Məhkəmə qərarları › İş №2(102)-1813/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1813/2025

23.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1813/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (X16 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin düşdüyü zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X16 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin və mənzildə olan əşyaların qanunsuz satılması nəticəsində vurulmuş maddi zərə rin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)99/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh bilə-bilə, qəsdən, qanunsuz olaraq İddiaçı məxsus olan mənzili xx.xx.2019-cu il tarixdə öz adına özəlləşdirərək, ilkin qeydiyyatdan keçirtmiş, sonra isə həmin mənzili xx.xx.2019-cu il tarixdə X3, İddiaçı mülkiyyətində olan mənzildən məhrum etmiş, ona külli miqdarda maddi ziyan vurmaqla əmlakını qanunsuz olaraq özgəninkiləşdirməklə, pulunu ələ keçirmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İ ddiaçı qanuni şəkildə əldə etdiyi mənzil onun sahibliyindən çıxmışdır. 2. “Bakı” MK tərəfindən verilmiş MK-01/05 nömrəli 19 sentyabr 2009-cu il tarixli maliyyə arayışına əsasən “Bakı” MK-nın üzvü X9 Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 kv.m. sahəsi olan 7 nömrəli mənzilin dəyərini tam ödəmişdir və MK-ya borcu qalmamışdır.

3. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 034202 nömrəli 30 sentyabr 2009-cu il tarixli orderə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 kv.m. sahəsi olan 7 nömrəli mənzildə yaşayış sahəsindən istifadə və sahiblik hüququ olmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmünə əsasən “Bak ı” X15 Heyətinin sədri vəzifəsində işləmiş X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, ona qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, “Bakı” MK-nın İdarə Heyətinin sədri vəzifəsində işləmiş X17 Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 3-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 80,9 kv. metr olan, 4 otaqlı, 7 saylı mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativi Təsərrüfatı İdarəsinin xx.xx.2009-cu il tarixli 034202 nömrəli orderi əsasında hazırkı mülki iş üzrə İ ddiaçı məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək, həmin mənzilin Ruhin Əsgərova məxsus olduğunu deyib, alıcıları aldadaraq əvvəlcə X7, sonra X18, üçüncü dəfə isə Cavabdeh satmışdır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-710/2018 nömrəli, xx.xx.2018ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, Zülfiyyə Hacıyeva, X19 və X4rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 3, 7 nömrəli mənzilin boşaldılmaqla, İddiaçı istifadəsi və sahibliyinə verilməsi, həmin mənzilə cavabdehlər Cavabdeh, Zülfiyyə Hacıyeva, Şövkət Babayeva və Sinduz İbrahimovanın istifadə hüquqları itirilmiş hesab olunmuşdur. Həmin qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvə yə minmiş və xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4124/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-710/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-15/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir.

8. ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarı şa əsasən, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küşəsi 6 nömrəli binada yerləşən ümumi sahəsi 124 kv.m. olan 7 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 12, M3, m. 3) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına 31 avqust 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir.

9. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-138/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla cavabdehlər Cavabdeh, Nailə Namazova, Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinin notariat kontoru, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, X11, X22, ”Bakı” Mənzil Kooperativinə qarşı “İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X1 da ir “Bakı” Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X2 dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı i l tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin Cavabdeh satılmasına dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hü ququna dair çıxarışın, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzil barəsində Cavabdeh ilə Nailə Namazova arasında 3 saylı “Asan Xidmət” mərkəzində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1712 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barəsində Nailə Namazovanın adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, cavabdeh Nailə Namazovanın müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh, Bakı Mənzil Kooperativi və DƏDRİX-in 1 saylı ərazi idarəsi cəlb olunmaqla İddiaçı qarşı “mənzilin təhvil verilməsi, orderin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası qəsmən təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi 6 nömrəli evin 7 saylı mənzilinin boşaldılaraq Nailə Namazovaya təhvil verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6791/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-138/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegyasının 2(102)958/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6791/202 1 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - mənzilin “Bakı” Mənzil Kooperativi tərəfindən ilk iddia üzrə cavabdehlər X7, X18, Cavabdeh satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmişdir. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Qətnamə ilk iddianın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3527/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətn aməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X1 dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokulu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X2 dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin Cavabdeh satılmasına dair “Bakı” Mənzi l Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv edilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegyasının 2(102)5852/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3527/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 say lı mənzilinin satılmasına dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzillə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş kimi tanınan Cavabdeh "xxxx" MTK-nın sədrinə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2020-ci il tarixdə ərizə verərək bildirmişdir ki, ona dəymiş 173.000 manat ziyan "xxxx" MTK tərəfindən tam şəkildə ödənildi. Ziyanla bağlı "xxxx" MTK tərəfindən 137 kv.m sahəsi olan mənzillə təmin olundu. Gələcəkdə maddi və mənəvi ziyanla bağlı heç bir orqan qarşısında iddia və tələbi olmayacağına təminat verir. Sözlərini imzası ilə təsdiq edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

15. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı (X16 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olmuş Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilin (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhə ri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) cavabdeh tərəfindən qanunsuz olaraq Nailə Namazovaya satılması nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 382.000 manat və ödənilmiş 673 manat dövlət rüsumu olmaqla, cəmi 382.673 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin əməlində cinayətin əlamətləri olduğu üçün barəsində xüsusi qərardad qəbul olunmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılır ki, o, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilini (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 1 2 M3, m3)) 2002-ci ildə “Bakı” Mənzil Kooperativindən dəyərini ödəyərək almışdır. Həmin mənzilə dair onun adına Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixli 034202 saylı order verilmişdir. O, mənzili əsaslı və bahalı təmir etdirib bütün mebel avadanlıqları ilə təchiz edərək, oraya köçmüş və 2013-cü ilin dekabr ayınadək orada yaşamışdır. Sonra şəxsi işləri ilə bağlı zərurət yarandığından başqa yerə köçmüş və mənzil boş qalmışdır. Bunu bilən “Bakı” MK İdarə Heyətinin sədri X17 mənzili baha qiymətə kirayəyə verməyi ona bir neçə dəfə təklif etmişdir. O, razılaşaraq mənzilin açarlarını kooperativin sədri Emil Məhərrəmova vermişdir ki, kirayəyə versin. Emil Məhərrəmov həmin mənzili 2014-cü ilin fevral ayından kirayəyə vermiş və 2017-ci ilin sentyabr ayı da daxil olmaqla ona hə r ay 800 manat kirayə haqqı ödəmişdir. X21 adlı şəxs 2017-ci ilin oktyabr ayında zəng edərək, ona məxsus mənzili aldığını və onunla görüşmək istədiyini bildirmişdir. Vüqar Cəfərov adlı şəxs onunla görüşmüş və xeyli söhbətdən sonra məlum olmuşdur ki, onun mənzilini Emil Məhərrəmov qanunsuz olaraq Vüqar Cəfərova satmışdır. Bundan sonra, o, mənzilinə getmiş və mənzildə tanımadığı Cavabdeh ailə üzvləri ilə birlikdə yaşadığının şahidi olmuşdur. Cavabdeh həmin Mənzili Kooperativin sədri Emil Məhərrəmovdan aldığını bildirmişdir. O, mənzilin və içindəki bütün mebel və avadanlıqların onun olduğunu, mənzilin Cavabdeh qanunsuz satıldığını və mənzilini boşaltmağı Cavabdeh tələb etmişdir. Lakin Cavabdeh onunla razılaşmamış və mənzildən çıxmamışdır. Sonradan Cavabdeh onunla razılaşaraq mənzili qısa mü ddətdə tərk edəcəklərini söyləsə də, vədinə əməl etməmişdir. Eyni zamanda bütün baş verənlərlə bağlı apardığı araşdırmalar nəticəsində ona məlum olmuşdur ki, X17 “Bakı” MK-nın sədri vəzifəsində işləyərkən öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə bir neçə şəxslə cinayət əlaqəsinə girərək ona və digər payçı şəxslərə məxsus olan mənzilləri cinayət yolu ilə başqa-başqa adamlara satmışdır. Nəticədə isə Emil Məhərrəmov çoxsaylı şikayətlər əsasında əvvəlcə istintaqa cəlb edilmiş, sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə X17 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, ona məxsus Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzili “Bakı” MK-nı n xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında X7, xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında X20, xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında Cavabdeh satılmışdır. Hökmdə “Bakı” Mənzil Kooperativinin ofisindən götürülmüş Bakı şəhəri İ.Qutqaşınlı küçəsində yerləşən 3 və 4 nömrəli binaların sakinlərinin siyahısı və onların adlarına tərtib edilmiş orderlər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin, 7 saylı mənzili ona məxsusdur və həmin mənzil üzərində onun mülkiyyət hüququ mövcuddur. Hökmlə zərərçəkmiş şəxslərdən yuxarıda göstərilən X14 təqsirləndirilən şəxs X12 qarşı mülki iddiası qismən, yəni 170.030 manat məbləğində təmin edilmiş, qalan hissədə, yəni bank faizinə görə 49.199 manat və mənəvi ziyana görə 50.000 manat hissəsində isə baxılmamış saxlanılaraq həmin hissənin mülki mühakimə icraatı qaydasında vermək hüququ Vüqar Cəfərova izah edilmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə mənzili tərk etmədiklərinə görə o, Yasamal Rayon Məhkəməsində Cavabdeh və onunla birlikdə yaşayan Zülfiyyə Hacıyevaya, Şövkət Babayevaya və Silduz İbrahimovaya qarşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair” iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-710/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə ilə mənzil onun mülkiyyəti hesab edilmiş, həmin mənzilin cavabdehlərin qanunsuz istifadə sində olması, onların həmin mənzildən çıxarılaraq mənzilin onun istifadəsinə və sahibliyinə verilməli olması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4124/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-710/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. Cavabdeh qarşı mənzildən çıxarılma tələbinin təmin olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və cinayət işi üzrə hökm olmasına baxmayaraq, Cavabdeh mənzili xx.xx.2019-cu il tarixdə gizli olaraq öz adına ilkin olaraq özəlləşdirmiş və sonra da mənzili boşaldaraq ona təhvil vermişdir. Bundan sonra dələduzluq edərək ona məxsus mə nzili xx.xx.2019-cu il tarixdə 3 saylı “Asan Xidmət” Mərkəzinin notariusunda alğı-satqı müqaviləsinə əsasən Nailə Namazovaya satmışdır. Cavabdeh hər dəfə ondan xahiş etmişdir ki, vaxt versin, qısa müddət ərzində mənzildən çıxacaq. Lakin bu müddət ərzində Cavabdeh mənzili öz adına rəsmiləşdirməklə məşğul imiş, 2019-cu ilin avqustun axırında Rəvan özü könüllü şəkildə mənzili boşaldıb ona vermişdir. Sonradan məlum olur ki, Cavabdeh avqustun 31-də çıxarış alır və mənzil faktiki olaraq onda olduğu halda Nailə Namazovaya satmışdır. Təqribən iki ay keçəndən sonra, sonradan Nailə Namazova olduğunu bildiyi qadın yanında bir nəfər şəxslə gəlmişdir ki, bu mənzil onundur. Həmin vaxt mübahisə düşmüşdür, DİN 102 xidmətinə zəng etmişlər, polis bölməsinə gedib izahat vermişlər. Orada məlum olmuşdur ki, Na ilə Namazova mənzili Cavabdeh almışdır. O, tələb etmişdir ki, bu məsələni aydınlaşdırmaq üçün Cavabdeh bölməyə gəlsin. Polis işçilərinin zənginə bir saata gəlirəm desə də, Cavabdeh gəlməmişdir. Bu hadisədən xeyli müddət keçsə də, o, öz mənzilində yaşamışdır. Bu müddət ərzində X31 Hacıyevin onu aldatması ilə əlaqədar heç bir yerə şikayət etməmişdir. Mənzil xx.xx.2019-cu il tarixdə Nailə Namazovanın adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs kimi tanınmışdır. Cavabdeh cinayət işi üzrə zərərçəkmiş kimi tanındığı üçün ona dəymiş 173.000 manat ziyanın qarşılığında "xxxx" MTK tərəfindən Cavabdeh ümumi sahəsi 137 kv.m olan iki mənzil verilmişdir. Göründüyü kimi, Cavabdeh onun mənzilini almaq üçün “Bakı” MK-nın sədri Emil Məhərrəmova ödədi yi 173.000 manatın əvəzində "xxxx" MTK-da ümumi sahəsi 137.00 kv.m olan iki mənzil almış, həmçinin aldatma və etibardan sui-istifadə etməklə ona məxsus mənzili qanunsuz olaraq öz adına özəlləşdirmiş və daha sonra Nailə Namazovaya satmaqla, ona külli miqdarda zərər vurmaqla mənzilindən məhrum etmişdir. Çünki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-138/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun məxsus Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 saylı evin, 7 saylı mənzilinin X1 dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin X2 dair “Bakı” MK-nın xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin Cavabdeh satılmasına dair “ Bakı” MK-nın xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, həmin mənzil barəsində Cavabdeh ilə Nailə Namazova arasında 3 saylı “Asan Xidmət” mərkəzində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barəsində Nailə Namazovanın adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmiş, qarşılıq lı iddia tələbi qismən təmin edilərərk, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6, 7 saylı mənzilin boşaldılaraq Nailə Namazovaya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6791/2021 nömrəli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)138/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegyasının 2(102)-958/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6791/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - mənzilin “Bakı” Mənzil Kooperativi tərəfindən ilk i ddia üzrə cavabdehlər X7, X18, Cavabdeh satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmişdir. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Qətnamə ilk iddianın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3527/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-138/20 21 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 saylı evin, 7 saylı mənzilinin X1 dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokulu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X2 dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin Cavabdeh satılmasına dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı etibarsı z hesab edilmişdir. Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin, 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegyasının 2(102)-5852/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3527/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin satılmasına dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzillə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-138/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi 2023-cü ilin yanvar ayında icra edilmiş və o, ailə üzvləri ilə birlikdə mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilindən (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) çıxarılmış və mənzil alıcı Nailə Namazovaya təhvil verilmişdir. Göründüyü kimi, Cavabdeh qanunsuz olaraq ona məxsus olan mənzili öz adına özəlləşdirərək Nailə Namazovaya satmaqla, onu mülkiyyətindən məhrum etmiş və ona dələduzluq yolu ilə külli miqdarda maddi ziyan vurmuşdur. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində qanuni şəkildə əldə etdiyi mənzil onun qanuni sahibliyindən çıxmışdır. Ona məxsus olan Bakı şəhəri İ.Qutqaşınlı küçəsi 3 nömrəli 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, 124 kv.metr sahəsi olan 7 saylı mənzilin bazar qiyməti, bir kvadrat metri 2.500 manat olmaqla, 322.500 manat təşkil edir. Bundan başqa Cavabdeh evdə olan mebel dəstlərini, televizor və digər əşyaları götürərək, ona daşınar əşyaları ilə bağlı 60.000 manat maddi zərər vurmuşdur. Cavabdeh özü də etiraf etmişdir ki, evdəki əşyalar ondadır və başqa yerə qoymuşdur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Nailə Namazovanın nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, Nailə Namazova xx.xx.2019-cu il tarixdə dəyərini ödəməklə Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin, 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilini (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) Cavabdeh satın almışdır. xx.xx.2019-cu il tarixli çıxarışa əsasən mənzil Nailə Nama zovanın mülkiyyətindədir. Tərəflər arasında uzun müddətli məhkəmə mübahisəsi olmuş və mənzil boşaldılaraq Nailə Namazovaya təhvil verilmişdir. İddianın həllini məhkəmənin mülahizəsinə buraxmışdır.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-3147/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia tələbi qismən təmin edilərək, iddiaçıya məxsus olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilin (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) cavabdeh tərəfindən qanunsuz olaraq mübah isə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Nailə Namazovaya satılması nəticəsində iddiaçıya vurduğu maddi zərərin əvəzi olaraq 310.000 manat və ödənilmiş 600 manat dövlət rüsumu olmaqla, cəmi 310.600 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 673 manat dövlət rüsumunun 73 manatının iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, proses iştirakçılarının izahatları, işdə olan rəsmi sənədlər və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edilmişdir ki, Rasim Hacıyevin “Bakı” MK İdarə Heyəti sədrinə ünvanladığı 12 sentyabr 2009-cu il tarixli ərizəsinə əsasən Rasim Hacıyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1989-cu il ta rixli, 177 saylı qərarının 14-cü bəndinə uyğun olaraq MK-nın Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 kv.m. sahəsi olan 7 nömrəli mənzili və pay haqqını vətəndaş İddiaçı verdiyini göstərərək kooperativ üzvlüyündən azad olunmasını xahiş etmişdir. “Bakı” MK üzvlərinin iclasının 18 nömrəli protokolundan 19 sentyabr 2009-cu il tarixli çıxarışa əsasən X8 ərizəsinə əsasən MK üzvlüyündən azad edilmiş, ünvan 2 ünvanında 1-ci giriş, 3-cü mərtəbə, yaşayış sahəsi 80,9 kv.m. olan 4 otaqlı, 7 saylı mənzil və pay haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli 177 saylı qərarının 14-cü bəndinə uyğun olaraq vətəndaş Rasim Hacıyev adından vətəndaş İddiaçı adına keçirilmiş və bir nəfər ailə üzvü ilə İddiaçı kooperativə üzv qəbul edi lmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 034202 nömrəli 30 sentyabr 2009-cu il tarixli orderə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 kv.m. sahəsi olan 7 nömrəli mənzildə yaşayış sahəsindən istifadə və sahibilk hüququ olmuşdur. ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Q.Xəlilov küçəsi, 6-cı bina 7 nömrəli mənzil ilkin olaraq Cavabdeh adına “Bakı” Mənzil Kooperativinin MK-01/05 nömrəli xx.xx.2016-cı il tarixli maliyyə arayışı, “Bakı” Mənzil Kooperativinin BMK-22/19 nömrəli xx.xx.2019-cu il tarixli arayışı və “Bakı” Mənzil Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli 01 nömrəli protokolundan çıxarış əsasında xx.xx.2019cu il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Sonradan 3 saylı “Asan Xidmət” mərkəzinin xx.xx.2019-cu il tarixli 4Ə-1712 reyestrli alğı-satqı müqaviləsinə əsasən Nailə Namazovanın adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.

21. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi 2023-cü ilin yanvar ayında icra edilmiş və İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilindən (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (ye ni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) çıxarılmış və mənzil alıcı Nailə Namazovaya təhvil verilmişdir.

22. Məhkəmə bundan başqa qeyd etmişdir ki, cavabdeh bilə-bilə qəsdən qanunsuz olaraq iddiaçıya məxsus olan mənzili aldatma və etibardan sui-istifadə etməklə gizli olaraq xx.xx.2019-cu il tarixdə öz adına özəlləşdirərək, ilkin qeydiyyatdan keçirtmiş, sonra isə həmin mənzili xx.xx.2019-cu il tarixdə Nailə Namazovaya satmaqla, iddiaçını mülkiyyətində olan mənzildən məhrum etmiş, ona külli miqdarda maddi ziyan vurmaqla əmlakını qanunsuz olaraq özgəninkiləşdirməklə, pulunu ələ keçirmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində qanuni şəkildə əldə etdiyi mənzil iddiaçının qanuni sahibliyindən çıxmışdır. "xxxx" MTK xx.xx.2022-ci il tarixli 08 nömrəli məktubla 4 saylı Vəkil Bürosununun şifahi sorğusuna cavab verərək bildirmişdir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq işinin yekununa əsasən zərərçəkmiş kimi tanınan Cavabdeh 173.000 manat dəymiş ziyanın qarşılığında "xxxx" MTK tərəfindən ümumi sahəsi 137 kv.m olan mənzillə təmin edilmişdir.

23. Məhkəmə bundan başqa qeyd etmişdir ki, cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs kimi tanınmışdır. Cavabdeh cinayət işi üzrə zərərçəkmiş kimi tanındığı üçün ona dəymiş 173.000 manat ziyanın qarşılığında "xxxx" MTK tərəfindən Cavabdeh ümumi sahəsi 137 kv.m olan mənzil verilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus olan mənzili almaq üçün “Bakı” MK-nın sədri Emil Məhərrəmova ödədiyi 173.000 manatın əvəzində "xxxx" MTK-dan ümumi sahəsi 13 7 kv.m olan mənzil almışdır, həmçinin aldatma və etibardan sui-istifadə etməklə iddiaçıya məxsus mənzili qanunsuz olaraq öz adına özəlləşdirmiş və daha sonra Nailə Namazovaya satmaqla, iddiaçıya külli miqdarda maddi zərər vurmaqla, onu mənzilindən məhrum etmişdir.

24. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçıya məxsus olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilinin (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) dəyəri hazırda həmin ərazidə olan bazar qiymətlərinə uyğun olaraq 1 kv.m 2.500 manat olmaqla, 124 kv.m x 2.500 manat = 310.000 manat təşkil edir. Yəni, cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus mənzilin satılması nəticəsində iddiaçıya dəymiş real maddi zərər 310.000 manat təşkil edir. İddiaçıya məxsus mənzil onun iradə ifadəsi olmadan “Bakı” MKnın sədri tərəfindən cinayət yolu ilə digər şəxslərin adlarına keçirilmişdir, daha sonra isə cavabdeh iddiaçıya məxsus mənzili bilə-bilə qanunsuz olaraq özəlləşdirilməklə Nailə Namazovaya satmış, iddiaçıya külli miqdarda maddi zərər vurmaqla, onun hesabına əsassız olaraq varlanmışdır. İddiaçı mənzilinin qanunsuz olaraq əlindən çıxması nəticəsində ona dəymiş real maddi zərərin əvəzi kimi 310.000 manat pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçı mənzilin əlindən çıxması nəticəsində 1 kv.m sahə üçün 2.500 manat hesablanmaqla sahəsi 124 kv.m olan təmirli mənzili n dəyərinin 322.500 manat təşkil etdiyini qeyd etsə də, məhkəmə 124 kv.m sahənin 1 kv.m üçün 2.500 manat olmaqla hesablama apararkən, bu məbləğin 310.000 manat olduğunu müəyyən etmişdir.

25. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi daşınmaz əmlakın qanunsuz olaraq sahiblikdən çıxması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 310.000 manat və ödənilmiş 673 manat dövlət rüsumunun iddia tələbinə mütənasib olan 600 manat hissəsi olmaqla, cəmi 310.600 manat pul tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş 673 manat dövlət rüsumunun 73 manatı iddiaçıya aid edilməlidir. İddia tələbi daşınar əşyalara görə dəymiş 60.000 manat zərərin əvəzinin ödənilməsi hissəsində rədd edilməlidir. Çünki, İd diaçı Cavabdeh onun mənzilində olan mebel dəstlərini, televizor və digər əşyaları götürərək, ona daşınar əşyaları ilə bağlı 60.000 manat maddi zərər vurdubunu qeyd etsə də, əşyaların məhz Cavabdeh tərəfindən ələ keçirildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

26. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

27. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3147/2023 nömrəli, 24 i yul 2023-cü il tarixli xüsusi qərardadı ilə (hakim Vahid Hacıyev) İddiaçı Cavabdeh qarşı (Nailə Namazova mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin və mənzildə olan əşyaların qanunsuz satılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(004)-3147/2023 nömrəli mülki iş üzrə əməlində cinayət tərkibi olan Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə Bakı şəhəri Yasamal rayon prokuroruna xəbər verilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat.

28. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını, birinci instansiya məhkəməsinin 2(004)-3147 /2023 nömrəli, xx.xx.2023-cü il tarixli xüsusi qərardadının ləğv edilməsini və mülki işin hallarını təhrif edərək bilə-bilə qanunsuz məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsinin hakimi barəsində xüsusi qərardad qəbul edilərək müvafiq qurumlara xəbər verilməsini xahiş edilmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus mənzil onun iradə ifadəsi olmadan “Bakı” MK-nın sədri tərəfindən cinayət yolu ilə digər şəxslərin adlarına keçirilmişdir, daha sonra isə CavabdehMəzahir oğlu iddiaçıya məxsus mənzili bilə-bilə qanunsuz olaraq özgəninkiləşdirməklə Nailə Namazovaya satmış, İddiaçı külli miqdarda zərər vurmaqla onun hesabına əsassız olaraq varlanmışdır...”. Göründüyü kimi məhkəmə eyni münasibətə iki fərqli hüquq norması tətbiq etmiş, mübahisənin hansı h üquq norması əsasında həll edilməli olması barədə qəti fikirdə olmamışdır. Mülki qanunvericiliyin tələblərindən bəllidir ki, bir şəxsin digər şəxs qarşısında mülki hüquqi öhdəliyi 1) zərər vurma; 2) əsassız varlanma; 3) tərəflər arasında müqavilə bağlanılması və 4) Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan yarana bilər (MM, maddə 386.1). Bu baxımdan əgər məhkəmə cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin mövcud olması qənaətinə gəlmişdirsə, ilk öncə işin faktiki halları əsasında həmin öhdəliyin yaranma əsasını dəqiqləşdirməli və daha sonra buna uyğun maddi hüquq normasını tətbiq edərək mübahisəni həll etməli idi. Məhkəmənin mübahisəyə hansı hüquq normasının tətbiq edilməsi məsələsində qeyrimüəyyən qalması hüququn müəyyənliyi və qətnamənin qətiliyi prinsipinə zidd olmaqla m əhkəmə qətnaməsinin əsassız olmasına dəlalət edir. Məhkəmənin mübahisəni həll etdiyi normalara gəldikdə isə, hazırkı işdə nə cavabdeh tərəfindən iddiaçıya zərər vurulması, nə də ki, cavabdehin iddiaçının hesabına əsassız varlanması halları baş verməmişdir. Belə ki, iddia olunan zərərə görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu sübut olunmalıdır. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin möv cudluğu. Bu üç halın heç biri hazırkı işdə mövcud deyil. Belə ki, məhkəmə qətnamədə Cavabdeh guya İddiaçıməxsus mənzili öz adına keçirib başqa şəxsə satarkən bu əməliyyatları gizli yolla, aldatma və etibardan sui-istifadə edərək və qanunsuz şəkildə həyata keçirdiyini göstərsə də, bu, işin hallarına uyğun deyildir. Belə ki, Cavabdeh aşkar şəraitdə, heç kimi aldatmadan və heç kimin etibarından sui-istifadə etmədən xx.xx.2016-cı il tarixli maliyyə arayışı, xx.xx.2019-cu il tarixli arayış və “Bakı” Mənzil Kooperativinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolu əsasında dəyərini ödəyib “Bakı” MK-dan aldığı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə çıxarış almış və həmin çıxarış əsasında özünə məxsus olan həmin mənzili xx.xx.2019-cu il tarixdə Nailə Namazovaya satmışdır.Məhkəmə bu əməliyyatların baş verdiyi tarixdə mənzilin İddiaçı aid olduğu qənaətində olsa da, nəzərə almamışdır ki, həmin vaxt mənzil Cavabdeh satılaraq onun sahibliyində və istifadəsində, çıxarış alındıqdan sonra isə mülkiyyətində olmuş və Cavabdeh bütün bu əməliyyatları qüvvədə olan və etibarlı sənədlər əsasında həyata keçirmiş, hüquqazidd heç bir davranışa yol verməmişdir. Məhkəmə nədənsə öz qənaətini açıqlayarkən işin hallarını açıq-aşkar təhrif etmiş, işin hallarına uyğun qətnamə çıxarmaq əvəzinə, işin hallarını iddianın təmin edilməsinə uyğunlaşdırmışdır. Belə ki, hakim qətnamədə göstərmişdir ki, “...Cavabdeh İddiaçı məxsus olan mənzili almaq üçün “Bakı” MK-nın sədri Emil Məhərrəmova ödədiyi 173.000 manatın əvəzində "xxxx" MTK-dan ümumi sahəsi 137 kv.m olan mənzi l almışdır, həmçinin aldatma və etibardan sui-istifadə etməklə İddiaçı məxsus mənzili qanunsuz olaraq öz adına özəlləşdirmiş və daha sonra Nazilə Namazovaya satmaqla İddiaçı külli miqdarda maddi zərər vurmaqla onu mənzilindən məhrum etmişdir...”. Məhkəmənin mövqeyindən belə başa düşülür ki, Cavabdeh öncə "xxxx" MTK-dan 173.000 manat zərərin müqabilində 137 kv.m mənzil almış, daha sonra İddiaçı ona məxsus olduğunu iddia etdiyi mənzili öz adına keçirərək satmışdır. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Cavabdeh xx.xx.2019-cu il tarixdə mənzilə dair çıxarış almış, xx.xx.2019-cu il tarixdə mənzili satmış, xx.xx.2020-ci il tarixdə isə "xxxx" MTK tərəfindən ona 173.000 manat zərərin müqabilində 137 kv.m mənzilin verilməsi barədə Baş prokuror yanında Korrrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə vermişdir. Göründüyü kimi, "xxxx" MTK tərəfindən ona mənzil verilməmişdən əvvəl Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr olan 7 saylı mənzilə (indiki Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 12, M3, m3)) dair öz adına çıxarış almış və özünün mülkiyyətində olan mənzili satmışdır. Öz mənzili üzərində sərəncam vermək qanunazidd olmadığına görə, o, bu hərəkəti ilə heç kəsə zərər vurmamışdır. Cavabdehin hərəkətləri ilə iddiaçıya vurulan zərər arasında heç bir səbəbli əlaqə yoxdur. Halbuki, iddiaçıya zərər vuran eyni mənzili bir neçə nəfərə satmasına görə c inayət məsuliyyətinə cəlb edilən “Bakı” MK rəhbərliyidir. Bundan başqa, Cavabdeh mənzili satmaqla iddiaçının hesabına əsassız varlanmamışdır. Çünki, cavabdeh iddiaçıya deyil, özünə məxsus olan əmlakı satmışdır. Cavabdeh sonradan 137.000 manat zərərin müqabilində 137 kvadratmetr mənzili İddiaçı deyil, "xxxx" MTK-dan əldə etmişdir. Həmin mənzilə münasibətdə cavabdehin əsassız varlanıbvarlanmaması əsası ilə iddia qaldırmaq hüququ "xxxx" MTK-ya məxsusdur. Ona görə, hazırkı iddia bu əsasla da təmin edilə bilməzdi. Bir sözlə məhkəmə tətbiq edilməli olmayan normaları tətbiq edərək mübahisəni həll etmişdir. Qeyd edilənlərlə bərabər, işdən göründüyü kimi, istər deliktin törədilməsi, istərsə də əsassız varlanma əsası ilə İddiaçı Cavabdeh qarşı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçıya zərər “Bakı” MK və onun vəzifəli şəxsləri tərəfindən vurulduğuna görə iddiaya cavab verməli olan şəxslər zərərvuran şəxslərdir. "xxxx" MTK tərəfindən verilən mənzilə görə isə əsassız varlanma əsası ilə iddia qaldırmaq hüququ həmin MTK-ya məxsusdur. Lakin iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmamasını yoxlamadığı üçün məhkəmə nəticədə qanunsuz qətnamə qəbul etmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli ü çün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə mənzilin 1 kvadratmetrinin qiymətinin 2500 manat olması və buna görə də 124 kvadratmetr mənzilin cavabdeh tərəfindən satılması nəticəsində iddiaçıya 310.000 manat (124 kv.m * 2500 manat = 310.000 manat) ziyan vurulması qənaətinə gəlsə də, bu halları hansı sübutlar əsasında müəyyən etdiyini qətnamədə göstərməmişdir. Məhkəmə qətnaməni sübutlarla deyil, öz mülahizələri ilə əsaslandırmışdır. Halbuki, Vəkil2anın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlar la, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.3-cü maddəsində görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktın ın apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə mübahisəni tərəflərin iştirakı ilə və çəkişmə prinsipi əsasında hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, nədənsə iki dəfə iclas keçirərək tələsik şəkildə işə baxılmasını yekunlaşdırmış, cavabdehin məhkəmə iclaslarında iştirak edib mübahisəyə münasibət bildirməsinə, sübutlar təqdim etməsinə, bir sözlə öz müdafiəsini lazımi qaydada həyata keçirməsinə şərait yaratmamışdır. Hakim 2(004)-3147/2023 nömrəli mülki iş üzrə əməllərində cinayət tərkibi olan Cavabdeh (xx.xx.1984-cü ildə İsmayıllı rayonunda doğulmuş, ünvan 3 ünvanda qeydiyyatdadır, FİN xxxxxxx) cinayət məsuliyyətinə cəlb olunması məqsədi ilə Bakı şəhəri Yasamal rayon prokuroruna xəbər verilməsinə dair eyni tarixli və eyni nömrəli xüsusi qərardad qəbul etmiş dir. Qərardad belə əsaslandırılmışdır ki, “... Cavabdeh İddiaçı məxsus olan mənzili almaq üçün “Bakı” MK-nın sədri Emil Məhərrəmova ödədiyi 173.000 manatın əvəzində "xxxx" MTK-dan ümumi sahəsi 137 kv.m. olan mənzil almışdır, həmçinin aldatma və etibardan sui-istifadə etməklə İddiaçı məxsus mənzili qanunsuz olaraq öz adına özəlləşdirmiş və daha sonra Nailə Namazovaya satmaqla, İddiaçı külli miqdarda maddi zərər vurmaqla, onu mənzilindən məhrum etmişdir...”. Halbuki, işdən də göründüyü kimi hakim məhz cinayət görüntüsü yaratmaq məqsədi ilə işin hallarını təhrif edərək işin hallarına uyğun olmayan qətnamə və xüsusi qərardad qəbul etmişdir. Həmin qərardaddan müstəqil şikayət verilməsi mümkün olmadığına görə hesab edirlər ki, qətnamədən verilən apellyasiya şikayətinə baxılarkən sözügedən qərard adın qanuniliyi yoxlanılmalı və həmin qərardad da ləğv edilməlidir. Bununla yanaşı cavabdeh hesab edir ki, cavabdeh tərəfindən cinayət törədilməsi görüntüsünü yaratmaq üçün bilə-bilə işin hallarını təhrif edən və tələsik şəkildə işi yekunlaşdıraraq qanunsuz məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsinin hakimi barəsində xüsusi qərardad qəbul edilməli və bu barədə müvafiq qurumlara məlumat verilməlidir.

30. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dəvət olunmuş "xxxx" MMC-nin nümayəndəsi X13 bildirmişdir ki, onlar baxış keçirilməsi üçün mənzilə yaxınlaşmış, mülkiyyətçi Nailə xanım qapını açsa da, onların evə daxil olmağına icazə verməmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, № CVN/F 03-021/25 saylı mütəxəssis rəyinə əsasən, aparılmış hesablamalara və təhlillərə ə sasən Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı təmirli mənzilin indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6, mənzil 7 (yeni qaydalarla: AZ1006, ünvan 4 ünvanında yerləşən mənzilin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 325.000 manat təşkil edir. Mənzilin 2019-cu il və xx.xx.2023-cü il tarixinə bazar dəyəri 309.524 manat, yuvarlaq şəkildə 310.000 manat təşkil edir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-99/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Günay Axundova və Fərrux Qasımov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, mütəxəssis rəyinin alınmasına görə ödənilməli olan 350 manatın 283 manatının cavabdehdən, 67 manatının isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi cavabdehin öz mənzili üzərində sərəncam verməyinin qanunazidd olmadığına görə, bu hərəkəti ilə heç kəsə zərər vurmaması ilə bağlı dəlilini əsassız hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, Zülfiyyə Hacıyeva, Şövkət Babayeva və Sinduz İbrahimovaya qar şı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 3, 7 nömrəli mənzilin boşaldılmaqla, İddiaçı istifadəsi və sahibliyinə verilməsi, həmin mənzilə cavabdehlər Cavabdeh, Zülfiyyə Hacıyeva, Şövkət Babayeva və Sinduz İbrahimovanın istifadə hüquqları itirilmiş hesab olunmuşdur. Qeyd olunan qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4124/2019 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-710/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh mənzilin İddiaçı istifadəsi və sahibliyinə verilməsini, onun özü tərəfindən mənzilin boşaldılması və istifadə hüququnun itirilmiş hesab olunduğunu bildiyi halda, qətnaməni 2018-ci ildən başlayaraq mübahisələndirməklə yanaşı, bilə-bilə, qəsdən, qanunsuz olaraq İddiaçı məxsus olan mənzili gizli şəkildə xx.xx.2019-cu il tarixdə öz adına özəlləşdirərək, ilkin qeydiyyatdan keçirtmiş, sonra isə həmin mənzili xx.xx.2019-cu il tarixdə Nailə Namazovaya satmaqla (sonuncu məhkəmələr tərəfindən vicdanlı alıcı kimi tanınmışdır), İddiaçı mülkiyyətində olan mənzildən məhrum etmiş, ona külli miqdarda maddi ziyan vurmaqla əmlakını qanunsuz olaraq özgəninkiləşdirməklə, pulunu ələ keçirtmişdir. Yəni, cavabdehin bu qanunsuz hərəkətləri olmasaydı, iddiaçı mənzilindən məhrum olmazdı.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı qanuni şəkildə əldə etdiyi mənzilindən məhrum olmuş, ona maddi zərər dəymişdir. Cavabdeh qanunsuz hərəkətləri ilə İddiaçı qanuni şəkildə əldə etdiyi mənzilindən məhrum olması və son nəticədə ona vurulmuş maddi zərər arasında səbəbli əlaqə mövcuddur.

34. Məhkəmə kollegiyası cavabdehin məhkəmənin həm zərərə, həm də əsassız varlanmaya istinad etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qanuni əsası və əsaslandırma olaraq sırf maddi zərər vurulmasına istinad olmunmuşdur ki, bu da qətnamənin ləğv olunması üçün əsas yaratmır.

35. Dəymiş zərərin müəyyən edilməsi ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə, iddiaçı mənzilin əlindən çıxması nəticəsində 1 kv.m. sahə üçün 2.500 manat hesablanmaqla s ahəsi 124 kv.m. olan təmirli mənzilin dəyərinin 322.500 manat təşkil etdiyini qeyd etsə də, məhkəmə 124 kv.m. sahənin 1 kv.m. üçün 2.500 manat olmaqla hesablama apararkən, bu məbləğin 310.000 manat olduğunu müəyyən etmişdir. Bununla bağlı mübahisələndirilən mənzilin dəyərinin müəyyən edilməsi ilə əlaqədar mütəxəssis rəyi alınmışdır.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi qiymətləndiricinin AR Qiymətləndiricilər Palatasının üzvü, AQC-nin sertifikatlı qiymətləndiricisi, iqtisadi ali təhsilli və daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə 13 il iş stajına malik olması, habelə qiymətləndirmə həyata keçirilərkən mübahisəli mənzilə baxış keçirilməsi nəzərə alınmaqla mötəbər sübut kimi qəbul edilməlidir.

37. Məhkəmə kollegiyası d aha sonra qeyd etmişdir ki, işdə olan sübutlarla müəyyən olunduğu kimi İddiaçı məxsus olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilinin (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) dəyəri məhkəmə tərəfindən işə baxılarkən düzgün olaraq 310.000 manat müəyyən olunmuşdur. Yəni, Cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus mənzilin satılması nəticəsində İddiaçı dəymiş real maddi zərər 310.000 manat təşkil edir. Buna görə də iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuş, mə hkəmə mübahisələndirilən hissədə iddia tələbini qismən təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla məhkəmənin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticənin ləğvi üçün əsas təşkil etmir.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan biri nci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası yekunda qeyd etmişdir ki, məhkəmə tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu prosessual qanunvericiliyin tələblərinə uyğun həll edilmişdir. Həmçinin prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iş üzrə mütəxəssis rəyinin alınmasına görə ödənilməli olan 350 manatın 283 manatı Cavabdeh, 67 manatı isə İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.

40. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 6.2, 14.2.6, 21, 1096.1, 1096.2, 1097.1, 1115-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 82.4, 115.0.1, 217.4 və 385.2-ci maddələrinə is tinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

41. Qətnamədən cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

42. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr hesab etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər vurulmuşdur və ona görə də iddia tələbi təmin edilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə zərər tələbinin təmin edilməsi üçün törədilmiş əməl hüquqa zidd olmalı, törədilmiş əməl nəticəsində başqa şəxsə zərər vurulmalı və zərər ilə hüquqa zidd əməl ara sında səbəbli əlaqə mövcud olmalıdır. Hazırkı işdə isə qeyd olunan hallar mövcud deyildir. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh mənzilin İddiaçı istifadəsi və sahibliyinə verilməsini, onun özü tərəfindən mənzilin boşaldılması və istifadə hüququnun itirilmiş hesab olunduğunu bildiyi halda, qətnaməni 2018-ci ildən başlayaraq mübahisələndirməklə yanaşı, bilə-bilə, qəsdən, qanunsuz olaraq İddiaçı məxsus olan mənzili gizli şəkildə xx.xx.2019-cu il tarixdə öz adına özəlləşdirərək, ilkin qeydiyyatdan keçirtmiş, sonra isə həmin mənzili xx.xx.2019cu il tarixdə Nailə Namazovaya satmaqla (sonuncu məhkəmələr tərəfindən vicdanlı alıcı kimi tanınmışdır), İddiaçı mülkiyyətində olan mənzildən məhrum etmiş, ona külli miqdarda maddi ziyan vurmaqla əmlakını qanunsuz olaraq özg əninkiləşdirməklə, pulunu ələ keçirtmişdir. Yəni, cavabdehin bu qanunsuz hərəkətləri olmasaydı, iddiaçı mənzilindən məhrum olmazdı. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən cavabdehin mübahisəli mənzili qanunsuz olaraq öz adına özəlləşdirməsini və sonra özgəninkləşdirməklə pulunu ələ keçirməsini qeyd etsə də, cavabdeh bu hərəkətləri ilə məhz hansı hüquqazidd hərəkətə yol verməsini əsaslandırmamış və cavabdeh həmin hərəkətləri ilə konkret hansı hüquq normasını pozmasını göstərməmişdir. İşdən də göründüyü kimi, cavabdeh mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıran zaman qeydiyyata əsas olan sənədlər – “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı qüvvədə olmuşdur. Həmin sənədlər isə alğı-satqıdan sonra iddiaçının iddiası əsasında başlanılan və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegyasının xx.xx.2022-ci il tarixli 2(102)-5852/2022 nömrəli qərarı ilə yekunlaşan məhkəmə qərarları nəticəsində etibarsız hesab olunmuşdur. Hətta, çıxarış verilərkən məhkəmənin istinad etdiyi cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)710/2018 nömrəli qətnaməsi də hələ qanuni qüvvəsini almamışdı. Sözügedən qətnamə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-15/2020 saylı qərarı ilə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, Cavabdeh mənzili öz adına qeydiyyata aldırmaqla heç bir hüquq normasını pozmamış və mənzillə bağlı sənədləşmə işlərinin aparılmasının qadağan edilməsi ilə bağlı hər hansı məhkəmə qərarı da ol mamışdır. Bir sözlə, cavabdehin əməli hüquqa zidd olmamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı zərər tələbinin təmin edilməsi barədə qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bundan əlavə, işin mübahisəsiz halıdır ki, iddiaçıya zərər vuran eyni mənzili bir neçə nəfərə satmasına görə cinayət məsuliyyətinə cəlb edilən “Bakı” MK rəhbərliyidir. Cavabdeh də həmin cinayət işi üzrə zərərçəkmişdir. Belə olan halda iddiaçı əsl cavabdeh “Bakı” MK-ya qarşı iddia qaldırmaq əvəzinə iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırmışdır. Hazırkı işdə zərərvuran şəxs “Bakı” MK-nin rəhbəri Emil Məhərrəmov olmuşdur. Bundan başqa, məhkəmənin “cavabdeh mənzili özgəninkiləşdirməklə iddiaçının pulunu ələ keçirmişdir” mövqeyi də əsaslı hesab edilə bilməz. Çünki, cavabdeh iddiaçıya deyil, özünə məxsus o lan əmlakı satmışdır. Özünə məxsus əmlakın pulu isə iddiaçının pulu hesab edilə bilməz. Apellyasiya məhkəməsi zərərin məbləği ilə bağlı "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, № CVN/F 03-021/25 saylı mütəxəssis rəyinə istinad etmiş, lakin həmin rəyin mötəbər olubolmamasına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi elektron məhkəmə sisteminə yerləşdirilməyən sübutlara istinad edilməsinin yolverilməzliyinə əhəmiyyət verməmiş və öz qətnaməsini elektron məhkəmə icraatı materiallarına əlavə edilməmiş mütəxəssis rəyi ilə əsaslandırmış və MPM-in 217.5-ci maddəsinin tələbini pozmuşdur. Apellyasiya məhkəməsini bu pozuntuya yol verməklə məhkəmə çəkişməsi prinsipini də pozmuşdur. Belə ki, mütəxəssis rəyi elektron məhkəmə sisteminə yerləşdirilmədiyi üçün cavabdeh həmin rəydən məlumatı o lmamış və həmin rəyə münasibət bildirə bilməmişdir. Ümumiyyətlə mütəxəssis rəyində göstərilən məbləğ mənzilin dəyəri hesab edilə bilməz. Belə ki, mübahisəli mənzilin həqiqi olaraq Nailə Namazovaya satılması və onun vicdanlı olması işin mübahisəsiz halıdır. Alğı-satqı müqaviləsi əsasında Cavabdeh mənzili Nailə Namazovaya 145.000 manat satmışdır. Yəni real alğı-satqı olduğuna görə mənzilin dəyəri də elə həmin qiymət hesab olunmalıdır. Nəyə görə mütəxəssis alğı-satqı tarixinə elə alğı-satqıdakı məbləği deyil, 310.000 manat göstərməsi də başa düşülən deyil. Qeyd olunanlarla bərabər ümumiyyətlə biz hesab etmişlər ki, Cavabdeh hazırkı iddiaya cavab verməli olan şəxs olmadığından mütəxəssis rəyi iş üçün heç bir əhəmiyyət kəsb etməmiş və hər bir halda ona qarşı olan iddia tələbi rədd edilməli oldu ğu halda təmin edilmişdir. Həmçinin işin hallarında da göründüyü kimi, Cavabdeh mübahisəli mənzili xx.xx.2019-cu il tarixdə Nailə Namazovaya 145.000 manata satmışdır. İddianı təmin edən məhkəmə isə 310.000 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsini qət etmişdir. Bir tərəfdən, apellyasiya məhkəməsi cavabdehin mənzili satmaqla iddiaçının pulunu (mənzilin satış dəyərini) ələ keçirdiyini qeyd etmiş, digər tərəfdən isə cavabdehdən iddiaçının xeyrinə 310.000 manat pul tutmaqla ziddiyyətli nəticələrə gəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

43. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə e tmək hüququna malikdirlər.

44. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

45. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işç isinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

46. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

47. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hər əkət və ya hərəkətsizlikdir)

48. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

49. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

50. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi.

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

53. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

65. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

66. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd ed ir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən k assasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

68. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-99/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar