Məhkəmə qərarları › İş №2(102)-1809/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1809/2024

04.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1809/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil – Tikinti Kooperativinə qarşı, üçüncü şəxs X11 İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzil mübahisələri; mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı sənədlərin və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi barədə ilkin, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-364/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X21 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəli mənzil Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 14 saylı binanın 23-cü mənzilidir (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil).

2. İddiaçı ilə "xxxx" ASC arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” xx.xx.2011-ci il tarixli müqavi lə bağlanmışdır.

3. Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən verilən yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün xx.xx.2014-cü ilə, 2013-cü ilin mart ayına aid olan qəbzlərə əsasən iddiaçı tərəfindən mübahisəli mənzil üçün 40 manat əmlak vergisi ödəmişdir. 4. "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən verilən 18 avqust 2016-cı il tarixli xəzinə mədaxil orderinə əsasən İddiaçı tərəfindən ünvan 2 ünvanı üçün 133,10 manat məbləğində əmlak vergisi ödənilmişdir. 5. 2018-ci ilə aid olan kassa mədaxil qəbzlərinə görə İddiaçı tərəfindən kommunal xidmətlərə görə 50 manat ödəniş edilmişdir. 6. "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan 11 may 2018-ci il tarixli çıxarışa görə X21 (bundan sonra - üçüncü şəxs) öz ərizəsi əsasında MTK-ya üzv kimi qəbul edilmiş və mübahisəli mənzil ona verilmişdir. MTK tərəfindən X11 borcunun tam ödənilməsi və borcunun olmamasına dair xx.xx.2018-ci il tarixli maliyyə arayışı, həmçinin forma 2 arayışı verilmişdir. Forma 2 arayışında üçüncü şəxsin mübahisəli mənzildə yaşaması və mənzilin sahibi olması qeyd olunmuşdur. Həmin protokoldan çıxarış, forma 2 arayışı və verilmiş maliyyə arayışı əsasında mübahisəli mənzil xx.xx.2018-ci il tarixdə X11 mülkiyyətinə keçmişdir və hazırda mülkiyyətindədir.

7. İddiaçı ilə “Azəriqaz” İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə xx.xx.2021-ci il tarixli, AKX03442xx/xx-2021 saylı müqavilə bağlanmışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(001)478/2021 saylı qətnaməsinə əsasən X11 X14, X9 (iddiaçının ailə üzvləri) qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin olunmuş, X22, X15 və onların övladları İddiaçı Fazil qızı, X7 mübahisəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq X16 təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK üzvlərinin ümumi iclasının mübahisəli mənzilin üçüncü şəxsə verilməsi barədə 11 may 2018-ci il tarixli protokolunun, forma 2 arayışının, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi və məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rü sumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdeh MTKdan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil MTK tərəfindən 2002ci ilin ortalarında kooperativə üzv qəbul edilməklə ona verilmişdir. Ümumi sahəsi 215,11 kvadrat metr olan həmin mənzilə görə 47,324 manat məbləğində pul vəsaitini ödəməli olduğu halda, 5000 manat borcu qalmaqla, həmin pul vəsaitinin 42324 manatını ödədikdən sonra Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışı və qəbzi də ona təqdim etmişdir. Sonradan tərəfindən xeyli məbləğdə pul vəsaiti sərf edilməklə mənzildə təmir işləri aparılaraq, təqribən 2003-cü ilin ortalarında oğlu X22, onun arvadı X15, övladları İddiaçı Fazil qızı və X17 ilə birlikdə hə min mənzilə köçmüşlər və orada yaşayırlar. Hal-hazıradək, yəni 19 il ərzində fasiləsiz olaraq həmin mənzildə ailəsi ilə bir yerdə yaşayır və bütün kommunal xərcləri ödəyir, nə MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməmişdir. Lakin 2020-ci ilin əvvəllərində həmin mənzili rəsmiləşdirmək qərarına gəldikdə, MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarışın və qəbzlərin itirildiyini aşkar etdikdə oğlu Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir. Mənzilin sənədləri tapılmadığına görə dublikatının alınması üçün "xxxx" MTK-ya müraciət etsə də, cavabdeh mübahisəli mənzilə dair heç bir sənədin onda olmadığını bildirmişdir. Bununla da cavabdeh onların sənədlərinin itirildiyindən xəbər tutduqdan sonra mübahisəli mənzili ikinci dəfə sat ıb qanunsuz yolla qazanc əldə etmək qərarına gəlmişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" MTK tərəfindən onlara məxsus olan və qanuni əsaslarla yaşadıqları mənzil üzərində hüquqların qeydiyyatı üçün X21 adlı şəxsə (bundan sonra - üçüncü şəxs) saxta sənədlər verilmişdir. Həmin saxta sənədlərə əsasən mübahisəli mənzil üzərində üçüncü şəxs mülkiyyət hüququ əldə etmişdir. Sənədlərin saxtalaşdırıldığını həmin mənzil üzərində artıq onun hüququnu təsdiq edən kooperativ üzvlərinin ümumi iclasının protokolu və həmin mənzildə onun ailə üzvlərinin yaşadığı sübut edir. Bundan başqa, "xxxx" MTK-nın Habil Vahabova verdiyi 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarışdan, maliyyə arayışından görünür ki, kooperativ üzvlərinin ümumi iclasının keçirilməsi, mənzilin d əyərinin ödənilməsi, həm də Habil Vahabovun guya ki, başqalarına məxsus mənzilə köçüb yaşaması eyni günə təsadüf edir. Bu da öz növbəsində həmin sənədlərin və hərəkətlərin eyni gündə aparılmasının mümkün olmadığını, yəni saxtalaşdırıldığını sübut edir. Bundan başqa "xxxx" MTK tərəfindən mübahisəli mənzilin 19 il əvvəl onlara verildiyi və həmin illər ərzində ailəsinin orada yaşaması nəzərə alınmamışdır. Beləliklə, "xxxx" MTK-nın rəhbərliyi qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzili aldatma və etibardan sui-istifadə yolu ilə üçüncü şəxsə satmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulduğuna görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Azərbaycan Respublikasında 2009-cu il ok tyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsindən əvvəl qüvvədə olmuş Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, İddiaçı MTK-dan verilmiş protokoldan çıxarışa əsasən 23 dekabr 2002-ci il tarixdə mübahisəli mənzilə köçən zaman 1982-ci ilin Məcəlləsi hələ də qüvvədə idi. Beləliklə, qüvvədən düşmüş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10-cu maddəsinin 2 və 4-cü abzaslarına əsasən vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifad ə hüququ məhdudlaşdırıla bilməz.

11. Cavabdeh "xxxx" MTK iddiaya etiraz ünvanlanaraq bildirilmişdir ki, üçüncü şəxs uzun müddətdir ki, mübahisəli ünvanda yerləşən mənzilin pulunu ödəmiş və 14 iyun 2018ci il tarixdən həmin mənzilin mülkiyyətçisidir. O, cavabdehlər X14 və X9 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiası təmin edilmişdir. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzillə bağlı cavabdehlərin hər hansı sübutları mövcud deyildir. Bundan əlavə, iddiaçının hazırki iddia tələbini qaldırmağa dair heç bir subyektiv hüququ yoxdur. Nə iddiaçı, nə də onun ailə üzvləri hazırki mənzilə dair MTK ilə müqavilə bağlamamışlar, mənzilə görə MTK-ya heç bir ödəniş etməmişlər. Onların mənzilə dair heç bir hüquqmüəyyənedici sənədləri yoxdur. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli mənzilə və ya onun bir hissəsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi ki, iddiaçı tərəfindən belə bir sübut təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2063/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X12 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X21 üçüncü şəxs qismində işə cəlb olunmaqla mübahisəli mənzilin mülkiyyət hüququnu təsdiq edən, ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı və onun ailə üzvləri dəfələrlə mübahisəli mənzillə bağlı məhkəmələrə müraciət etsələr də, iddia tələbi iddiaçının subyektiv hüququnun olması səbəbindən rədd edilmişdir.

12. Üçüncü şəxs iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzildən iddiaçının çıxarılması və cavabdeh tərəfindən həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Üçüncü şəxs iddiasını onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, mübahisəli mənzilin pulunu ödəyib almışdır və 14 iyun 2018-ci il tarixdən həmin mənzilin mülkiyyətçisidir. Sözügedən mənzil ona tam pay hüququ ilə məxsusdur və onun xüsusi mülkiyyətindədir. Mübahisəli mənzildən başqa şəxslər, yəni cavabdeh İddiaçı və ailəsi qanunsuz olaraq istifadə etmişdir. Həmin şəxs lərlə onun arasında heç bir müqavilə bağlanmamışdır, onun razılığı olmadan mənzilində qanunsuz olaraq yaşayırlar. Sonradan həmin şəxslərin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, qanuni qüvvəsini almışdır. Hal-hazırda cavabdeh İddiaçı mənzildən çıxarılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh İddiaçı onun ailə üzvü deyil, qohumu deyil, onunla arasında heç bir hüquq münasibəti yaranmamış, heç bir müqavilə bağlanmamışdır. Cavabdehin bu mənzildə yaşaması və ya istifadə etməsi onun iradəsinə və mənafeyinə ziddir. Cavabdehin heç bir hüququ olmadan ona məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi onun mülkiyyətçi kimi mənafelərini pozur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilmir. Mülkiyyətçi olaraq onun hüquq və mənafeləri təmin edilməli və cavabdeh mənzilindən çıxarılmalıdır. İddiaçı onun mənzilinə dair kommunal xidmətlərlə müqavilə imzalaması da qanunsuzdur. Qeyd edir ki,onun mülkiyyətçi hüquqlarının qəsdən pozulması Azərbaycan Respublikası Konstitusiyasına və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən yolverilməzdir.

14. İddiaçı tərəf üçüncü şəxsin iddiasına etiraz təqdim etmiş, etiraz iddia ərizəsində göstərilən xüsusatlarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının həmin mənzil üzərində hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.1-ci maddəsinə dəyişiklik edilənə qədər yaranmışdır. Belə ki, 23 dekabr 2003-cü il tarixli 566İİQD nömrəli “Azərbaycan Respublikasının Mül ki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəllənin 179.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: Daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 yanvar 2002ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəs inin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Hesab edir ki, iddiaçı ailəsi ilə birlikdə 2002-ci ildən sonra mübahisəli mənzilə on il ərzində öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik etdiyinə görə hazırki mübahisəyə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsi tətbiq edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası rədd olunmalıdır.

15. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində bildirmişdir ki, Zümrüd Ağayevanın yaşadığı mənzilə 2002-ci il tarixində gəlin gəlmişdir. Ev təmir olunduğundan 6 ay sonra mənzilə köçə bilmişlər. Mədinə xanımla qonşudurlar və Mədinə xanımın evi onların evi ilə eyni vaxtda təmir olunmuşdur. O, əri ilə nişanlanan dövrdə əri mənzil i 49000-50000 manata almışdır. 2002-ci ildən Mədinə xanım həmin ünvanda yaşayır. Evə verilən işıq, qaz, su kimi kommunallar birbaşa Mədinə xanımın adınadır. Arada onun yoldaşı Mədinəgilin də ödənişlərini elektron qaydada aparmışdır. Lakin 2 il əvvəl yoldaşı ona demişdir ki, Mədinəgilin qaz və ya işıq qəbzləri başqa şəxsin adınadır. MTK-nın keçirilmiş iclasından məlumatı olmamışdır. Yaşadıqları mənzilin sənədlərini isə yoldaşı özünün səyi ilə almışdır. Belə ki, mənzillə bağlı ilk öncə onlara order, 2008-ci ildə isə çıxarış vermişlər.

16. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadəsində bildirmişdir ki, həmin binanın, 7-ci mərtəbəsində, 22 saylı mənzilə 2002-ci ildən köçüb yaşamışdır. Mədinə xanım və ailəsi də, onlarla bir vaxtda binaya köçmüşlər. Mədinə xanım tərəfindən mənzilin dəyərinin ödənildiyini görməmişdir. Ancaq bilir ki, mənzilə dair ödəniş edilmişdir. Özlərinin yaşadıqları mənzili oğlu MTK-dan almışdır. Mənzillərinə dair sənədləri MTK-dan problemsiz bir şəkildə almışlar. Mədinə xanım ona evlərinə dair sənədlərini sürücünün itirdiyini demişdi. Hazırda Mədinə xanım oğlu ilə yaşayır. Habili isə ümumiyyətlə mənzildə görməmişdir. MTK-nın müvafiq iclası keçirilən zaman ona məlumat verilməmişdir.

17. Məhkəmə tərkibinin, iddiaçı, eyni zamanda cavabdehin nümayəndəsi, Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda iddiaçı X11 nümayəndəsi, Vəkil3 iştirakı ilə 01 aprel 2022-ci il tarixində saat 11:00-da mübahisəli mənzildə yerində müayinə keçirilmişdir.

18. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil 5 otaqlıdır və 190 kv.metrdən ibarətdir. Mənzil təmirlidir, lakin mənzilin hazırki vəziyyətindən təmirin uzun müddət əvvəl edildiyi müəyyən olunur. Mənzildə X22, həyat yoldaşı X15 və uşaqları yaşayır. İddiaçı həm bu mənzildə, həm də həmin binanın 2-ci mərtəbəsində yerləşən 4 saylı mənzildə (həyat yoldaşı X24 ilə birlikdə) yaşayır.

19. Yerində müayinə zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, bu mənzil iddiaçıya həyat yoldaşı Hüseyn Hüseynov tərəfindən alınmışdır. MTK iddiaçının adına olan sənədləri ortaya çıxarmayaraq, mənzili Habil Vahabova vermiş və sonuncu da mənzilə dair çıxarış almışdır. Mənzil 2002-ci ildən Mədinə xanıma məxsus olmuşdur. Əgər mənzilə dair iddiaçının və onun ailə üzvlərinin heç bir hüququ yox idisə, nəyə görə 17 il ərzində onların burada yaşamağına göz yumulmuşdu r. Mənzil onlara məxsus olmasaydı, onlara heç binanın həyətinə girməyə belə icazə verməzdilər.

20. Yerində müayinə zamanı üçüncü şəxs və nümayəndəsi Vəkil3 bildirmişdir ki, bu mənzil üçüncü şəxsin mülkiyyətindədir. Bununla bağlı onun çıxarışı vardır. İddiaçı və onun ailə üzvləri qanunsuz olaraq mənzilə daxil olmuş və uzun müddət burada yaşamışlar. Fazil Hüseynovun və ailə üzvlərinin mənzildən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Hazırda mənzildə yaşayan şəxslər mənzili qanunsuz olaraq zəbt etmişlər və mənzildən çıxarılmalıdırlar.

21. İddiaçı tərəf məhkəməyə X5, X10, X4 və digərlərini iştirakı ilə tərtib edilən akt təqdim etmişdir. Həmin akta gö rə, onlar mübahisəli mənzilin X18 məxsus olduğunu və bu mənzildə onun ailəsi ilə birlikdə yaşadığını təsdiq edirlər. Mübahisəli mənzil X18 məxsusdur. Bu mənzildən də, onun ailə üzvləri istifadə edərək, yaşayırlar. Hər iki mənzilin Hüseynovlar ailəsinə məxsus olduğunu, ailə üzvləri tərəfindən dəfələrlə təmir edildiyini, bütün kommunal xərclərin Hüseynov Fazil, İddiaçı, Hüseynov Hüseyn tərəfindən qarşılandığının şahidi olmuşlar. X6 və X19 tanımadıqlarını tərtib edilmiş aktla, öz imzaları ilə təsdiq etmişlər

22. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İ.Ə.Əliyev) e-2(001)-751/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd, üçüncü şəxsin iddiası təmin edilmişdir.

23. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı subyektiv hü ququnun olduğunu iki dəlillə əsaslandırır. Birincisi, iddiaçı mübahisəli mənzilə dair MTK-ya pul ödədiyini, bunun məntiqi davamı olaraq ona müvafiq order, maliyyə arayışı və sair sənədlərin təqdim edildiyini, nəticədə MTK-nın həmin mənzili onun sahiblik və istifadəsinə verdiyini bildirir. Lakin işin müəyyən edilən hallarından görünür ki, həmin istinad olunan sənədlər nə iddiaçıda, nə cavabdehdə mövcuddur. Eyni zamanda itirilmə ilə bağlı Polis orqanına müraciət edilməsi isə həmin sənədləri əvəz etmir. İddiaçı müvafiq sənədləri təqdim etməmiş və həmin sənədləri itirdiyinə istinad etməklə MTK ilə onun arasında hüquqi münasibətlərin yaranmış olması faktını təsdiq etməyə çalışmışdır. İddiaçının bu cəhdi uğursuzdur və istinad olunan hallar həmin faktı təsdiq edə bilməz.

24. İkincisi, iddiaçı t əqribən 20 il müddətində mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə etdiyini bildirir və Mülki Məcəllənin qüvvədən düşmüş 179.1-ci maddəsinə əsasən mülkiyyət hüququnu əldə etdiyinə istinad edərək, hazırki tələbi irəli sürməkdə haqlı olduğunu iddia edir. Lakin həmin əldə etmə müddəti o daşınmaz əmlaklara aiddir ki, onların mülkiyyətçisi olmasın. İşin halları ilə müəyyən edilir ki, iddiaçının 2001-2002-ci ildən həmin daşınmaz əmlaka sahiblik etməsi tədqiq edilmiş sübutlarla (şahid ifadələri, kommunal ödənişlərlə bağlı qəbzlər) təsdiq olunsa da, lakin mübahisələndirilən mənzil və onun tərkib hissəsi olan yaşayış sahəsi MTK-ya məxsus olmuş, sonradan pay haqqını ödəmiş üçüncü şəxsə (ikinci iddiaçıya) verilmişdir. Məhkəmə iddiaçının bu dəlilini də əsassız hesab etmiş və iddiaçının mənz ilə dair sənədlərin etibarsız hesab edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir.

25. Məhkəmə üçüncü şəxs X11 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbini isə əsaslı hesab etmiş və qənaətini onunla əsaslandırmışdır ki, əmlak iddiaçının mülkiyyətindədir, lakin cavabdeh iddiaçının etirazına baxmayaraq əmlaka faktiki sahiblik etməyə davam edir və cavabdehlərin sahibliyi qanunsuzdur. Belə ki, tərəflər arasında mənzildən istifadə ilə bağlı və ya mənzilə dair hüquqlarını təsdiq edən hər hansı müqavilə işin faktiki halları ilə müəyyən edilmir, odur ki, mülkiyyətçi həm öz əmlakını tələb etməkdə, həm də mülkiyyət hüquqlarından sərbəst şəkildə və öz mülahizəsinə uyğun istifadə etməsinə törədilən maneələrin aradan qaldırılmas ını tələb etməkdə haqlıdır.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.5 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

27. İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilərək, öz iddiasının təmin olunması və üçüncü şəxsin iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti iddia ərizəsinin arqumentlərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, mübahisə predmeti olan mənzil cavabdeh tərəfindən 2002ci ilin ortalarında kooperativə üzv qəbul edilməklə ona verilmiş, 47324 ma nat məbləğində pul vəsaitini ödəməli olduğu halda, 5000 manat borcu qarajla əvəzləşdirməklə 42,324 manat ödədikdən sonra Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışı və ödəniş qəbzi ona təqdim olunmuş, təqribən 2003-cü ilin ortalarından ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərək orada yaşamışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər MTK tərəfindən heç vaxt kooperativ üzvlərinin ümumi iclaslarının xüsusilə də X2 üzv qəbul edilmədiyini və mübahisəli mənzilin ona verilmədiyini, hətta bu barədə iclasın keçirilmədiyini və hətta iclas barədə heç bir məlumatın verilmədiyini bildirmişlər. Məhkəmə baxışı iclasında dindirilmiş digər şahid Hüseyn Hüseynovun ifadəsi ümumiyyətlə məhkəmənin qətnaməsində göstərilmədiyinə görə prosessual qanunun tələbl əri hakim tərəfindən kobud surətdə pozulmuşdur. Bundan başqa "xxxx" MTK tərəfindən mübahisəli mənzilin 20 il əvvəl İddiaçı verildiyi və həmin illər ərzində ailənin orada yaşaması kooperativin sədri tərəfindən vəzifəsindən sui-istifadə edilməklə və sadəcə tamah məqsədi ilə nəzərə alınmamışdır. Hətta mənzilə dair heç bir sənədi olmasa idi belə, onun həmin mənzil üzərində hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.1-ci maddəsinə dəyişiklik edilənə qədər yaranmışdır. Bundan başqa məhkəmə MPM-in tələblərinə zidd olaraq üçüncü şəxs qismində işə özünün cəlb etdiyi, qarşılıqlı iddia vermək hüququna malik olmayan Habil Vahabovun qarşılıqlı iddia ərizəsini icraata qəbul etmişdir və ona baxaraq təmin etmişdir. Halbuki, MPM-in 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Beləliklə, məhkəmə məlum olmayan səbəblərdən qanunvericiliyin tələblərinə və sübutlara məhəl qoymadan ədalətsiz və əsassız qətnamə qəbul etməklə onları çox acınacaqlı bir vəziyyətə düçar etmişdir. Binəqədi Rayon Məhkəməsi məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin, MTK tərəfindən heç vaxt kooperativ üzvlərinin ümumi iclaslarının keçirilmədiyi, iddiaçı kooperativə üzv qəbul edilmədiyini və mübahisəli mənzilin ona verilmədiyini, icl as barədə heç bir elan və məlumatın verilməildiyini bildirmələrinə baxmayaraq, həmin faktları məhkəmə araşdırmadan iddiaçının mövqeyindən çıxış edərək qərəzli qətnamə çıxarmışdır. Məhkəmə Habil Vahabovun heç vaxt mübahisəli mənzildə olmaması, ona baxış keçirməməsi həmin mənzilin texniki pasportunu məhkəməyə təqdim etməməsi, mənzilin yerləşdiyi yerin harada olduğunu belə bilməməsi və mənzilin dəyərinin ödənilməsini təsdiq edən kassa mədaxil orderinin məhkəməyə təqdim etməməsi səbəblərini araşdırmadan, yalnız kooperativin tərtib etdiyi uydurma maliyyə arayışını əsas götürmüşdür.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – F.H.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və M.Ə.Rüstəmli) 2(103)-262/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli birinci instansiya məhkəmə sinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə özünün cəlb etdiyi, qarşılıqlı iddia vermək hüququna malik olmayan Habil Vahabovun qarşılıqlı iddia ərizəsinin mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, MPM-in hər hansı bir norması işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuş şəxsin müstəqil tələb irəli sürməsinə qadağa qoymur. Məcəllənin 57.2-ci maddəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin qarşılıqlı iddia vermək hüququnun olmamasının qeyd edilməsi onun məhz həmin statusda (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşılıqlı iddia vermək imkanını istisna edir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının həm iddianın, həm də apellyasiya şikayətinin əsasını təşkil edən hallar ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil cavabdeh tərəfindən 2002-ci ilin ortalarında kooperativə üzv qəbul edilməklə ona verilmiş, 47.324 manat məbləğində pul vəsaitini ödəməli olduğu halda, 5000 manat borcu qarajla əvəzləşdirməklə 42.324 manat ödədikdən sonra Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışı və ödəniş qəbzi ona təqdim olunmuş, təqribən 2003-cü ilin ortalarından ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərək orada yaşamışlar. Lakin qeyd olunan xüsusatları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Həmin hallarla bağlı iddiaçı birinci instansiya m əhkəməsində tədqiq olunmuş şahid ifadələrinə istinad etmiş, həmçinin, apellyasiya şikayətində qeyd olunan xüsusatların araşdırılması üçün digər şahid ifadəsinin zəruri olduğunu bildirmişdir. Lakin iddiaçının istinad etdiyi hallar daşınmaz əmlak üzərində hüquqların yaranması üçün əsas yaratdığından məhkəmə kollegiyası hesab etmişdir ki, bu xüsusatların, şahid ifadələrinin iddiaçının həmin mənzil üzərində hər hansı hüququnun yaranması üçün sübut kimi qəbul olunması Mülki Prosessual Məcəllənin 81-ci maddəsi (Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz) ilə ziddiyyət təşkil edir.

