Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1807/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi 07.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)7192/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 07 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. "xxxx" ASC-də sürücü işləyən İddiaçı (bundan so nra iddiaçı) 19 oktyabr 2017-ci il tarixdə, saat 00:35 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu ərazisindən keçən 141-ci kilometrliyində, idarə etdiyi "xxxx" ASC-yə məxsus “X3” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan, Cavabdeh4 mülkiyyətində olan, digər Cavabdeh3 etibarnamə əsasında idarə etdiyi, “X” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “X3” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, "xxxx" ASC-nin işçisi iddiaçı xəsarət almışdır. Aldığı xəsarət az ağır kimi qiymətləndirilsə də, cinayət işinin başlanılması Cavabdeh3 tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə yetirilmiş zərər tam ödənil diyindən, ona qarşı heç bir şikayəti olmadığından, Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi Azad Əliyevin 27 mart 2018-ci il tarixli qərarı ilə rədd edilmişdir.
2. Daha sonra ekspert-həkimin 02 aprel 2018-ci il tarixli rəyinə əsasən iddiaçıya 1.800 manat sığorta ödənişinin verilməsi qərara alınmışdır. Həmin məbləğdə pul Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nin 2 saylı filialı vasitəsilə iddiaçının hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 03 iyul 2018-ci il tarixli məlumatdan görünür ki, müayinə zamanı iddiaçının əmək qabiliyyətinin itirilmə faizinin 50% olduğu müəyyən edilmiş, növbəti müayinənin vax tı 03 iyul 2023-cü il tarixə təyin edilmişdir. 3. “X” Korporasiyası "xxxx" ASC tərəfindən X vasitəsilə X adına 10.000 manat pul köçürülmüşdür. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyətində 8 dərəcəli sürücü vəzifəsində işləyən iddiaçı “qapalı kəllə beyin travması, hər iki almacıq sümüyünün, burun sümüklərinin və əngin gəlpəli yerini dəyişən sınıqları, sol oynaq başının yerini dəyişən sınığı” diaqnozu ilə 19 oktyabr 2017-ci il tarixdən işdən azad edilmişdir. Əmək qanunvericiliyin pozulmasına yol verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda bədbəxt hadisənin baş verməsi nəticəsində Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tə rəfindən ona İİİ qrup əlillik təyin olunduğu 03 iyul 2018-ci il tarixdən hesablanmaqla, hər ay 800 manat pulun onun pensiya yaşına çatanadək cavabdehlər- hadisəni törətmiş Cavabdeh3, yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh4, işəgötürən "xxxx" ASC-dən və sığorta edən X müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(006)921/2020 saylı qətnaməsi ilə (hakim C.Musayeva) iddia qismən təmin edilərək, iddiaçının orta aylıq əmək haqqının 50 faizi miqdarında pulun 03 iyul 2018-ci ildən hesablanmaqla 03 iyul 2023-cü il tarixədək hər ay Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi, iddianın Cavabdeh3 münasibətdə digər hissədə rədd edilməsi və iddianın cavabdehlər X, "xxxx" ASC və Cavabdeh4 müna sibətdə rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki işdə barəsində bəhs edilən yol-nəqliyyat hadisəsi, iddiaçıya az ağır xəsarətin yetirilməsi Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində baş vermişdir, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanın olduğu müəyyən edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, maddi məsuliyyətin yaranmasının vacib şərti işəgötürənin təqsirli olması halı mülki iş materialları ilə öz təsdiqini tapmadığından, icbari sığorta müqaviləsi əsasında müəyyən edilmiş qaydada və məbləğdə sığorta ödənişi iddiaçıya ödənildiyindən iddia cavabdehlər "xxxx" ASC və X münasibətdə rədd edilməlidir.
