Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1811/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh (X15 üçüncü şəxs qismində, Bakı şəhəri 15 saylı Notariat Kontorunun notariusu və ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vicdanlı əldə edən) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, (məruzəçi) X8 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Məhkəməsi Mülki kollegiyasının 2(103)-4140/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi X11 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində (keçmiş M.Şərifli küçəsi) yerləşən 112 saylı evin 84 saylı mənzili 28 dekabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X13 mülkiyyətində olmuş, həmin mənzildə X18, oğlu Cavabdeh və gəlini X12 qeydiyyatda olmuşlar.
3. X13 iki övladı olmuşdur: 1960-cı il təvəllüdlü Cavabdeh və 1958-ci il təvəllüdlü İddiaçı1.
4. X18 04 iyun 2014-cü ildə vəfat etmişdir.
5. Mənzil 17 mart 2015-ci il tarixli 2 ”V” 47 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 29 mart 2015-ci ildə mənzil X1 Alik Nazim oğlunun adına keçmiş və ona mülkiyyət hüququnu təsdiq e dən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 6. 06 aprel 2015-ci il tarixli 4Ə-398 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh həmin mənzili X2.
7. Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 84 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 15 saylı xüsusi notariat kontoru tərəfindən Cavabdeh verilmiş 17 mart 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı1 anası X14 miras qalan Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 84 saylı mənzilinə vərəsəlik hüq uqunun tanınması, Cavabdeh verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 29 mart 2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, həmin mənzillə bağlı Cavabdeh ilə X15 arasında bağlanmış 06 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilin əvvəlki vəziyyətə qaytarılması, mənzilin ikidə bir hissəsinin İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən mərhumun digər vərəsəsi olan İddiaçı1 nəzərə alınmamış, qanunsuz yolla öz adına keçirdiyi mənzili sonradan başqasına satmışdır. Hazırda evin mülkiyyətçisi X10r. İddia Azərbaycan Respublikası Mülki Məcəll əsinin 1133, 1134.1 və 1159.1.1-ci maddələri ilə əsaslandırılmışdır.
10. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmiş və iddiaya etiraz verməmişdir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(007)-3264/2016 saylı, 26 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.A.Nuriyev) iddia təmin edilmiş, Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən Cavabdeh adına verilmiş 17 mart 2015-ci il tarixli 2 “V” 47 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunması və İddiaçı1 həmin mənzilin ½ hissəsinə vərəsəlik hüququ tanınması, Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 mart 2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, 4 saylı ASAN Xidmət Mərkəzində təsdiq edilmiş 06 aprel 2015-ci il tarixli 4Ə-398 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması, X9 mübahisəli mənzilin alqı-satqısı zamanı ödədiyi məbləğin geri qaytarılması tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 mərhumun birinci növbəli vərəsəsi olduğu halda, vərəsəlik açılarkən ona məlumat verilməmiş, nəticədə onun vərəsəlik hüquqları pozularaq miras əmlakdan pay almamışdır.
13. Məhkəmə hesab etmişdir ki, Cavabdeh həmin mənzili qanunsuz olaraq özünün tam mülkiyyətinə keçirdiyinə görə bağlanmış alqı-satqı müqaviləsi də etibarsız hesab edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsi) 139.1, 139.3, 139-1.1, 139-1.1.3, 324.1, 337.1, 337.2, 337.4, 337.5, 1133, 1134.1, 1145, 1159.1.1, 1274, 1300 və 1318-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Üçüncü şəxs X15 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən onun iştirakı təmin olunmamış, o, vicdanlı alıcı olduğu halda, məhkəmə qanunsuz olaraq onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab etmişdir. İşə baxan birinci instan siya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4140/2022 nömrəli mülki iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni 4 saylı ASAN Xidmət Mərkəzində təsdiq edilmiş 06 aprel 2015-ci il tarixli 4Ə-398 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması, X9 mübahisəli mənzilin alqı-satqısı zamanı ödədiyi məbləğin geri qaytarılması tələbi ilə bağlı ümumi qaydada məhkəməyə mü raciət etmək hüququnun olmasının izah edilməsi hissəsində ləğv edilməsi qət edilmiş, həmin hissədə iddia rədd edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan sənədlərə görə Cavabdeh mərhum anası X14 miras qalmış Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 84 saylı mənzilinə dair 17 mart 2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra mənzili 29 mart 2015-ci ildə öz mülkiyyətinə keçirmiş, 6 aprel 2015-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən həmin mənzili 71600 manata X2.
19. Mənzilin alqı-satqısına dair sənədlərdən görünür ki, alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən 29 mart 2015-ci il tar ixli çıxarış olmuş, mənzildə Cavabdeh və arvadı X5 başqa heç kim qeydiyyatda olmamışdır.
20. X15 həmin mənzili notarial qaydada təsdiq olunmuş alqısatqı müqaviləsi ilə əldə edərkən mənzilə dair üçüncü şəxslərin hüquqlarından və iddialarından məlumatlı olmamışdır.
21. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətl i şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
22. Vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir neçə qərarlarında ifadə olunmuş mövqeyinə görə vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar.
23. Zərif Məmmədova il ə Cavabdeh arasında 06 aprel 2015-ci il tarixində mənzilin alqısatqı müqaviləsi bağlanarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl olunmuş, Zərif Məmmədova müqavilə bağlanarkən vicdanlı alıcı olmuşdur.
24. Birinci instansiya məhkəməsi işə baxarkən X7 vicdanlı alıcı olmasını nəzərə almamış, vicdanlı əldə edənlə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir.
25. Bundan əlavə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən üçüncü şəxs X7 ünvanına məhkəmə bildirişləri göndərilmiş, məhkəmə bildirişləri “bu ünvanda yaşamır” qeydi ilə geri q aytarılmışdır. Məhkəmədə X7 aldığı mənzilin taleyi ilə bağlı məsələ həll olunduğu halda, birinci instansiya məhkəməsi onun tapılıb məhkəməyə cəlb olunması üçün bütün imkanlardan istifadə etməmiş, o cümlədən MPM-in 135.3-cü maddəsində nəzərdə tutulmuş qaydalara əməl etməmişdir.
26. Beləliklə, mülki işə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş üçüncü şəxs X7 iştirakı olmadan baxılmış və onun hüquq və qanuni mənafelərinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçının hüquqi varisi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmı şdır ki, məhkəmə aktı ilə iddiaçı vərəsəsi olmaqla pozulmuş hüquqları bərpa olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası yalnız üçüncü şəxs X7 yalan ifadələrinə, özünəməxsus mülahizələrinə əsasən heç bir əsası olmayan şikayəti təmin etmişdir. Bunun nəticəsi olaraq Bak ıApellyasiya Məhkəməsinin Mülki Kollegiyası əsası olmayan bir dəyişikliyi qətnaməyə iddiaçının maraqlarını heç bir halda nəzərə almamışdır. X15 mənzilin boşaldılmasına dair öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Onun qalmağa yeri yoxdur, X15 yeganə mənzili-yaşayış yeri olduğu barəsində məhkəmədə verdiyi ifadə yalnışdır. Çünki həmin mənzili Zərif Məmmədova illərdir kirayə verir, özünün başqa yerdə əmlakı vardır. Mülki Məcəllənin 135.3 maddəsinin tətbiqi barəsində Bakı Apellyasiya Məhkəməsinin qeydi əsa ssızdır. X7 dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə tərəfindən və X11 tərəfindən xəbərdar edilmiş, lakin 3-cü şəxs qismində cəlb olunmuş şəxs məhkəmədə iştirakdan bilərəkdən yayınmışdır. Qətnamənin ləğv olunması üçün ən ciddi əsas odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə baxarkən ciddi araşdırma aparmamış, Cavabdeh vəfat etdiyini bilərəkdən işi icraata götürmüş və qətnaməni qismən dəyişdirmişdir. Belə ki, Cavabdeh vəfat etmiş, vərəsələri və hüquqi varislərinin olmadığı üçün işə xitam verməli olduğu halda Bakı Apellyasiya Məhkəməsi iddiaçı X6 məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bilərəkdən X7 vicdanlı alıcı məsələsinin aydınlaşdırılması ilə bağlı araşdırmanı hansı əsaslara apardığı məlum deyildir. Bundan başqa Məhkəmə araşdırması zamanı bərabərlik və çəkişmə prinsipi tam pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası iddiaçının məhkəmədə iştirak edə bilməyəcəyini nəzərə almamış, ona lazımi qaydada bildiriş göndərməmişdir. X16 iddiaçının məhkəmədə iştirak edə bilməyəcəyini bilərək məhkəməyə yalan ifadə vermişdir. Məmmədova 16 aprel 2015-ci il tarixli RX seriyalı 634743 saylı çıxarışının ləğv olunması barədə xəbərdardır. Məhkəmənin alqı-satqı müqaviləsinin ləğvi barədə məhkəmə bildirişləri əmlakın olduğu ünvana, ondan əlavə olaraq tərəfindən RF Krasnodar şəhərindən qətnamənin sürəti ona, yəni Zərif Məmmədovaya göndərilmiş, əlavə olaraq X15 ilə dəfələrlə üzbəüz, telefon ilə mənzilin boşaldılması ilə bağlı danışıqlar aparılmış, dəfələrlə aralarında mübahisə olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh vəfat etdiyini bilərəkdən işi icraata götürmüş və qətnaməni qismən dəyişdirmişdir. Belə ki, Cavabdeh vəfat etmiş, vərəsələri və hüquqi varislərinin olmadığı üçün işə xitam verməli olduğu halda Bakı Apellyasiya Məhkəməsi iddiaçının məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bilərəkdən X7 vicdanlı alıcı məsələsinin aydınlaşdırılması ilə bağlı araşdırmanı hansı əsaslara apardığı məlum deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:
30. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrd əki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
32. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqəd ar əldə etdikləri hüquqları saxlanılır.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Prosessual Məcəllə:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisəli daşınmaz əşyanı dövlət reyestrindəki məlumatlara güvənərək əldə edən Zərif Məmmədovanın vicdanlı olmadığı sübuta yetirilməmişdir. Ona görə də, əşya hüququnu vicdanlı əldıə edən şəxsin hüquqlarının qorunması ilə bağlı normalar nəzərə alınnmaqla, sözügedən alqı-satqı müqaviləsinin etibarsız sayılması və əşyanın əvvəlki vəziyyətə qaytarılması üçün hüquqi əsas mövcud deyil.
43. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (§ 30-32).
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Məhkəməsi Mülki kollegiyasının 2(103)-4140/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a