Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1808/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:Əmlakın hərracdan satılması) 31.07.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül və Şəfiyev İspəndiyar Əsəd oğlundani barət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2(103)823/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Fəxri qızı ilə Cavabdeh arasında xx.xx.1995-ci il tarixdə rəsmi nikah bağlanmış və onlar arasında bağlanmış nikaha xx.xx.2018-ci il tarixdə xitam verilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Fəxri qızı ilə Cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Ə.Cavad və Y.İbrahimli küçələrinin kəsişməsində yerləşən “A Glamur” gözəllik salonu və moda evində işlədilən 1) 1 ədəd ağ rəngli 1.27x1.07x0.55m ölçülü resepşn- 270 manat: 2) 1 ədəd saatlı,taxta çərçivəli, 1.25mx1.25m ölçülü dekorativ güzgü-1450 manat, 3) 1 ədəd 5 seksiyalı (2 böyük, 3 balaca), 2.20x1.30m ölçülü dolab-250 manat 4) klassik üslüblü qızılı rəngli 2 divan-2 kreslo-1böyük jurnalmasası dəsti-4700 manat 5) qəfəs dizaynlı 20 şamdanlı xrustalçilçıraq- 17 00 manat 6) 1mx1m ölçülü divar tabolu-130 manat 7) klassik üsullu, taxta çərçivəli, 1mx0.80m ölçülü güzgü-1 ədəd 550 manat olmaqla,cəmi 3300 manat 8) 1x0.50m ölçülü, 2 rəfli tumba- 1 ədədi 300 manat olmaqla,cəmi 1800 manat 9) manikür üçün olan dəmir ayaqaltı- 1 ədəd 40 manat olmaqla,cəmi 240 manat 10) dəri örtüklü, taxta qoltuqlu kreslo ədnirəzü) rəng qopuqları və dəridə zədələnmələr aşkarlandı) -1ədəd 110 manat olmaqla,cəmi 660 manat 11) 1 ədəd ağ klassik üsüllü 3 hissəli, şüşə qapılı, 1.55x1.45x0.15m ölçülü komodlu dolab- 1300 manat 12) 1 ədəd “Rumyes” markalı 171 tutumlu avtoklav- 1650 manat 13) quraşdırılmış dolab (2 ədəd) -600 manat (ekspertizaya təqdim olunmamışdır) 14) 1 ədəd 2.40x2.20m ölçülü, 6 böyük, 3 balaca şkaflı, qanad, qaz peçi və aspiratorlu mətbəx mebelis üzərində zədələr və çatlar aşkarlandı- 850 manat 15) 1 ədəd dəsmal üçün 3 hissəli, 1.30x0.40x0ş60m ölçülü divar şkafı- 90 manat 16) 2 ədəd baş yumaq üçün çanaq- 1200 manat 17) 1 ədəd “Egg ceriotti” markalı İtaliya istehsalı olan saç qurutma aparatı- 280 manat 18) 1 ədəd klassik üsublu divan-kreslo dəsti- 2250 manat 19) pərdələr- 300 manat (ekspertizaya təqdim olunmamışdır) 20) 1 ədəd ağ rəngli 1.70x50m ölçülü kamod-750 manat 21) 1 ədəd 2.20x1.20m ölçülü çərçivəli lampalı güzgü-700 manat 22) 2x0.50m ölçülü 4 mərtəbəli 3 siyirməli dolab- 1 ədəd- 620 manat olmaqla,cəmi 1240 manat dəyərində 23) 1 ədəd 2.10x0.80x0.80m ölçülü 3 mərtəbəli, 1 siyirməli dolab-48- manat 24) 1.20x0.20m ölçülü ağ rəngli rəflər -1 ədədi 40 manat olmaqla,cəmi 120 manat 25) 1 ədəd “Gree” markalı kpndisioner-650 manat 26) 1 ədəd “MDV” mar kalı, 24HRN1 modelli kondisioner-550 manat 27) 1 ədəd 2.20x35m ölçülü ağ rəngli, qızıllı işləməli uzun kamod-720 manat 28) 1 ədəd 2.20x1.20m ölçülü qızılıçərçivəli lampalı güzgü-700 manat 29) 1 ədəd kiçik ölçülü dolab-220 manat 30) 1 ədəd 3 rəfli, 0.60x0.50 ölçülü, üzəri rəsmliaçarlı tumba-150 manat 31) 1.20x0.20m ölçülü ağ rəngli divar rəfləri- 1 ədədi 40 manat olmaqla, cəmi 80 manat 32) 1 ədəd klassik üslublu, taxta işləməli, dəri örtüklü ag kreslo-180 manat 33) 1 ədəd kuşetka- 280 manat 34) 1 ədəd çanaqlı,2.90x0.60x0.30m ölçülü mətbəx mebeli-1200 manat 35) 1 ədəd “Gree” markalı kondisioner- 650 manat 36) 1 ədəd 2015-ci il buraxılışlı“Candela GentleLase Pro” markalı lazer aparatı- 60000 manat 37) 1 ədəd ”ayakniteÇ“ markalı, 10KVA, 220V tənzimləyici-350 manat 38) 1 ədəd ag rəngli, taxt a işləməlistul. ədnirəzÜ) rəng qopuqları aşkarlandı) -80 manat 39) 1 ədəd klassik üslüblü, qəhvəyi rəngli taxta çərçivəli oval formalı böyük divar güzgüsü -530 manat 40) 1 ədəd parça ğrtüklü kreslo-230 manat 41) pedikür üçün vanna -800 manat (ekspertizaya təqdim olunmamışdır) 42) manikür masası-1 ədədi 250 manat olmaqla,cəmi 500 manat 43) 1 ədəd Sony markalı, 48VV605B modelli televizor- 520 manat 44) 1 ədəd şüşə qapılı, 0.85x0.55 ölçülü tumba-110 manat 45) 1 ədəd klassik üslüblü, qəhvəyi rəngli taxta çərçivəli oval formalı böyük divar güsgüsü-530 manat 46) pərdələr- 300 manat (ekspertizaya təqdim olunmamışdır) 47) 1 ədəd çanaq - 60 manat 48) ağ rəngli örtüklü, dəmir ayaqlı balaca kreslo – 1 ədədi 140 manat olmaqla, cəmi 420 manat 49) ağ rəngli 0.50x15m ölçülü rəflər- 1 ədədi 30 manat olma qla,cəmi 240 manat 50) 1 ədəd “Buryusa” markalı, 2 gözlü soyuducu-330 manat 51) 1 ədəd 280 manat dəyərində mətbəx stol- 4 stul dəsti 52) 1 ədəd “Aqua” markalı dispenser-280 manat 53) mətbəx qab-qacağı-2000 manat (ekspetizaya təqdim olunmamışdır) 54) 1 ədəd açarlı dolab-330 manat 55) 1 ədəd 1.65x0.50 ölçülü çərçivəli güzgü-550 manat 56) 1 ədəd yazımasası -180 manat 57) tələb olunmuş 10 ədəd üzəri güllü parçalıstuldan ekspertə təqdim olunmuş 2 ədədi- 1 ədədi 75 manat olmaqla,cəmi 150 manat; 58) 2 ədəd uzun, 2 ədəd balaca ölçülü rəflər- 50 manat (ekspertizaya təqdim olunmamışdır) 59) böyük dolab- 1100 manat (ekspertizaya təqdim olunmamışdır) 60) 1 ədəd divar rəfi-50 manat 61) 1 ədəd divan kiçik) ölçülü)- 150 manat 62) 1 ədəd masa və taburetlər-250 manat 63) 1 ədəd ”tisednİ“ markalısoyuducu-55 0 manat 64) 1 ədəd “LG”markalı,F14480YD5 modelli 6 kq tutumlu maşın-600 manat 65) 10 şamdanlı bronz xrustalçılçıraq- 1 ədədi 450 manat olmaqla,cəmi 1350 manat 66) bra 2 ədəd-150 manat (ekspertizaya təqdim olunmamışdır) 67) qırmızı rəngli vizaj kreslosu3000 manat (ekspertizaya təqdim olunmamışdır) 68) 1 ədəd 2.20x1.60m ölçülü ag çərçivəli güzgü-850 manat 69) 1 ədəd klassik üslublu qızılı rəngli kamod-450 manat 70) klassik üslüblü ag rəngli kamod- 1 ədəd 500 manat olmaqla,cəmi 1000 manat 71) 1 ədəd quraşdırılmış dolab (paltar asılan)-430 manat 72) 1 ədəd ag klassik üslublu 1.70x1.10 ölçülü resepşn-1300 manat 73) Divan, kreslo, jurnalmasası- 1000 manat (ekspertizaya təqdim olunmamışdır) 74) 0.70x0.65m ölçülü ag rəngli tumba -1 ədəd 450 manat olmaqla,cəmi-900 manat 75) 1 ədəd “Samsung” markalı LA40B550K1RXZN modelli 110 diametrli televizor-650 manat 76) 1 ədəd quraşdırılmış rəflər- 200 manat 77) 1 ədəd klassik üslublu rəfli dolab -1100 manat 78) 1 ədəd klassik üslublu böyük ölçülü dolab 1800 manat 79) 1 ədəd etajerca formalı kiçik ölçülü dolab -1050 manat 80) 2.20x1.60m ölçülü ag taxta çərçivəli güzgü -1 ədəd 850 manat olmaqla, cəmi 3400 manat 81) 10 şamdanlı böyük ölçülü xrustalçılçıraq -1ədədi 2300 manat olmaqla, cəmi 4600 manat 82) 1 ədəd çilçıraq sadə- 530 manat 83) 1 ədəd qızılıçərçivəli 1.70x0.50 ölçülü güzgü- 570 manat 84) pərdə- 800 manat (ekspertizaya təqdim olunmamışdır) 85) 1 ədəd klassik üslublu divan-kreslo və masa dəsti-6500 manat 86) 1 ədəd divar boyu quraşdırılmış ağ rəngli dolab- 2200 manat 87) kuşetka -1 ədədi -280 manat olmaqla,cəmi 560 manat 88) Pərdə və tab lo - 500 manat (ekspertizaya təqdim olunmamışdır) 89) 1 ədəd dolab - 950 manat 90) 1 ədəd kamod - 450 manat 91) 1 ədəd ag klassik üslublu taxta çərçivəli divar güzgüsü -630 manat 92) 1 ədəd yazımasası- 190 manat 93) 1 ədəd pufik - 250 manat 94) divar rəfi - 1 ədəd 65 manat olmaqla,cəmi -130 manat 95) 1 ədəd qara çərçivəli 1.70x60 ölçülü güzgü - 330 manat adda əşyaların üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh pay hüquqlarının müəyyən edilməsi və həmin əşyaların onların ümumi paylı mülkiyyəti hesab olunması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “əmlakın hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan 95 adda əşyaların hərracdan satılması və tərəflər arasında satış pulunun mütənasib qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 21 noyabr 1995-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 01 oktyabr 2018-ci il tarixə kimi birgə yaşamışlar. Bakı şəhəri, Səbail rayon məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Nikah pozulan vaxtdan hal-hazıra kimi iddiaçı, Bakı şəhəri, Əhməd Cavad və Y.İbrahimli küçələrinin kəsişməsində yerləşən “A Glamur” gözəlik salonu və moda evini şəxsi hesabı ilə təmir etdirərək ora lazım olan bütün əşyaları almışdır. Cavabdehlə aralarında olan nikah pozulduqdan sonra onu sözügedən mənzildən çıxarmış, lakin bütün əmlak həmin mənzildə qalmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli qətnaməsi ilə sözügedən əşyalar üzərində onun və cavabdehin hər birinin payı ½ hissədə müəyyən edilmiş və sonradan həmin qətnamə qanuni qüvvəyə minmişdir.
5. Bakı şəhəri, Səbail Rayon məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(009)1921/2024 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın təmin edilərək, iddiaçının ½ hissədə və cavabdehin ½ hissədə paylı mülkiyyəti kimi tanınmış yuxarıda sadalanan 95 adda əşyaların hərraca çıxarılaraq satılması və əşyaların satışından əldə olunmuş pul vəsaitinin əmlakdakı paylara mütənasib surətdə tərəflər arasında bölünməsi qət edilmişdir.
6. Məhkəmə, toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, tərəflərin paylı mülkiyyətində olan və yuxarıda qeyd olunan əşy alar bölünməz əşyalar kateqoriyasına daxil olduğundan, onların naturada bölgüsü mümkün olmadığından, həmin əşyalar həraca çıxarılaraq satılmalı və satış pulu paylı mülkiyyətçilərin paylarına mütənasib şəkildə bölüşdürülməlidir.
7. Məhkəmə, öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 213, 220-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdi r.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli 95 adda daşınar əşyaların üzərində tərəflərin arasında ½ hissədə pay hüququ müəyyən edilmişdir və həmin əşyaların natura qaydasında bölünməsi mümkün deyildir. Qeyd edilən qanunvericiliyə əsasən paylı mülkiyyətdə əmlaka dair hər bir mülkiyyətçi payına uyğun olaraq digər mülkiyyətçidən kompensasiya tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı bu günə kimi paylı mülkiyyətdə olan 95 adda əmlakın kompensasiyasının ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara zidd olaraq həmin maddələrdə nəzərdə tutulmuş ardıcılıq qaydalarını pozmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 2 20.3-220.4-cü maddələrdə nəzərdə tutulmuş ardıcılıq qaydalarını pozaraq əsassız qətnamə qəbul etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2(103)823/2025 saylı qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən, məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə qarşı “əmlakın hərracda satılması” tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdirdir.
12. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd e tmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, mübahisəli əmlakların açıq hərracda satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir.
13. Belə olan halda həmin daşınar əmlakların paylı mülkiyyətçilər arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli əmlaklar satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilər arasında öz paylarına uyğun bölünməlidir.
14. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mövcud mübahisənin həlli qaydası kimi istinad etdiyi qanunvericilik normaları ilə razılaşmamış və qeyd etmişdir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respubli kası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli Qərardadına əsasən ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru 221-ci maddəsi ilə tənzimlənir. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyət çilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərra cdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracda satılması.
16. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracda satılmasını qət etməlidir. İddiaçılar əşyanın hərracda satılmasını tələb e tmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
17. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsiimkanı nəzərdə tutulmuşdur.
18. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müə yyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalıdır.
19. Hazırkı halda apellyasiya şikayətinin dəlilindən göründüyü kimi, cavabdeh tərəf həmin əşyalarla bağlı kompensasiyanın ödənilməsi tələbinin olmadığını qeyd edir. Lakin bununla bağlı vurğulanmalıdır ki, yuxarıda qeyd edilənlərə əsasən birbaşa fiziki bölgünün mümkün olmadığı halda hərracda satılma mərhələsinə keçilməlidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, ilk öncə mülkiyyətçilər arasında yalnız onların iştirakı ilə qapalı hərrac keçirilməli, burada satınalma baş tutmadığı halda isə əşyalar açıq hərrac vasitəsi ilə realizə edilməlidir.
20. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli Qərardadına və Mülki Məcəllənin 221-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul ed ilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında göstərilir ki, “məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcılıqla tətbiqedilməsindən sonra mümkündür”. Yəni, ilk öncə mübahisəli əmlakın üzərində tərəflərin payının müəyyən edilməsi, daha sonra mübahisəli əmlakın üzərində na tura qaydasında bölünmə olub-olmamasının müəyyən edilməsi, olmadığı halda paylı mülkiyyətçi digər paylı mülkiyyətçidən kompensasiya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi, artıq kompensasiya tələbi ilə bağlı yekun məhkəmə aktı qəbul edildikdən sonra isə (iddia tələbi rədd olunduqda) mübahisəli əmlakın hərracda satılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edilməlidir. İş materiallarından görünür ki, mübahisəli 95 adda daşınar əşyaların üzərində tərəflərin arasında ½ hissədə pay hüququ müəyyən edilmişdir. Həmin əşyaların natura qaydasında bölünməsi isə mümkün deyildir. İş materiallarından məlum olur ki, iddiaçı bu günə kimi paylı mülkiyyətdə olan 95 adda əmlakın kompensasiyasının ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3–220.4-cü maddələrində nəzərdə tutulmuş ardıcılıq qaydaları pozulmuşdur və hazırki iddia tələbi qaydalara zidd olan tələbdir. Apellyasiya instansiyası məhkəməsidə birinci instansiya məhkəməsi kimi qeyd etdiyimiz qanun tələblərinə riayət etməyərək Mülki Məcəllənin 220.3–220.4-cü maddələrdə nəzərdə tutulmuş ardıcılıq qaydalarını pozaraq əsassız qətnamə qəbul etmiş, öz qətnaməsini bir sıra qanun normaları ilə əsaslandırsa da, həmin qanun normalarını düzgün təvsir etməmiş, qeyd edilən maddi hüquq normalarını düzgün tədbiq etməmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
25. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
26. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
27. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada a yrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
28. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
29. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi ə mlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
30. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
33. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçil ər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmu ş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
46. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəəmsinin hüquqi mövqeyi
47. Kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
49. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya mə hkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli Qərardadına əsasən, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru 221-ci maddəsi ilə tənzimlənir.
50. Bu baxımdan mübahisəli əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin n övü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.
51. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracda satılması.
52. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracda satılmasını qət etməlidir. İddiaçılar əşyanın hərracda satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılm aqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
53. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsiimkanı nəzərdə tutulmuşdur.
54. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalı dır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalıdır.
55. Hazırkı halda apellyasiya şikayətinin dəlilindən göründüyü kimi, cavabdeh həmin əşyalarla bağlı kompensasiyanın ödənilməsi tələbinin olmadığını qeyd edir. Lakin bununla bağlı vurğulanmalıdır ki, yuxarıda qeyd edilənlərə əsasən birbaşa fiziki bölgünün mümkün olmadığı halda hərracda satılma mərhələsinə keçilməlidir. Bu halda qeyd edilməlidir ki, ilk öncə mülkiyyətçilər arasında yalnız onların iştirakı ilə qapalı hərrac keçiril məli, burada satınalma baş tutmadığı halda isə əşyalar açıq hərrac vasitəsi ilə realizə edilməlidir.
56. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yux arıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qə r a r a a l d ı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2(103)-823/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.