Məhkəmə qərarları › İş №2(102)-1810/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1810/2025

02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1810/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: nisyə satılmış əşyanın ödənilməsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X5 (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Xidməti) qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(103)-590/2025 nömrəli, 8 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 02 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X8 arasında müxtəlif vaxtlarda əntiq əşyaların nisyə satılması barədə şifahi razılaşma olmuşdur. 2. xx.xx.2022-ci il tarixli qaimə-fakturalara əsasən 1) qiyməti 2350 ABŞ dolları olan gümüş fiqur; 2) qiyməti 4550 ABŞ dolları olan 1 ədəd gümüş çaydan; 3) qiyməti 4550 ABŞ dolları olan 1 ədəd gümüş çaydan; 4) qiyməti 2700 ABŞ dolları olan gümüş kubok; 5) qiyməti 2665 ABŞ dolları olan gümüş kubok və podnos; 6) qiyməti 2210 ABŞ dolları olan samovar çaynik; 7) qiyməti 12350 ABŞ dolları olan çaynik və 12 ədəd çaşka; 8) qiyməti 700 ABŞ dol ları olan gümüş rozetkalar; 9) qiyməti 9000 ABŞ dolları olan çay dəsti; 10) qiyməti 8500 ABŞ dolları olan çay dəsti; 11) qiyməti 2500 manat (sonradan dollar işarəsi yazılıb) olan yemək dəsti; 12) qiyməti göstərilməyən “Reg Barton” fransız krujevası; 13) qiyməti 2800 ABŞ dolları olan gümüş şamdan; 14) qiyməti 2500 ABŞ dolları olan 18 nəfərlik çəngəl-bıcaq dəsti; 15) qiyməti 5000 ABŞ dolları olan çay dəsti və 6-cı səhifənin arxa hissəsində (iş materiallarında – İ cild, 84 səh.) qeyd olunan 8308 ABŞ dolları dəyərində çəngəl-bıçaq dəsti Janashia Leila tərəfindən təhvil alınmışdır.

3. Cavabdeh tərəfindən alınmış malların dəyəri ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Janashia Leilaya qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, 77000 ABŞ dolları məbləğində pulun, ödəniş gününə manata olan məzənnəsi ilə əsas borcun və 70000 manat dəyərində dəymiş maddi (əldən çıxmış fayda və borcun əldə edilməsi ilə bağlı çəkilən xərclər nəzərə alınmaqla) və mənəvi zərərin, həmçinin 540 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, eyni zamanda cavabdehin əməlində cinayət faktları tam sübuta yetirildiyini nəzərə alaraq xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Gürcüstan vətəndaşı olan cavabdeh tərəfindən, inamından sui-istifadə edilməklə, dələduzluq yolu ilə ona məxsus 77000 ABŞ dolları məbləğində pulu mənim sənilmişdir. Maddi durumunun ağır olması ilə, ayrı-ayrı vaxtlarda qızı üçün cehiz kimi aldığı bahalı antik əşyalarını satmaq niyyətində olduğundan, əmisi qızı vasitəsi ilə tanış olduğu cavadehə bildirmişdir. Belə ki, cavabdehin uzun illərdir ki, Azərbaycanda, məhz bu fəaliyyətlə, yəni əntiq mallarının satışı ilə məşğul olduğunu əvvəlcədən bildiyindən ona müraciət etmişdir. Hətta, 15-16 il bundan əvvəl də, onun mağazasından 9000 ABŞ dolları dəyərində, qızı üçün servis komplekti də almışdır. Beləliklə, satmaq istədiyi “mallara” baxmaq üçün, xx.xx.2022-ci il tarixdə, cavabdeh, yaşadığı - ünvan 1 ünvana gəlmiş və “mallara” baxış keçirərək, bəyəndiyi və tez satılacaq “malların” siyasını tərtib etmişdir. Onun tərtib etdiyi bu siyahı üzrə, aralarında olan razılaşma əsasında, ayrıayrı adlarda olan cehiz malları, ümumilikdə, 77000 ABŞ dollarında, həmin dövrün manata ekvivalenti ilə dəyərləndirilmiş və qərara alınmışdır ki, pulun qaytarılması anında da, həmin günə olan ABŞ dollarının manata ekvivalenti nəzərə alınmaqla hesablaşma aparılacaqdır. Bu cür razılaşma əsasında da, onunla cavabdeh arasında “QaiməFakturalar” imzalanmışdır. 7 vərəqdən ibarət həmin 7 ədəd “Qaimə-Fakturalar”dan da görünmüşdür ki, ümumilikdə dəyəri 77000 ABŞ dollarında, ayrı-ayrı adda olan suvenirəntiq mallar iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə, evində, cavabdehə təhvil verilmişdir. Xüsusi olaraq o da qeyd edilməlidir ki, malların təhvil və qəbul edilməsi ilə əlaqədar, “Qaimə Fakturalar”ı hər iki tərəf imzaladıqdan sonra, cavabdehə məxsus, "xxxx" MMC-yə aid möhürlə də, onun tərəfindən təsdiq edilmişdir. B ununla da, cavabdeh özünü, həm də bu şirkətin rəhbəri kimi təqdim edərək, fəaliyyətinin tam qanuni olduğunu göstərməklə, inamını demək olarsa da, tam qazanmışdır. Bundan sonra, malların daşınması üçün avtomobil sifariş edilmiş və mallar yüklənilərək, Bakı şəhəri, X10 İdarəsinin yerləşdiyi ərazinin arxa tərəfindəki, önündə “Antik” reklamı vürülmüş mağazaya boşaldılmışdır. Hazırda da, cavabdeh həmin ünvandakı mağazada fəalliyyət göstərir. Sonradan, bu ünvanın, ünvan 2, həmin dövrdən, yəni, xx.xx.2022-ci il tarixindən bu günə kimi, cavabdehə verdiyi malların pulunu ondan geri ala bilməmişdir. Maddi durumunun ağır olması ilə əlaqədar, ona verdiyi mallar, faktiki olaraq aldığı qiymətlərlə hesablandığından və həmin mallar da, dərhal satıldığından, mallarının da geri qaytarılması mümkünsüz olmu şdur. Ümumiyyətlə isə, cavabdehin fəaliyyətindən xəbəri olduğundan, bilmişdir ki, o, aldığı əntiq malları, 3-4 dəfə baha qiymətə satır və iddiaçıdan aldığı malların üzərinə “100 faiz ticarət” əlavəsini gəlməklə də, tez satışının həyata keçirilməsinə nail olmuşdur. Cavabdeh hər dəfə ona, pulunun bir ay müddətinə qaytaracağı barədə vədlər versə də, bu günə kimi mənimsənilmiş pulun geri alınmasına nail ola bilməmişdir.

6. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçının ona qarşı qoyduğu sübutlar əsassızdır və o, heç bir sənədə qol çəkməmişdir, borc müqaviləsində nə onun, nə də vəkilinin imzası yoxdur. Ən əsası da onun imzası yoxdur. Sübut olmadığı halda iddia təmin edilməməlidir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbi ilə razı olmadığı nı bildirmiş və etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan qaimə-fakturaya və “whatsapp” proqramındakı yazışmalara nəzər yetirərək və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həmin qaimə-fakturadakı imzalar ona aiddir. Qeyd olunan qaiməfakturadakı antik əşyaları iddiaçıdan satmaq üçün aldığını qəbul etmiş, lakin bildirmişdir ki, qaimə-fakturanın 9, 10, 15-ci bəndində və 6-cı səhifənin arxa hissəsində qeyd edilmiş 8308 ABŞ dolları dəyərində olan mallar iddiaçı tərəfindən geri götürülmüşdür. “Whatsapp” proqramındakı yazışmalar onunla Ülviyyə arasında keçmişdir. Onu Rima adlandırırlar. Halhazırda iddiaçıya 77000 ABŞ dolları deyil, 32000 ABŞ dolları borcunun olduğunu bildirmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd olunan mallar iddiaçı tərəfindən cavabdehin mağazasından geri götürülmüşdür. Həmin malların götürülməsi barədə video görüntülərin əldə olunması üçün dövlət orqanlarına tərəfindən sorğular göndərilmiş, lakin sorğulara cavab verilməmişdir. Bundan əlavə məhkəmə-xətşünaslıq ekspertizası rəyi qismən etibarsız hesab edilməlidir, çünki qəbzlərdəki imzalar cavabdehə məxsus deyil. Məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 izahatında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası tə yin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1835 nömrəli ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş, mülki işin 79-85-ci vərəqlərində olan 07 vərəqdən ibarət xx.xx.2022-ci il tarixli qaimə-fakturada "Təhvil aldım" qrafalarındakı imzalar cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 79-85-ci vərəqlərində olan 07 vərəqdən ibarət xx.xx.2022-ci il tarixli qaimə-fakturadakı əlyazmalar cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-103/2024 nömrəli iş üzrə 15 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 68183 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etd iyi qüvvədə olan məzənnə ilə manatla) və 2500 manat məbləğində pulun və 408,41 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Ayşən Sultanova-Məmmədova).

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qaydada əşyaların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. xx.xx.2022-ci il tarixli qaimə-fakturaya əsasən cavabdehin 68183 ABŞ dolları və 2500 manat dəyərində antik əşyaları iddiaçıdan təhvil alması müəyyən edilmişdir.

13. Cavabdehin vəkillərinin qaimə-fakturadakı imzaların cavabdeh tərəfindən imzalanmaması ilə bağlı izahatlarında qeyd etdiklərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu onların şəxsi mülahizələrdən ibarətdir. İş materialında olan sənədlərlə, ekspertiza rəyi ilə sübuta yetirilmişdir ki, qeyd olunan imza cavabdeh tərəfindən icra olunmuşdur. Həmçinin cavabdeh izahatında qeyd edilən qaimə-fakturadakı imzanın ona aid olduğunu, əşyaları təhvil aldığını etiraf etmiş, lakin iddiaçıya 32000 ABŞ dolları borcunun qaldığını bildirmişdir. Nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun iddiaçıya ödənilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə borcun ödənilməsi və əşyalarının bir qisminin qaytarılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir, xx.xx.2022-ci il tarixli qaimə-fakturaya əsasən 68183 ABŞ dol ları və 2500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

14. İddia tələbinin 70000 manat dəyərində dəymiş maddi və mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, bu hissədə iddia təmin edilməməlidir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi ziyana məruz qaldığını iddia etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, işdə olan sənədlərlə cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir.

15. Bundan başqa məhkəmə hesab etmişdir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı cavabdehin əməlində cinayətin əlamətləri aşkar edilməmişdir. Odur ki, məhkəmə xüsusi qərardadın çıxarılması hissəsində də iddia tələbini əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlmişdir.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 390, 425, 442, 448, 567, 600-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışd ır ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbində göstərilən əmlaklardan hər hansı biri vеrilməmiş, bir qismi başqa mallar vеrilmiş və iddiaçının özü tərəfindən həmin mallar aparılmışdır. Cavabdеh tərəfindən heç bir sənədə qol çəkməmişdir, borc müqaviləsində nə onun, nə də vəkilinin imzası yoxdur. İddiaçı hələ iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, X2, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini iddia ərizəsində üçüncü şəxs qismində göstərmişdir. Bununla da iddia ərizəsində üçüncü şəxs qismində göstərilən X3, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi artıq icraatda olan iddianın predmeti barəsində müstəqil tələb irəli sürməklə üçüncü şəxs qismində işə qarışmamışlar. Həmçinin işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb olunmamışlar. Odur ki, iddiaçının iddia ərizəsində üçüncü şəxs qismində göstərdiyi X3, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə iddianın predmeti barədə müstəqil tələb irəli sürən, nə də ki, işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb olunmuş şəxslər deyillər. Buna görə də onlar üçüncü şəxs sırasından çıxarılmalıdırlar. Buna dair vəsatət vеrilsə də, məhkəmə tərəfindən əsassız olaraq vəsatət təmin еdilməmişdir. Məhkəmənin qətnaməsində X3, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasın ın Dövlət Gömrük Komitəsi iddianın prеdmеti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəхs qismində göstərilsələr də, onların iddianın prеdmеti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəхs qismində işə cəlb olunmalarına dair müvafiq qərardad qəbul olunmamışdır və iş matеriallarında bеlə bir qərardad mövcud dеyildir. Digər tərəfdən məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, həm iddiaçı (VÖЕN **********) və həm də cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar və hər ikisi VÖЕN-ə malikdirlər. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin sübyеktiv tərkibi, mübahisənin prеdmеti və bununla da mübahisənin ümumi məhkəməyə və ya kommеrsiya məhkəməsinə aidiyyəti aydınlaşdırılmamışdır. Bununla da məhkəmə aidiyyətinin kobud şəkildə pozulması ilə mübahisə mahiyyəti üzrə həll е dilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə prеdmеtini təşkil еdən əşyaların həqiqətən mövcud olubolmaması və həmin əşyaların iddiaçı tərəfindən cavabdеhə təhvil vеrilməsi və cavabdеh tərəfindən qaytarılmasına dair хüsusatlar aydınlaşdırılmamışdır. Bununla da mübahisə prеdmеtini təşkil еdən əşyaların fərdi əlamətləri, fotoşəkili, qiyməti və digər fərdi əlamətləri müəyyən еdilmədən işin faktiki hallarına uyğun gəlməyən qətnamə qəbul еdilmişdir.

19. Üçüncü şəxs X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, heç bir sübutun məhkəmə üçün qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur, olduğu halda, işdə olan sübutlara düzgün qiymət verilməməklə yanaşı, bir sıra sübutlar haqqında isə, bu işin həlli ilə bağlı göstərilmiş hüquqi xidmətlərlə görə, ümumiyyətlə bir cümlə belə qeyd aparılmamışdır. Həmçinin onu da qeyd etmək zəruridir ki, iddia tələbinin həcminə görə tərəflərindən 490 manat və ilkin müvəqqəti təminat tədbirinə görə də 50 manat məbləğində, ümumilikdə, 540 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilsə də, qətnamədə ödənilən rüsumun məbləği nədənsə 408,41 manat göstərilmişdir. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməli olduğundan və cavabdehin məhkəməyə və Nəsimi Polis İdarəsind ə müstəntiqə verdiyi izahatları, həmçinin, iddiaçı ilə aralarındakı “Watsapp” yazışmaları və iddiaçı ilə cavabdehin arasındakı 2024-cü ilin may ayındakı telefona yazdırılmış səs yazısının mətni tamamilə bir-birilərinə zidd olduğuna, yaxud, cavabdehin əvvəlki izahatlarını tamamilə təkzib etdiyindən, cavabdehin əməlindəki cinayət tərkibini bilavasitə təsdiq etmiş olur. Xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməlidir. Cavabdeh ilə iddiaçı arasında, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixli “Watsapp” yazışmalarından görünmüşdür ki, cavabdeh, qəbul etdiyi mallara görə, iddiaçıya 77000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etməklə yanaşı, hər dəfə, qısa müddət ərzində bu borcu ödəyəcəyinə inandırıcı vədlər vermiş; növbəti, 2022-ci il, noyabr ayının sonunadək, 77000 A BŞ dolları məbləğində bütün borcunu ödəyəcəyi barədə vədindən sonra isə, həmin tarixədək borcunun qaytarılmayacağı halda, xx.xx.2022-ci il tarixdən, ödənilməmiş borc məbləğinə hər gün üçün, 1 faiz miqdarında cərimə hesablanılacağı, həmçinin, aidiyyəti orqanlara da şikayət edəcəyi barədə iddiaçı tərəfindən cavabdeh xəbərdarlıq edilmiş; bununla bağlı, eyni zamanda, tərəflər arasında, mövcud olan borcun etirafı haqqında, notariat kontorunda müqavilənin bağlanması razılaşdırılsa da, son anda, cavabdeh bundan da imtina etmiş və bu fakt da, işin mübahisələndirilməyə ehtiyacı olmayan hallarından olduğu halda, cavabdeh bütün bunlardan imtina edərək, həm ibtidai istintaqa, həmçinin də məhkəməyə verdiyi izahatları ilə özü-özünü tamamilə ifşa etmiş, qaimə-fakturalardakı imzanın ona məxsus olmadığını, həmin qaimə-fakturaların kimlər tərəfindən doldurulmasından belə xəbərsiz olduğunu bildirməklə, vəkilləri ilə birlikdə xətşünaslıq ekspertizasının aparılması barədə məhkəmə qarşısında vəsatət qaldırmış və bu barədə vəsatəti də təmin edilmişdir. Bundan sonra da, Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin məhkəməyə təqdim etdiyi rəyi ilə də onun dələduzluğu sübut olunmuşdur. Cavabdehin Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Orxan Məmmədova verdiyi izahatında qeyd etmişdir ki, qaiməfakturalarda olan imzalar məhz ona məxsusdur, həmçinin göstərmişdir ki, qaiməfakturaların yazılaraq doldurulması da, işçisi olan Günel adlı şəxs tərəfindən həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesində məhkəməyə, iddiaçı ilə cavabdeh arasında, ikincinin də razılığı ilə aparıl an danışıqların 1 ədəd DVD audio diski təqdim edilərək, həmin diskdəki səsin cacabdehə məxsus olduğunun təsdiq edilməsi barədə ekspertizanın keçirilməsinə dair qərardadın qəbul edilməsi xahiş edilmiş və hakim vəsatətlərini təmin etmiş və qərardadın qəbul edilməsindən əvvəl, həmin diskdəki səsin cavabdehə məxsus olub-olmamasının müəyyən edilməsi üçün, ilkin olaraq, cavabdehin münasibətinin vacibliyini göstərməklə, diskin səsləndirilməli olduğu qərarını qəbul etmişdir. Bundan sonra, məhkəmə zalındakı kompyuter vasitəsi ilə diskin səsləndiriməsinə cəhd edilsə də, komputerin həmin diski "oxumamış", lakin, məhkəmə katibi tərəfindən diskdə səs yazısının olub-olmaması, məhkəmə zalından kənar, məhkəmənin digər komputerində "açıldığından", növbəti məhkəmə prosesində başqa komputerlə diskin "açılara q" səsləndiriməsi məqsədi ilə məhkəmə prosesi xx.xx.2023-cü il tarixə, saat 10:40 təxirə salınmışdır. Növbəti, xx.xx.2023-cü il tarixdə, saat 10:40-də keçirilən məhkəmə prosesi isə, məhz, məhkəmənin sədrinin ssenarisi üzrə həyata keçirilmişdir. Həmin gün, qarşı tərəfin aranı qarışdırmaqla qanunsuz müdaxilələri ilə, xx.xx.2023-cü il tarixli məhkəmə prosesində hakimin qəbul etdiyi, vəsatətlə təqdim etdiyi DVD audio diskin səsləndirilməsi barədə qərarının icrasına imkan verilməmiş, yuxarıda göstərilən, xətşünaslıq ekspertizasının keçirilməsi bardə, cavabdehin və onun vəkillərinin təqdim etdiyi vəsatəti təmin edildiyi, onların isə xx.xx.2023-cü il tarixdə təqdim etdiyi vəsatətlərinin təmin edilməməsi barədə hakim qərarını elan etsə də, səs ekspertizanın keçirilməsi ilə əlaqədar vəsatətinin təm in edilməməsi barədə elan etdiyi qərardadını bu günə kimi də elektron kabinetə yerləşdirməmişdir. Cavabdehin iddiaçı ilə 2023-cü ilin may ayında, aralarında olan danışıqlarının DVD-dəki səsyazılarının kağız üzərinə köçürülmüş mətnini məhkəməyə tədim edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması və cavabdehin əməlində cinayət tərkibi olduğundan xüsusi qərardad qəbul edilməklə prokurora xəbər verilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş qaimə-fakturaların 1-ci səhifəsinin yuxarı hissəsində malların ümumi dəyərini əks etdirən “77.000” ABŞ dolları kimi yazı, “Bakı şəhəri, Nəsimi Rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri - Fərid Dadaşovun xx.xx.2023-cü il tarixli qərarında göstərildiyi kimi, cavabdehin işçisi Günel adlı şəxs tərəfindən icra edilmiş və bu da məhz, cavabdehin göstərişi əsasında baş vermişdir. Bu halı təsdiq edən amil, həmçinin, cavabdeh ilə iddiaçı arasında olan bütün yazışmalarda, cavabdehin iddiaçıya 77.000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etməsidir. Qətnamənin qət etdi hissəsinə münasibətdə qeyd edilmişdir ki, bu yanlışlıq, 6-cı qaimə fakturanın 11-ci sıradakı əşyalarla bağlı 2500 rəqəmindən sonra “m” işarəsi ilə yanaşı “dollar” işarəsi də qeyd edildiyindən, hakim bu rəqəmi manatla hesablamışdır və 68.183 rəqəminin 2500 rəqəmi ilə toplanması 70.683 etmişdir ki, onların hesablamaları ilə də bu yekuna əsaslanmaqla, ilkin qaimə-fakturanın üzərində 77000 ABŞ dolları işarəsini əlavə etməklə göstərilmişdir ki, razılaşma bu olmuşdur. Bundan əlavə, 6-cı qaimə fakturanın arxasındakı rəqəmlərin toplanması zamanı da, onların ziyanına yanlışlığa yol verilsə də, həmin qaimə-fakturanın yenidən doldurulmasına ona görə əhəmiyyət verilməmişdir ki, 1-ci qaimə-fakturanın yuxarı hissəsində ödəniləcək məbləğin miqdarı qeyd edilmiş və bütün bunlar, cavabdehin işçisi tərəfindən icra edilmişdir. Göstərilənlərdən əlavə, bu məsələ ilə bağlı, yəni pulunun alınması ilə bağlı iddiaçının çəkdiyi xərclərə münasibət bildirməməklə yanaşı, mülki dövriyyə şəratində 77000 ABŞ dollarının banka ən aşağı faizlə belə depozitə qoyulması şəraitində, onun əldə edə biləcəyi gəlirə də münasibət bildirməmişdir. Məhkəmə tərəfindən qaimə-fakturalardakı rəqəmlərin toplanılması və həmin rəqəmlərə qiymət verilməsində yanlışlığa yol verilmiş, eyni zamanda da, Mülki Məcəllənin 21-ci maddəsi tətbiq edilməmişdir. Bununla da, işdə olan sübutlarl a dəymiş zərərin miqdarı 77.000 ABŞ dolları məbləğində müəyyən edildiyi halda, hakim səhvən bu rəqəmi, 68.183 ABŞ dolları və 2500 manat həcmində müəyyən etməklə yanaşı, Mülki Məcəllənin 21.2.-ci maddəsini ümumiyyətlə tətbiq etməməklə, bu işlə bağlı iddiaçıya göstərilmiş hüquqi xidmətə görə onun tərəfindən ödənilmiş pul məbləğinə və həmin şəxsin adi mülki dövriyyə şəratində əldə edə biləcəyi gəliri, yəni, 77000 ABŞ dollarını depozit şəklində hər hansı banka qoyacağı təqdirdə əldə edə biləcəyi divident məbləğini hesablamamışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir olduğu halda, buna əməl etməmiş, qaiməfakturalardakı, yazışmalardakı sübutlara qiymət verilməsində yanlışlığa yol vermişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 2(103)-590/2025 nömrəli mülki iş üzrə 8 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Günay Axundova və Fərrux Qasımov).

22. Kollegiya öncə iddia tələbinin təmin edilməyən hissəsi ilə razılaşmayan X1 apellyasiya şikayəti üzrə dəlillərinə münasibətdə qeyd etmişdir ki, X1 hazırkı işdə prosessual hüquqi statusu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olduğundan, cavabdehə qarşı onun hər hansı iddia tələbi və iddiaçının apellyasiya şikayəti olmadığından, onun iddiaçının əvəzinə qətnaməni qeyd olunan hissədə mübahisələndirməyə subyektiv hüququ yaranmamışdır. Buna görə də kollegiya hesab etmişdir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə zərurət olmadığından, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməlidir.

23. İş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qaydada əşyaların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. xx.xx.2022-ci il tarixli qaimə-fakturaya əsasən cavabdehin 68.183 ABŞ dolları və 2500 manat dəyərində antik əşyaları iddiaçıdan təhvil alması müəyyən edilmişdir. Cavabdeh tərəfin qaiməfakturadakı imzaların cavabdeh tərəfindən imzalanmaması ilə bağlı izahatların da qeyd etdikləri hallar təkzib olunaraq iş materialında olan sənədlərlə, ekspertiza rəyi ilə sübuta yetirilmişdir ki, qeyd olunan imza cavabdeh tərəfindən icra olunmuşdur. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində izahatında qeyd etmişdir ki, qaimə-fakturadakı imza ona aiddir, əşyaları təhvil aldığını etiraf etmiş, lakin iddiaçıya 32000 ABŞ dolları borcunun qaldığını bildirmişdir.

24. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 4/1835 nömrəli ekspert rəyi verilmiş və kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqi qat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, Kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

25. Kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya əşyaların bir hissəsinin qaytarılması, onun iddiaçıya 32000 ABŞ dolları borcunun qaldığını qeyd etdiyi halda, sübutütmə yükünün bölüşdürülmə qaydasına görə bu borcun ödənilməsi və əşyalarının bir qisminin iddiaçıya qaytarıldığını cavabdeh sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə hər hansı mötəbər bir sübut təqdim etməmişdir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.

26. Buna görə məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi sübut olunduğu həcmdə, qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli qaimə-fakturaya əsasən 68.183 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 2500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Məhkəmə kollegiyası cavabdehin tərəflərin VÖEN-nin olması, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalı olması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliklər onların kommersiya fəaliyyəti ilə əlaqədar yaranmamış, tərəflər fərdi sahibkar olsalar da, yaranmış mübahisə onların sahibkarlıq fəaliyyətindən irəli gəlməmişdir. Belə ki, iddiaçı həmin əmlakların qızına məxsus cehiz əşyaları olmaqla, satmaq istədiyini bildirmişdir.

28. Kollegiya cavabdehin birinci instansiya məhkəməsi tərəfindən mübahisə prеdmеtini təşkil еdən əşyaların həqiqətən mövcud olub-olmaması və həmin əşyaların iddiaçı tərəfindən cavabdеhə təhvil vеrilməsi və cavabdеh tərəfindən qaytarılmasına dair хüsusatların aydınlaşdırılmaması, bununla da mübahisə prеdmеtini təşkil еdən əşyaların fərdi əlamətləri, fotoşəkili, qiyməti və digər fərdi əlamətləri müəyyən еdilmədən işin faktiki hallarına uyğun gəlməyən qətnamə qəbul еdilməsi ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, mülki işin 79-85-ci vərəqlərində olan 07 vərəqdən ibarət xx.xx.2022-ci il tarixli qaimə-fakturada "Təhvil aldım" qrafalarındakı imzalar cavabdeh tərəfindən icra olunmuşdur. Bununla bağlı ekspertiza keçirilmişdir. Həmin qaiməfakturalarda cavabdehə məxsus möhür mövcuddur. Cavabdehin özü də, birinci instansiya məhkəməsində etiraf etmişdir ki, götürdüyü əşyaların bir hissəsini qaytarmışdır, onun iddiaçıya 32000 ABŞ dolları borcu qalmışdır.

29. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 390, 425, 442, 448, 567, 600-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında malların satışı yalnız Azərbaycan manatı ilə satışına icazə ver ilir. Məhkəmə bu cür müqaviləni qanuni hesab etməməli idi və malların dəyəri ekspertizada dəyərləndirməli idi. Çünki mallar heç də iddiaçının iddia etdiyi kimi antik əşyalar deyil, həmçinin müqavilə predmeti xarici valyuta ola bilməzdi. Qaimə-fakturada dollar ifadəsi yazılsa da, hansı ölkəyə məxsus dolların qeyd edildiyi misal üçün ABŞ, Avstraliya, Baham, Belis, Barbados və hansı dollar nəzərdə tutulması da maraqlı haldır. Əşyaların saxta olduğu kimi dollarla qeyd edilmələri də istehlakçı hüququnun pozulması kimi nəzərə alınmalı idi.

32. Məhkəmə qətnamə qəbul edərkən, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi üzrə münasibətlərin yarandığını bildirərək, cavabdehin üzərinə pul ödəmə öhdəliyi qoysa da, alqı-satqı müqaviləsinin digər mühüm bəndlərini araşdırmamış, iddiaya pul tələbi kimi q iymət vermişdir. Məhkəmə formal olaraq Mülki Məcəllənin 425-ci maddəsinə istinad etsə də, həmin maddənin tələblərini tam araşdırmamışdır. Müqavilənin mövcudluğunu cavabdeh inkar etməsə də, müqavilənin şərtləri ilə razılaşmamışdır. Eyni zamanda məhkəmə müqavilə üzrə yaranmış pul öhdəliyinin məbləğini (qiymətini) qətnamə üzrə müəyyən etsə də, həmin öhdəliyin icrasının müqavilə üzrə hansı qaydada müəyyən edildiyini həll etməmiş və araşdırmamışdır. Məhkəmə Mülki Məcəllənin 600-cü maddəsinə istinad etsə də, məhkəmə araşdırılması zamanı bu hal araşdırılmamışdır. Məhkəmə alqısatqı müqaviləsinə istinad etsə də, faktiki borc müqaviləsi kimi işə qiymət vermişdir.

33. Məhkəmə nisyə alqı-satqı müqaviləsinə istinad edərkən nəzərə almamışdır ki, qiymətli metallardan istehsal olunmuş məhsulların satışı ü çün xüsusi razılıq lisenziya tələb olunur və digər halda alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Xarici dövlətlərdə də antikvariat satışı üçün xüsusi razılıq lisenziya tələb olunur. Həmçinin bu kimi malların satışa çıxarılmazdan qabaq qiymətləndirilməsi zəruridir. İddiaçı antik mallar adı ilə sıradan malları cavabdehə şişirdilmiş qiymətlərlə vermişdir. Adı çəkilən əşyalar qiymətləndirilməmişdir. Bu barədə dəfələrlə vəsatətlər təqdim edilsə də, məhkəmə şifahi qaydada müqaviləni qəbul edib qətnamə qəbul etmişdir.

34. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbində göstərilən əmlaklardan hər hansı biri vеrilməmiş, bir qismi başqa mallar vеrilmiş və iddiaçının özü tərəfindən həmin mallar aparılmışdır. Cavabdеh tərəfindən heç bir sənədə qol çəkilməmiş, borc müqaviləsində nə onun, nə də vəkilinin imzası yoxdur.

35. Nağıyeva Gülşən adlı şəxs də şahid olmuşdur ki, iddiaçı gəlib malların bir qismini aparmışdır. Məhkəmə bu şahidlərin iştirakının təmin edilməsinə şərait yaratmamışdır.

36. Məhkəmə nisyə alqı-satqısını qəbul edərək, eyni zamanda pulun ödənilməsi barədə qərar qəbul etdikdən sonra cavabdeh həmin müqavilənin etibarsızlığı barədə tələb irəli sürsə belə qanuni qüvvəsini almış qətnamənin mövcudluğu yeni tələbin uğurunu istisna edir. Məhkəmə etibarsız müqaviləni tam, hərtərəfli, obyektiv araşdırma aparmadan tanımış və üstəlik pulun ödənilməsi öhdəliyini də cavabdehin üzərinə qoymuşdur. Hansı ki cavabdeh həmin müqavilə üzrə yanıldığını və malların antık mallar adı altında şişirdilmiş qiymətlərlə hesablandığını mübahisələndirsə belə möv cud qətnamə yeni iddianın uğurunu istisna edir. Apellyasiya Məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində iddia tələbində göstərilən əşyaların antik əşya olması ifadəsini işlətmişdir. Halbuki həmin əşyaların antik olması barədə iş materialında heç bir sübut yoxdur.

37. İddiaçı şahidin dindirilməsi barədə e-kabineti vasitəsi ilə və məhkəmə proseslərində vəsatətlər versə də məhkəmə şahidin dindirilməsini təmin etməmişdir.

38. Ekspert rəyi ilə razı deyil, birinci instansiya məhkəməsində təkrar ekspertiza keçirilməsi barədə vəsatət versə də, apellyasiya məhkəməsi ilkin baxış iclasında vəsatət verilməsi üçün şərait yaratmadan qətnamə qəbul etmişdir.

39. İddiaçı hələ iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, X2, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini iddia ərizəsində üçüncü şəxs qismində göstərmişdir. Bununla da iddia ərizəsində üçüncü şəxs qismində göstərilən X3, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi artıq icraatda olan iddianın predmeti barəsində müstəqil tələb irəli sürməklə üçüncü şəxs qismində işə qarışmamışlar. Həmçinin işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb olunmamışlar. Odur ki, iddiaçının iddia ərizəsində üçüncü şəxs qismində göstərdiyi X3, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nə iddianın predmeti barədə müstəqil tələb irəli sürən, nə də ki, işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəm ənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb olunmuş şəxslər deyillər. Buna görə də onlar üçüncü şəxs sırasından çıxarılmalıdırlar. Buna dair vəsatət vеrilsə də, məhkəmə tərəfindən əsassız olaraq vəsatət təmin еdilməmişdir. Məhkəmənin qətnaməsində X3, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi iddianın prеdmеti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəхs qismində göstərilsələr də, onların iddianın prеdmеti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəхs qismində işə cəlb olunmalarına dair müvafiq qərardad qəbul olunmamışdır və iş matеriallarında bеlə bir qərardad mövcud dеyildir.

40. Cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 69-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 448, 600, “İstehlakçıları n hüquqlarının müdafiəsi haqqında”, “Qiymətli metallar və və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunlarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

45. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

47. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

48. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

49. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddə tdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

50. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 51. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyasının mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

57. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və cavabdehə iddiaçı tərəfindən yazılı qaimələr əsasında satış üçün əşyalar verilmişdir. Əşyalara görə alıcı tərəfindən satıcıya 68183 ABŞ dolları və 2500 manat dəyərində pul ödəniləcəyi razılaşdırılmışdır.

58. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 416.1-ci maddəyə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Cavabdehin kassasiya şikayətinin dəlillərinin bir hissəsi apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə hüquqi qiymət verilmişdir. Kollegiya həmin əs aslandırma ilə razılaşır və eyni hüquqi mövqeni təkrarlamağı zəruri hesab etmir.

60. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya məhkəməsi iddiaçının şahidlərinin dindirilməsi barədə vəsatəti təmin etməməklə pozuntuya yol vermişdir. Bu dəlillə bağlı məhkəmə qeyd edir ki, hazırkı halda kassator iddiaçı deyil, cavabdeh olduğundan iddiaçının hər hansı vəsatətinin təmin edilməməsi qərarın ləğvi üçün əsas ola bilməz.

61. Kassasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, malların satış qiyməti onların həqiqi dəyərindən yüksək olmuşdur.

62. Kollegiya bu dəlili əsassız hesab edərək qeyd edir ki, MM-nin 398-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməli olduğundan və müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavi lədə və ya bu Məcəllədə ayrı qayda nəzərdə tutulmadıqda yol verilmir. Eyni zamanda MM-nin 600.2-ci maddəsinə əsasən nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

63. Eyni zamanda kollegiya hesab edir ki, iddiaçının qiymətli metallardan olan malları satmağa lisenziyasının olmaması müqavilənin etibarsız hesab edilməsinə əsas olmadığından və cavabdehi həmin malların dəyərini ödəmək öhdəliyindən azad etmədiyindən hazırkı mülki mübahisənin həlli üçün əhəmiyyətli olmadığı üçün məhkəmə tərəfindən bu halla bağlı araşdırma aparılmaması pozuntu hesab oluna bilməz. İşə baxmış məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətində qeyd edilmiş normaların pozuntusuna yol verilməmişdir.

64. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-590/2025 nömrəli, 8 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar