Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1807/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, öhdəliyin icra edilməməsi 10.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaqubovçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Məhkəməsi Mülki kollegiyasının 2(103)-506/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları
1. Sadə yazılı formada tərtib edilmiş qəbzlərin məzmunundan müəyyən olunur ki, Cavabdeh aşağıdakı məzmunda qəbzləri öz xətti ilə yazaraq İddiaçı vermişdir: “X11 ümumi 4.500 manat pul götürmüşəm, X müəllimədən, ona borcluyam. İmza 18 yanvar 2019. 2.000 manat qızıldan borcluyam. İmza ***-***-**-**”.c “Mən X 8.000 manat X borca aldım, qaytarmağa söz verirəm. xx.xx.2019. İmza. Cəmi 5.800 borcum var”. “Mənim X 6.450 manat borcum var qızıldan. İmza X xx.xx.2019 055- ***-**-** tel X ”. “Mən X 5.000 manat borcum var qızıldan ümumi 2.480 borcum var. İmza. Avqustun 10.Xİ 3.400 m. Lotareya verəcəm. İmza”. “Oayen – 21. 2.500 AZN + 4.600 (qaralanıb) aldım X. İmza”. (Cild 1. i.v 127). “Mən X, müəlliməyə X 2.500 qızıl pulu borcum var. İmza”.
2. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı X2 25 yanvar 2020-ci il tarixli və təhqiqatçı X7 23 mart 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarına əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
3. Həmin materialda olan İddiaçı xx.xx.2019-cu il ratixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək X dələduzluq əməli barəsində hüquqi qiymət verməklə onun və 22.000 manat dəyərində olan qızıllarının, qızıllar olmadıqda isə onların pulla dəyəri əvəzi olunaraq ona qaytarılması barədə tədbir görülməsini xahiş etdiyi müəyyən olunur.
4. Həmin material üzrə Cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində verdiyi izahatında göstərm işdir ki, “təxminən 2 ildir ki, X tanıyır və X faizə pul verməklə məşğul olur. Onun ailə vəziyyəti ilə əlaqədar 2018-ci ilin sentyabr aylarında X təxminən 4.000 manata yaxın pul götürmüş və o, hər ay X götürdüyü məbləğin faizini ödəyirmişdir. 2019-cu ilin avqust aylarında o, X nağd şəkildə 3.000 manat pul verdmiş və onun X 1.000 manat borcu qalmışdır. 2019-cu ilin sentyabr ayında maddi cəhətdən sıxıntıları olduğu üçün X xahiş etmişdir ki, ona noyabr ayına kimi vaxt versin 1.000 manatı və qalan faizini də noyabr ayına kimi verəcək. Lakin o, noyabr ayında X verdiyi sözü tuta bilməmiş və ona qalan borcunu və faizi ödəyə bilməmişdir. Bundan sonra İddiaçı onu hədələmişdir ki, “2 nəfərə problem yaratmışam sənə də problem yaşadacam”. X bu şər və böhtanı atır ki, ondan qorxacağını sanıb ona şişird ilmiş pulu verəcək. X yazdıqları şər və böhtandır. O, lotereya oyunu təşkil etməmiş və heç kimdən pul yığmamışdır”. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və iddiaçıya məxsus 32.000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 32.000 manat məbləğində pulun iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, 17.800 (on yeddi min səkkiz yüz) manat nağd pulun və 13.430 (on üç min dörd yüz otuz) manat dəyərində qızıl-zinət əşyaları, ümumilikdə 31.230 (otuz bir min iki yüz otuz) manat məbləğində pul vəsaitinin alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2019-cu ildə tanış olmuş, cavabdeh özünü işgüzar xanım kimi təqdim etmiş və bildirmişdir ki, Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən “555” adlı kafenin sahibidir. Cavabdehlə aralarında yaxın münasibət yaranmış, ona etibar etmişdir. 2019-cu ilin may ayında cavabdeh lotereya oyunun təşkil edilməsini və hər 10 gündən bir 500 manat məbləğində pulu ona veriləcəyini bildirmişdir. Həmin pul yığılaraq cəmi 32.000 manat məbləğində ona qaytarılmalı idi. Aralarında olan razılaşmaya görə hər dəfə 500 manat pul əvəzinə 500 manat dəyərində qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Beləliklə, cavabdehə ümumilikdə 32.00 0 manat dəyərində qızıl-zinət əşyalarını vermişdir. Qızıl-zinət əşyalarını və ya onların dəyərinin qaytarılmasını cavabdehdən dəfələrlə tələb etmişdir. Cavabdeh onun qızıl-zinət əşyalarını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin bir müddət keçdikdən sonra məlum olmuşdur ki, cavabdeh öz öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Dəfələrlə ona bildirmişdir ki, pulu heç olmasa hissə-hissə qaytarsın. Lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə qızıl-zinət əşyalarını və ya onların bazar dəyərini qaytarmaqdan imtina etmişdir.
8. Birinci instansiya məhkəməsində cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının iddia ərizəsinin predmetində uyğunsuzluq olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində əvvəlcə ondan 32.000 manat dəyərində qızıl-zinət əşyala rını və ya onun pulunu, sonradan isə 17.800 manat məbləğində nağd pul və 13.430 manat dəyərində qızıl-zinət əşyalarını, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə yazdığı ərizələrdə isə ondan 22.000 manat pul tələb etmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi hallar: “lotereya oyunu təşkil etməsi, həmin oyunun hansı şəxslərdən ibarət olması, hər on gündən bir cavabdehə 500 manat dəyərində qızıl-zinət əşyaları verməsi və həmin qızıl-zinət əşyalarının adlarının nədən ibarət olması, onda 32.000 manat dəyərində qızıl-zinət əşyalarının toplanması barədə” məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 3-cü sətirdəki “200” y azısının yerində qaralama apararaq və üzərinə ağardıcı boya çəkərək indiki rəqəmlə icra edilmişdir. Mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 8ci sətirdəki 10 avqustan 30 noyabr yazısındakı “an 30 noyabr” yazıları sonradan əlavə edilmişdir. Mülki işin 127-ci vərəqəsindəki “4.600” yazısının yerində əvvəlcə “1.600” rəqəmləri olmuş, sonradan üzərinə əlavə cizgi artıraraq indiki rəqəmlər icra edilmişdir. Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilmişdir ki, “İzahatı alınan vətəndaş Cavabdeh bildirmişdir ki, təxminən 2 ildir ki, Xtanıyır. X ailə vəziyyəti ilə əlaqədar 2018-ci ilin sentyabr aylarında X təxminən 4.000 manata yaxın pul götürmüş və o, hər ay X götürdüyü məbləğin faizini ödəy irmiş. 2019-cu ilin avqust aylarında o, X nağd şəkildə 3.000 manat pul verdiyini və 1.000 manat borcunun qaldığını bildirmişdir. X 2019-cu ilin sentyabr ayında maddi cəhətdən sıxıntılarının olması səbəbindən X noyabr ayına kimi vaxt verməsini xahiş etmiş və qalan 1.000 manatı və faizini də noyabr ayında verəcəyini bildirmişdir. Lakin X noyabr ayında X verdiyi sözü tuta bilməmiş və ona qalan borcunu və faizi ödəyə bilməmişdir. Bundan sonra İddiaçı X hədələyərək 2 nəfərə problem yaratdığını bildirərək ona da problem yaşadaçağını bildirmişdir. X X onun üzərinə şər və bohtan atdığını bildirərək, X ondan şişirdilmiş məbləği qorxudaraq almaq istəməsini bildirmişdir. X x yazdıqlarını şər və böhtan olduğunu bildirərək onun heç bir lotereya oyunu təşkil etmədiyini və X 22.000 manat borcu olmadığı nı bildirmişdir”. 2 ilə yaxın ayda 400 manat, cəmi 9.600 manat məbləğində X faiz ödəmişdir. Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilmişdir ki: “İzahatı alınan Cavabdeh izahatında heç bir lotereya oynamadığını və sadəcə X 1.000 manat məbləğində borcu olduğunu qeyd etmiş, həmin borcu ödəyəcəyini bildirmişdir.” Hal-hazırda İddiaçı borc tələbinə dair Beyləqan Rayon Məhkəməsində X4, Kürdəmir Rayon Məhkəməsində X3 və Bakı şəhəri Nizami Rayon Məhkəməsində X1 qarşı borc tələbinə dair iddia ərizəsi qaldırmışdır. İddiaçı ona qarşı borc tələbinə dair iddia ərizəsindən məhkəmənin qiyabi qətnaməsindən sonra Nəsimi rayon İcra Şöbəsində xəbər tutmuş, sonradan həmin qiyabi qətnaməni məhkəmədən götür müş və onun ləğvi barədə məhkəməyə ərizə vermişdir. İddiaçının iddia ərizəsinin surəti ona göndərilməmiş və verilməmişdir. Şəhid ailəsidir, atası X5 1993-cü ilin yanvarın 1-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda himayəsində 2 azyaşlı uşağı vardır və Bakı Dövlət Universitetinin tarix fakultəsinin 4-cü kurs tələbəsidir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1300-5/1077 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 3-cü sətirdəki “200” yazısının yerində qaralama apararaq və üzərinə ağardıcı boya çəkərək indiki rəqəmlər icra edilmişdir. Mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 8-ci sətirdəki “10 avqustan 30 noyabr" yazısındakı “an 30 noyabr” yazıları sonradan əlavə edilmişdir. Mülki işin 127-ci vərəqindəki “4.600” yazısının yerində əvvəlcə “1.600” rəqəmləri olub, sonradan üzərinə əlavə cizgi artıraraq indiki rəqəmlər icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 123-128-ci vərəqələrində olan 6 ədəd qəbzlərdəki (i.v.124 vərəqəsindən olan 18 yanvar 2019-cu il tarixli qəbzdə “tel 05553913-64" yazılardan və 126-cı vərəqəsinin arxa hissəsindəki yazılardan başqa) yazılar və imzalar - cavabdeh tərəfindən icra olunmuşdur.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-23/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməs i ilə (hakim Anar İbadzadə) iddia tələbi təmin edilərək, 17.800 manat nağd pulun və qaytarılmamış 13.430 manat məbləğində qızıl-zinət əşyalarının dəyəri olmaqla, ümumilikdə 31.230 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehlə 18.1.2019-cu il tarixdə 4.500 manat (i.v 124), 2.5.2019-cu il tarixdə 5.800 manat (i.v 123), 10.8.2019-cu il tarixdə 5.000 manat (i.v 126), 2.500 manat (i.v 127) olmaqla ümumilikdə 17.800 manat məbləğində nağd pul, həmçinin xx.xx.2019-cu il tarixdə 2.000 manat (i.v 124), xx.xx.2019cu il tarixdə 6.450 manat (i.v 125), xx.xx.2019-cu il tarixdə 2.480 manat (i.v 126), 2.500 manat (i.v 128) olmaqla ümumilikdə 13.430 manat dəyərində qızıl-zinət əşyaları olma qla, 31.230 manat məbləğində borc vermiş, cavabdeh həmin borcu qaytaracağını bildirsə də, qaytarmamışdır.
13. Tərəflər arasında qəbz tərtib edilsə də, həmin qəbzin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtlərinə) uyğun gəlmişdir. Borcun mövcud olması ilə bağlı yazılı sənədlərdəki yazıların və imzanın cavabdeh tərəfindən icra olunması Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1300-5/1077 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş qəbzlərdən, yəni borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə (qəbzlər üzrə) öhdəliyi yerinə yetirməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasları zamanı cavabdeh izahatlarında iddiaçıya qeyd olunan məbləğdə borcun olmadığını, ona mütəmadi olaraq ödənişlər etdiyini (ayda 100-150 manat olmaqla) şifahi formada bildirsə də, bu halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 385, 390, 442, 448, 739, 740-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası mə hkəməsindəki birinci icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-2660/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclaslarında araşdırma zamanı borc məbləğinin düzgün hesablanmadığını, borcunun mə bləğinin 4.000 manat təşkil etdiyini bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmiş və iş üzrə tədqiq edilmiş sübutların mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh qeyd olunan məbləğdən geri qaytarmalar və ya ödənişlərin aparılması barədə hallara dair də sübutetmə vəzifəsi daşımışdır. Lakin iş materiallarına bununla bağlı sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Bunun əksi olaraq isə birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 4/1300-5/1077 saylı ekspert rəyi ilə borcun mövcud olması ilə bağlı yazılı sənədlərdəki yazıların və imzanın cavabdeh tərəfindən icra olunması təsdiq olunmuşdur.
20. Cavabdeh qeyd olunan ekspert rəyinə istinad edərək, iddiaçı tərəfindən təqdim edilən yazılı sənədlərdə düzəlişlər olmasını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baxışı təqdim edilmiş ekspert rəyində mülki işin 123-128-ci vərəqələrində olan 6 ədəd qəbzlərdəki yazılar və imzaların məhz cavabdeh tərəfindən icra edildiyi təsdiqini tapmışdır. Hazırkı iş üzə araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəyin hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə məhkəmə kollegiyası razılaşmışdır.
21. Məhkəmə kollegiyası qeyd e tmişdir ki, apellyasiya baxışı zamanı cavabdeh öz izahatı ilə iddiaçıdan qızıl-zinət əşyalarını almasını təsdiq etmiş, eləcə də özü hansı miqdarda və hansı əyarda qızıl-zinət əşyalarını belə qeyd etməmişdir.
22. Apellyasiya şikayətində Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilən digər hallar məhkəmə tərəfindən qəti surətlə araşdırılmamasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, həmin qərarın qəbul edilməsinə əsas olmuş material birinci instansiyası məhkəməsi tərəfindən tələb edilmiş, öyrənilmiş və müəyyən edilmişdir ki, qəbul edilmiş qərarda iddianın əsassız olmasına dair hər hansı faktın mövcudluğu əks edilməmişdir. Həmin material üzrə tərəflər arasında yaranm ış mübahisənin hazırki iddianın predmeti ilə hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir.
23. Cavabdehin “iddiaçının polis orqanına verdiyi şikayətdə ona 22.000 manat borcunun olduğunu bildirdiyi halda, hazırkı iddianı məhkəməyə verərkən 31.230 manat tələb etməsinin ziddiyyətli olması” arqumentinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin hal müvafiq iddia tələbinin irəli sürülməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbinə təqdim olunan sübutlar əsasında qiymət verilmiş, cavabdehin iddiaçıya məhz 31.230 manat borcunun olduğu qənaətinə gəlinmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd edil məsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3572/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlə Z.B.Babayev (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və Ə.G.Nurməmmədov ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
26. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya və əvvəlki kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun yoxlamamışdır.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının polis orqanına verdiyi şikayətdə cavabdehin ona 22.000 manat borcunun olduğunu bildirdiyi hala, 17.800 manat nağd pulun və 13.430 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehə borc olaraq verməsinə dair iddiaçının təqdim etdiyi qəbzlərə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmədiyindən qəbul edilən qətnamə qanuni və əsaslı sayıla bilməz.
28. İşin halları ilə müəyyən edilmişdir ki, iddia tələbinə qarşı etirazında, məhkəmə iclaslarında verdiyi izahatlarda, eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində cavabdeh iddiaçıdan 2019-cu ilin avqust ayında borc olaraq faiz ödəmək şərti ilə 4.000 manat pul aldığını, həmin puldan 3.000 manatı nı qaytardığını, iddiaçıya cəmi 1.000 manat borcunun qaldığını qeyd etmiş, iddiaçıdan 17.800 manat nağd pul və 13.430 manat dəyərində qızıl-zinət əşyaları alınmasının işin hallarına uyğun olmadığını göstərmişdir.
29. Cavabdehin öz dəlilləri ilə bağlı iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq edilir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək X dələduzluq əməli barəsində hüquqi qiymət verməklə onun 22.000 manat dəyərində olan qızıllarının, qızıllar olmadıqda isə onların pulla dəyəri əvəz olunaraq ona qaytarılması barədə tədbir görülməsini xahiş etmişdir.
30. Eyni zamanda birinci instansiya məhkəməsinin 15 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, iddiaçı birinci instansiya məhkəməsində izahat verərkən “cavabdehin bəzən qızılın pulundan 50 manat, 100 manat məbləğində ödənişlər etməsini, lakin bununla bağlı qeydlər olmadığını” göstərmişdir. (Cild 1, i.v. 163).
31. Göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərkən cavabdehdən 22.000 manat dəyərində olan qızıllarını tələb etdiyi halda, habelə hazırki iddia ilə xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etdiyi zaman cavabdehdən 17.800 manat nağd pul və 13.430 manat dəyərində qızıl-zinət əşyaları tələb etməsini nə ilə əsaslandırması iş materialları ilə müəyyən olunmasa da, məhkəmələr həmin ziddiyyəti aradan qaldırmaq üçün hər hansı araşdırma aparmamış, iddiaçı cavabdeh tərəfindən bəzən “qızılın pulundan” 50 manat, 100 manat məbləğində ödə nişlər edilməsini etiraf etsə də, ödənilmiş məbləğin ümumi borca hansı həddə təsir etməsi, o cümlədən iddia ərizəsində tələb olunan 31.230 manat borcdan cavabdeh tərəfindən ödənişlər edilməsi nəticəsində məbləğin 22.000 manata qədər azalmasının mümkünlüyü məhkəmələr tərəfindən araşdırılmamışdır.
32. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərin məhz tərəflər arasında Mülki Məcəllənin 739.1-ci maddəsində nəzərdə tutulmuş borc münasibətlərinin mövcud olmasını ehtiva etməsi məhkəmələr tərəfindən dəyərləndirilməmişdir. Belə ki, cavabdehin öz xətti ilə yazaraq iddiaçıya verdiyi, iş materiallarının 1-ci cildinin 127-ci iş vərəqində olan qəbzin məzmununda (“Oayen – 21. 2.500 AZN + 4.600 (qaralanıb) aldım X. İmza”.) qeyd olunanların iddiaçı ilə cavabdeh arasında hansı borc münasibət ini ehtiva etməsi məhkəmələr tərəfindən əsaslandırılmamış, bununla belə həmin qəbzdə qeyd olunmuş 2.500 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
33. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində 2019-cu ilin may ayından başlayaraq cavabdehlə lotereya oyunun təşkil edilməsi üçün hər 10 gündən bir 500 manat məbləğində pulu cavabdehə verməsi barədə razılaşmasını, həmin pul yığılaraq cəmi 32.000 manat məbləğində ona qaytarılmalı olmasını, razılaşmaya görə hər dəfə 500 manat pul əvəzinə 500 manat dəyərində qızıl-zinət əşyalarını cavabdehə verməsini göstərsə də, iddiaçının təşkil olunan lotereya oyunun mexanizmi barədə, cavabdehə verdiyini iddia etdiyi qızılların mənbəyi və mövcudluğu, onların adı, əyarı, çəkisi, qızılların hansı qaydada qiymətlənd irilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməməsinə məhkəmələr tərəfindən qiymət verilməmişdir.
34. Eyni zamanda iddiaçı iddia ərizəsində cavabdehə lotereya oyunun təşkil edilməsi üçün yalnız cəmi 32.000 manat dəyərində qızıl-zinət əşyalarını verdiyini göstərdiyi halda, iddia ərizəsinə əlavədə cavabdehdən 17.800 manat nağd pul və 13.430 manat dəyərində qızıl-zinət əşyaları tələb etməsinə baxmayaraq həmin tələbini əsaslandırmamasına məhkəmələr tərəfindən hər hansı hüquqi qiymət verilməmişdir.
35. Beləliklə, iş materiallarından göründüyü kimi cavabdehin öz xətti ilə yazaraq iddiaçıya verdiyi qəbzlər iş materiallarında olan digər sübutlarla tam uyğunluq təşkil etmir.
36. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamamış, həmçinin işdə olan digər sübutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini tam təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və E.C.Kazımov) 2(103)-506/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-23/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi qismən təmin edilərər, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən Ali Məhkəmənin qərarına əsasən iddiaçının polisə şikayətində 22.000 tələbinin olduğu halda, iddia tələbində 32.000 məbləği arasındakı uyğunsuzluğu və ziddiyyətli məqam araşdırılarkən, iddiaçı bu anlaşmazlığı onunla izah etmişdir ki, o polisə şikayət edən zaman borclar dəftərini itirmişdi, dəftəri tapdıqdan sonra iddia verəndə isə yeni hallar ortaya çıxmışdı. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh olunun həmin halla bağlı apardığı araşdırmaya dair iddiaçının izahatını inandırıcı və ağlabatan hesab etmir. Çünki “borclar dəftəri”nin itib-itməməsindən asılı olmayaraq, uzun müddət və davamlı olaraq borc pul verilməsi işi ilə məşğul olan, hətta bununla bağlı məhkəmə mübahisələrində iştirak etmiş iddiaçının cavabdehin borcunun məbləğinə dair belə “unutqanlığı” qəbul oluna bilməz.
39. Mülki işdən də görünür ki, iddiaçı iddia ərizəsində əvvəlcə cavabdehə verdiyi 32.000 manatlıq qızıl-zinət əşyasının və ya onun dəyərinin, daha sonra verdiyi dəqiqləşmədə isə 17.800 manat nağd pulun, 13.430 manat qızıl-zinət əşyalarının dəyərinin olmaqla, cəmi 31.230 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
40. İddiaçı həmçinin hazırkı iddia tələbinin sübutu kimi həm də yazılı qeyd təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli 4/13005/1077 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə - iddiaçının təqdim etdiyi və mülki işin 126-cı vər əqinin arxa hissəsindəki 3-cü sətirdəki “200” yazısının yerində qaralama apararaq və üzərinə ağardıcı boya çəkərək indiki rəqəmlərin icra edilməsi, mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 8-ci sətirdəki “10 avqustan 30 noyabr" yazısındakı “an 30 noyabr” yazılarının sonradan əlavə edilməsi, mülki işin 127-ci vərəqindəki “4.600” yazısının yerində əvvəlcə “1.600” rəqəmləri olması, sonradan üzərinə əlavə cizgi artıraraq indiki rəqəmlərin icra edilməsi, ekspertizaya təqdim edilmiş, mülki işin 123-128-ci vərəqələrində olan 6 ədəd qəbzlərdəki (i.v.124 vərəqəsindən olan 18 yanvar 2019-cu il tarixli qəbzdə “tel 05553913-64” yazılardan və 126-cı vərəqəsinin arxa hissəsindəki yazılardan başqa) yazıların və imzaların - cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası iddiaçının sübut kimi istinad etdiyi həmin qeydlərlə bağlı qeyd etmişdir ki, MPM-in 89.1-ci maddəsinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Hər hansı sənədin (kağızın) yazılı sübut kimi qəbul edilməsi üçün həmin sənəddə aşağıdakı rekvizitlərin (tələb olunan əlamətlər) olması tələb olunur. - sənəddə tarix olmalı; - sənədin əsli olmalı; - sənəd onu tərtib edən və ya müvafiq şəxs tərəfindən imzalanmalı; - sənədə düzəliş edilməməli qaralanmamalıdır.
42. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsasını sübut etmək üçün istinad etdiyi həmin qeydlərin ekspert rəyi ilə üzərində düzəlişlər edilməsi müəyyən edildiyindən, bütün bu hallar d a həmin qeydlərin-yazılı sübutun mümkünlüyü ilə bağlı yuxarıda qeyd edilən tələblərə cavab vermədiyini təsdiq etməklə, onun sübut kimi qəbul olunmasını istisna edir.
43. Məhkəmə kollegiyasının bir daha qeyd etmişdir ki, mübahisənin obyektiv və düzgün həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
44. Beləliklə, iddiaçı cavabdehin həqiqət ən də ona 17.800 manat nağd pul və 13.430 (on üç min dörd yüz otuz) manat dəyərində qızıl-zinət əşyaları olmaqla, ümumilikdə 31.230 manat məbləğində pul vəsaiti borclu olmasına dair məhkəməyə mötəbər sübutlar (nə qədər qızıl verdiyi, hansı çəkidə, qızılın əyarı və sair, eləcə də hansı şərtlərlə, hansı müddət, hansı tarixlərdə və nə qədər borc verməsi barədə və sair) təqdim etməmişdir.
45. Məhkəmə kollegiyasının iclasında cavabdeh bildirmişdir ki, o, iddiaçıdan faizə pul almış, borcunu qaytarmış, iddiaçının hazırda ondan tələb etdiyi faizə faizin hesablanmasıdır, o aldığı borcu faizləri ilə birlikdə artıqlaması ilə qaytarmış, iddiaçıya cəmi 1000 manat borcu qalmışdır. Bundan başqa, cavabdeh iddiaçının faizə (sələmə) pul verdiyini, onun çoxlu belə məhkəmə mübahisələri olduğunu bildirmişdir.
46. Kollegiya hazırkı halda cavabdehin həmin etiraz dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində aparılmış araşdırma zamanı verdiyi izahatında iddiaçıdan 4000 manat borc alığını, onun 3000 manatını ödədiyini, 1000 manatın isə borclu qaldığını qeyd etmişdir. Bununla belə, cavabdeh məhkəməyə 4000 manat öhdəliyin 3000 manat hissəsinin ödənilməsinə dair sübut təqdim etməmişdir. Halbuki, öhdəliyin icra olunduğunu sübut etmə vəzifəsi borclunun üzərindədir.
47. Kollegiya bu baxımdan qeyd etmişdir ki, nə qədər ki, iddiaçı öz iddia tələbinin əsasının təsdiqi kimi məhkəməyə mötəbər sübut təqdim etmir, cavabdeh isə polisdəki izahatında iddiaçıdan 4000 manat borc aldığını, lakin həmin puldan 3000 manat qaytardığını qeyd etsə də, bunu tə sdiq edən sübutları məhkəməyə təqdim etmir, belə olan halda, demək ki, iddia tələbi qismən, yəni cavabdehin etiraf etdiyi, 4000 manat hissədə əsaslı hesab edilməli və təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
48. Kollegiya qeyd etmişdir ki, mübahisəyə baxmış birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını tam və hərtərəfli araşdırmamış, yalnız iddiaçının dəlillərini əsas tutaraq, cavabdehin etiraz dəlillərini, iddia ərizəsindəki ziddiyyət və uyğunsuzluqları araşdırmamış, istinad etdiyi sübutların (qəbzlərin) MPM-də yazılı sübutlarla bağı tələblərə cavab verməməsi kimi mühüm hala düzgün qiymət verməmiş və müvafiq olaraq da iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
49. İd diaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öhdəliyini icra etməyən borclunun kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu olduğu halda vurulmuş zərərin ödənilməsini qismən – 4.000 manat məbləğində təmin etmiş, onun qızıldan olan borcuna isə münasibət bildirilməmişdir. Hazırkı işdə tərəflər arasında tərtib edilmiş və cavabdeh tərəfindən imzası ilə təsdiq edilmiş yazılı qəbzlər onun tərəfindən iddia etdiyi məbləğlərin alındığını sübuta yetirmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə istinad edərək təqdim etdiyi qəbzləri sübut kimi qəbul etməməsi ədalət mühakiməsinin prinsiplərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində tərəfindən təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, məhkəmə əsassız və qanunun tələblərinə zidd olaraq cavabdehdən yalnız 4000 (dörd min) manat məbləğində pul vəsaitinin tutulmasını qət etmiş, beləliklə də Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi hüququmu pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qan unvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
53. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üç ün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
57. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
58. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
59. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
60. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
61. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
62. Ma ddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə
88. Məhkəmə sübutlara obyekt iv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
68. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
70. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
71. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
72. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
73. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçü n məcburidir. Kassasiya baxışının hədləri
74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
75. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməs inin mövqeyi
76. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməyən hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır.
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiy a şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, əvvəlki kassasiya məhkəməsinin qərarında verilən göstərişlərə əməl edilmişdir.
79. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
80. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2(103)506/2024 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.