32. Apellyasiya şikayətinin digər dəlilləri (iddiaçının ailə üzvləri ilə birlikdə 20 il ərzində fasiləsiz o laraq həmin mənzildə yaşaması, bütün kommunal xərcləri ödəməsi, halhazıradək nə cavabdeh MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməməsi) ilə bağlı məhkəmə kollegiyası onu qeyd etmişdir ki, bu xüsusatlar da iddiaçının mənzil üzərində hər hansı hüququnun yaranması üçün əsas ola bilməz.

33. Apellyatorun daşınmaz əmlak üzərində hüququn yaranmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədən düşmüş 179-cu maddəsi ilə əsaslandırmasını da məhkəmə əsaslı hesab etməmişdir. Belə ki, bu norma qüvvədən düşməklə yanaşı qüvvədə olduğu müddət ərzində də həmin normanın tətbiqi üçün zəruri olan dispozisiya şərtləri mövcud olmamışdır.

34. İddiaçının daşınmaz əmlak üzərində hər hansı hüququ yaranmadığından məhkəmə kollegiyası bu qənaətə gəlmişd ir ki, onun hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ mövcud deyil və buna görə də, apellyasiya şikayətinin digər dəlilləri kimi istinad edilən hallar – MTK tərəfindən hüquqların qeydiyyatı üçün Habil Vahabova eyni gündə 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı və Forma-2 arayışı verilməsi, həmin sənədlərə əsasən mübahisəli mənzil üzərində sonuncunun mülkiyyət hüququnun qeydə alınması, kassa mədaxil orderinin təqdim olunmaması və digər xüsusatlar qətnamənin ləğvi üçün əsas ola bilməz.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab etmişdir. Belə ki, hazırkı situasiyada Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərt ləri mövcuddur, yəni, iddiaçı əşyanın mülkiyyətçisidir və əşya cavabdehin qanunsuz sahibliyindədir. Buna görə də, mülkiyyətçi öz əmlakını tələb etməkdə haqlıdır.

36. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinə, Mənzil Məcəlləsinin 113.1 və 113.2-ci, Mülki Məcəllənin 139.1, 139-1.1.6, 140, 152.5 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

37. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ə.Ə.Əliyev (məruzəçi), M.T.Əhmədova və V.T.Həsənov) 2(102)-2602/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-262/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının ailə üzvləri ilə birlikdə 20 il ərzində fasiləsiz olaraq həmin mənzildə yaşaması, bütün kommunal xərcləri ödəməsi, həmin dövrdə nə cavabdeh MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallardır. Belə ki, MTK-nın 2003-cü ildən mübahisəli mənzili iddiaçıya təhvil verməsi, sonuncunun həmin mənzili təmir etməsi və uzun illər orada yaşamasına MTK-nın etirazının olmaması, əksi nə iddiaçı və ailə üzvlərinin mənzilə, mənzilin təmirinə və mənzildə yaşamağa buraxılmasının, MTK-nın razılığı olmadan mümkün olmamasını nəzərə almamışdır.

40. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmələr nəzərə almamışlar ki, iddiaçı öz ailəsi ilə birlikdə mübahisəli mənzildə 20 il ərzində fasiləsiz yaşamış, MTK tərəfindən bu illər ərzində iddiaçıya qarşı mənzildən çıxarılma, pul tələbi və ya bu kimi digər iddialar qaldırılmamışdır. Bundan başqa, iddiaçı mübahisəli mənzildə yaşadığı dövr ərzində kommunal xidmətlərin göstərilməsi ilə bağlı həmin xidmətləri göstərən qurumlarla ("xxxx" ASC, “Azəriqaz” İB) müvafiq müqavilələr bağlamış, həmin qurumlar tərəfindən ona kommunal xidmətlər göstərilmiş, iddiaçı isə öz növbəsində həmin xidmətlərə görə haqq ödəmişdir. Bundan əlavə, iş materiallar ı ilə iddiaçının mübahisəli mənzillə bağlı əmlak vergisi ödəyicisi olması da təsdiqini tapmışdır. Halbuki, bütün bunlar yalnız MTK-nın razılığı əsasında həyata keçirilə bilərdi. Məhkəmələr iddiaçı tərəfindən təqdim edilmiş kommunal xidmətlərlə əlaqədar iddiaçı ilə “Azəriqaz” İB və iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış müqavilələrin əsasında duran sənədlər, həmçinin həmin müqavilələrin bağlanması üçün MTK tərəfindən verdiyi razılıq ərizələrini sözügedən qurumlardan tələb etməmiş, bununla da tam və hərtərəfli araşdırma aparmaqdan yayınmışdır.

41. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının müqavilə və ya maliyyə arayışını təqdim edə bilməməsi MTK ilə aralarında razılığın olmaması anlamına gəlməməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı MTK-ya məxsus mənzilə 2003-cü ildən tərəflər arasında mübahisə baş verən dövrə qədər fasiləsiz və etibarsız sahiblik etmişdir. Əşya üzərində sahibliyin olması, şəxsin əşyaya fiziki olaraq malik olması, əşyaya yaxın bir vəziyyətdə olmaqla onu təsir dairəsində saxlamasıdır.

42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzil iddiaçıya MTK tərəfindən təhvil verilmədən, MTK-nın razılığı olmadan iddiaçının həmin mənzildə təmir işləri apararaq uzun müddət yaşaması, həmin mənzildən fasiləsiz istifadə etməsi və mənzilə fasiləsiz sahiblik etməsi, MTK-nın razılığı olmadan həmin mənzildə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin bağlanması qeyri-mümkündür. Buradan belə qənaətə gəlmək olar ki, tərəflər arasında müəyyən şərtlər və öhdəliklər mövcud olmuş, həmin öhdəliklər icra edilərək mənzil iddiaçıya MTK tərəfindən təqd im edilmişdir. Bu illər ərzində MTK-nın iddiaçıya qarşı pul tələbi irəli sürməməsi həmin mənzilin dəyərinin ödənilməsini istisna etmir.

43. Məhkəmə kollegiyası bildirmişdir ki, mübahisəli mənzilə dair iddiaçı ilə müqavilə bağlamamasını və sonuncunun mənzilin dəyərini ödəməməsini sübut etmək yükünü MTK daşıyır.

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə MTK arasında olan müqavilə münasibətləri işgüzar adətlərlə şərtləndirilməlidir. Lakin məhkəmələr tərəfindən bu xüsusat nəzərə alınmamışdır.

45. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, işə baxan məhkəmələr tərəfindən bir sıra prosessual pozuntulara da yol verilmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi 1 aprel 2022-ci ildə yerində müayinə keçirmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokold an müəyyən olunur ki, heç bir statusa malik olmayan X12 (iddiaçının əri qismində) və X13 (iddiaçının oğlu qismində) izahatları alınmış və bu izahatlar birinci instansiya məhkəməsinin qətnaməsinə daxil edilmişdir. Bununla da MPM-in 5, 15 və 22-ci fəslinin tələbləri pozulmuşdur. Belə ki, MPM-in 47.2-ci maddəsinə görə məhkəməyə şifahi və yazılı izahatlar vermək işdə iştirak edən şəxslərin malik olduğu hüquqdur. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə qətnamənin təsviri hissəsində iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və işdə iştirak edən digər şəxslərin izahatları göstərilməlidir.

46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X24 və X22 işdə iştirak edən şəxslər deyil və onlardan iddiaçının əri və iddiaçının oğlu qismində izahatın alınaraq protokola daxil edilməsi ilə birin ci instansiya məhkəməsi tərəfindən MPM-in 271.2.9-cu, qətnaməyə daxil edilməsi ilə 220.3-cü maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə bu hala əhəmiyyət vermədən qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən də prosessual pozuntuya yol verilmiş, 17 fevral 2023-cü il tarixli protokolun giriş hissəsində məhkəmə tərkibi qeyri-dəqiq göstərilmişdir. Belə ki, həmin hissədə məhkəmə tərkibində olan hakimlər qismində Fərrux Qasımovun sədrliyi ilə Xəyal Sarıyev və Məhəmməd Rüstəmlidən ibarət tərkib göstərilsə də, ardıcıl olaraq Fərrux Qasımovun sədrliyi ilə Fuad Abdıyev və Məhəmməd Rüstəmlidən ibarət tərkib göstərilmişdir. Bununla da MPM-in 271.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmi n maddəyə görə, işə baxan məhkəmənin adı, hakim, məhkəmənin tərkibi və məhkəmə iclasının katibi məhkəmə iclas protokolunda göstərilməlidir.

47. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 10.1, 390.7, 404.1, 404.2, 404.3, 425.1-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

48. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) 2(103)- 364/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(001)-751/2022 saylı qətnaməsinin ləğv edilmiş, İddiaçı iddiası təmin edilərək, cavabdeh "xxxx" MTK üzvlərinin ümumi i clasının mübahisəli mənzilin X16 verilməsi barədə 11 may 2018-ci il tarixli protokolu, forma 2 arayışı, həmin mənzil (Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 14 saylı binanın 23-cü mənzilidir (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən) üzərində X11 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi, üçüncü şəxs X11 cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan mənzili MTK 2003-cü ildən iddiaçıya təhvil verməsi, sonuncunun həmin mənzili təmir etməsi və uzun illər orada yaşamasına MTK-nın etirazının olmaması, əksinə iddiaçı və ailə üzvlərinin mənzilə, m ənzilin təmirinə və mənzildə yaşamağa buraxılmasının, MTK-nın razılığı olmadan mümkün olmaması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İddiaçı MTK ilə aralarında müqavilə bağladığını, lakin sənədlərin itirildiyini, MTK isə iddiaçı ilə heç bir müqavilə bağlanmadığını bildirmiş və "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan 11 may 2018-ci il tarixli çıxarışla da X21 öz ərizəsi əsasında MTK-ya üzv kimi qəbul edilmiş və mübahisəli mənzil ona verilmişdir. MTK tərəfindən X11 borcunun tam ödənilməsi və borcunun olmamasına dair xx.xx.2018-ci il tarixli maliyyə arayışı, həmçinin forma 2 arayışı verilmişdir. Forma 2 arayışında üçüncü şəxsin mübahisəli mənzildə yaşaması və mənzilin sahibi olması qeyd olunmuşdur. Həmin protokoldan çıxarış, forma 2 arayışı və verilmiş maliy yə arayışı əsasında mübahisəli mənzil xx.xx.2018-ci il tarixdə X11 mülkiyyətinə keçmişdir və hazırda mülkiyyətindədir. Halbuki, işin araşdırılmış faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ümumiyyətlə həmin mənzildə yaşamamışdır.

50. İddiaçı ailə üzvləri ilə birlikdə 20 il ərzində fasiləsiz olaraq həmin mənzildə yaşamış, uzun müddət iddiaçının sahibliyində və istifadəsində olmuş, bütün kommunal xərcləri ödəmiş, həmin dövrdə nə cavabdeh MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməmişdir.

51. İş materiallarında olan "xxxx" ASC-nin Binəqədi Sukanal İdarəsinin 3 fevral 2023cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı ilə müqavilə xx.xx.2011-ci ildə bağlanmışdır. Mənzilə müqavilə bağlanması sudan istifadə qaydalarına uyğun olan büt ün sənədlər toplusunu təqdim etməsi əsasında həyata keçirilmişdir.

52. Həmçinin Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli arayışa görə "xxxx" MTK-nın rəhbərliyi tərəfindən 2017-ci ildən onlara təqdim olunmuş siyahı əsasında Ə.ünvan 3 ünvanda İddiaçı əmlak vergisi ödəyicisi kimi elektron sistemdə qeydiyyatdadır.

53. Təkrar apellyasiya icraatı zamanı “Azəriqaz” İstehsalat Birliyinə ünvanlanan sorğuya cavab olaraq məhkəməyə təqdim edilən 25 dekabr 2023-cü il tarixli məktuba əlavə edilmiş sənədlərdən də görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında qazın alqı-satqısına dair istehlakçı kimi sonuncu ilə müqavilə bağlanmışdır.

54. Göründüyü kimi, MTK iddiaçının mübahisəli mənzildə yaşamasına nəinki etiraz etməmiş, əksinə iddiaçının ailə üzvləri ilə birgə yaşamasına razılıq verərək müvafiq şərait yaratmış, kommunal xidmət və əmlak vergisi ilə bağlı müvafiq razılıqlar da vermişdir.

55. Beləliklə, iddiaçı tərəfindən 2018-ci ili də əhatə edən yaşadığı 20 ilə yaxın müddət ərzində, kommunal xərclərin davamlı olaraq ödənilməsi barədə ödəniş qəbzləri, 2021-ci il tarixdə “Azəriqaz” İB ilə bağlanmış müqavilə, bununla da iddiaçının həmin müddətdə mübahisəli mənzildə yaşamasının tam şəkildə sübuta yetirilməsi, hətta iddiaçının və ailəsinin bu günə qədər mübahisəli mənzildə yaşamaqda davam etməsi işin mübahisəsiz hallarıdır. Buna baxmayaraq MTK tərəfindən hansı əsasla X11 mübahisəli mənzildə yaşamasına dair 11 may 2018-ci il tarixli forma N 2 arayışının verilməsinin aydınlaşdırılması və mübahisəli mənzilə dair iddiaçı ilə müqavilə ba ğlamamasını və iddiaçının mənzilin dəyərini ödəməməsini sübut etmək yükünün MTK-nın daşımalı olması səbəbindən sonuncunun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün cəhdlər edilərək məhkəmə iclası ardıcıl olaraq üç dəfə təxirə salınmış, lakin cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, sadəcə olaraq ərizə ilə müraciət edərək göstərmişdir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 19, M7, m.3) və ya ümumiyyətlə həmin binada hər hansı başqa mənzil İddiaçı, X9 və X1, onlarla heç bir müqavilə bağlanmamışdır, maliyyə arayışı verilməmişdir və hər hansı mənzillə bağlı İddiaçı və ya onun ailə üzvləri tərəfindən mənzilin əvəzi olar aq “Qızıl Açar" MTK-ya heç bir ödəniş olunmamışdır. İddiaçı əri X28 rayon İcra Hakimiyyəti başçısı işləyən zaman "xxxx" MTK tərəfindən sözügedən binanın qarşısında qeyri-yaşayış sahələrinin tikintisini dayandırmış, ona gələcəkdə pulunu ödəyəcəyi şərti ilə mənzil vermələrini qeyri-qanuni yolla, vəzifəsindən sui-istifadə edərək tələb etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 19, M7, m.3) mənzilə görə Hüseynov Hüseynağa, İddiaçı və ailə üzvləri heç bir ödəniş etmədən qeyriqanuni yolla mənzilə daxil olmuşlar. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla Bakı şəhari Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 19, M7, 3 nömrəli mənzil) 11 may 2018-ci il tarixdə "xxxx" MTK tərəfindən X3. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 19, M7, 3 nömrəli mənzil) hal-hazırda X11 mülkiyyətindədir.

56. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh MTK tərəfindən yuxarıda qeyd edilənləri təsdiq edəcək sənədlər məhkəməyə təqdim edilməmiş və öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə belə cəhd etməmişlər.

57. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının müqavilə və ya maliyyə arayışını təqdim edə bilməməsi MTK ilə aralarında razılığın olmaması anlamına gəlməməlidir, çünki iddiaçı MTK-ya məxsus mənzilə 2003-cü ildən tərəflər arasında mübahisə baş verən dövrə qədər fasiləsiz və etirazsız sahiblik etmi şdir. Əşya üzərində sahibliyin olması, şəxsin əşyaya fiziki olaraq malik olması, əşyaya yaxın bir vəziyyətdə olmaqla onu təsir dairəsində saxlamasıdır. Buradan belə qənaətə gəlmək olar ki, tərəflər arasında müəyyən şərtlər və öhdəliklər mövcud olmuş, həmin öhdəliklər icra edilərək mənzil iddiaçıya MTK tərəfindən təqdim edilmişdir. Bu illər ərzində MTK-nın iddiaçıya qarşı pul tələbi irəli sürməməsi həmin mənzilin dəyərinin ödənilməsini istisna etmir.

58. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə MTK arasında olan müqavilə münasibətləri işgüzar adətlərlə şərtləndirilməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu xüsusat nəzərə alınmamışdır. Mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğ un qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Beləliklə, hal-hazırda mənzilin iddiaçının istifadəsində olması işin mübahisəsiz halıdır və cavabdeh və üçüncü şəxs iddiaçının mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir.

59. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 10.1, 157.8, 158.1, 158.2, 164.1, 165.1, 425.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

60. Cavabdeh "xxxx" MTK (Vəkil5) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddiasının rədd edilməsi, X11 İddiaçı qarşı iddiasının təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

61. Kassasiya şikayəti cavabdehin əvvəllər irəli sürdüyü dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi yazılı etiraz və izahatlarını, arayışlarını nəzərə almamaqla prosessual pozuntuya yol vermiş, tətbiq etməli olmadığı maddi hüquq normalarını tətbiq etmiş, əsassız qətnamə çıxarmışdır. İddiaçı və onun ailə üzvlərinin mənzildə uzun müddət yaşaması, onun həmin mənzilin mülkiyyətçisi olması demək deyil və ona mənzilin zəbt olunmasına haqq qazandırmır. Yalnız mənzilin pulunu ödəyən şəxs Mülki Məcəllənin178.8-ci maddəsinə görə, daşınmaz əmlak üzərində pay hüququ əldə edə, əmlakın mülkiyyətçisi sayıla bilərdi. İddiaçı isə əmlakın dəyərini ödəməsini təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Həmçinin hazırki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 №-li evin 23 №-li mənzillə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Habil Vahabovla "xxxx" MTK arasında bağlanmış müqavilənin etibarlılığı təsdiq olunsa da, apellyasiya instansiyası məhkəməsi eyni məsələyə bir daha baxmış və müqaviləni etibarsız əqd hesab etmişdir.

62. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X21 (Vəkil4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilm əsi, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı sənədlərin etibarsızhesab edilməsi tələbi barədə” iddiasının rədd, onun iddiasının təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

63. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Məhkəmə işin halları tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfin izahatında göstərilənləri nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, iddia tələbini sübut etməli olan iddiaçını sübutetmə vəzifəsindən əsassız olaraq azad etmiş, həmin yükü cavabdeh "xxxx" MTKnın üzərinə qoymuşdur. Bakı Apellyasiya Məhkəməsi İddiaçı iddiasının əsaslı olması qənaətinə gələrkən işdə olan mötəbər sübutlara, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə deyil, ehtimallara əsaslanmış dır. Mənzilin dəyərinin ödənilməsi kommunal xidmətlərin ödənilməsi barədə qəbzlərlə deyil, Azərbaycan Respublikası Maliyyə Nazirinin xx.xx.1999-cu il tarixli, İ-15 №- li əmrinə əsasən mədaxil qəbzi, kassa mədaxil orderi və ya "xxxx" MTK-nın maliyyə arayışı ilə təsdiq olunmalıdır. Digər tərəfdən mənzilə dair sənədlərin, o cümlədən də ümumi yığıncağın protokolundan çıxarışın, pulun ödənilməsi barədə sənədin guya itirilməsi barədə iddiaçı tərəfin bildirdikləri də həqiqətə uyğun deyil. Məhkəmə qanunazidd presedent yaratmış, bunun nəticəsi olaraq isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178, 139-cu maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Habil Vahabov mənzili qanuni əsaslarla əldə edən vicdanlı alıcısı və mülkiyyətçisidir.

64. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, X 21 cavabdehlər X22 (İddiaçı oğlu) və X9 (İddiaçı gəlini) qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin övladları ilə birlikdə ona (iddiaçıya) mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 №-li evin 23 №-li mənzilindən övladları ilə birlikdə çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Həmin iş üzrə iddiası təmin edilmişdir. Qanuni qüvvəyə minmiş qətnamə ilə sözügedən mənzilin Habil Vahabova məxsus olması, hazırki Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə isə mənzilin İddiaçı aid olması müəyyən edilmişdir ki, bu yolverilməzdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Mülki Prosessual Məcəlləsinin tələblərinə ziddir. Həmçin in İddiaçı yuxarıda qeyd olunan sənədlərin etibarsızlığı barədə iddianı qanunda nəzərdə tutulmuş 1 illik kəsici müddət ərzində irəli sürə bilərdi, lakin o, bu kimi iddia tələbini özündə əks etdirən iddia ərizəsini xx.xx.2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

66. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

67. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

68. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.

69. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

70. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

71. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

72. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

73. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir.

75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

78. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

81. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

82. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya n əticələnə bilsin. Kassasiya baxışının hədləri

83. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

84. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh "xxxx" MTK və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X21 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin a ktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

86. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

87. Bu mövqedən işin hallarına nəzər salındıqda görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də tərəflərin dəlilləri və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

88. Bununla yanaşı məhkəmə kollegiyası kassatorların mübahisəli mənzilə dair iddiaçı ilə MTK-nın hər hansı razılaşmasının olmadığı barədə dəlilinə münasibətdə bildirir ki, mübahisəli mənzilin uzun müddət iddiaçının istif adəsində olması faktı, mübahisənin həllində xüsusi araşdırma predmetinə çevrilir. Çünki iddiaçı onunla mənzilə dair müqavilə bağlandığını, mənzilin dəyərini ödədiyini, 2003-cü ildən mənzili təmir edib fasiləsiz yaşadığını, lakin müqaviləni itirdiyini bildirir, cavabdeh MTK isə iddiaçı ilə müqavilə bağlanmadığını iddia edir. Bu növ müqavilələr MTK ilə vətəndaş arasında bağlanır və başqa orqanlarda qeydiyyata alınmırdı. Məhz buna görə də işə baxmış apelyasiya instansiyası məhkəməsi MTK-nın davranışlarını təhlil etmiş, MTK-nın rəftarı - iddiaçının mənzili təmir edib 2003-cü ildən fasiləsiz istifadə etməsi, bu istifadənin aşkar şəkildə olması, MTK tərəfindən iddiaçıya hər hansı irad bildirməməsini nəzərə alımışdır.

89. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı mənzilə dair kommunal xidmət müəss isələri ilə müqavilələr bağlamış, həmçinin Binəqədi bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmin qeydiyyat üçün əsas MTK tərəfindən verilmiş mənzil sahiblərinin siyahısıdır və siyahıda iddiaçı mübahisəli mənzilin sahibi kimi qeyd olunmuşdur. Buna görə də iddiaçının mənzildən istifadə etməsinə cavabdehin razılığının olmaması, mənzilin ona təhvil verilməməsi barədə dəlillərinin rədd olunması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

90. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(001)478/2021 saylı qətnaməsinə əsasən Habil Vahabovun cavabdehlər X14, X9 (iddiaçının ailə üzvləri) qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasının təmin olunması, hazirki iddia tələbinə baxılma sını qeyri-mümkün edən hal deyildir. Çünki həmin işdə mənzilə X13 və X8 hüquqlarının olmadığı müəyyən edilmiş, həmçinin İddiaçı həmin işdə tərəf olmamışdır. Buna görə də qeyd olunan qətnamə ilə müəyyən olunmuş halların İddiaçı münasibətdə preyudisial qüvvəsi yoxdur.

91. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

92. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfində n işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

93. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-364/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar