Məhkəmə qərarları › İş №2(102)-1805/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1805/2022

19.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1805/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (X4 üçüncü şəxs olmaqla) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1805/22 (Açar sözlər: evdən çıxarılma) Bakı şəhəri, 19 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh (X4 üçüncü şəxs olmaqla) qarşı “fərdi yaşayış evinin boşaldılması və evə köçürülmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9992/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X2 arvadı, Cavabdeh isə X2 birinci nikahdan olan oğludur. 2. 16 noyabr 1998-ci il tarixli, 12 nömrəli Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarına əsasən, X1 Beşinci kvartal sahəsi 91 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır.15 mart 1999-cu il tarixli, 03 nömrəli Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarına əsasən, X9 oğluna Beşinci kvartal sahəsi, 91V saylı həyətyanı torpaq sahəsi ayrılmışdır.

3. Hal-hazırda həmin torpaq sahəsində bir fərdi ev inşa edilmişdir. İddiaçı həmin evin yerləşdiyi torpaq sahəsinin əri X5 tərəfindən alındığını, ər-arvad həmin torpaq sahəsində üç mərtəbəli ev i nşa etdiklərini, hazırda isə ərinin 1-ci nikahdan olan oğlu Cavabdeh evi boşaltmaq istəmədiyini israr edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı Cavabdeh Elşən oğluna qarşı (müstəqil tələbi irəli sürməyən üçüncü şəxs Əliyev Elşən Əkbər oğlu cəlb edilməklə) əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Elşən oğlu ilə bərabər onun həyat yoldaşı Əliyeva Aygül Müşviq qızının və uşağlarının ona məxsus Bakı şəhəri, Sabunçu rayon, Savalan qəsəbəsi 91 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onun ailəsi ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə ə saslandırmışdır ki, cavabdeh evin kilidini qıraraq evə icazəsiz köçmüş və oranı zəbt etmişdir. O vaxtdan cavabdehi evdən çıxara bilməmişlər. Evin əsl sahibləri iddiaçı və həyat yoldaşıdır. Cavabdehin qeydiyyatı Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, ev 20, mənzil 34-dədir. Cavabdeh iddiaçı tərəfə evə köçməyə icazə vermir və hədə-qorxu gəlir.

6. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmadığından iddia tələbi rədd edilməlidir.

7. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsi X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmişdir.

8. Məhkəmə iclasında ifadə verən şahid X7 oğlu ifadəsində bildirmişdir ki, Cavabdeh Elşən oğlu onun qonşusudur. O, həmin ərazidə yaşamağa başlayan vaxtdan indiyədək Orxan qeyd olunan evdə öz ailəsi ilə birlikdə yaşayır. Evin sahibi kimi yalnız Orxanı tanımışdır. Əvvəllər Orxanın atası ilə münasibətləri yaxşı olub, atası Orxanın evinə gəlib-gedirdi. Orxandan başqa nə Orxanın atasının, nə də başqa şəxslərin həmin evdə yaşamasını görməmişdir. İddiaçı adlı şəxsi həmin ərazidə və evdə görməmişdir.

9. Məhkəmə iclasında ifadə verən şahid X13 oğlu ifadəsində bildirmişdir ki, Cavabdeh qonşusudur, 2008-ci ildən Savalanda yaşayır, 2013-cü ildən Cavabdehı tanısa da, Elşən və Vüsaləni tanımır. Cavabdeh həmin evdə ailəsi, uşaqları ilə birlikdə yaşayır. Orxanın yaşadığı evin arxa hissəsindəki evdə yaşayır.

10. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-2998/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisənin predmenti olan ünvan ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və həmin ev Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-də heç bir qeydiyyatdan keçməmişdir. Hazırki mübahisə isə, özbaşına tikili hesab edilən fərdi yaşayış evindən çıxarılma və həmin evə köçürülmə tələbi olsa da, iddiaçının həmin evə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüququ olması, yəni həmin əmlaka dair hüquqmüəyyənedici sənədlərinin olması məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilmədi.

12. Belə ki, məhkəmə iclasında həmin torpaq sahəsinin qeyri-rəsmi şəkildə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən alındığını və özbaşına tikilinin onun təkbaşına yaşadığı dövrdə əldə edilmiş vəsaiti hesabına, onun tərəfindən tik dirildiyi israr edilsə də, bu halları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

13. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olduğu üçün həmin evin yerləşdiyi torpaq sahəsinə verilmiş etibarnamələr də evə hüquq vermir və etibar edənin etibar edilənə özünə məxsus hüquqlarını həyata keçirmək üçün verilmiş səlahiyyətləridir.

14. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh Elşən oğlu 2014-cü il tarixdən həmin evdə yaşamış, sözügedən əmlakdan istifadə etmiş, hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır və daşınmaz əmlakdan istifadə hüququndan irəli gələn bütün sənədlər, o cümlədən, ödənişlər Cavabdeh Elşən oğlunun adına rəsmiləşdirilmişdir. İddiaçı və onun həyat yoldaşı Əliyev Elşən Əkbər oğlu daşınmaz əmlakla bağlı öz aktiv hərəkətlərini təsdiq edəc ək hər hansı mötəbər, təkzibolunmaz sübutları məhkəməyə təqdim edə bilməmişlər.

15. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 146.1, 146.2, 152.1, 180.1, 180.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9992/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-2998/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

19. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi hüququn tətbiqində səhv buraxmış, yəni maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. O səbəbdən gəldiyi nəticə də səhvdir. Torpaq sahəsini iddiaçının həyat yoldaşı Elman adlı şəxsdən 17.000 manata almışdır. Torpaq alınan və ev tikilən zaman cavabdehin cəmi 18-19 yaşı olmuş, İdman Akademiyasında tələbə olmuşdur. 2017-2020-ci illərdə həyat yoldaşı Biləsuvar rayonunda işlədiyindən orada yaşamışlar. 2020-ci ilin yayında mübahisəli evə köçmək istədikdə, oranın cavabdeh tərəfindən zəbt olunduğunu görmüşlər. Buna görə də, onun torpaq alıb, orada ev tikdirməsi qeyri-mümkündür. Cavabdeh evin kilidini qıraraq evə icazəsiz köçmüş və oranı zəbt etmişdir. O, vaxtdan iddiaçı və həyat yoldaşı cavabdehi evdən çıxara bilməmişlər. Evin əsl sahibləri iddiaçı və üçüncü şəxsdir. Cavabdeh torpaq sahəsini özbaşına tutaraq zəbt etmişdir. Onun hərəkətləri özbaşınalıqdır. Evin onlar tərəfindən inşa edilməsini təsdiq edəcək şahidlərin dindirilməsi məhkəmə tərəfindən təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil ol mamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 158.1 və 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.

23. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

25. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

35. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edi lən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası a şağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilməlidir.

39. Bakı şəhəri, Maştağa qəsəbəsi, Beşinci Kvartal 91V nömrəli ünvanında yerləşən fərdi yaşayış evi hazırkı mübahisənin predmetidir.

40. Məhkəmələr hər iki tərəfin tələb və etirazlarının əsası olaraq torpaq sahəsinin hansı orqanın qərarı ilə, kimə ayrılması ilə bağlı sənədləri mübahisəni həll ed biləcək sübutlar kimi istifadə etməmişlər. Kollegiya belə mövqe ilə razılaşır. Çünki, torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbə üzrə icra nümayəndəliyinin qərarı və həmin qərara istinad edilərək verilmiş etibarnamələr mübahisənin həllində köməklik etməyəcəkdi. Ona görə ki, torpaq sahəsinin fərdi ev tikintisi üçün ayrılması na dair həmin qərarların qanuniliyi şübhə doğurur.

41. Mübahisəni həll etmək üçün məhkəmələrin müəyyən etməli olduğu yeganə zəruri hal - Maştağa qəsəbəsi, Beşinci Kvartal 91V nömrəli ünvanında yerləşən fərdi yaşayış evinin hansı tərəfin vəsaiti hesabına inşa edilməsidir. Lakin, məhkəmələr ən vacib məsələ olan həmin halı müəyyən etmədən mübahisəyə hüquqi qiymət vermişlər.

42. Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq evin özbaşına inşa edilmiş tikili olması mövqeyindən çıxış edərək iddianı rədd etmişdir. Lakin, həmin evin kimin vəsaiti hesabına inşa edilməsi, kimə məxsus olması, kimin həmin evdə yaşamaq haqqının olmasını müəyyən etmədən mübahisəni bitirmişdir.

43. İddiaçı tərəf evin yerləşdiyi torpaq sahəsinin onun əri tərəfindən satın alındığını, uzun müddə t həmin torpaq sahəsində üç mərtəbəli ev inşa etdiklərini israr edir, evdən istifadə ilə bağlı kommunal xidmətlərin həqiqətən ilkin olaraq iddiaçının adına rəsmiləşməsinə dair sübutları məhkəməyə təqdim etmişdir. Qarşı tərəf isə bu dəlilləri təkzib edən sübutları təqdim etməmişdir. Cavabdehin dəvət etdiyi şahidlər onun həmin evdə ailəsi ilə yaşamasını təsdiq etmişlər. Hansı ki, bu halın sübut edilməsinə zərurət olmamışdır, çünki elə iddia tələbi onun aliəsi ilə birlikdə oradan çıxarılması ilə bağlıdır.

44. Tərəflər üçmərtəbəli bir evin mövcudluğu və həmin evə kimin haqqı çatmasını mübahisələndirirlər. Mülki işdə həmin evin mövcudluğu və təsvirinə dair heç bir sübut yoxdur. Hansı ki, hər bir tərəf evin onun tərəfindən inşa edilməsi və bunun ağlabatan olmasını israr etmişlər.

45. Məhkəməyə l azım gəlirdi ki, hazırki mübahisənin mahiyyəti ilə bağlı tərəflərə onların hüquq və vəzifələrini aydın surətdə izah etsin, tərəflər arasında sübutetmə yükü ilə bağlı vəzifə bölgüsü aparsın, bunu tərəflərə bəyan etsin, kimin hansı halı sübut etməli olduğunu aydın surətdə izah etsin və tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə əsasən qiymət verməklə mübahisəyə hüquqi qiymət versin.

46. Belə ki, iddiaçı israr edir ki, torpaq sahəsini onlar (o və əri) satın alıb, torpağın üzərindəki evi onlar inşa ediblər, əri Biləsuvar rayonunda işlədiyi üçün ərinin 1-ci nikahdan olan oğlunu yaşamaq üçün evə buraxmışlar. Həmin fabulaya uyğun olaraq işə baxan məhkəmə vəzifə bölgüsü aparmalıydı, bunu tərəfə aydın surətdə izah etməliydi, buna şərait yaratmalıydı ki, tərəflər çəkişmə prinspinə uyğun olaraq mübahisənin həqiqi hallarını sübuta yetirə bilsinlər.

47. Hazırki halda, mübahisənin həlli üçün zəruri olan hal-torpaq sahəsinin kimin tərəfindən satın alnması və evin kimin tərəfindən inşa edilməsi müəyyən edilməmiş qalmışdır.

48. Nəzərə alınmalıdır ki, evin özbaşına tikili olması özlüyündə həmin evə heç kimin hüququ olmaması demək deyil. Bir yaşayış evi mövcuddursa, həmin evin inşasına vəsait xərclənmişdir və həmin evin inşasına sərf edilmiş vəsait, istifadə olunan materiallar vəsaiti xərcləyən, materialı alan şəxsə məxsusdur. Gələcəkdə özbaşına tikili olması əsası ilə həmin ev söküləsi olsa belə, həmin materialın mülkiyyətçisi öz əmlakını götürmək hüququndan məhrum deyil.

49. Məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “RiersackBelçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

50. İşə yenidən baxılarkən Apellyasiya Məhkəməsi MPM-in 420-ci maddəsinə riayət etməklə yuxarıda qeyd olunan göstərişləri tərəflərin iştirakı ilə icra etməli, toplanmış sübutlara MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymət verməklə mübahisəni həll etməlidir.

51. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9992/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar