Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1807/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququndan irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı Hüseynov Füzuli Əlirza oğlunun “müqavilənin tərəfi qismində tanınması, vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)514/2025 nömrəli 4 fevral 2025-ci il tarixli qə tnaməsindən Cavabdeh2 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 nömrəli mənzil xx.xx.1996-cı ildə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. İddiaçı ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzili oğlu Füzuli Hüseynova xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən bağışlamış və həmin müqavilə əsasında xx.xx.2005-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 nömrəli mənzil mülkiyyət hüququ üzrə Hüseynov Füzuli Əlirza oğlunun adına dövlət qeydiyyatına alınmışdır.
3. Bakı şəhəri Nərimanov rayonu İcra hakimiyyəti Başçı sının xx.xx.2006-cı il tarixli 69 saylı sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 1 saylı evin altındakı 41,4 kv metrdən ibarət zirzəmi Hüseynov Füzuli Əlirza oğluna ayrılmışdır. 4. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən tərtib edilmiş 7E-3571 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamə ilə Hüseynov Füzuli Əlirza oğlu harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarının idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) q əbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı 5 il müddətinə xx.xx.2023-cü il tarixədək arvadı Cavabdeh2 etibar etmişdir. 5. "xxxx" MMC ilə İddiaçı arasında, həmçinin "xxxx" MMC ilə Hüseynov Füzuli Əlirza oğluna xx.xx.2018-ci il tarixli, müvafiq olaraq 39 və 40 nömrəli şərtli müqavilələr bağlanılmışdır. Müqavilədə aşağıdakılar göstərilmişdir: - “Əmlak mülkiyyətçisi”... “Qeydiyyat vəsiqəsi”nə əsasən öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38,6 kv metrdən və Bakı şəhəri Nərimanov rayonu İcra hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 69 saylı sərəncamına əsasən ona ayrılmış evin altındakı 41,4 kv metrdən ibarət zirzəmi olan faktiki sahəsindən 20%-i miqdarında əlavə olmaqla, yəni ümumi sahəsi 96,5 kv metr olan təmirli mənzili qəbul etməyi öhdəsinə götürür. - "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1 ünvanında yerləşən Hüseynov Füzuli Əlirza oğlunun mülkiyyətində olan yaşayış sahəsinin və xidməti istifadəsinə ayrılmış olan zirzəminin sökülməsini və həmin ərazidə yeni çoxmən zilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binadan daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 96,5 kv metr olan təmirli mənzili Hüseynov Füzuli Əlirza oğlunun mülkiyyətinə verməyi öhdəsinə götürür. - "xxxx" MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və Hüseynov Füzuli Əlirza oğlunu təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə Hüseynov Füzuli Əlirza oğluna kompensasiya şəklində aylıq 300 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəyir. “Əmlak mülkiyyətçisi”, yəni Hüseynov Füzuli Əlirza oğlunun kommunal xidmətlərə görə borcu olduğu halda "xxxx" MMC həmin borc məbləğlərini ona veriləsi kirayə haqlarından tutaraq müvafiq borcların ödənilməsini təmin etməyi öhdəsinə götürür. - "xxxx" MMC tərəflər arasında Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin məhkəmədə baxılması və nəticələri üzrə tərəflərin atacağı hüquqi addımlarla bağlı araşdırmanın dəqiq müddətinin müəyyən edilməsinin mümkünsüzlüyünü və layihə üzrə digər mülkiyyətçilərlə bağlanılmış müqavilələrdə göstərilmiş müddətdə öhdəliyi yerinə yetirmək və mümkün əsassız maliyyə itkisinin qarşısının alınması məqsədilə mübahisə tərəflərilə “Şərtli Müqavilənin” bağlanılmasını məqsədəmüvafıq hesab edərək "xxxx" MMC qeyd olunan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, qərarı və ya qərardadından irəli gələcək hüquqlarla və ya vəz ifələrlə bağlı mübahisə Hüseynov Füzuli Əlirza oğlunun xeyrinə olacağı təqdirdə onunla mübahisə olunan bütün sahə, yəni 96,5 kv metr sahə üzrə qeyd-şərtsiz yeni müqavilə bağlamağı öhdəsinə götürür.”
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)1372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində xx.xx.2018-ci il tarixli, 39 nömrəli şərtli müqavilənin məzmununda aşağıdakılar göstərilmişdir: - "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binadan daşınmaz əmlakın istifadəçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 50,16 kv metr olan təmirli mənzili İd diaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. - "xxxx" MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İddiaçı kompensasiya şəklində aylıq 350 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəyir. İddiaçı kommunal xidmətlərə görə borcu olduğu halda "xxxx" MMC həmin borc məbləğlərini ona veriləsi kirayə haqlarından tutaraq müvafiq borcların ödənilməsini təmin etməyi öhdəsinə götürür.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Hüseynov Füzuli Əlirza oğluna qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2363/2019 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 8. "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqavilənin “mülkiyyətçi” qrafasında Cavabdeh2 qeyd edilmiş, sonuncu müqaviləni “etibarnamə ilə” imzalamışdır. Həmin müqavilənin məzmununda göstərilmişdir: 1.1 - "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan “mülkiyyətçi ”yə məxsus mənzilin söküntüsünə və bu sahədə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, bu binadan, “mülkiyyətçi”nin söküntüsünü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaqlı, sahəsi 71,2 kv metr olan mənzilin ümumi sahəsinə 20% əlavə etməklə, yeni 96 kv metr orta təmirli vəziyyətdə “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür; 1.2 - “Mülkiyyətçi” "xxxx" MMCdən mülkiyyətində olan 71,2 kv metr sahənin əvəzinə götürdüyü 96 kv metr 4-cü mərtəbədə yerləşən 1 ədəd sahəsi 96 kv metr olan 3 otaqlı mənzili qəbul etməyi öhdəsinə götürür.
9. Hüseynov Füzuli Əlirza oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi və iddia təl əbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 saylı mənzilinin mülkiyyətçisi olmuş Hüseynov Füzuli Əlirza oğlunun Cavabdeh1 MMC ilə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv metr olan 3 otaqlı mənzilə dair bağlanmış 85 nömrəli, 05 iyun 2019-cu il tarixli müqavilənin tərəfi (“Mülkiyyətçi”) qismində tanınması, həmin müqavilənin tərəfi (“Mülkiyyətçi”) kimi Cavabdeh2 göstərilməsinin texniki yanlışlıq hesab edilməklə, onun adının Hüseynov Füzuli Əlirza oğlu ilə əvəz edilməsi və müqaviləyə bu barədə müvafiq düzəliş edilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə olunması, həmçinin İddiaçı X14 Əlirza oğlundan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyad zadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv metr olan 3 otaqlı mənzilin 1/5 hissəsinə iddiaçının vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 2 otaqdan ibarət 20 saylı mənzili Hüseynov Füzuli Əlirza oğlunun paylı mülkiyyətində olmuşdur. Həmin mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğuna görə, Cavabdeh1 MMC tərəfindən sökülmüş və yerində yeni bina inşa edilmişdir. Bina sökülərkən Cavabdeh1 MMC F.Hüseynova məxsus payın (mənzilin) əvəzində, ona həmin ərazidə yeni inşa olunan binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv metr təşkil edən 3 otaqlı mənzil vermişdir. Hüseynov Füzuli Əlirza oğlu 16 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri ndə vəfat etmişdir. Onun bütün dəfn xərclərini anası – İddiaçı çəkmişdir. X9 Əlirza oğlunun aşağıdakı vərəsələri vardır: anası – İddiaçı; arvadı – Cavabdeh2; uşaqları – X5, X6 və X7. İddiaçı oğlundan qalmış miras əmlaka - Cavabdeh1 MMC-nin inşa etdiyi Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv metr olan 3 otaqlı mənzilə 1/5 hissədə vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədilə, müvafiq sənədlərin əldə olunmasından ötrü əvvəlcə Cavabdeh1 MMC-yə müraciət etmişdir. O, Cavabdeh1 MMC-dən əldə etdiyi mənzilə dair müqaviləni, habelə digər sənədləri notariat ofisinə təqdim etmiş, lakin notariat ofisindən şifahi şəkildə bildirilmişdir ki, həmin müqavilədə tərəf qismində Cavabdeh2 göstərildiyinə görə, vərəsəlik hüququnun rəsmiləşdirilməsi mümkün deyildir. Mənzillə bağlı Cavabdeh1 MMC ilə 85 nömrəli, 05 iyun 2019-cu il tarixli müqaviləni əslində iddiaçının oğlu Hüseynov Füzuli Əlirza oğlu bağlamış, Cavabdeh2 isə F.Hüseynovun adından etibarnamə əsasında çıxış etmişdir (müqavilənin “tərəflərin məlumatları” hissəsində Cavabdeh2 müqaviləni etibarnamə ilə imzaladığı açıqaydın görünür). Belə ki, Cavabdeh1 MMC məhz Hüseynov Füzuli Əlirza oğlunun mülkiyyətində olan mənzilin əvəzində ona yeni binadan mənzil vermişdir. Bu mənada müqavilə yalnız Cavabdeh1 MMC ilə Hüseynov Füzuli Əlirza oğlu arasında bağlana bilərdi (müqavilədə texniki yanlışlığa yol verilmiş və etibarnamə üzrə nümayəndə olan Cavabdeh2 müqavilənin tərəfi qismində qeyd olunmuşdur).
12. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 göstərmişdir ki, tələbləri müqavilənin dəyişdirilməsi deyil, s adəcə olaraq texniki yalnışlığın aradan qaldırılmasıdır. Bunu başqa qaydada müəyyən etmək mümkün olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Nazilə xanımla müqavilə bağlanmış olsaydı bunun rəsmiləşdirilmə qaydası fərqli olardı. İş materiallarında da, mənzilin Füzuli müəllim tərəfindən Nazilə xanımın adına rəsmiləşdirilməsinə dair sənəd yoxdur. Məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, Füzuli müəllimin "N-Turan” MMC-də sənəd rəsmiləşdirmək üçün fiziki imkanı olmayıb, bu səbəbdən həyat yoldaşına etibarnamə verib. Hər bir halda hüquq münasibətlərinin yaranma əsasını mübahisələndirmirlər, ondan sonrakı prosedurla bağlı mübahisə vardır. Arayış olsaydı, heç məhkəməyə müraciət etməzdilər. Vərəsəlik işi açdıra bilməyiblər. Elvira xanım oğlundan miras qalmış əmlakla bağlı no tariusa müraciət etsə də, rəsmiləşdirmə aparıla bilmədiyi bildirilmişdir və heç bir yazılı imtina verilməmişdir. 13. 17.09.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, onun Montində evi var idi. Həyat yoldaşından ayrıldı, ona 14 kv metr otaq verdilər. Türkiyəyə getdi, gələndən sonra Füzuli ona zəng edib dedi ki, evi satıblar. Etirazını bildirdikdə onu qovdular. Evi 12500 manata satdılar, o da pulu bölüşdürdü. Ev aldı, gördü oğlu çöldə qalıb, oğlunu evdə yerləşdirib yenidən Türkiyəyə getdi. O, 7 ildir – 2018-ci ildən kirayədə qalır, aylıq 400 manat kirayə haqqı ödəyir, cəmi 3 dəfə pul alıb. 83 yaşı var, qapılarda qalıb.
14. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərmişdir ki, iddia tələbini təsdiq edən sübutlar y oxdur və notariat orqanına rəsmi müraciət olunmasına dair heç bir sənəd iş materiallarına əlavə olunmamışdır. Əgər notariat orqanına vərəsəliklə bağlı müraciət olunsaydı, yazılı cavab alınmalı idi. Elvira xanım Füzuli müəllimə münasibətdə bağışlama müqaviəsinin etibarsız hesab edilməsi tələbinə dair məhkəməyə müraciət etmiş və iddia tələbi təmin olunmamışdır. Həmin iş Ali Məhkəməyə qədər getmişdir. Məhkəmənin mövqeyi müqavilətin etibarsız hesab edilməsinin mümkünsüzlüyü yönündə olmuş və həmin qərar iş materiallarında vardır. Həmçinin iddiaçının “mülkiyyətçi qismində tanınma” tələbinə münasibətdə bildirilməlidir ki, məhkəmə hər hansı şəxsi mülkiyyətiçi kimi tanıyan orqan deyildir. Əgər belədirsə, hüquqi əhəmiyyətli faktın təsdiqi barədə ərizə ilə məhkəməyə meraciət edilməli idi. İddiaçının bağışlama müqaviləsindən sonra mənzil ilə heç bir əlaqəsi qalmamışdır. İddia ərizəsində dəfn xərclərinin iddiaçı tərəfindən çəkildiryi bildirilir, lakin bu həqiqət deyildir. Füzuli müəllim vəfat edənə qədər taksi fəaliyyəti ilə məşğul olub. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 40 saylı “Şərtli müqavilə”nin 8-ci bəndində göstərilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında X1 Hüseynov Füzuli Əlirza oğluna qarşı Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1, 20 saylı mənzil üzrə X3 ilə Hüseynov Füzuli Əlirza oğlu arasında olmuş 2005-ci il 26 avqust tarixli bağışlama müqaviləsinin lağv edilməsi tələbinə dair mülki iş vardır və həmin mülki iş üzrə məhkəmə qətnaməsi, qərardadı və ya qərarı qəbul edilənədək Hüseynov Füzuli Əlirza oğlu Bakı şəhəri, Narimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1, 20 saylı manzil üzrə mülki işdə iddiaçı tərəf İddiaçı onun üçün ayrılmış zirzəmidə faktiki yaşadığı və qeydiyyatda olduğu hissəsi ilə "xxxx" MMC arasında ayrıca şərtli müqavilə bağlanılmasına və yaşadığı sahə üzrə kirayə haqqının X2 verilməsinə etiraz etmir. Hüseynov Füzuli Əlirza oğlu qeyd olunan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, qararı və ya qərardadından irəli gələcək hüquqlarla və ya vəzifələrlə bağlı "N-Turan” MMC ilə qeyd-şərtsiz yeni müqavilə bağlamağı və ya hazırki "Şərtli müqavilə”dən İddiaçı ilə bağlı heç bir iddia və tələb irəli sürmədən imtina etməyi öhdəsinə götürür; Cavabdeh1 MMC tərəflər arasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin məhkəmədə baxılması və nəticələri üzrə tərəflərin atacağı hüquqi addımlarla bağlı araşdırmanın dəqiq müddətinin müəyyən edilməsinin mümkünsüzlüyünü və layihə üzrə digər mülkiyyətçilərlə bağlanılmış müqavilələrdə göstərilmiş müddətdə öhdəliyi yerinə yetirmək və mümkün əsassız maliyyə itkisinin qarşısının alınması məqsədilə mübahisə tərəflərilə şartli müqavilənin bağlanılmasını məqsədəmüvafiq hesab edərək qeyd olunan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, qərarı və ya qərardadından irəli gələcək hüquqlarla və ya vəzifələrlə bağlı mübahisə Hüseynov Füzuli Əlirza oğlunun xeyrinə olacağı təqdirdə onunla mübahisa olunan bütün sahə, yəni 96,5 kv metr sahə üzrə qeyd-şərtsiz yeni müqaviə bağlamağı öhdəsinə götürür. Bağışlama müqaviləsi ilə bağlı məhkəmə qaətnamələri var və həmin qətnamələr şərtli müqavilənin üzərində qur ulub. İddia tələbi heç bir maddi hüquq normasına əsaslanmır. Texniki yalnışlıq olsaydı belə, müqavilə ləğvi tələb olunardı. Ümumiyyətə Elvira xanım kimdir? Tərəf kimi tanınırmı? İddia tələbi gülüncdür. Əmlak heç daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2938/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Nigar Nəbizadə)
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatlarda qeyd olunanları texniki səhvin aradan qaldırılması olaraq məhkəməyə təqdim etsə də, faktiki olaraq müraciətin əsasında müqaviləyə düzəliş edilməsi tələbi durur. Halhazırda texniki səhvin düzəldilməsi xahiş edilən müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, eyni zamanda İddia çı ilə Hüseynov Füzuli Əlirza oğlu arasında 2018-2019-cu illəri əhatə edən və faktiki olaraq eyni daşınmaz əmlak ətrafında yaranan məhkəmə mübahisələri mövcud olmuş, Hüseynov Füzuli Əlirza oğlu xx.xx.2023-cü il tarixdə ölmüş, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
17. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində mülkiyyətçinin adının dəyişdirilməsi xahiş edilən müqavilənin tərəfi deyil. Müqavilədə mülkiyyətçi olaraq Cavabdeh2 qeyd olunmuş, bununla yanaşı müqavilənin tərəflərin rekvizitləri hissəsində həmin şəxsin etibarnamə əsasında çıxış etməsi göstərilmişdir. X15 Əlirza oğlunun yalnız 15 kv metr sahəsi olan daşınmaz əmlakın mülkiyyətçisi olması, müqavilənin isə 2 otaqlı, sahəsi 71,2 kv metr olan daşınmaz əmlak barədə bağlanması işin mübahisələndirilməyən hallarındandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
18. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı sırf potensial vərəsə olması Hüseynov Füzuli Əlirza oğlunun sağlığında bağlanmış və icra edilmiş müqaviləyə hər hansı dəyişiklərin edilməsinə əsas vermir
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 421 və 422-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
21. Apellyasiya şi kayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün araşdırma aparmamışdır. Həmin mənzilə dair mülkiyyət hüququ Bakı şəhər, İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsində 388№-li reyestr kitabında 55806-cı səhifəsində qeydəalma 30, 25104 №-ə ilə xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmış və MH seriyalı 064409№-li qeydiyyat vəsiqəsi ilə verilmişdir. Mülkiyyətində olan mənzili xx.xx.2005-ci il tarixdə bağışlanma müqaviləsi ilə övladı X4 bağışlamışdır. X14 Əlirza oğlu xx.xx.2023-cü ildə vəfat etmişdir. Gəlini sözügedən etibarnamə ilə onu evdən çıxararaq, mənzildən istifadəsinə məhdudiyyət qoymuşdur. Qeyd etmişdir ki, övladına xx.xx.2014-cü il tarixdə “Şizofreniya Paranoid forma” diaqnozu qoyulmuş və 1saylı Respublika Psixatriya Xəstəxanasında müalicə almışdır, ünvan 6 ünvanladığı müraciətə cavab olaraq xx.xx.2014-cü il tarixdə №3742 arayışdada qeyd olunmuşdur ki, övladım “Şizofreniya paranoid forma” diaqnozundan əziyyət çəkir. Hüseynov Füzuli Əlirza oğlunun anlaqsız vəziyyətindən istifadə edərək Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli 7E-3571 nömrəli etibarnamənin qannusuz olmasını məhkəmə nəzərə almamışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 fevral 2025-ci il tarixli 2(103)514/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qimsən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2938/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmələ iddia qismən təmin olunması, Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəs i 96 kv metr olan 3 otaqlı mənzilə dair "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqavilədən əmələ gəlmiş hüququn 1/10 hissəsinə - İddiaçı, 1/10 hissəsinə - X6, 1/10 hissəsinə - X7, 1/10 hissəsinə - X5, 6/10 hissəsinə - Cavabdeh2 miras payının müəyyən edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.
23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqavilənin kimin tərəfindən bağlanmasından asılı olmayaraq bu müqavilə əsasında yaranmış mülki hüquq və vəzifələr ər-arvad olan Cavabdeh2 ilə Hüseynov Füzuli Əlirza oğluna bərabər şəkildə məxsusdur. Belə ki, təhvil verilmiş mənzilə hüquqlar onların ümumi əmlak aktivinə daxil olmuşdur. Daşınmaz əmlakın gələcəkdə Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınması həmin mənzil ü zərində bərabər pay hüququnun mərhum Hüseynov Füzuli Əlirza oğlunun miras əmlakına daxil olmasını istisna etmir.
24. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv metr olan 3 otaqlı mənzil ər-arvada Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1 sahəsi 15 kv metr olan 20 saylı 1 otaqlı mənzilin xx.xx.2005-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən Hüseynov Füzuli Əlirza oğlunun mülkiyyətinə keçməsi, habelə birgə nikahda olarkən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 1 saylı evin altındakı 41,4 kv metrdən ibarət zirzəminin Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 69 saylı sərəncamına əsasən Hüseynov Füzuli Əlirza oğluna ayrılması nəticəsində y aranmış əmlakın əvəzinə verilmiş olsa da, xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqavilənin birgə nikah dövründə bağlandığı bununla da Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələrinə uyğun olaraq nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiya ilə ehtiva edildiyi nəzərə alınmalı, xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqaviləyə əsasən Cavabdeh2 ilə Hüseynov Füzuli Əlirza oğlunun mənzilun üzərində yaranmış hüquqa payları bərabər şəkildə müəyyən edilməlidir.
25. Məhkəmə hesab etmişdir ki, iddianın “Cavabdeh1 MMC-nin inşa etdiyi Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv metr olan 3 otaqlı mənzilə dair 85 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilənin Cavabdeh1 MMC ilə Hüseynov Füzuli Əl irza oğlu arasında bağlanmış hesab edilməsi” hissəsində rədd edilməsi onun ölmüş oğlunun vərəsəsi olaraq tanınmasını, Mülki Məcəllənin müvafiq maddələrinə əsasən miras əmlakdakı payının müəyyən edilməsini istisna etmir.
26. Belə olan halda, tərəflərin miras əmlakdakı payları müəyyən edilməli, paylar müəyyən edilərkən Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv metr olan 3 otaqlı mənzilə Cavabdeh2 ilə Hüseynov Füzuli Əlirza oğlunun birgə nikahda olduqları dövrdə əldə edildiyi, onların əmlakdakı paylarının bərabər hesab edildiyi, sonuncunun-mirasqoyanın hüququ yaranmış paya münasibətdə İddiaçı birinci növbədən vərəsəsi olduğu nəzərə alınmalılıdır.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 386, 390, 404, 405, 421, 423, 424, 1133, 1134, 1145, 1146, 1151, 1159 və 1321-ci maddələrinə, " Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-514/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, Hüseynov Füzuli Əlirza oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu tarixdən sonra İddiaçı öz hüquqlarını reallaşdırmaq üçün müəyyən edilmiş qaydada və müddətdə əmlakın yerləşdiyi yer üzr ə müvafiq orqana ərizə verməmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən müddət ötürülmüşdür. Əlavə olaraq bildiririk ki, Hüseynov Füzuli Əlirza oğluna sağlığında Cavabdeh2 baxmışdır. Vəfatından sonra da bütün xərcləri (dəfn, mərasimin keçirilməsi ilə əlaqədar və s.) də Cavabdeh2 tərəfindən çəkilmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, İddiaçı mübahisələndirdiyi Bakı şəhəri, Ü.Bünyadzadə küçəsi ev 1, mənzil 20-də 2005-ci il tarixdən yaşamır. Mülki Məcəllənin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qəra rı hazırki münasibətlərə tətbiq edilə bilməz. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən maddi hüquq norması pozulmuşdur.
30. İddiaçı Bakı şəhəri, Ü.Bünyadzadə küçəsi ev 1, mənzil 20-də yerləşən əmlakı qanun üzrə əldə etməmiş və faktiki olaraq əmlaka sahiblik etməmişdir. Eyni zamanda vurğulanmalıdır ki, iddiaçı tərəfindən əmlakın yerləşdiyi yer üzrə notariat orqanına qanun üzrə əmlakın qəbul edilməsinə dair ərizə də verilməmişdir. Bakı Apellyasiya Məhkəməsində bu barədə verdiyi izahatlar nəzərə alınmamış, bu hissədə də maddi hüquq normaları kobud şəkildə pozulmuşdur.
31. İddiaçı Cavabdeh2 Hüseynov Füzuli Əlirza oğlunun verdiyi xx.xx.2018-ci il tarixdə 7E-3571 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə e2(005)-632/2025 saylı mülk i iş həll edilənə kimi icraatda olan 2(103)-514/2025 saylı mülki iş üzrə icraatının dayandırılması barədə qərardad qəbul etməyi xahiş etmiş, işə baxan məhkəmə tərkibi nəinki ərizəni müzakirə etmiş, hətta iş üzrə qəbul etdiyi qətnaməsində belə bu hala münasibət bildirməmiş və prosessual hüquq norması pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun işti rakçıları arasında müqavilə olmalıdır
35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
36. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
37. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
38. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tə rəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
39. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
40. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
41. Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razıl aşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
42. Maddə
423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı q ayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
43. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.
44. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
45. Maddə 1134. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
46. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
47. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
48. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarını n (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
49. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
50. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
60. Cavabbeh Cavabdeh2 Əbdürəhim qızı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
61. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına d air dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəmə si yeni sübut qəbul etmir.
62. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabeh Cavabdeh2 Əbdürəh im qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (103)-514/2025 nömrəli iş üzrə 4 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.