Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1813/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə və ya işçi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-592/2024 nömrəli, 9 yanvar 20 24-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 13 fevral 2014-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı X6 müdir müavini vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsində əmək şəraiti, əmək haqqı və s. barədə zəruri şərtlər aydın və ətraflı şəkildə göstərilmişdir. 2. “Tam maddi məsuliyyət haqqında” 7 sentyabr 2016-cı il tarixli müqaviləyə əsasən, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmaqla, İddiaçı üzərinə bu istiqamətdə vəzifələr götürmüşdür.
3. İddiaçı 16.4.2018-ci il tarixdə 150 №-li əmrlə Cəmiyyətin satış əməliyyatları Departamenti “Araz Marketlər” Şəbəkəsinə “Filial müdiri” vəzifəsinə k eçirilmişdir.
4. Təchizat, Texniki İşlər və Təhlükəsizlik Departamenti Təhlükəsizlik X2 X3 Gaziyevə ünvanladığı təqdimata əsasən Cavabdeh MMC-nin “Novxanı” filialında mağaza müdiri vəzifəsində çalışan İddiaçı və baş kassir vəzifəsində çalışan X1 tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri faktı aşkar olunmuşdur. Belə ki, mağazanın qarşısında avto-dayanacağa nəzarət edən Natiq, Zahid, "xxxx" və "xxxx" firmasının nümayəndələri Zülfiyyə və Günay adlı şəxslər mağazanın mətbəxində filialın personalı üçün nəzərdə tutulmuş yeməkdən yemişlər. İlkin araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçıla öncədən razılaşdırılmış şəkildə gündəlik olaraq hər bir şəxsdən (Natiq, Zahid, Zülfiyyə və Günay) 1 AZN ödəməsi şərti ilə razılaşdırılmışdır. Həmin məbləğlər Kəmalə xanımın ya şəxsi ba nk kartına göndərilmiş, və ya nağd şəkildə ödənilmişdir. İddiaçı qeyd olunan məsələ ilə bağlı üst rəhbərlərinə heç bir məlumat verməmişdir. İddiaçı ilə fərdi söhbət aparılarkən tutduğu əməli etiraf etmiş, məbləğləri şəxsən qəbul etmədiyini, həmin pullara mağaza üçün ərzaq aldığını izahatında qeyd etmişdir. Kəmalə Məmmədəliyeva ilə fərdi söhbət aparılarkən, şəxslərin verdikləri məbləğləri birbaşa mağaza müdirinə verdiyini izahatında qeyd etmişdir. Qeyd olunanların nəzərə alınaraq İddiaçı və X1 barəsində müvafiq intizam tədbiri görülməsinin təmin edilməsi xahiş olunmuşdur.
5. Cavabdeh MMC-nin 4 aprel 2023-cü il tarixli, 139-K saylı əmrinə əsasən həmin MMCnin “Satış Əməliyyatları Departamenti Araz Marketlər” Şəbəkəsinin mağaza müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 4.4.2023-cü il tari xdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə həmçinin işçinin istifadə etmədiyi 21,52 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi də göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh müəssisənin 4 aprel 2023-cü il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, 4 aprel 2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı dəfələrlə cav abdeh müəssisəyə müraciət edərək əmrin surətini tələb etsə də, əmr ona təqdim edilməmiş, sadəcə əmək kitabçası verilmişdir. Buna görə də iddiaçıya işdən çıxarılma səbəbləri aydın deyildir. İddiaçı məhkəmədən əvvəl mübahisənin mediasiya vasitəsi ilə həll olunmasına çalışsa da, cavabdeh müəssisə buna razı olmadığından mübahisənin mediasiya vasitəsi ilə həllinə nail ola bilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh müəssisəsinin 4 aprel 2023-cü il tarixli 139 №-li əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçı cavabdeh müəssisədə işlədiyi müddətdə əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına heç vaxt yol verməmişdir.
8. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddia tələbləri əsassızdır. Belə ki, İddiaçı 13.4.2014-cü il tarixdən Cavabdeh MMC-nin filiallarında müxtəlif vəzifələrdə işləmiş və nəhayət filial müdiri vəzifəsində işləməyə davam etmişdir. Lakin filial müdiri vəzifəsində işləyərkən əmək funksiyalarını kobud şəkildə pozduğu üçün onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Çünki İddiaçı öz əmək funksiyalarını kobud şəkildə pozmuş, daxili qaydalara zidd olaraq, "xxxx" MMC-nin və "xxxx" MMC-nin işçiləri Zülfiyyə və Günay adlı şəxsləri mağaza filialının “kənar şəxslərə girişin qadağan” olunduğu bölməyə girmələrinə şərait yaratmış və onların şirkətin işçilərinə verilməsi nəzərdə tutulan qidalardan istifadə etmələrini təmin etmişdir. Bununla da, şirkətin daxili qaydalarını kobud şəkildə pozaraq, MMC-yə maddi z iyan vurmaqla yanaşı həmçinin, konfidensiallıq, kommersiya sirlərinin qorunmasını bilərək pozmuşdur. İddiaçı öz əməlini izahatı ilə qəbul etmiş və nümayəndəsi məhkəmədə həmin izahatı təsdiq etmişdir. Göründüyü kimi, İddiaçı əməlində Əmək Məcəlləsinin 72-ci maddəsinin “c”, “d” və “e” bəndlərinin tərkibi yaranmaqdadır. Əmək müqaviləsi bağlanılarkən, əmək münasibətləri davam edərkən və həmçinin əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən heç bir hüquq pozuntusu edilməmiş və qanuni əsaslarla əmək müqaviləsi xitam edilmişdir. İddiaçı şirkətdə mağaza müdiri vəzifəsində çalışmışdır. Çalışdığı müddətdə kənar şəxsləri mağazaya dəvət edərək, onların orada yemək yeməsinə şərait yaratmış və bununla da mağazaya ziyan vurmuşdur və sair hallar iddiaçının işdən çıxarılması barədə əmrin verilm əsinə səbəb olmuşdur. İddiaçının törətmiş olduğu əməllə bağlı onun barəsində hazırki intizam tədbiri görülmüşdür. Şirkətin nəzdində həmkarlar ittifaqı mövcud deyildir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-2922/2023 saylı, 30 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsinə dair əmrin verilməsinə mühüm əsaslar mövcud olmuşdur. Bu əsaslar həm Təchizat, Texniki İşlər və Təhlükəsizlik Departamenti Təhlükəsizlik X2 X3 Gaziyevə ünvanladığı təqdimatının, həm də iddiaçının sözügedən təqdimatda yer alan məlumatların doğruluğunu təsdiq etməsinə dair cavabdeh MMC-nin direktoruna yazdığı izahatın məzmunu ilə öz təsdiqini tapır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi digər hallara, yəni işəgötürənin ona qarşı qərəzli olmasının digər işçi K.Məmmədəliyeva barəsində ciddi tədbir görülməməsi ilə əsaslandırmasına məhkəmə qiymət verərək hesab etmişdir ki, bu hal işəgötürənin konkret olaraq iddiaçıya qarşı qərəzli olmasının sübutu kimi qiymətləndirilmir. Belə ki, iş materiallarından görünür ki, Kəmalə Məmmədəliyeva kassir, iddiaçı isə filial müdiri olmaqla vəzifəli şəxs olmuşdur. İddiaçı kənar şəxsləri mağazaya dəvət edərək, onların orada yemək yeməsinə şərait yaratmaqla və özünün də etiraf etdiyi kimi hər birindən buna görə hər dəfə razılaşdırılmış məbləğ olan 1 manat ödəniş almaqla mağazaya ziyan vurmuşdur.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəllə) 2.1, 10, 68-ci maddəsinin 1-ci hissəsi, 70, 71-ci maddəsinin 2 və 3-cü hissələrinə, 72, 83, 186, 187-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarlarına, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 106.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instans iyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız çıxarılmış, maddi və prosessual hüquq normaları pozulmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-592/2024 nömrəli 9 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), G.T.Axundova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymışdır.
16. Kollegiya qeyd etmişdir ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən - iddiaçı cavabdeh MMC-də filial müdiri işlədiyi və maddi məsul şəxs olduğu halda, səlahiyyətlərini aşaraq mütəmadi olaraq kənar şəxslərin mağazanın daxili personalı üçün nəzərdə tutulmuş yeməklərdən istifadəsinə (yeməsinə) şərait yaratmış, cavabdehin mənafeyinə xələl gətirmişdir.
17. İddiaçı qeyd edilən halların mövcudluğunu təsdiq etsə də, həmin kənar şəxslər tərəfindən yeməyin pulunun ödənilməsini bildirməklə, əməllərinə haqq qazandırmağa çalışmışdır. Halbuki, iddiaçının özünün də bildirməsinə əsasən yeməkxana daxili personal (cavabdeh MMC-yə aidiyyəti işçilər) üçün nəzərdə tutulmaqla, işəgötürənin maddi vəsaiti hesabına təş kil olunmuşdur. Belə olan halda, iddiaçının özünün şəxsi təşəbbüsü ilə kənar şəxslərin orada yemək yeməsi ilk növbədə iddiaçının vəzifəli şəxs kimi səlahiyyətlərini aşması, daxili qaydaları pozması, digər tərəfdən isə cavabdehə ziyan vurulması ilə nəticələnir.
18. Halbuki, iddiaçı ilə bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalıdır.
19. Həmçinin, iddiaçının vəzifə təlimatından da görünür ki, o, vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifə borclarının, şirkətin qüvvədə olan təlimat, əsasnamə və digər qaydalarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına görə məsuliyyət daşıyır. Bundan başqa, iddiaçı istifadə olunan yeməklərə görə hər bir kənar şəxsdən pul alınmasını da təsdiq etmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi yeməklər kənar şəxslərə satılması üçün deyil, daxili personal üçün hazırlanmışdır.
20. Belə olan halda, yeməklərin dəyərinin ödənilməsi mövcud vəziyyəti dəyişdirməməklə, iddiaçının əməllərini qanuni hala gətirmir (iddiaçı ümumiyyətlə kənar şəxslərdən aldığı pulları tam şəkildə MMC-nin hesabına ödəməsini də sübut edə bilməmişdir).
21. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
22. İddiaçı apellyasiya şikayətində həmçinin əmrin əsaslandırılmamasını da qeyd etmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əməlləri lazımi qaydada rəsmiləşdirilmiş, əvvəlcədən onun izahatı alınmış və s. hərəkətlər yerinə yetirilmiş, əmr qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən istiqamətdə də iddiaçının dəlillərinə ətraflı hüquqi qiymət vermişdir.
24. Göründüyü kimi, iddiaçının yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsinə tam əsas olmuşdur.
25. Kollegiya qeyd etmişdir ki, cavabdeh elektron kabinet vasitəsilə apellyasiya şikayətinə etirazı və ona əlavə olunmuş bəzi sənədləri təqdim etmişdir. Etirazda həmçinin göstərilmişdir ki, iddiaçının mağaza müdiri işlədiyi müddətdə işçilərin mənimsəmə faktına görə işəgötürənə 53.578,77 ma nat maddi ziyan vurulmuşdur. Hazırda Abşeron Rayon Polis İdarəsində iddiaçının və digər işçilərin barəsində araşdırma aparılır, hətta mağazada fəhlə işləmiş Kamran Əliyev barəsində həbs qətimkan tədbiri də seçilmişdir. Bütün bu hallar iddiaçının mağaza müdiri kimi öz vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, işlərin icrasına, işçilərin fəaliyyətinə düzgün nəzarəti həyata keçirilməməsi olmaqla, nəticədə işəgötürənə külli miqdarda ziyan vurulması ilə nəticələnmişdir.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının işdən azad olunmasına əsaslar bilavasitə etirazda qeyd edilən həmin hallarla (mənimsəmə faktı və s.) bağlı olmadığından, hazırkı icraat çərçivəsində onlara hüquqi qiymət verilməsi məqsədə müvafiq sayıla bilməz. Hüquqları pozulmuş şəxs qeyd edilən hallarla bağlı tələb hüquqlarını özündə saxlamaqla, müstəqil qaydada aidiyyəti üzrə müraciət hüququna malikdir.
27. Kollegiya qeyd etmişdir ki, iddiaçının vəzifəli və maddi məsul şəxs olaraq yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsinə tam əsas olmuşdur. İddiaçı isə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkil adı Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılması nı xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC-nin İdarə Heyətinin sədrinin və icraçı direktorunun 4 aprel 2023-cü il tarixli 139-K saylı əmrlərində “Satış Əməliyyatları Departamenti/Araz Marketlər” Şəbəkəsi bölməsində mağaza müdiri işləyən iddiaçı ilə bağlanmış 1 NZY1Y1000100 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyi qeyd edilsə də, onun Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinin yoxsa, 72-ci maddəsində sadalanan hallardan hansının tələblərini pozduğu qeyd olunmamışdır. Belə ki, cavabdeh iddia edir ki, iddiaçı işlədiyi mağazada mağaza işçiləri olmayan, orada öz məhsullarını reklam edən, eləcə də mağazanın həyətində yerləşən dayanacağa nəzarət edən 4 nəfər şəxsin gün ərzində 1 dəfə 1 manat müqabilində mağazada daxil i personal üçün nəzərdə tutulan yemək yeməsinə icazə verib və bu barədə üst rəhbərə məlumat verməmişdir. Əvvəla, hətta bu iddia doğru hesab edilsə belə, iddiaçının başqa şəxslərin mağaza daxilində yemək yeməsinə icazə verməsi onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud da əmək vəzifələrini kobud şəkildə pozması hesab edilə bilməz. İşçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətlərin dairəsi anlaşılır. Mağazanın daxili personalı üçün nəzərdə tutulan yeməkdən 4 nəfər şəxsin ödəniş müqabilində yemək yeməsi iddiaçının göstərməli olduğu xidmətlərin dairəsinə daxil deyil. İkincisi, iddiaçının müəssisəyə maddi ziy an vurması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut aşağı instansiya məhkəmələrinə təqdim edilməmişdir. İddiaçı özü isə izahatlarında isə 4 nəfər kənar şəxsin hər dəfə yeməyə görə ödədiyi 1 manat pulun mağazanın kassasına vurulduğunu bildirmişdir. Bunun əksini iddia edən hər hansı bir sübut növü də mülki işin materiallarında mövcud deyil. Ümumiyyətlə isə, 4 nəfər şəxsin mağazada yemək yeməsi ardıcıllığının hansı dövrü əhatə etməsi ilə bağlı da hər hansı məlumat olmadığından, ortalıqda hər hansı maddi ziyan olduğunu düşünmək belə absurd təsiri bağışlayır. Başqa sözlə, kassator ƏM-in 71-ci maddəsinin 2-ci bəndinin və 72-ci maddəsinin “c” və “e” bəndlərinin tələblərinin pozuntusuna yol verməmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və işdən azad etmək barədə əmrlərdə də əmə k müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Cavabdeh ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə müəyyən edilmiş əsasların hansı ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamış, 4 aprel 2023-cü il tarixli 139-K saylı əmrlər ümumi söz yığınından ibarət olmaqla iddiaçı tərəfindən yol verildiyi iddia edilən əmək pozuntusunun onun əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərinə daxil olub-olmamasını, təsdiq halında bu pozuntunun nədə ifadə olunmasını (nədən ibarət olmasını), göstərməmişdir. Cavabdehi İdarə Heyətinin sədri və icraçı direktoru X4 imzaladığı 4 aprel 2023-cü il tarixli 139-K saylı əmək müqaviləsinə xitam verilməsi və işdən azad etmək barədə Əmrlər ƏM-in 84-cü maddəsinin tələblərinə də cavab vermir. Sözügedən əmrlərdə əmək müqaviləsinin ləğv edilməsinin əsası və əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsi hansı səbəblərdən cavabdeh tərəfin dəlillərinin qəbuledilən olduğunu, iddiaçı tərəfin dəlillərinin isə inandırıcı olmadığını əsaslandırmamış, işə baxan məhkəmə kollegiyası təqdim edilmiş dəlillərə hər hansı bir ağlabatan münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni əsaslandırmamaqla mübahisəni obyektiv araşdırmadığını nümayiş etdirmiş və Mülki Prosessual Məcəllənin normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 3
1. Maddə 35 (2-ci hissə). Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
32. Maddə 35 (4-cü hissə). Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
33. Maddə 35 (6-cı hissə). Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
34. Maddə 68 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür.
35. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsi ndə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
36. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
37. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:
38. Maddə 72, “c” bəndi”. İşçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
39. Maddə 72, “e” bəndi”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Mə cəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndir ildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğu üçün cavabdehin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv e tməsi qanunvericiliyə uyğun olmuşdur.
52. Kollegiya bildirir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli olan faktiki hallar sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar əsasında araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə g ötürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-592/2024 nömrəli 9 yanvar 2024-cü il tarxili qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.