş tutulması barədə elan dərc olunmuşdur.
4. Təkrar hərrac da baş tutmamış elan olunduğundan ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, "xxxx" MMC ilə Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli hərracın yekunları barədə protokola və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə həmin tarixli müqaviləyə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, 114 nömrəli evin 16 nömrəli mənzili həmin bank tərəfindən 89250 manata əldə edilmişdir.
5. Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, 114 nömrəli evin 16 nömrəli mənzil üzərində Ləğv prosesində olan Cavabdeh1 ASC-nin mülkiyyət hüququ 07 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələbləri irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fonduna qarşı id dia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC hərrac mərkəzinin hərracın yekunları barədə 32/03 nömrəli protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 23 sentyabr 2020-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia belə əsaslandırılmışdır ki, iddiaçıya hərracın keçirilməsi barədə heç bir məlumat verilməmiş, əmlakın dəyəri süni şəkildə azaldılaraq dəyərindən aşağı qiymətə tələbkara təqdim edilmişdir. İddiaçının bu barədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəmədə qaldırılmış iddiadan sonra məlumatlı olmuşdur.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, e2(005)-1853/2023 nömrəli qətnaməsi ilə (haki m A.N.Novruzova) iddia təmin edilərək, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, 114 nömrəli evin 16 nömrəli mənzilin "xxxx" MMC tərəfindən keçirilmiş hərrac nəticəsində tələbkar Ləğv prosesində olan Cavabdeh1 ASC-yə satılması barədə hərrac yekunlarına dair 23 sentyabr 2020-ci il tarixli 32/03 nömrəli protokolun və 23 sentyabr 2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əmlak ilkin satış qiyməti 140000 manat olmaqla, 16 mart 2020-ci il tarixdə ilk dəfə hərraca çıxarılması ilə bağlı bildiriş olsa da, bu bildirişin tərəflərə göndərilməsi barədə xəbərnamə və ya bu kimi hər hansı poçt qaiməsi mövcud olmamı şdır. Əmlaka dair ilk hərracın keçirilməsi barədə bildiriş ipoteka qoyan tərəfə göndərilməmiş, bununla da qanunvericiliyin tələbləri pozulmaqla növbəti hərrac keçirilmiş, sonda isə əmlak ipoteka saxlayana təklif edilmişdir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, növbəti hərraca dair bildirişlər və əmlakın ipoteka saxlayana təklif olunmasına dair bildirişlər ipoteka qoyan və borcluya göndərilsə də, ikinci hərraca dair xəbərnamədə ünvanın sökülmüş olması, əmlakın ipoteka saxlayana təklif olunmasına dair bildiriş isə şəxsin ünvanda yaşamaması səbəbindən geri qaytarıldığı göstərilmişdir. Xəbərnamələrin geri qaytarılmasına əsas olaraq göstərilmiş iki hal arasında olan ciddi fərqliliklər də göndərişlərin həyata keçirilməsi zamanı “Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları”nın pozulduğun u göstərmişdir.
11. Məhkəmə hesab etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsi ilə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka qoyana verilməsini təsdiq etmə üsulu göndərilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən Qanunun bu, habelə “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinin tələblərinə riayət olunmamış, iddiaçı hərrac təşkilatçısı olan cavabdeh tərəfindən hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmamış və hüquqi nəticə etibarı ilə ilkin hərrac iddiaçının, yəni mülkiyyətçinin məlumatı olmadığından onun iştirakı olmadan keçirilmişdir.
12. Digər tərəfdən, iş materiallarından ilk hərracın 16 mart 2020-ci il tarixdə, ikinci hərracın isə 01 sentyabr 2020-ci il tarixdə keçirild iyi aydın olmuşdur. Halbuki, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə “İpoteka haqqında” Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Lakin hazırki halda birinci və ikinci hərraclar arasında 6 aya yaxın müddət fərqi olmuşdur.
13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.1, 41.3, 41.5, 42.1, 43.1, 43.3, 43.4, 43.5, 43.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddi a tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2(103)-851/2024 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər S.X.Bəhrəmzadədən və X.A.Mərdanovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, e2(005)-1853/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin mənasından görünür ki, qanunverici ipoteka qoyana təsdiq etmə üsulu ilə bildirişin göndərilməsini tələb edir – hazırkı iş üzrə də müəyyən olunmu şdur ki, hərracı keçirən təşkilat tərəfindən ipoteka qoyana məhz təsdiq etmə üsulu ilə bildiriş göndərilmiş, lakin bildirişlərin çatdırılması hərrac təşkilatının cavabdehlik daşımadığı hallara görə mümkün olmamışdır. Qanunda göstərilən qaydada göndərilən bildirişin ipoteka qoyana çatdırılmalı olması barədə göstəriş olmamış və bu hal hərracın etibarsız sayılmasına əsas yaradan hal kimi nəzərdə tutulmamışdır.
17. Həmçinin, hərraclar barədə qəzetlərdə elanlar yerləşdirilmiş və 2018-ci ildə çıxarılmış qətnamənin icrası qaydasında əmlakına tutma yönəldiləcəyindən iddiaçının 2 ildən artıq müddət ərzində xəbərdar olmaması inandırıcı olmamaqla, ağlabatan mühakimə əsasında onun keçirilmiş hərracdan məlumatlı olması qənaətinə gəlinməsi daha məntiqlidir.
18. Apellyasiya kollegiyası, ilkin hərracın ke çirildiyi tarixlə təkrar hərracın keçirildiyi tarix arasında 6 ay müddət keçməsinin hərracın keçirilmə qaydasının pozulduğuna dəlalət etməsi barədə birinci instansiya məhkəməsinin qənaətini də əsaslı hesab etməmişdir. Belə ki, birincisi, həmin halın ortaya çıxmasına səbəb müvafiq dövrdə ölkədə elan edilmiş karantin rejimi olmuşdur; ikincisi isə, hətta həmin hal pozuntu kimi qiymətləndirilsə belə, bu pozuntu ipoteka qoyanın deyil, əksinə tələbkarın mənafeyinə təsir göstərmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 319.5, 415.2, 416-cı, “İpoteka haqqında” Qanunun 42.1, 43-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2(103)-851/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin pozulması ilə qəbul edilmişdir. Belə ki, hərrac qanunvericiliyin tələblərinin pozulması ilə keçirilmiş, ipoteka qoyanın keçiriləcək hərracda iştirak etmək hüququ pozulmuş, bununla iddiaçının əmlakı süni şəkildə dəyərindən qat-qat aşağı salınmaqla ipoteka saxlayana mənafelərinə uyğun ona təqdim edilmişdir. Məhkəmənin hərracların keçirilməsi zamanı arada olan qanunazidd uzun zaman kəsiklərini həmin dövrdə olan pandemiya ilə əlaqələndirməsi əsassız q ənaət olmuşdur. Belə ki, təyin edilmiş ilkin və təkrar hərracların hər biri eynilə pandemiya dövrünə təsadüf etmişdir. Bu hərracı keçirən cavabdehə haqq, məhkəməyə isə əsas verməmişdir ki, şəxsin hüquqlarının pozulması ilə edilmiş ciddi qanun pozuntusunu heç bir əlaqəsi olmayan pandemiya ilə əlaqələndirsin. Çünki, pandemiya dövründə poçt və mətbuat orqanları fəaliyyətini maneəsiz davam etdirmişdir. Təyin edilmiş hərracların qanuni müddətlərin pozulması ilə keçirilməsi və iddiaçının iştirak etmək hüququnun süni şəkildə məhdudlaşdırılmasının pandemiya ilə heç bir əlaqəsi olmamış və bu da məhkəmənin qeyd etdiyi kimi heç də cavabdehin maraqlarına zidd olmamışdır.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmı şdır.
23. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla, faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respu blikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüqu qlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 28. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 2 0 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə ba ş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istis na olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkə n bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədə n, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.
32. İddiaçının hərrac barədə məlumatlandırılmaması barədə kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, hərrac təşkilatı “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ünvanına hərracının keçirilmə vaxtı və yeri barədə bildirişləri göndərmişdir. Həmçinin hərrac təşkilatı tərəfindən qanunvericiliyin tələblərinə əsasən keçirilən hərraclar barədə kütləvi informasiya vasitələrində elanlar verilmişdir. İddiaçının keçirilmiş hərrac barədə məlumatlandırılmamasına dair dəlilləri həqiqətə uyğun deyil və iş materialları ilə təkzib olunmuşdur.
33. Təkrar hərracın “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsi ilə müəyyən olunan müddətin pozulması ilə keçirilməsinə dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Belə ki, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasını n qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə Respublikada karantin rejiminin elan olunması, ölkə daxilində müxtəlif fəaliyyət növlərinin həyata keçirilməsinə qadağan edilməsi Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən sübuta ehtiyac olmayan haldır. Belə olan təqdirdə isə, qeyd olunan müddətin pozulması keçirilmiş hərracın nəticələrinin etibarsızlığı üçün əsas ola bilməz.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətna mə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2(103)-851/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.