9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili Cavabdeh4 tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi işin mübahisələndirilməyən halıdır. Beləliklə, Cavabdeh3 yol-nəqliyyat hadisəsini törədərkən avtomobili qanuni əsaslarla (etibarnamə ilə) idarə etdiyindən və həmin hadisənin törədilməsində təqsirli olduğundan, digər cavabdeh nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh4 qarşı iddia rədd edilməlidir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığı pozulduğundan, ona itirdiyi ümumi əmək qabiliyyətinin (əmək qabiliyyətinin itirilməsi 50 faiz müəyyən olunmuşdur) dərəcəsində aylıq ödənişlər verilməlidir. Ödənişlərin həyata keçirilməsinin hesablanması iddiaçı nın əmək qabiliyyətinin itirildiyi təsdiq olunduğu gündən– 03 iyul 2018-ci il tarixdən hesablanmalıdır. İddiaçıya təyin edilmiş əlilliyin vaxtı 03 iyul 2023-cü il tarixədək müəyyən edildiyindən cavabdehdən pulun tutulması məhz bu tarixədək həyata keçirilməlidir.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195, 239.1, 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096 və 1097.1, 1108.1, 1118 1119.1-ci və 1119.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin ve rilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1,2.1, 3.2-ci bəndlərinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il qərarında ifadə edilmiş hüquqi mövqeyinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2(103)-3305/2021 saylı qətnaməsi ilə (hakimlər- A.V.Tanrıverdiyev sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti qismən t əmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2020 tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın cavabdeh "xxxx" ASC-nə münasibətdə qismən təmin edilməsi, 03 iyul 2018-ci il tarixdən etibarən 5 il müddətində hər ay iddiaçının əmək haqqının 50% həcmində, yəni 378.18 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının səhhətinə dəymiş zərərin əvəzi işəgötürən "xxxx" ASC-dən tutulmalıdır. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanunun 3.1.1-ci maddəsinə görə, hüquqi şəxslə və ya hüquqi şəxs yara tmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. İş materiallarından və cavabdeh X ASC-nin nümayəndəsinin kollegiya iclasında verdiyi izahatdan aydın olmuşdur ki, iddiaçı icbari sığorta müqaviləsi üzrə sığorta olunmamışdır. Hətta cavabdehin nümayəndəsi izahatında işçiləri icbari həyat sığortası növündə sığorta etməməsinə görə Cəmiyyətin İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimə olunduğunu bildirmişdir. Belə olan halda, sığorta ödənişi işəgötürən tərəfindən ödənilməlidir.
15. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı 03 iyul 2018-ci il tarixindən 5 il müddətinə əmək qabiliyyətini 50 % itirmişdir ki, bu da ona orta aylıq əmək haqqının 50%-i məbləğində ödəniş edilməsi barədə nəticəyə gəlməyə əsas verir. İş materiallarında olan əmək haqqı barədə arayışa əsasən iddiaçının orta aylıq əmək haqqının 756.36 manat olması müəyyən edilir. Belə olduğu halda, iddiaçıya həmin məbləğin 50% həcmində, yəni hər ay 378.18 manat məbləğində ödəniş edilməlidir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baş vermiş hadisə ilə bağlı təhqiqatın aparılması üçün dərhal X1 Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə məlumat verməsi işəgötürənin vəzifəsi kimi müəyyən edilmişdir. Lakin, iş materiallarında işəgötü rən (cavabdeh) tərəfindən belə bir müraciətin olunması aşkar edilmədiyindən, cavabdeh hazırda İZ formalı aktın olmamasına istinad etməkdə haqlı deyildir. Çünki bədbəxt hadisənin təhqiqatının nəticəsi olaraq İZ formalı akt tərtib edilir. Lakin, bu hal bədbəxt hadisənin olmaması nəticəsinə gəlmək üçün əsas deyildir. Belə ki, hadisə ilə bağlı cinayət işinin başlanması ilə bağlı qərar olduğundan və həmin cinayət işinə tərəflərin barışması səbəbindən xitam verildiyindən hadisənin baş verməsi mübahisə doğurmur.
17. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 3.1.1, 16.2, 17.1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 384.0, 384.0.2, 385.1.1, 386, 387.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində birinci icraat
18. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 23 avqust 2022-ci il tarixli, 2(102)-3917/2022 saylı qərarı ilə (hakimlər- İ.Xələfov sədrlik edən, məruzəçi, İ.Xəlilov və Ə.Əliyev) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl etməmişdir. Qətnaməsinin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissədə ləğv edilməsi göstərilmədən iddia tələbi cavabdeh "xxxx" ASC-nə münasibətdə qismən təmin edilmiş, həmin qətnamədə iddiaçıya dəymiş ziyanın yalnız "xxxx" ASC-dən tutulması olması göstərilsə də, birinci instansiya məhkəməsinin qət naməsi həmin ziyanın həm də Cavabdeh3 tutulması hissəsində ləğv edilməmiş və ona münasibətdə iddia rədd olunmamışdır.
22. Belə ki, iddiaçı əmək vəzifələrini icra edərkən Cavabdeh3 təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığı pozulmuş, lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının sağlamlığının istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirərkən həmin münasibətləri tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin tələblərini nəzərə almamış və gəldiyi nəticəni həmin normanın tələbləri baxımından əsaslandırmamışdır. Əmək Məcəlləsinin 239.1-ci maddəsinə görə, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkil də korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
23. Eyni zamanda kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının sağlamlığını bilavasitə pozmuş şəxsi məsuliyyətdən tam kənarda qoymuş, məsuliyyəti təqsirini müəyyən etmədiyi işəgötürənin üzərinə qoymaqla gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 Şəmsəddin oğlu apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikay ətinə etiraz və etiraza əlavədə göstərilənlərə uyğun məzmunda izahat verərək, qeyd etmişdir ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uşota alınması Qaydalarının təsdiq edilməsi haqqında” 28 fevral 2000-ci il tarixli, 27 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, baş vermiş hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilə bilməz. Həmin vaxtı cinayət hadisəsi baş vermişdir. Buna görə də, apellyasiya şikayəti təmin edilə bilməz.
25. Məhkəmə kollegiyasının iclasında "xxxx" MMC-nin mütəxəsisi X2 yazılı şərhində qeyd etmişdir ki, iddiaçının orta aylıq əmək haqqı bütün vergi və sosial ayırmalar daxil olmaqla 778,80 manat, ələ çatası məbləğ isə 691,55 manat təşkil edir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 dekabr 2022-c i il tarixli, 2(103)-7192/2022 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev sədrlik edən, məruzəçi, N.Cəfərov və E.Mehdiyev) iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2020ci il tarixli, 2(006)-921/2020 saylı qətnaməsi iddiaçının orta aylıq əmək haqqı ilə bağlı hissədə dəyişdirilərək, orta aylıq əmək haqqının 778,80 manat miqdarında müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, zərərin əvəzinin tutulmalı olduğu subyekt və zərərin əvəzinin hesablanması qaydası məhkəmə tərəfindən düzgün müəyyən edilsə də, iddiaçının orta aylıq qazancın (gəlirinin) nədə ifadə olduğu, məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.
28. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, i ddiaçının səhhətinə zərərin vurulmasında işəgötürənin təqsiri müəyyən olunduğu təqdirdə cavabdeh "xxxx" ASC müvafiq maddi məsuliyyətə cəlb edilməli olacaqdır. Belə olan halda məhkəmənin müəyyən etməli olduğu məsələ bədbəxt hadisəsinin baş verməsinin məhz işəgötürən tərəfindən əmək mühafizəsi normalarının pozulmasının nəticəsi olub-olmamasından ibarətdir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, hazırki işdə barəsində bəhs edilən yol-nəqliyyat hadisəsi, iddiaçıya az ağır xəsarətin yetirilməsi məhz Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində baş vermiş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu müəyyən edilmişdir.
29. Digər tərəfdən, mülki iş materiallarından göründüyü kimi iddiaçıya 1.800 manat sığorta ödənişinin verilməsi müəyyən edilmiş, həmin məbləğdə pul Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nin 2 saylı filialı vasitəsilə onun hesabına köçürülmüşdür. Belə ki, sığorta hadisəsi hesab edilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş xəsarət az ağır xəsarət kimi müəyyən edildiyindən ona 18% miqdarında sığorta məbləğinin verilməsi qərara alınmışdır. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyət daşıdığından, hazırkı halda işəgötürənin təqsirli olması halı mülki iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçının xəsarət alması istehsalatda bədbəxt hadisə kimi qiymətləndirilə bilməz.
30. Məhkəmə kollegiyası həmçinin apellyatorun baş vermiş hadisəni “istehsalatda baş verən bədbəxt hadisə” kimi qiymətləndirməsi ilə bağlı dəlilini əsassız hesab edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi 07 aprel 2018-ci il tarixli, X nömrəli inzibati xəta haqqında protokola istinad edərək iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 aid hissədə qeyd etmişdir ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh3 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin, habelə cavabdehin təqs iri müəyyən edilmişdir.
32. Belə ki, Cavabdeh3 yol-nəqliyyat hadisəsini törədərkən avtomobili qanuni əsaslarla (etibarnamə ilə) idarə etdiyindən və həmin hadisənin törədilməsində təqsirli olduğundan, digər cavabdeh nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh4 qarşı iddia tələbini rədd etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinə əlavədə olan dəlilə münasibətdə belə qənaətə gəlmişdir ki, Cavabdeh3 mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs olması, mülkiyyətçi Cavabdeh4 tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməsi halları məhkəmə araşdırması zamanı müəyyən olunmamış, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
34. Həmçinin, iddiaçının baş vermiş yol-nəqliy yat hadisəsi nəticəsində sağlamlığı pozulduğundan, ona itirdiyi ümumi əmək qabiliyyətinin (əmək qabiliyyətinin itirilməsi 50 faiz müəyyən olunmuşdur) dərəcəsində aylıq ödənişlər verilməlidir. Ödənişlərin həyata keçirilməsinin hesablanması iddiaçının əmək qabiliyyətinin itirildiyi təsdiq olunduğu gündən, yəni 03 iyul 2018-ci il tarixdən başlanmalıdır.
35. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddiaçıya təyin edilmiş əlilliyin 03 iyul 2023-cü il tarixədək müəyyən edildiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən pulun tutulması məhz bu tarixədək həyata keçirilməlidir. Bu zaman Mülki Məcəllənin 1118.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıya digər cavabdehlər tərəfindən verilmiş 1.800 manat sığorta ödənişi nəzərə alınmamalıdır.
36. Apellyasiya instansiyası məhkəməsi öz hüqu qi möqveyini Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1108.1, 1118.1, 1119.1, 1119.3-cü maddələrinə, Əmək Məcəlləsinin 195-ci maddəsinin “c” bəndinə, 239.1, 239.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 384.0.3, 385.2, 420-ci maddəllərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən “Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilməsi, cavabdehlər "xxxx"ASC və Cavabdeh4 münasibətdə də iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia- iddiaçının cavabdeh işəgötürənə münasibətdə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasının olmaması, işəgötürənin icbari sığortanı etməməsi səbəbindən zərərçəkən iddiaçı tərəfindən sığorta ödənişinin alına bilməməsi və bununla bağlı dəyən ziyanın ödənilməsi tələbidir. İddiaçı işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasının olmaması nəticəsində iddiaçının ziyanın əvəzini ala bilməməsi halının apellyasiya şikayətində mübahisələndiridiyi halda, apellyasiya məhkəməsi bu dəlilə, maddi hüquq normalarına heç bir münasibət bildirməmiş, işəgötürənin şifarişini, əmək funksiyalarını yerinə yetirən iddiaçının qanunula qorunan hüquqlarını pozmuşdur. Həmçinin, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını həyata keçirmək cavabdeh işəgötürənin vəzfəsi olmuşdur. Bu icbari sığortanın olunmaması nəticəsində iddiaçı sığorta ödənişini almaq hüququndan məhrum olmuşdur. Ən əsası, işəgötürənin işçinin zədə, əllillik almasında günahının olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Belə ki, işçi işəgötürənin onun işəgötürənlə olan əmək müqaviləsi əsasında əmək funksiyalarını yerinə yetirməsi vaxtında zədə, əlillik almasından icbari sığorta olunmalı idi və işçi zədə alacağı təqdirdə, o cümlədən işəgötürənin günahı olubolmamasından aslı olmayaraq kompensasiya ala bilmək hüququ vardır. Digər tərəfdən, məhkəmə “X” markalı, xxxx dövlət qeydiyyat nişanlı yükdaşıyan avtomobilin hadisə vaxtı çınqıl daşıdığını və sürücü Cavabdeh3 avtomobilin mülkiyyətçisi ilə müki hüquqi münasibətlərdə olduğunu nəzərə almamışdır. Məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bildiyini diqqətə almalı idi. Belə ki, yüksək təhlükə mənbəyinin mülkiyyətçisinin məsuliyyəti üçün istisna halların olmamasını nəzərə alaraq, çınqıl daşınması üçün istifadə edilən “X” markalı, xxxx dövlət qeydiyyat nişanlı yükdaşıyan avtomobilin mülkiyyətçisi Cavabdeh4 məsuliyyəti mövcuddur və iddia tələbi ona qarşı hissədə də təmin edilməlidir.
39. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinə iş materiallarından və işin mübahisələn diriməyən halı olan – hər iki maşının, həm "xxxx" ASC-yə məxsus “X” yük maşını, həm də “X” markalı yük maşını ilə çınqıl daşınması 19 oktyabr 2017-ci il tarixdə saat 00:35 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu ərazisindən keçən 141-ci kilometrliyində baş verməsi bəlli olmuşdur. Sadalanan hər bir hal sürücü Cavabdeh3 mülki hüquqi müqaviləsi (şifahi də ola bilər) üzrə iş görən fiziki şəxs olması, mülkiyyətçi Cavabdeh4la iş görülməsi münasibətlərinə dəlalət edir. Məhz bu hallarla bağlı suallara cavab verilməməsi üçün hər iki cavabdeh məhkəmələrdə iştirak etməmişdirlər.
40. Kassator şikayətini Əmək Məcəlləsinin 225, 239-cu maddələrinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qa nunun 2.0.1, 3.1.1, 7.2.1, 23-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 9, 82.1, 88, 218, 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları
42. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutu lmasın.
44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
46. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmla kına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
47. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəz ini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
48. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlər inə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
49. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
50. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
51. Maddə 195 (bənd “c”). İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır:c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslər ə müvafiq maddi ziyan dəydikdə.
52. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
53. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödə nilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırki kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən, yəni iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
67. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələn dirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
68. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməyən hissəsində rədd edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
69. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, "xxxx" ASC-də sürücü işləyən iddiaçı 19 oktyabr 2017-ci il tarixdə, saat 00:35 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu ərazisindən keçən 141-ci kilometrliyində, idarə etdiyi "xxxx" ASC-yə məxsus “X3” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan, Cavabdeh4 mülkiyyətində olan, digər Cavabdeh3 etibarnamə əsasında idarə etdiyi, “x” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “X3” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, "xxxx" ASC-nin işçisi iddiaçı xəsarət almışdır. Aldığı xəsarət az ağır kimi qiymətləndirilsə də, cinayət işinin başlanılması Cavabdeh3 tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsin də zərərçəkmiş şəxsə yetirilmiş zərər tam ödənildiyindən, ona qarşı heç bir şikayəti olmadığından, Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin 27 mart 2018-ci il tarixli qərarı ilə rədd edilmişdir.
70. Daha sonra ekspert-həkimin 02 aprel 2018-ci il tarixli rəyinə əsasən iddiaçıya 1.800 manat sığorta ödənişinin verilməsi qərara alınmışdır. Həmin məbləğdə pul Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nin 2 saylı filialı vasitəsilə iddiaçının hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 03 iyul 2018-ci il tarixli məlumatdan görünür ki, müayinə zamanı iddiaçının əmək qabiliyyətinin itirilmə faizinin 50% olduğu müəyyən edilmiş, növbəti müayinənin vaxtı 03 iyul 2023-cü il tarixə təyin edilmişdir.
71. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Əmək Məcəlləsinin 239.1 -ci maddəsinə görə istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
72. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Zərərçəkənin qəsdi nəticəsindəəmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahını n dərəcəsindən asılı olmayaraq, dəyən zərərin əvəzi ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşəəmək qabiliyyətinin (peşəəmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir; 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşəəmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşəəmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir; 3.2-ci bəndinə əsasən aylıq ödənclər zərər çəkmi ş işçilərə istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir.
73. Eyni zamanda, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması iləəlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllən in 191 -ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır.
74. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq Qərarında əks olunmuş hüquqi mövqeyə görə... əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinəəsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi iləəlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Mə cəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
75. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir.
76. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
77. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutul muşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır.
78. Göründüyü kimi, işəgötürənin işçiyə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında,vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər. İşəgötürənin maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər.
79. İddiaçı, iddia tələblərinin qanuni əsası kimi “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 saylı Qərarının 1.1 və 2.1-ci bəndlərinə əsaslanaraq 19 oktyabr 2017- ci il tarixdə onun xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin istehsalatda baş vermiş bədbəxt hadisə kimi nəzərə alınmaqla istehsalatda əmək xəsarəti nəticəsində itirdiyi sağlamlığının pozulması ilə bağlı xərclərin ödənilməsini xahiş edir.
80. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçının səhhətinə zərərin vurulmasında işəgötürənin təqsiri müəyyən olunduğu təqdirdə cavabdeh "xxxx" ASC müvafiq maddi məsuliyyətə cəlb edilməli olacaqdır. Belə olan halda məhkəmənin müəyyən etməli olduğu məsələ bədbəxt hadisəsinin baş verməsinin məhz işəgötürən tərəfindən əmək mühafizəsi normalarının pozul masının nəticəsi olub-olmamasından ibarətdir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi hazırki işdə barəsində bəhs edilən yol-nəqliyyat hadisəsi, iddiaçıya az ağır xəsarətin yetirilməsi Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində baş verdiyi, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1 və 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu müəyyən edilmişdir.
81. Həmçinin mülki iş materiallarından görünür ki, iddiaçıya 1.800 manat sığorta ödənişinin verilməsi müəyyən edilmiş, həmin məbləğdə pul X tərəfindən "xxxx" ASC-nin 2 saylı filialı vasitəsilə onun hesabına köçürülmüşdür. Belə ki, sığorta hadisəsi hesab edilən yolnəqliyyat hadisəsi nətic əsində iddiaçıya vurulmuş xəsarət az ağır xəsarət kimi müəyyən edildiyindən ona 18% miqdarında sığorta məbləğinin verilməsi qərara alınmışdır.
82. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyət daşıdığından, hazırkı halda işəgötürənin təqsirli olması halı mülki iş materialları ilə öz təsdiqini tapmır.
83. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, iddiaçının xəsarət alması istehsalatda bədbəxt hadisə kimi qiymətləndirilə bilməz.
84. Belə ki, Azərbaycan Rsepublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı qərarı ilə təsdiq edilsmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr tə hqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir) baş vermiş bədbəxt hadisələr.
85. Göründüyü kimi, iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində xəsarət alaraq, əmək qabiliyyətinin 50%-ni itirmişdir.
86. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alıb, apellyatorun baş vermiş hadisəni “istehsalatda baş verən bədbəxt hadisə” kimi qiymətləndirməsi ilə bağlı dəlilini əsassız hesab etmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehlər "xxxx" ASC və X münasibətdə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.
87. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə Mülki Məcəllənin 1108.1, 1118-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun məhz Cavabdeh3 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, habelə qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin və Cavabdeh3 təqsiri müəyyən edilmişdir.
88. Belə ki, 07 aprel 2018-ci il tarixli, KYP 117020 nömrəli “İnzibati xəta haqqında” protokolda qeyd olunmuşdur ki, sürücü Cavabdeh3 Bakı-Quba-Dağıstan sərhədi yolunun 141-ci kilometrliyində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydasını pozmuş və onun “Yol hərəkəti haqqında” Qanuna və Azərbaycan Respublika sı İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat cərimə edilməsi qərara alınmışdır.
89. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
90. Cavabdeh3 yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili Cavabdeh4 tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi işin mübahisələndirilməyən halıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 yol-nəqliyyat hadisəsini törədərkən avtomobili qanuni əsaslarla (etibarnamə ilə) idarə etdiyind ən və həmin hadisənin törədilməsində təqsirli olduğundan, digər cavabdeh nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh4 qarşı iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
91. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, Cavabdeh3 mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs olması, mülkiyyətçi Cavabdeh4 tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməsi halları məhkəmə araşdırması zamanı müəyyən olunmamış, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
92. Apellyasiya instansiyası məhkəməs Mülki Məcəllənin 1119.1, 1119.3-cü maddələrinə istinad edərək, qeyd etmişdir ki, iddiaçının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığı pozulduğundan, ona itirdiyi ümumi əmək qabiliyyətinin (əmək qabiliyyətinin itirilməsi 50 faiz müəyyən olunmuşdur) dərəcəsində aylıq ödənişlər verilməlidir. Ödənişlərin həyata keçirilməsinin hesablanması iddiaçının əmək qabiliyyətinin itirildiyi təsdiq olunduğu gündən, yəni 03 iyul 2018-ci il tarixdən başlanmalıdır.
93. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıya təyin edilmiş əlilliyin 03 iyul 2023cü il tarixədək müəyyən edildiyini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh3 pulun tutulması məhz həmin tarixədək həyata keçirilməlidir. Bu zaman Mülki Məcəllənin 1118.2ci maddəsinin tələblərinə əsasən iddiaçıya digər cavabdehlər tərəfindən verilmiş 1800 manat məbləğində sığorta ödənişi nəzərə alınmamalıdır.
94. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, zərərin əvəzinin tutulmalı olduğu subyekt və zərərin əvəzinin hesablanması qaydası birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilsə də, iddiaçının orta aylıq qazancın (gəlirinin) nədə ifadə olduğu, məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı qeyri-müəyyənliyin aradan qaldırılması üçün mütəxəssis rəyi alınmış v ə müəyyən edilmişdir ki, iddiaçının orta aylıq əmək haqqı bütün vergi və sosial ayırmalar daxil olmaqla 778,80 manat, ələ çatası məbləğ isə 691,55 manat təşkil etmişdir. Ona görə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının orta aylıq əmək haqqı ilə bağlı hissədə dəyişdirilməli və orta aylıq əmək haqqı 778,80 manat miqdarında müəyyən edilməlidir.
95. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilə n hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
96. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-7192/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.