Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1810/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs-Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsinə dair tələblər, torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs-Azərbaycan Respublikası Ə mlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tikilinin sökülməsi və bağ sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1904/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında 36212 saylı, 10 noyabr 2005-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, Bakı şəhəri, Şüvəlan ərazisində yerləşən 0,12 h a torpaq sahəsi olan 38/3781 nömrəli bağ 10 illik müddətdə İddiaçı istifadəsinə verilmişdir.
2. İddiaçı istifadəsinə verilmiş 0,12 ha torpaq sahəsinin, 0,04 ha hissəsində Cavabdeh tərəfindən tikili inşa edilmiş və sonuncu tərəfindən həmin fərdi yaşayış evindən və 0,04 ha torpaq sahəsindən istifadə edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ona məxsus, Bakı şəhəri Xəzər rayonu Şüvəlan ərazisində yerləşən sənəd üzrə 0,12 ha torpaq sahəsi olan, faktiki isə 0,10 ha təşkil edən 38/3781 nömrəli bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin sökülməsi, cavabdehin həmin bağ sahəsinin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsinə, yəni 400 kvadrat hissəsinə daxil olmasının qadağan edilməsi, onun bağ sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsinin, yəni 400 kvadrat metr hissəsinin Cavabdeh tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya məxsus olan 0,12 ha torpaq sahəsinə qanunsuz olaraq, müdaxilələr edir, torpaq sahəsi üzərində istifadə hüquqlarına maneələr yaradır. Sözügedən bağ sahəsinin bir hissəsini qan unsuz zəbt edərək orada fərdi yaşayış evi tikmiş, ona məxsus torpağa girişini məhdudlaşdırmış, torpaq sahəsinin özünə məxsus olduğu bildirilərək, qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Dəfələrlə cavabdehə qanunsuz hərəkətlərə son qoyması barədə xəbərdarlıq edilsə də, o, tələbinə əməl etməmişdir. Ona məxsus torpaq sahəsi üzərində istifadə hüquqlarına maneələr yaratdığından, bununla da qanunla qorunan mülkiyyət hüquqlarını pozduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək bildirmişlər ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İddiaçıya verilmiş 0,12 ha torpaq sahəsi olan 38/3781 nömrəli bağ 10 illik müddətdə istifadəyə verilmi şdir. Müqavilənin müddəti 2015-ci il tarixdə bitmişdir. Tərəflər arasında müqavilənin müddəti uzadılmamışdır. Belə olan halda iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər
6. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizası üzrə X2 tərəfindən verilmiş 30 oktyabr 2019-cu il tarixli, 34 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının inkişafı Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən, “Birlik” adlanan Bağçılıq ərazisindən 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin 1000 kv.metr (0,10 ha) təşkil etdiyi müəyyən olunur. iddiaçının faktiki olaraq istifadəsində 600 kv.metr torpaq sahəsinin olduğu 400 kv.metr torpaq sahəsində digər şəxsin fərdi yaşayış evi tikərək istifadə etdiyi müəyyən edilir. Bağçılıq sxeminin miqyası olmadığından, qalan 200 kv.metr torpaq sahəsinin hanss qonşu tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 noyabr 2020-ci il tarixli, 2(003)- 221/2020 nömrəli qətnaməsi ilə (hakim H.Hüseynli) iddia təmin olunmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya mübahisəli torpaq sahəsi xx.xx.2005-ci ildə ayrıldığı halda, Cavabdeh tərəfindən iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinin daxilində, yəni 0,04 ha t orpaq sahəsində fərdi yaşayış evi tikmiş, həmin 0,04 ha torpaq sahəsindən və onun üzərində olan fərdi yaşayış evindən istifadə edir. Nəticədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının inkişafı Departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 36212 saylı müqavilə əsasında İddiaçı istifadəsi üçün ayrılmış olan torpaqdan maneəsiz istifadə hüququ məhdudlaşdırılmışdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətna mənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təkcə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə istinad etməklə, bunu qətnamədə təkrar-təkrar qeyd etmişdir. Bununla yanaşı, hakim, iş materiallarında olan X2 tərəfindən verilmiş 30 oktyabr 2019-cu il tarixli, 34 nömrəli ekspert rəyini də mühüm sübut kimi qəbul etmiş, lakin ekspert İlham Xudiyevin yazılı məlumatını nəzərə almamışdır. Belə ki, iddiaçının istinad etdiyi müqavilənin (hansı ki, qüvvədə olma müddəti 10 il olmaq la 10 noyabr 2015-ci il tarixdə bitmişdir) məhz mübahisəli torpaq sahəsinə aid olması, həmin sahənin ölçüsü haqqında məlumat olmamışdır. X2 isə, iddiaçının 0,6 ha torpağından əlavə, 0,4 ha hissənin məhz cavabdeh tərəfindən zəbt edildiyini müəyyən edə bildiyi halda, necə olur ki, qalan 0,2 ha hissənin hansı qonşu tərəfindən zəbt edildiyini müəyyənləşdirə bilmir. Bu xüsusat, nümayəndəsi tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da, hakim tərəfindən nəzərə alınmamış, iddiaçının sözügedən müqavilə üzrə bağ sahəsinə dair hər hansı hüquqa malik olmasına və ya olmamasına əhəmiyyət belə verilməmişdir. Belə ki, müqavilənin müddəti uzadılmamaqla yanaşı, iddiaçı müqavilə şərtlərinə də əməl etməmiş, bağ sahəsindən istifadə haqqını ödəməmiş, hər il öz xərci və vəsaiti hesabına aqrotexniki becərmə işlə ri görməmiş, tikilini və bağı mühafizə etməmiş, talanmaqdan qorumamışdır. Cavabdeh isə, bağı və bağ sahəsində yerləşən evi xx.xx.2017-ci il tarixdə 22000 manata almış və artıq 3 il 6 aydır ki, bu sahədə yaşamaqla, ev inşa etmişdir. Həmin müddət ərzində heç kim hər hansı iddia ilə ona müraciət etməmiş, hazırkı torpaq sahəsinin ona məxsus olduğunu bəyan etməmişdir.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01 iyul 2021ci il tarixli, **********50 nömrəli məktubuna əsasən, bağ sahəsinin mişar daşından hasarla ayrılmış 640,0 kv.m hissəsi faktiki iddiaçının istifadəsində olması, sözügedən sahənin üzərində natamam köməkçi tikili və sanitar qovşağın olması, bağ sahəsinin qalan hissəsi isə cənub ist iqamətində yerləşməsi və faktiki digər fiziki şəxs tərəfindən hasarlanaraq bağ evi və köməkçi tikililərin inşa olunması müəyyən edilmişdir. İdarənin arxiv əsaslarında sözügedən 38/3781 nömrəli bağ sahəsinə dair İddiaçı ilə bağlanılmış 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqavilə mövcuddur. Bağ sahəsinin cizgisi yoxdur, arxiv qovluğundakı bağçılıq yoldaşlığının bölgü sxemi mövcuddur.
13. Apellyasiya baxışında təyin edilmiş mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 22 aprel 2022-ci il tarixli, **********95 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti B aşçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Birlik” adlanan Bağçılıq ərazisindən 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinə dair heç bir texniki sənədin (planölçü, ayrıc aktı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmiş sxem və ya cizgi) təqdim edilməməsi, təqdim edilmiş bağların bölgü sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən sözügedən torpaq sahəsini sənəd üzrə naturada yerinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh hazırda istifadəsində olan iddiaçı tərəfindən iddia edildiyi torpaq sahəsinin və həmin torpaq sahəsində mövcud olan tikililərin naturada koo rdinatları müəyyən edilərək ölçülməklə rəyə əlavə edilmiş sxemdə mübahisəli torpaq sahəsi (S=437 kv.m) kimi öz əksini tapmışdır. Mübahisələndirilən torpaq sahəsinə hər hansı hüquqi və ya fiziki şəxsə hər hansı bir hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasına heç bir məlumatın, eləcə də həmin əraziyə iddiaçı və cavabdehə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hər hansı hissədə kəsişməsini və ya üst-üstə düşməsini koordinatlarla müəyyən edilməsi mümkün olmamışdır.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr ı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 04 may 2022-ci il tarixli, **********06 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının istifadəsində olan 640,0 kv.m sahənin və iddia olunan 439,0 kv.m sahənin yeri müəyyən edilərək cizgisi tərtib olunmuşdur. Ümumi iddia olunan sahə 1079,0 kv.m təşkil edir ki, bunun da 640,0 kv.m olan hissəsində natamam Bliterli tikili mövcuddur. Cavabdehin istifadəsində olan 439,0 kv.m yer müayinə zamanı müəyyən edilmişdir. Həmin 439,0 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evi və köməkçi həyət tikililəri inşa olunmuşdur. Cavabdeh tərəfindən həmin 439,0 kv.m sahəyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdehin istifadə etdiyi 439,0 kv.m sahə iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə düşür. Həmin mübahi səli 439,0 kv.m sahənin cizgisi və koordinatları tərtib olunmuşdur.
15. Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli, 10/3201 nömrəli rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mütəxəssis rəylərinə əsasən qeyd olunur ki, iddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Birlik” adlanan Bağçılıq ərazisindən 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinə dair heç bir texniki sənədin (plan-ölçü, ayrıc aktı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmiş sxem və ya cizgi) təqdim edilməməsi, təqdim edilmiş bağların bölgü sxeminin miqyassız, koordinatsız və h ər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən sözügedən torpaq sahəsini sənəd üzrə naturada yerinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Cavabdehin hazırda istifadəsində olan İddiaçı tərəfindən iddia edildiyi torpaq sahəsinin və həmin torpaq sahəsində mövcud olan tikililərin naturada koordinatları müəyyən edilərək ölçülməklə rəyə əlavə edilmiş sxemdə mübahisəli torpaq sahəsi (S=437 kv.m) kimi öz əksini tapmışdır. Mübahisələndirilən torpaq sahəsinə hər hansı hüquqi və ya fiziki şəxsə hər hansı bir hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasına heç bir məlumatın, eləcə də həmin əraziyə iddiaçı və cavabdehə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən cavabdehin hazırda istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya 10 noyabr 2 005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hər hansı hissədə kəsişməsini və ya üst-üstə düşməsini koordinatlarla müəyyən edilməsi mümkün olmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 7 iyul 2022-ci il tarixli, 2(103)-231/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində özəl hüquqi şəxs olan “X2MMC-nin 30 oktyabr 2019-cu il tarixli, 34 nömrəli ekspert rəyi kimi tərtib etdiyi sənədi sübut kimi tanımışdır. Halbuki, həm in ekspert rəyi kimi tərtib edilərək məhkəməyə təqdim edilmiş sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Həmin Məcəllənin 101-1.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) – məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetin ə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Qanuna özəl məhkəmə ekspertləri barədə edilmiş dəyişikliklərdən sonra bu günədək özəl məhkəmə eksperti kimi heç bir hüquqi və ya fiziki şəxs şəhadətnamə almamış və reyestr hazırda olmadığından reyestrə daxil edilməmişdir. Özəl hüquqi şəxs olan “X2” MMC tərəfindən 30 oktyabr 2019cu il tarixdə 34 nömrəli ekspert rəyi kimi təqdim edilmiş sənəddə də, ekspertizanı aparmış X3 cəmiyyətin tikinti-texniki eksperti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində 20 ildən artıq ekspert iş təcrübəsinə malik olan, ali texniki təhsilli şəxs kimi X4 isə cəmiyyətin mühəndis yerquruluşçusu kimi təqdim edilməsinə baxmayaraq, həmin şəxslərin ö zəl məhkəmə ekspertləri kimi fəaliyyət göstərmək üçün hər hansı şəhadətnamə alıb-almadıqları, onların reyestrə daxil edilib-edilməmələri, onların müvafiq sahə üzrə ekspert kimi çıxış edə bilmələri üçün səlahiyyətlərinin olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Çünki, həmin şəxslərin özəl məhkəmə eksperti kimi fəaliyyət göstərmək səlahiyyətləri yoxdur.
18. Məhkəmə, iş üzrə keçirilmiş ekspertizanın rəylərini əsas götürməklə hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün olmadığından hazırkı iddia tələbi təmin edilə bilməz.
19. Məhkəmə kollegiyası öz mövqeyini, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 99.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiya məhkəməsindəki birinci icraat
20. İddiaçı k assasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007- ci il tarixli 2186 №-li SƏRƏNCAMİnın 2-ci bəndinə əsasən İddiaçı qanuni istifadəsində olan həmin bağ sahəsi "Torpaq islahatı haqqında" Qanunun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onun mülkiyyətinə verilmiş və həmin tarixdən onun mülkiyyəti sayılır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə onun arasında bağlanmış 36212 saylı, 10 noyabr 2005-ci il tarixli müqaviləyə, Günəş-İİİ” tərəfindən 19 99-cu ildə iddiaçıya Bağçının üzvlük kitabçasına, “Günəş-İİİ” bağçılıq yoldaşlığının 1999-cu il 3 iyul tarixli ümumi yığıncağının 2 saylı protokolundan çıxarışa və müvafiq plan-cizgi sənədlərinə əsasən mübahisəli bağ sahəsi ona aiddir və bir hissəsi cavabdehin qanunsuz sahibliyindədir.
22. Cavabdeh həm birinci instansiya məhkəməsində izahatında, həm də apelyasiya şikayətində əsas dəlil kimi göstərmişdir ki, bağı və bağ sahəsində yerləşən evi xx.xx.2017ci il tarixdə 22.000 manata almış və özü də ev inşa etmişdir. Lakin cavabdeh həmin bağ sahəsini kimdən və hansı hüquqmüəyyənedici sənədə əsasən almasını göstərmir, həmçinin həqiqətən orada evi özü inşa etmişdirsə, həmin evin inşa edilməsinə dair müvafiq texniki və hüquqmüəyyənedici sənədləri də birinci instansiya məhkəməsinə təqdim etməmişd ir. Apelyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi təkcə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 36212 saylı, xx.xx.2005-ci il tarixli müqaviləyə istinad etməklə, bunu qətnamədə təkrarlayaraq qeyd etmişdir, halbuki həmin müqavilə 10 il müddətinə bağlanmış və müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir, bu xüsusat, nümayəndəsi tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da, hakim tərəfindən nəzərə alınmamış, iddiaçının sözügedən müqavilə üzrə bağ sahəsinə dair hər hansı hüquqa malik olmasına və ya olmamasına əhəmiyyət belə verilməmiş, belə ki, müqavilənin müddəti uzadılmamaqla yanaşı, iddiaçı müqavilə ş ərtlərinə də əməl etməmiş, bağ sahəsindən istifadə haqqını ödəməmiş, hər il öz xərci və vəsaiti hesabına aqrotexniki becərmə işləri görməmiş, tikilini və bağı mühafizə etməmiş, talanmaqdan qorumamışdır. Apelyasiya şikayətinin həmin dəlili tamamilə əsassızdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(102)-5546/2022 nömrəli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və A.Hüsyenov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
24. Kassasiya instansiya məhkəməsi işi yeni baxışa göndərərkən mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin təqdim etdiyi sənədlərə əsas ən, üzərində iddiaçının əmlak hüququ olan mübahisəli torpaq sahəsinin cavabdehin sahibliyində olması və bu sahibliyin qanuni sayılıb-sayılmaması hallarının düzgün müəyyənləşdirilməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
25. İş üzrə bir neçə dəfə ekspertiza tədqiqatı aparılmış və bu tədqiqatların nəticələri yuxarıda qeyd olunmuşdur. Apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarına, ekspert rəyinə əsasən, iddiaçıya ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün olmadığından hazırkı iddia tələbi təmin edilə bilməz.
26. Bununla belə, apellyasiya məhkəməsi mübahisəli hala dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********06 saylı xx. xx.2022-ci il tarixli mütəxəssis rəyini nəzərə almamış və ona müvafiq qiymət verməmişdir. Qeyd edilən rəyə əsasən, iddiaçının istifadəsində olan 640,0 kv.m sahənin və iddia olunan 439,0 kv.m sahənin yeri müəyyən edilərək cizgisi tərtib olunmuşdur. Ümumi iddia olunan sahə 1079,0 kv.m təşkil edir ki, bunun da 640,0 kv.m olan hissəsində natamam B literli tikili mövcuddur. Cavabdehin istifadəsində olan 439,0 kv.m yer müayinə zamanı müəyyən edilmişdir. Həmin 439,0 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evi və köməkçi həyət tikililəri inşa olunmuşdur. Cavabdeh tərəfindən həmin 439,0 kv.m sahəyə dair heç bir hüquq müəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdehin istifadə etdiyi 439,0 kv.m sahə iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə düşür. Həmin mübahisəli 439,0 kv.m sahənin ciz gisi və koordinatları tərtib olunmuşdur.
27. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən rəy iş materiallarına əlavə edilsə də, apellyasiya məhkəməsinin həmin sübuta münasibət bildirməməsi və onu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirməməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, məhkəmə ekspertiza rəyini məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməli, ekspertin rəyi ilə razılaşmadıqda öz mövqeyini qətnamədə əsaslandırılmalıdır. Baxılan işdə isə bu tələblərə əməl olunmamışdır. ç)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
28. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin təkrar baxışında Cavabdeh istifadəsində olan torpaq sahəsinin İddiaçı 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etmək məqsədi ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6772 nömrəli ekspert rəyi ilə iddiaçının istifadəsində olan 640 kv.m sahənin və iddia olunan 439 kv.m sahənin yerinin müəyyən edilərək cizgisinin tərtib olunması, ümumi iddia olunan sahənin 1079 kv.m təşkil etməsi, bunun 640 kv.m olan hissəsində natamam “B” literli tikilinin mövcud olması, cavabdehin istifadəsində olan 439 kv.m yerin müayinə zamanı müəyyən edilməsi, həmin 439 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evinin və köməkçi həyə t tikililərinin inşa olunması, cavabdeh tərəfindən həmin 439 kv.m sahəyə dair, heç bir hüquq müəyyənedici sənəd təqdim olunmaması, cavabdehin istifadə etdiyi 439 kv.m sahənin iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə düşməsi müəyyən edilmişdir.
29. Cavabdeh məhkəmə iclasında torpaq sahəsinin dəqiq koordinatlarını, cizgi, plan, sxem və ölçülərini dəqiqləşdirməkdən ötrü Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə yox, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin özü tərəfindən mütəxəssis rəyi alınmalı olmasını bildirmiş və əlavə etmişdir ki, 26 oktyabr 2023-cü il tarixli 3-16-16/210/6772 nömrəli Ekspertiza rəyi mütəxəssisin ehtimala əsaslanan, faktiki olaraq istinad nöqtəsi, koordinatları, dəqiq ölçüləri, sxemi olmayan torpaq sahəsi barədə fikirlərinə əsaslanıb tərtib edildiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmiş ortofoto və sxem sübut kimi qəbul edilə bilməz. Çünki qanunvericiliyə əsasən həmin ortofoto və sxemin sübut kimi qəbul edilməsi üçün müəyyən edilmiş şərtlər pozulmuşdur.
30. Apellyasiya instansiya məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(103)-1904/2023 nömrəli qətnaməsi ilə (hakimlər – F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iddiasının əsasını təşkil edən faktiki hallar, yəni cavabdehin iddiaçıya məxsus olan 0,12 ha torpaq sahəsini zəbt etməsi və orada qanunsuz tikili inşa etməsi ekspert rəyi ilə öz təsdiqini tapır.
32. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi müqavilənin qüvvədə olma müddətinin 10 il olmaqla 10 noyabr 2015-ci il tarixdə bitməsini, bununla da sözügedən müqavilə üzrə bağ sahəsinə dair hər hansı hüquqa malik olmamasını nəzərə almamışdır.
33. Məhkəmə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edərək qeyd etmişdir ki, hazırkı işdə iddiaçının barəsində iddia qaldırdığı torpaq sahəsi qanuni əsaslarla onun istifadəsinə verilmişdir və o, hazırda da həmin torpaq sahəsindən istifadə edir. Digər tərəfdən, cavabdeh tərəfindən də bu torpaq sahəsinə və onun üzərindəki tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir.
34. Eyni zamanda apellyasiya məhkəməsi cavabdehin məhkəmə baxışında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə yox, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin özü tərəfindən mütəxəssis rəyi alınmalı olmasına dair etirazına münasibət bildirərək qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMC iddiaçının istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin üst-üstə düşməyinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlə t Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 04 may 2022-ci il tarixli, **********06 nömrəli mütəxəssis rəyi və müvafiq ekspert rəyi ilə torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən olunur ki, bu rəylərin mötəbərliyini şübhə altına alan əsaslar müəyyən edilməmişdir. 35. "xxxx" MMC tərəfindən verilmiş rəy ilə torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunsaydı, bu halda rəylər arasındakı ziddiyyətdən və bu ziddiyyətin aradan qaldırılmasından danışmaq olardı. Hazırkı halda isə işdəki rəylər arasında ziddiyyət mövcud deyil. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlil ləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh iddia olunan bağı və bağ sahəsində yerləşən evi xx.xx.2017-ci il tarixdə 22.000 manata almış və mübahisə yaranan dövrədək 3 il 6 ay müddətində və hazırki vaxtda da bu sahədə yaşamaqla, ev inşa etmişdir. Həmin müddət ərzində heç kim hər hansı iddia ilə ona müraciət etməmiş, hazırkı torpaq sahəsinin ona məxsus olduğunu bəyan etməmişdir. İddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının inkişafı Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşə n, “Birlik” adlanan Bağçılıq ərazisindən 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən 0,12 ha torpaq sahəsinin verildiyi mübahisələndirilməsə də, faktiki olaraq həmin torpaq sahəsinin ölçüsü, planı və cizgisi olmamışdır. İddiaçının hazırda iddia etdiyi torpaq sahəsinin ölçüsü faktiki olaraq 0,12 ha yox, 0.10 ha təşkil edir. Belə olan halda 0,20 ha torpaq sahəsinin necə olması, hara yoxa çıxması aydınlaşdırılmadan, hansı əsasla məhz iddiaçının sözünə görə qeyd olunan torpaq sahəsinin iddiaçıya ayrılması məhkəmə tərəfindən ziddiyyətli ekspertiza və mütəxəssis rəylərinə əsasən əsassız müəyyən edilmişdir. Ona görə də qeyd olunan bu hal məhkəmə tərəfindən əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. 38. 26 oktyabr 2023-cü il tarixli 3-16-16/210/6772 nömrəli ekspertiza rəyi mütəxəssisin ehtimala əsaslanan, faktiki olaraq istinad nöqtəsi, koordinatları, dəqiq ölçüləri, sxemi olmayan torpaq sahəsi barədə fikirlərinə əsaslanıb tərtib edildiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmiş ortofoto və sxem sübut kimi qəbul edilə bilməz. Çünki qanunvericiliyə əsasən həmin ortofoto və sxemin sübut kimi qəbul edilməsi üçün müəyyən edilmiş şərtlər pozulmuşdur. iddiaçının nümayəndəsi tərəfindən Apellyasiya Məhkəməsində izahat verərkən yazılı sübut kimi istinad etdiyi “Günəş-3” Bağçılıq yoldaşlığının bölgü sxemi və Günəş-3” Bağçılıq yoldaşlığının ortofoto görüntüsü qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə cavab vermədiyi üçün sübut kimi qəbul edilə bilməz.
39. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş “Günəş-3” Bağçılıq yoldaşlığının ortofoto görüntüsü həm də ona görə sübut kimi qəbul edilə bilməz ki, işdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Birlik” adlanan Bağçılıq ərazisindən 10 noyabr 2005-ci il tarixli, 36212 nömrəli müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin, yəni bağ sahəsinin nömrəsi -38/3781- dir, amma hazırki ortofoda 38/3781 saylı bağ yoxdur və qeyd olunan bağların nömrələnmə ardıcıllığı, yerləşməsi, sahəsi v ə istinad nöqtələri, koordinatları da mövcud deyildir. xx.xx.2023-cü il tarixdə sistemə əlavə edilmiş Ortofoda 3 8 nömrəli bağ sahəsi yoxdur, 38a vardır, həmin sahənin də iddiaçıya verilməsini təsdiq edən heç bir sənəd yoxdur. Bağlar isə ardıcıllıqla nömrələnməmiş, cizgiləri, ölçüləri ayırd edilməmişdir. Məsələn həmin fotoda 24a saylı bağ 19, 32 və 31 saylı bağların əhatəsində yerləşir, 42 saylı bağ isə 12a və 24a saylı bağların qonşuluğunda yerləşir. Bundan əlavə bağların Bölgü sxeminin ümumiyyətlə razılaşdırılma və təsdiq tarixi də yoxdur. Ümumiyyətlə, həmin sənədin əsli və ya təsdiq olunmuş surəti təqdim edilməmişdir. Məhkəmə, plan, ölçü və cizgisi olmayan, müqavilədə 0,12 ha göstərilən, amma iddiaçı tərəfindən 0,10 ha olması qeyd edilən və onun 0,400 kv.metri tələb olunan torpaq sahə sinin nəyə görə məhz cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü sübut olunmadığı halda əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək onun əsassız olması səbəbindən təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
42. Maddə 139.3.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı m üvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 152.5.Mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəx slərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
46. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
47. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
48. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.
49. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
50. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
51. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
52. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (1, 2 və 3- cü bəndlər). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu
53. Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahi sələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki qərarlarında irəli sürdüyü göstərişlərini icra edərək, müvafiq olaraq ekspertiza rəyi və mütəxəssis rəyi almaqla iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehin hər hansı hüquqi əsas olmadan istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi və cavabdehin sahibliyinin qanunsuz olması ilə bağlı işin hallarını tam və hərtərəfli araşdırmış və gəldiyi nəticəsi qanunvericiliyə uyğun əsaslandırmışdır.
65. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun m ötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
69. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
70. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı m übahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
72. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1904/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.