Məhkəmə qərarları › İş №2(102)-1806/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1806/2024

23.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1806/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1806/2024 (Açar sözlər: prosessual müddətin bərpa edilməsindən imtina edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi ” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(103)-813/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Səbail Rayon Məhkəməsinin 2(009)-737/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbi təmin edilmiş, cavabdehlərin iddiaçıya məxsus olan (mübahisəli) mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət etmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mən zili satın alaraq mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. İddiaçı mənzilin mülkiyyətçisi olaraq mənzildən istifadə etmək, mənzilə dair sərəncam vermək, mənzilə başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən öz mənzilini geri tələb etmək hüququna malikdir. Cavabdehlərin həmin mənzildə yaşamalarının, mənzildən istifadə etmələrinin hüquqi əsası yoxdur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 159, 163.1, 164.1, 164.2, 385.1-ci maddələrinə və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88-ci maddələrinə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qə tnamənin çıxarılmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-813/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Rəşad Həsənov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, 2(103)-236/2017 saylı mülki işdə olan sənədlərdən görünür ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” mübahisəli mənzilə dair Cavabdeh1 adına xx.xx.2009-cu il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Çıxarışda” mənzilin sahəsi 76 kv.metr göstərilmişdir (həmin işin 25-ci vərəqi). Bank ilə borcalan Tahirə Alaz və ipoteka qoyan Cavabdeh1 arasında xx.xx.2014cü il tarixdə b ağlanmış 05 saylı “İpoteka müqaviləsindən” görünür ki, müqavilənin predmeti mübahisəli mənzilin hər hansı hissəsi deyil, mənzil tam həcmdə olmuşdur (həmin işin 810-cu vərəqləri). Qeyd edilən həmin yüklülüyün “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınması barədə Bankın adına verilmiş “Reyestrdən çıxarışdan” da görünür ki, ipoteka ilə yüklülük həmin mənzilin hər hansı hissəsinə deyil, tam mənzilə aid olmuşdur (həmin işin 22-ci vərəqi). Bankın iddiasına əsasən mənzilin açıq hərracdan satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı həmin iş üzrə Səbail Rayon Məhkəməsinə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ƏEM/N 84-625/16 saylı, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 160 saylı “Qiymətləndirmə hesabatlarından” görünür ki, qiymə tləndirmə mənzilin hər hansı hissəsi ilə bağlı deyil, tam mənzil ilə bağlı aparılmışdır (həmin işin 64-79-cu, 98-105-ci vərəqləri). Həmin iş üzrə Cavabdeh1 məhkəmələrə verdikləri izahatlardan, həmin iş üzrə qəbul edilmiş qətnamələrdən verdiyi şikayətlərdən görünür ki, o, onunla Bank arasında bağlanmış “İpoteka müqaviləsinin” predmetinin mənzilin tam sahəsinin deyil, yalnız 76 kv.metr olan hissəsinin olmasını bildirməmiş, “İpoteka müqaviləsini” nə tam, nə də ki, qismən mübahisələndirməmişdir. İşə baxmış məhkəmələr isə Bankın mənzillə bağlı olan iddiasının əsaslılığını vahid daşınmaz əmlak olan mənzilə yönəldilmiş iddia tələbi kimi araşdırmış və bu tələbin əsaslı olması barədə nəticəyə gəlmişlər. Qeyd edilən məhkəmə aktları qanuni qüvvəyə minmiş və həmin aktlar ilə müəyyən edilmiş hallar həm in iş üzrə tərəf olmuş Cavabdeh1 münasibətdə məcburi xarakter daşıyır. Cavabdeh1 həmin məhkəmə aktları ilə müəyyən edilmiş halları mübahisələndirə bilməz.

15. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 hazırki mülki işin Bakı İnzibati Məhkəməsinin icraatında olan həmin inzibati iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmasına münasibətdə qeyd etmişdir ki, vəsatət əsassızdır və təmin edilə bilməz. Belə ki, yuxarıda artıq qeyd edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş hallar həmin mülki iş üzrə tərəf olmuş Cavabdeh1 münasibətdə məcburi xarakter daşıyır və vəsatətdə qeyd edilən iddia Bakı İnzibati Məhkəməsinin icraatında olsa da, hazırki işin icraatının dayandırılması üçün əsas ola bilməz.

16. Apellyasiya instansiya məhkəmə sinin qətnaməsi cavabdehin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilib.

17. Qətnamədən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti vermişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-813/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti, şikayətin prosessual müddətin pozulması ilə verilməsi, ötürülmüş prosessual müddətin bərpası ilə bağlı müvafiq ərizənin verilməməsi əsası ilə geri qaytarılmışdır.

19. Sonradan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə eyni qətnamədən kassasiya şikayəti və “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizə vermişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-813/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadla elektron qaydada verilməməsi əsası ilə kassa siya şikayətinin və “prosessual müddətin bərpa edilməsi barədə” ərizənin qaytarılmasını qərara almışdır.

21. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmiş və kassasiya şikayəti vermişdir.

22. Ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X3 adına aparılmış qeyddə dəyişiklik edilərək mübahisəli mənzilin ümumi sahəsinin 76 kv.m göstərilməsini və bununla bağlı mənzilin çıxarışında və texniki pasportunda dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilmə si barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir. Həmin qərardan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İnzibati iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırki iş üzrə Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi elektron sistemə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Həm Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən, həm də həmin məhkəmənin qətnaməsindən kassasiya şikayəti verilərkən eyni predmet, eyni hüquq münasibəti barəsində və eyni tərəflər arasında mübahisə paralel olaraq əvvəl Bakı İnzibati Məhkəməsində və sonra Bakı Apellyasiya Məhkəməsində gedirdi. Ona görə də qanunla müəyyən edilmiş müddət üzrlü hesab edilərək bərpa edilməlidir.

23. Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-813/2023 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışınski) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2(103)-813/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh1 tərəfindən verilmiş ərizə təmin edilməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 rəsmi qaydada təqdim edilmiş və Cavabdeh1 qətnamədən vaxtında kassasiya şikayəti verməmiş, prosessual müddəti ötürmüşdür. Cavabdeh1 “prosessual müddətin bərpa edilməsi barədə” ərizəsində qeyd edilənlərə gəldikdə isə, məhkəmə ərizə də göstərilənləri üzürlü hal kimi qəbul edə bilmir. Çünki hamin hallar Cavabdeh1 Məhkəmənin hazırki mülki iş üzrə qəbul etdiyi qətnamədən vaxtında kassasiya şikayəti verməsinin qarşısını almamışdır. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayətini özündən asılı olan səbəblərə görə verməmişdir. Hazırki iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüş Cavabdeh1, müddətin ötürülməsinin məhz üzürlü səbəbdən baş verməsini sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Qərardaddan cavabdeh (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-813/2024 saylı qərardadının ləğv edilməsi, prosessual müddət bərpa edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(103)-813/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və kassasiya şikayəti baxılması üçün Ali Məhkəmənin Mülki Kollegiyasına göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinə qarşı hüquqların dövlət qeydiyyatıı haqqında daşınmaz əmlakın dövlət reyestrində X4 adına aparılmış qeyddə dəyişıklik edilərək mənzilin ümumi sahəsinin 76 kv. m. göstərilməsini və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə Bakı inzibati məhkəməsinə müraciət etmişdir. E. Məmmədova 06. 06.2022-ci il tarixdə Bakı inzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 24.06. 2023-cü il tarixdə Bakı inzibati məhkəməsinin 21(112)-1382/2023 saylı qərarı çıxmışdır. Həmin qərardan E. Məmmədova Bakı Apelyasiya məhkəməsinə şikayət etmişdir. İnzibati iş hal-hazırda hakim Aytən Orucovanın icraatındadır.

27. Bakı Apelyasiya məhkəməsinin mülki kollegiyasının xx.xx.2023 -cü il tarixli 2(103)- 813/2023 saylı qətnaməsi elektron sistemə xx.xx.2023-cü ildə yüklənmişdir. Həm Bakı Apelyasiya məhkəməsində işə baxılarkən, həm də həmin məhkəmənin qətnaməsindən kassasiya şikayəti verilərkən, eyni predmet, eyni hüquq münasibəti barəsində və eyni tərəflər arasında mübahusə paralel olaraq əvvəl Bakı inzibati məhkəməsində və sonra BakıApelyasiya məhkəməsində gedirdi. İddiaçı eyni zamanda iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət edərək ünvan 1 ünvanındakı 0,04481 ha torpaq sahəsində yerləşən 5 otaqlı 161 kv.m-dən ibarət olan mənzilinin 76 kv.m. hissəsinin satılması barədə “Kapital Bank “ASC ilə X6 arasında bağlanılmış 16.06. 2021-ci il tarixli AN-1N2 09408P9 saylı, 42-679N2 qeydiyyat nömrəli “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Səbail rayon məhkəməsinin xx.xx.2024 -cü il tarixli 2(009)-34/2024 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən də apelyasiya şikayəti verilmi şdir. Beləliklə, iddiaçının eyni predmet, eyni tərəflər, eyni hüquq münasibətləri olan iddia tələbləri eyni zamanda bir neçə məhkəmədə aparılmışdır. Cavabdeh Bakı Apelyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-813/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü sayılaraq bərpa edilməlidir b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri 28.Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

28. Maddə 128.1.Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

29. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən b uraxılmış müddəti bərpa edir.

30. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

31. Maddə 405.1. apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

32. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarı: 35. “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olma sın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində kassator-cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

39. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır.

40. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

41. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur.

42. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir.

43. Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bil ən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehin müddət bərpa ərizəsində göstərdiyi əsasları qiymətləndirmiş, müddətin bərpa edilməsinə əsas olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

45. Buna görə də, kassasiya şikayətinin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir.

46. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 20 fevral 2024-cü il tarixli, 2(103)813/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar