Məhkəmə qərarları › İş №2(102)-1812/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1812/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1812/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova xxxxə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(105)-3363/2019 saylı qətnaməsindən cavabdehlər Azərbaycan Respublikası X2 Komitəsi və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov, iş № 2(060)-4017/2019) iddiaçı “xxx x” QSC-nin cavabdehlər Azərbaycan Respublikası X2 Komitəsi, Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək N ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx xxxxxxxx 2018-ci il tarixdə keçirilmiş hərracın qanunsuz hesab edilməsi, həmin qeyri-yaşayış sahəsi ilə bağlı xx xxxxxxxx 2018-ci il tarixli keçirilən hərracın nəticələrinə dair 01 №-li protokolun, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə X2 Komitəsi arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 4130 №-li “Müəssisənin (obyektin) alqı-satqısı müqaviləsinin” və xx xxxxxxx 2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın” etibarsız hesab edilməsi, həmin müqavilə üzrə ödənilmiş 100.000 manatın X2 Komitə si tərəfindən Cavabdeh2 və Cavabdeh3 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.Q.Məmmədov, F.Ə.Məmmədov və A.Ə.Abbasov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N ünvanında yerləşən və ümumi sahəsi 366,5 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla 1994cü ildən 1998-ci ilə kimi “xxxx” Kiçik Müəssisəsinə, 1998-ci ildən sonra isə “xxxx” QSC-yə icarəyə verilmişdir. 1998-ci il tarixdən qeyri-yaşayış sahəsinə dair icarə müqavilələri X2 Komitəsi ilə bağlanmış, 2019-cu ildən başlayaraq QSC qeyri-yaşayış sahəsinin Cəmiyyətin adına özəlləşdirilməsi barədə X2 Komitəsinə müraciət etməsinə baxmayaraq həmin məsələnin vaxtında həlli baş tutmamış və 2018-ci ildə QSC əmlakın ona satılması barədə Komitənin üzərinə vəzifə qoyulması barədə məhkəmədə iddia qaldırmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə QSC-nin iddiası təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin” özəlləşdirilməsi Qaydalarının 4.2.2-ci maddəsinə əsasən əmlak hərrac vasitəsi ilə satışa çıxarılmış və xx xxxxxxxx 2018-ci il tarixdə keçirilmiş hərracın nəticələri kimi qeyri-yaşayı ş sahəsi Cavabdeh2 və Cavabdeh3 satılmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə Komitə ilə alıcılar arasında alqı-satqı müqaviləsi bağlanmaqla alıcıların əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 2019-cu ilin mart ayında “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli qeyri-yaşayış sahəsinin uzun illər ərzində icarə hüququ əsasında onların istifadəsində olmasını, dəfələrlə əmlakın QSC-nin adına özəlləşdirilməsi barədə X2 Komitəsinə müraciət etmələrinə baxmayaraq nəticəsiz qalmasını və bununla əlaqədar onların iddiasına əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə əmlakın QSC-nin adına özəlləşdirilməsi barədə Komitənin üzərinə öhdəlik qoyulmasını, lakin əmlakın hərraca çıxarılaraq cavabdehlərə satılmasını əsa s göstərməklə xx xxxxxxxx 2018-ci il tarixli hərracın nəticələrinə dair protokolun, xx xxxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin və alıcıların adlarına verilmiş Reyestrdən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İş üzrə cavabdeh X2 Komitəsinin sədr müavini qətnamədən kassasiya şikayəti verərək iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi hüququndan istifadə etməməsi ilə əlaqədar onun hərraca çıxarılmaqla başqalarına satılmasının qanuni olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstrəməklə ləğv edilməsini və iddianın rədd ol unmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin digər Cavabdeh4 kassasiya şikayəti verərək işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası X2 Komitəsinin nümayəndəsi və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi 1994-cü ildən icarə hüququ əsasında iddiaçının istifadəsində olmuş və əmlakın QSC-nin adına özəlləşdirilməsi barədə dəfələrlə iddiaçı tərəfindən Komitəyə təklif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 432 №-li Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qayd aları”nın 4.2.1-ci bəndinə əsasən icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi arasında alqı-satqı müqaviləsi bağlanılır. Həmin “Qaydalar”ın 4.2.2-ci bəndinə əsasən icarəçi ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi tərəfindən “Dövlət Əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirillir. Müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən dəfələrlə edilmiş rəsmi müraciətlərə əsasən Komitə qeyri-yaşayış sahəsin in QSC-nin adına özəlləşdirilməsinə razılıq verməmişdir. “Dövlət Əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 4.1-ci bəndinə əsasən hərracın keçirilməsi məqsədi ilə satıcı tərəfindən komissiya yaradılır, “Qaydalar”ın 4.2-ci bəndinə əsasən komissiya hərracın keçirilməsini təmin edir, hərrac iştirakçılarının qeydiyyatını aparır və bu barədə müvafiq məlumatı hazırlayıb satıcıya təqdim edir, hərracın gedişində mübahisəli vəziyyət yarandıqda icrasını dayandırır və bu barədə satıcıya müvafiq məlumat verir, hərracın qalibini müəyyən edir. İddiaçı, icarəsində olan qeyri-yaşayış sahəsinin özəlləşdirmə hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə QSC-nin adına özəlləşdirilməsi barədə Komitəyə qarşı qaldırdığı iddianın Sumqayıt İnzibati-İqtisadi Məh kəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə təmin olunması barədə hərracın təşkili üzrə Auksion Mərkəzinə xx xxxxxxxx 2018-ci il tarixli ərizə ilə məlumat verib hərracın dayandırılmasını xahiş etməsinə baxmayaraq hərracın dayandırılması təmin edilməmiş, qeyri-yaşayış sahəsi hərrac vasitəsi ilə satılmışdır. İşdən görünür ki, hərracın keçirilməsi barədə göndərilmiş bildirişin iddiaçı tərəfindən alınmasını təsdiq edən xəbərnamə əldə edilmədən hərrac keçirilməklə iddiaçının hərracda iştirakı təmin edilməmişdir. Göstərilənlərlə əlaqədar mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracı qanunsuz sayan apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını qanuni və əsaslı saymışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar