Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1805/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1920/2023 nömrəli iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğved icisi X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-cü tarixli 131 nömrəli kredit müqaviləsinə əsasən cavabdehdən onun xeyrinə 51.414,24 əsas borc, 22.298,65 faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 7.397,04 faiz borcu, 19.666,01 manat cərimə borcu olmaqla, cəmi 100.775,94 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehin mülkiyyətindəki ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən binanın A blokunun 2-ci mərtəbəsində istifadədə olan 138 kv.m. ümümi sahədən ibarət 3 otaqlı 2 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şə həri Xətai Rayon Məhkəməsinin 2(011)-7348/2022 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2011ci tarixli 131 nömrəli kredit müqaviləsi üzrə 51.393,45 manat əsas borc, 18.345,66 manat faiz borcu, 1.666,01 manat məbləğdə cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 7.397,04 manat olmaqla, cəmi 78.802,16 manat borc və ödənilmiş dövlət rüsumunun 23,40 manat hissəsinin iddiaçının xeyrinə tutulması, iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi hissədə rədd edilməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.x x.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 69.1-1. Fiziki şəxsin nümayəndə si onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; Maddə 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, sosial xidmət müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir; M addə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, aşağıdakılar qeyd edir.
9. İşdən görünür ki, kassasiya şikayəti elektron qaydada xx.xx.2023-cü il tarixdə cavabdehin vəkili Vəkil tərəfindən imzalanmışdır.
10. Vəkil verilmiş xx.xx.2020-ci il tarixli 7E-702 nömrəli etibarnamənin müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır, vəkilə cavabdeh tərəfindən kassasiya şikayəti vermək hüququnu ehtiva edən yeni etibarnamənin verilməsi iş materialları ilə təsdiq olunmur, cavabdehin özü isə şikayəti elektron qaydada imzamamışdır.
11. Lakin apellyasiya instansiyası məhkəməsi qanunun imperativ tələblərini nəzərə almayaraq, şikayət vermək hüququ olmayan şəxs tərəfindən verilmiş kassasiya şikayətini qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
12. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və həmin şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
13. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1920/2022 nömrəli iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət cavabdehə qaytarılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.