Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1814/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı ilk, Cavabdeh Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi, öhdəliyin icrası tələbləri ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından barət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icrası və sair” tələbinə dair ilkin, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “işgüzar nüfuza vurulmuş zərəri n əvəzinin ödənilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6058/2022 saylı mülki iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. Cavabdeh MTK ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında bağlanmış 09 iyul 2014-cü il tarixli müqaviləyə əsasən, MTK ümümi sahəsi layihə üzrə 206,3 m2 təşkil edən 4 otaqlı, 127 saylı mənzili iddiaçıya verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi öz ohdəsinə götürmüşdür.
2. Həmin tarixli maliyyə arayışına əsasən, iddiaçı müqavilə üzrə mənzilin dəyəri olan 309.450 manat məbləğində vəsaiti tam ödəmişdir. Birinci instansiya məhkəməsin də icraat
3. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində yerləşən yaşayış binasında 3-cü girişin 5-ci mərtəbəsində olan 127 saylı, ümumi sahəsi 206,3 m2 olan 4 otaqlı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh ilə onun arasında bağlanmış 09 iyul 2014-cü il tarixli müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş 309.450 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh MTK da qarşılıqlı iddia qaldıraraq, İddiaçı işgüzar nüf uza vurulmuş zərərə görə 200.000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi müqavilə etibarsızdır. belə ki, 2014-cü ilin yayında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şirkətin rəhbərliyinə zənglər və təzyiqlər edilərək, pul və ya əmlak tələb edilmişdir. Son nəticədə şirkət rəhbərliyi çarəsiz qaldığından keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun əmisi oğlu olan İddiaçı adına yuxarıda sadalanan sənədləri tərtib edərək, vermək məcburiyyətində qalmışdır. Həqiqətdə iddiaçı tərəfindən şirkətə heç bir pul vəsaiti ödənilməmişdir. İddiaçı ümumiyyətiə ona verilən müqavilədə göstərilən mənzilin harada yerləşməsindən, mənzilin layihəsind ən xəbərsiz olmuşdur. İddiaçı heç zaman şirkətin hər hansı bir əməkdaşı ilə əlaqə saxlamamışdır. Müqaviləyə, maliyyə arayışına və kassa mədaxil orderinə imza edən şəxsləri belə tanımır. Ümumiyyətlə Cavabdeh MTK Nəsimi rayonu S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə inşa etdiyi binanın 3-cü blokunda mənzil satışına başlamamış və bu günə qədər heç kimə mənzil satmamışdır. Eyni zamanda, binanın 1 və 2-ci blokları tikilib təhvil verilsə də, 3-cü blokun inşa olunacağı ərazidə hal-hazırda yaşayan sakinlərin köçürülməsində problemlər mövcuddur. Həmin sakinlər tərəfindən ərazidə bır sıra özbaşına tikililər tikilərək, həddən artıq yüksək məbləğdə kompensasiya tələb olunur və bu səbəbdən şirkətlə həmin sakinlər arasında mübahisə yaranmışdır. Bu mübah isə artıq bir neçə ildir ki, məhkəmə müstəvisində davam edir. Məhz elə bu səbəbdən də Cavabdeh MTK uydurma da olsa, binanın 3-cü blokunda yerləşən mənzilə dair sənədlər tərtib edərək, iddiaçıya vermişdir. Müqavilənin özünə də diqqət yetirilsə görünər ki, müqavilədə mənzilin təhvil verilməsinə dair konkret müddət göstərilməmişdir. Müqavilənin 5.1-ci bəndindən də göründüyü kimi mənzilin dəyəri belə təqribi göstərilmişdir. İddiaçı bir neçə il bundan öncə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinmişdir. Bir daha təkrar qeyd edilir ki, 09 iyul 2014-cü il tarixli müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışı və kassa mədaxil orderi Milli Təhlükəsizlik Nazirliy inin əməkdaşları tərəfindən şirkətin rəhbərliyinə edilən təzyiqlər nəticəsində tərtib edilmiş və onların göstərişi ilə keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun əmisi oğlu olan İddiaçı təqdim olunmuşdur. İddiaçı tərəfindən şirkətə heç bir vəsait ödənilməmişdir. Cavabdeh MTK bu sənədləri və müqaviləni verərkən hüquqi nəticə yaratmaq niyyəti olmamış, sadəcə MTN əməkdaşlarının şirkətdən əl çəkmələri məqsədi ilə bu sənədləri görünüş üçün vermişdir. İddiaçı hüquqlarından vicdansızcasına sui-istifadə edərək, Cavabdeh MTK-nın işgüzar nüfuzuna xələl gətirir, onun potensial müştərilərini qaçırdır və bununla da şirkətə zərər vurur. Şirkət olaraq, Cavabdeh MTK-nın işgüzar nüfuzuna vurulan zərəri 200.000 manat həcmində qiymətləndirilir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2348 /2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) ilk iddia və qarşılıqlı iddia rədd edilmişdir.
8. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə hesab etmişdir ki, qarşılıqlı iddia əsassızdır, çünki vətəndaşın vətəndaşa, yaxud hüquqi şəxsə, hüquqi şəxsin vətəndaşa, yaxud digər hüquqi şəxsə qarşı məhkəmədə iddia qaldırması özü-özlüyündə qanunvericilikdə vətəndaşlara və hüquqi şəxslərə verilmiş müraciət etmək hüququnun təzahürüdür və iddia ərizəsində tərəf barəsində qeyri-etik ifadələr işlədilmirsə, tərəf əsassız yerə ağır cinayətlərdə ittiham olunmursa və s. bu kimi hallara yol verilmirsə, müraciət etmək hüququndan istifadə hər hansı tərəfə maddi və mənəvi ziyanın vurulmasına səbəb olmur. Cavabdeh öz qarşılıqlı iddiasını əsaslandırarkən ilk iddia üzrə iddiaçı ilə aralarında bağlanmış müqavilənin uydurma əqd olduğunu iddia edir. Lakin müqavilənin bağlanmasının üzərindən keçən dövr ərzində bununla bağlı məhkəməyə müraciət edilməmişdir, hazırda qeyd olunan müqavilə qüvvədədir və tərəflər öz üzərlərinə götürdükləri öhdəlikləri icra etməlidirlər.
9. Eyni zamanda məhkəmə tərəfindən MTK tərəfindən iddiaçının barəsində xüsusi qərardad çıxarılamqla Azərbaycan Respublikası Baş Prokrorluğuna xəbər verilməsinə dair vəsatətinə münasibətdə qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının hərəkətlərində cinayət əlamətləri müşahidə olunmamışdır. İddiaçı qüvvədə olan müqavilə öhdəliklərinin icra edilməsini tələb edir və bununla bağlı müraciət etmək hüququndan istifadə etməklə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, MTK-nın İddiaçı əməllərində Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 182 və 308-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətləri mövcud olduğundan, bu barədə xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsinə dair vəsatəti əsassız olmaqla, təmin edilə bilməz.
10. İlk iddia ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilədə qarşılıqlı iddia üzrə iddiaçının öhdəliyi icra edəcəyi vaxt göstərilməmişdir. Müqavilənin bağlanmasının üzərindən 7 il civarında zaman keçmişdir. Həmin müddət ərzində qarşılıqlı iddia üzrə iddiaçı müqaviləni icra etməmək üçün hərəkətsizlik nümayiş etdirməmişdir. Əksinə, MTK müqavilə öhdəliklərini icra etmək üçün zəruri addımlar atmış, binanın tikilməsi nəzərdə tutulan ərazidə tikilmiş özbaşına tikililərin sökülməsi, vətəndaşların ərazidən uzaqlaşdırılması üçün danışıqlar aparmış, bu fayda vermədikdə isə həmin şəxslərə qarşı “özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının verdiyi məlumata görə, hazırda da ərazidə özbaşına tikili inşa etmiş vətəndaşlarla aralarında olan məhkəmə çəkişməsi davam edir və MTK bu çəkişmələrin başa çatmasını və ərazidə olan özbaşına tikililərin qanuni yolla sökülməsini gözləyir. MTK-nın özünə də binanın inşa edilməsini yubanması sərf etmir, MTK-nın maraqları baxımından ərazinin bir an öncə qanuni yolla təmizlənməsi və inşaatın başlanması zəruridir.Qarşılıqlı iddia üzrə iddiaçının bildirdiyinə görə, 3 və 4-cü blokların yerləri tam sökülməmişdir, bir hissəsində hələ də yaşayış var. 6 mən zil sökülməlidir, lakin hələ də sökülməyib. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının icraatında iş mövcuddur. Qeyd olunan hal məhkəmə tərəfindən 08 iyul 2021-ci il tarixdə keçirilmiş yerli baxış zamanı belə öz təsdiqini tapmışdır.
11. Belə ki, yerli baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də 3-4-cü blokların inşa ediləcəyi ərazidə hazırda özbaşına tikililər mövcuddur.Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin icra edilməsi üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən zəruri qanuni addımlar atılır və müqavilənin icra edilməsinə zəmin yaratmaq üçün ərazidə olan özbaşına tikililərin sökülməsinə qanuni yollarla nail olunmağa cəhd olunur. Tərəflər arasında bağlanmış, hazırda qüvvədə olan müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir və bina təhvil verilənədək qüvvədədir.
12. Məlumdur ki, binalar müqavilə bağlanandan sonra ağlabatan müddət ərzində inşa edilib başa çatdırılmalı və alıcılara (payçılara) təhvil verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ağlabatan müddətlər (adi binanın inşa edilməsi üçün nəzərdə tutulan və inşa işləri aparılaraq yekunlaşdırılan bir neçə il) aşılmamışdır. Əgər ərazidə hər hansı qanunsuz tikili, yaxud digər əngəl, maneə olmasa idi və MTK ərazidə tikintiyə başlasa idi, bu zaman MTK yuxarıda qeyd edilən ağlabatan müddətləri aşmış olacaqdı və ilk iddia üzrə iddiaçının müqavilə öhdəliklərindən yaranan tələbləri tələbdən asılı olaraq tam, yaxud qismən əsaslı olmuş olacaqdı. Lakin, işin faktiki hallarından göründüyü kimi, MTK nəinki ilk iddia üz rə iddiaçıya, həmçinin digər şəxslərə münasibətdə də müqavilə öhdəliklərinə ciddi yanaşmaqla, həmin öhdəliklərin icra edilməsi üçün qanuni addımlar atır və uzun müddətdir ki, məhkəmə çəkişmələrində MTK ərazinin qanuni yolla boşaldılmasına nail olmaq istəyir.
13. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsi e-2(006)-2348/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən iljkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə tələbinin təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6058/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən),C.A.Yusifov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2021-ci i l tarixli qətnaməsi qismən, ilk iddia tələbi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia rədd edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qənaətini onunla əsaslandırmışdır ki, ilk iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi qətnamədə tərəflər arasında mənzil alqı-satqısına dair qüvvədə olan müqavilə olduğunu, cavabehin müqavilənin icra edilməsinə zəmin yaratmaq üçün ərazidə olan özbaşına tikililərin sökülməsinə qanuni yollarla nail olunmağa cəhd etməsini qeyd etmişdir. Bununla da, bəlli olur ki, rayon məhkəməsi həmin müqaviləni etibarlı əqd hesab etmişdir, halbuki, hazırkı işin müəyyən olunmuş hallarından, tərəflərin izahatları, iddiaçının və MTK-ın işçilərinin cinayət iş üzrə verdiklərin ifadələri, habelə tərəflərin müq aviləyədək və müqavilədən sonrakı hərəkətlərini nəzərə aldıqda aşkar müəyyən olunur ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılan 09 iyul 2014-cü il tarixli müqavilə görünüş üçün bağlanmış və tərəflər üçün hər hansı hüquq və vəzifələr yaratmayan (puç) əhəmiyyətsiz əqddir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi müqavilə ilə eyni tarixli pulun ödənilməsinə dair maliyyə arayışı da həmin müqavilənin (əqdin) ayrılmaz tərkib hissəsi olmaqla, o da görünüş üçün tərtib olunmuşdur, bu səbəbdən həmin arayış da puçdur, əhəmiyyətsizdir.
17. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsindən hazırkı mübahisə tərəfləri ilə bağlı Cavabdeh Mənzil Tikinti Kooperativinin müraciəti əsasında araşdırma aparılıb-aparılmaması, iş üzrə təqsirləndirilən və ya zərərçəkmiş şə xs qismində tanınma barədə qərarın qəbul edilib-edilməməsi barədə məlumatların verilməsi və zəruri sənədlərin surətlərinin təqdim olunması xahiş olunmuşdur.
18. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsindən daxil olmuş məlumatda qeyd edilir ki, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı davam etdirilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin bəzi vəzifəli şəxsləri tərəfindən hakimiyyətdən sui-istifadə, rüşvət alınması, özgə əmlakının hədə-qorxu ilə tələb edilib ələ keçirilməsi, vəzifə saxtakarlığı və digər qanunsuz əməllərin törədilməsi faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 193-1.3.1, 1931.3.2, 294.3, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 318.2, 341.2.1,341.2.3-cü maddələri ilə istintaq olunur. Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Rauf Bayramovun qeyd edilən müəssisənin mülkiyyətində olmuş 309.450 manat dəyərində mənzilin dəyəri ödənilmədən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən gəlinmiş hədə-qorxu nəticəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu İddiaçı adına rəsmiləşdirilməsi, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair müraciəti ilə əlaqədar cinayət işi üzrə zəruri istintaq və prosessual hərəkətlər icra edilmişdir. Aparılmış istintaq zamanı Cavabdeh Mənzil Tikinti Kooperativinin mülkiyyətində olmuş mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsi təsdiq olunmayaraq, hazırda həmin əmlaka olan hüququn hədə-qorxu ilə ələ ke çirilməsi faktı üzrə təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində iş üzrə cinayət təqibi davam etdirilməklə, həmin xüsusatlarla əlaqədar toplanmış zəruri sənədlər məhkəməyə göndərilmişdir.
19. Materiala əlavə edilmiş 10 oktyabr 2022-ci il tarixli protokolda İddiaçı dindirmə zamanı 2014-cü ilin yay aylarında Kooperativin ərazisinə getdiyini, oradakı tanımadığı şəxslərə yeni tikilən binada 3-cü mətəbədən aşağı olmayan, 6-cı mərtəbədən yuxarı olmayan mənzil almaq istədiyini bildimiş, onlar ona 4 otaqlı 290 kvm. mənzilin qiymətinin 310.000 manat olduğunu bildirmiş, bir neçə gün fikirləşdikdən sonra, həmin şəxlərə evin pulunu nəğd şəkildə vermiş həmin şəxslər də on də ona müqavilənin bir nüsxəsini, kassa mədaxil orderinin nüsxəsini, maliyyə arayışını vermişlər. İddiaçı nəyə görə hansı səbə bdən 1-ci və 2-ci bloklar tikildiyi halda məhz 3-cü blokdan ev aldığını izah edə bilməmiş, MTK-nın Ramiz Süleymanov, Əlixan Cəfərovu, Vahid alışovu tanımadığını bildirmiş, MTK tərəfindən mənzillərin kvadrat metri ən yuxarı həddə 1200 manatdan satıldığı halda, mənzili kv.m-i 1500 manat olmaqla almasının səbəbini izah edə bilməmiş, MTK tərəfindən 2015-ci ilin mart ayına kimi heç bir şəxsə maliyyə arayışı verilmədiyi halda, ona 2014-cü ilin yay aylarında maliyyə arayışı verilməsinin səbəbini izah edə bilməmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verdiyindən, eləcə də gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından iddiaçının apellyasiya şikayəti qismən təmin ed ilməli, qətnamə qismən, apellyasiya baxışının predmeti olan ilkin iddia tələbi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi (başqa əsasla) təmin edilməməlidir.
21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3, 16.1, 337.1, 337.3, 337.4, 340.1 və 340.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 384.0, 384.0.2, 385.1, 385.1.2-ci maddələrinə, istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. İlk iddia üzrə iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin göstərilən qətnaməsi qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi-nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün ləğv edilməlidir. Məhkəmə cavabdeh öhdəliyini (müqavilə öhtəliyi) icra etməməsinə baxmayaraq, cavabdehin əsassız varlanmasına səbəb olan qətnamə (qənaətə gəlmişdir) qəbul etmişdir. Məhkəmə kollegiyası sübutları düzgün qiymətləndirməmiş, maraqlı və qeyri obyektiv olaraq sübutları yalnış qiymətləndirər ək mübahisəyə düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir. Belə ki, xx.xx.2014-cü il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlanmış və öhtəliklər müəyyən olunmuşdur. Bundan sonra borcun olmamasına dair “maliyyə arayışı” və 309.450 manat pul vəsaitinin kassaya köçürülməsinə dair “kassa mədaxil orderi” təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı müqavilənin qanunla müəyyən edilmiş qaydada bağlanmasını ifadə edərək iddia qaldırmişdir. Cavabdeh tərəf isə müqavilənin “ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının şirkət rəhbərliyinə hədə, təziq göstərməklə əmlak tələb etmələri səbəbi ilə müqavilə bağlamaq məcburiyyətində olduqlarını bildirmişlər. Məhkəmə isa müqaviləyə MM-nin 340.1-ci maddəsini tətbiq edərək “görünüş üçün bağlanmış əqd” kimi y anaşaraq müqavilənin əhəmiyyətsiz olması qənaətinə gəlmişdir. İddiaçı hesab edib ki, müqavilənin etibarsız hesab edilməsi üçün əsas mövcud deyildir və bunu təsdiq edən mötəbər sübutlar yoxdur. Bundan əlavə hesab edib ki, əgər cavabdeh tərəfin qeyd etdikləri hallar doğru olsa idi, onlar 2014-cü ildən onlara “basqın və hədə-qorxu ilə tələb etmə halı üzrə” şikayət edərdilər və buna cinayət mühakimə qaydasında hüquqi qiymət verilərdi. Nə qədər ki, bu hallar cinayət mühakimə qaydasında təsdiq edilməyib, bu hallara istinad edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Kassasya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və və zifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 16.1.fiziki və hüquqi şəxslər yalnəz və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir.
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
30. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
31. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müst əqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əməl ə gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 sayli Qərardadında da eyni hüquqi mövqe müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir.
36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 386 maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
38. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
39. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§44). 41.
47. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§45). 42.
48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§44). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 43.
49. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyi ndən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Tərəflər arasındakı mübahisə onlar arasında bağlanmış 09 iyul 2014-cü il tarixli müqavilənin icrası ilə bağlı yaranmışdır, belə ki, həmin müqavilə əsasında MTK tərəfindən 206,3 m2 təşkil edən 4 otaqlı, 127 saylı mənzilin iddiaçıya verilməsi, iddiaçının isə həmin mənzilə görə 309.450 manat ödəməsi ilə bağlı öhdəliklər müəyyən edilmişdir.
45. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etdiyini, qarşı tərəfin isə öz öhdəliklərinin icrasından yayındığını əsas gətirərək, müqavilənin ləğv edilməsi və önun tərəfindən ödənilmiş 309.450 manat məbləğində pul vəsaitinin MTK-dan onun xeyrinə tutulmasını xahiş edir.
46. Bununla bərabər, hazırki iş üzrə MTK-nın da iddiaçıya qarşı “işgüzar nüfuzun müdafiəsi” tələbinə dair qarş ılıqlı iddiası olmuşdur ki, qarşılıqlı iddia birinci instansiya məhkəməsinin qətnaməsi ilə rədd edilmişdir. MTK tərəfindən həmin hissədə qətnamə mübahisələndirmədiyindən, qarşılıqlı iddia hissəsində qətnamə apellyasiya baxışının predmeti olmamışdır.
47. Birinci instansiya məhkəməsi sözügedən müqavilə üzrə MTK-nın öhdəliklərinin icrasının ondan asılı olmayan obyektiv səbəblər üzündən mümkün olmadığını qeyd etməklə müqavilənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyini göstərmiş və nəticə etibarilə iddianın rədd edilməsini qət etmişdir.
48. Həmin qətnaməni iddiaçının şikayəti əsasında yoxlayan apellyasiya məhkəməsi həmin müqavilənin ümumiyyətlə əhəmiyyətsiz əqd olmasını əsas gətirərək qətnaməni ləğv etmiş və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul etmişdir.
49. Məhkəmə kollegiy ası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
50. Məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, əqdə əsaslanan mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması məhkəmə tərəfindən mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.
51. Həmçinin nəzərə alınmalıdır ki, əqdlərin etibarsızlığının növləri və onların yaratdığı fərqli hüquqi rejimlər mühüm təcrübi əhəmiyyət kəsb etməklə, etibarsız əqdlərin təsnifatının aparılması mübahisələrin düzgün və ədalətli həllinə təsir edir.
52. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
53. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.
54. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, va cib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
55. Nəzərə alınmalıdır ki, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir.
56. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı işin müəyyən olunmuş hallarınd an, tərəflərin izahatları, iddiaçının və MTK-ın işçilərinin cinayət iş üzrə verdiklərin ifadələri, habelə tərəflərin müqaviləyədək və müqavilədən sonrakı hərəkətlərini nəzərə aldıqda aşkar müəyyən olunur ki, MTK ilə İddiaçı arasında bağlanılan 09 iyul 2014-cü il tarixli müqavilə görünüş üçün bağlanmış və tərəflər üçün hər hansı hüquq və vəzifələr yaratmayan (puç) əhəmiyyətsiz əqddir. İddiaçının istinad etdiyi müqavilə ilə eyni tarixli pulun ödənilməsinə dair maliyyə arayışı da həmin müqavilənin (əqdin) ayrılmaz tərkib hissəsi olmaqla, o da görünüş üçün tərtib olunmuşdur, bu səbəbdən həmin arayış da puçdur, əhəmiyyətsizdir.
57. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyy ətsizdir.
58. Uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.
59. