Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1808/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X7 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili Xi oğlu, Cavabdeh, nümayəndəsi və vəkili Xoğlunun iştirakı ilə, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 07 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin (hakim Ç.Ə.İsgəndərov) x nömrəli, 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmi ş, İddiaçı işdən azad olunması barədə Cavabdeh ASC-nin 06.05.2019-cu il tarixli, 01 saylı əmrinin ləğv edilməsi və onun Cavabdeh ASC-yə baş iqtisadçı işinə bərpa edilməsi, iddia ərizəsinin qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), Z.İ.Məmmədov və S.A.Qafari) xnömrəli, 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şabran Rayon Məhkəməsinin x saylı, 01 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa və s. tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. İŞİN HALL ARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 may 1987-ci ildən Cavabdeh ASC-də baş iqtisadçı vəzifəsində işləməyə başlamışdır. İşlədiyi müddətdə dəfələrlə qanunsuz işdən azad olunmuş, lakin yekun məhkəmə qərarları ilə yenidən işə bərpa edilmişdir. Sonuncu dəfə 06.05.2019-cu il tarixdə işdən azad olunmuşdur. ASC-nin ştamp və möhürünün onda olmasına baxmayaraq, saxta əmr tərtib olunmuşdur. Eyni zamanda cəmiyyətin üzvləri razılaşaraq qanunsuz əmrlər verən, müəssisənin intizam qaydalarını kobud pozan ASC-nin İdarə Heyətinin sədri X2 işdən azad etmişlər. Hazırda qanunsuz işdən azad olunmuş və əmək hüquqları pozulmuşdur. O cümlədən, istifadə etmədiyi əmək məzuniyyətinə görə ko mpensasiya verilməlidir. Göstərilənlərə əsasən, onun işdən azad olunması barədə Cavabdeh ASC-nin 06.05.2019-cu il tarixli, 01 saylı əmrinin ləğv edilməsi və onun Cavabdeh ASC-yə baş iqtisadçı işinə bərpa edilməsi, həmçinin istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanaraq verilməsi, onun cəmiyyətin üzvlərilə razılaşıb verdiyi 02 aprel 2019-cu il tarixli, 01 saylı əmrin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 07 noyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh, nümayəndəsi və vəkili X oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 07 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsin in iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Cavabdeh ASC-nin İdarə Heyətinin sədri X1 06 may 2019-cu il tarixli, 01 saylı əmrindən görünür ki, ASC-də baş iqtisadçı vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 06.05.2019-cu ildən x itam verilmişdir. Cavabdeh ASC-nin sədri kimi İddiaçı tərəfindən verilmiş 02 aprel 2019-cu il tarixli, 01 saylı əmrdən görünür ki, X4 uzun müddət (9 aydan çox) heç bir üzürlü səbəb olmadan işə çıxmadığına görə tutduğu vəzifədən azad olunmuşdur. Şabran Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ASC-yə məxsus bir ədəd möhür, bir ədəd ştampın cavabdeh İddiaçı qanunsuz sahibliyindən ASC-yə geri qaytarılması qət edilmişdir. Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağının 01.03.2018-ci il tarixli qərarından görünür ki, X4 Cavabdeh ASC-nin sədri seçilmişdir. 02.07.2018-ci il tarixli etibarnamədən görünür ki, X4 Cavabdeh ASC-nin sədri kimi ona aid olan səlahiyyətləri İddiaçı etibar etmişdir. 05.05.2008-ci il tarixli qiymətli kağız sahiblərinin reyestrindən gö rünür ki, Cavabdeh ASC-nin buraxdığı 82341 qiymətli kağız dövlət reyestrində qeydə alınmışdır. Səhmlərin 61.8222 %-i X5, 30.0130%i X3, 0.1105 %-i isə İddiaçı məxsusdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 10 may 1987-ci ildə Cavabdeh ASC-də baş iqtisadçı vəzifəsində işləməyə başlamış, 06 may 2019- cu il tarixdə ASC-nin sədri X1 01 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işdən azad olunmuşdur. Hazırda iddiaçı qeyd edilən əmri qanunsuz hesab edir. Eləcə də özü tərəfindən verilmiş 02.04.2019-cu il tarixli, 01nömrəli əmrin qüvvədə saxlanılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh ASC Azərbaycan Respublikasında aparılan özəlləşmə prosesində açıq səhmdar cəmiyy əti formasında yaradılan hüquqi şəxsdir. SC-in idarəedilməsi Mülki Məcəlləyə və Cəmiyyətin Nizamnaməsinə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Həmin Məcəllənin 107.1.3-cü maddəsinin tələblərinə görə isə cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək (bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin) Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Göstərilən Məcəllənin 107-1.3-107-1.4-cü maddələrinə əsasən səhmdarların ümumi yığıncağı, direktorlar şurası və yaxud icra orqanı tərəfindən çağırılrı və yığıncağın çağ ırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Qeyd olunan Məcəllənin 107-2.1-ci maddəsinin tələblərinə görə səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, daha öncə sadalanan hüquq normalarının heç birinə əməl edilmədən İddiaçı səlahiyyət həddini aşaraq 02 aprel 2019-cu il tarixdə, 01 saylı əmrlə X1 ASC-in sədri vəzifəsindən aza d etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Göstərilən Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd olunan Məcəllənin 71-ci maddəsini n 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Sözügedən Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifəl ərinin kobud şəkildə pozulması hesab edilir. Qeyd olunan hüquq normalarının tələblərindən görünür ki, işəgötürənlə əmək münasibətlərinə daxil olan işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına riayət etməli, işəgötürənə zərərlə nəticələnəcək hərəkətlərdən çəkinməli, vəzifə öhdəlikləri həddində onun mənafeyini qorumalıdır. İşəgötürən işçinin qeyd olunan kobud hüquqazidd hərəkətləri səbəbilə işçi ilə əmək münasibətlərinə xitam verə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətb iq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası İddiaçı kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC-nin müvəqqəti idarə edilməsinə dair ona verilən 02.07.2018- ci il tarixli etibarnamədən sui-istifadə edərək ASC-yə məxsus möhür və ştampı götürmüş, ASC-nin sədri seçilmədiyi halda sədr vəzifəsini tutmuş, səlahiyyəti olmadığı halda ASC-nin sədri X1 tutduğu vəzifədən azad olunmasına dair qanunsuz əmr qəbul etməklə onun fəaliyyətinə maneə olmuş, kobud hüquqazidd hərəkətlər edərək ASC-nin qanuni mənafeyinə ciddi xələl gətirmiş və nəticədə onu gəlirindən məhrum etmişdir. Məhkəmə kollegiyası göstərilən səbəblərdən hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələr inin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 07 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 07 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1808/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1808/2020
12.03.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver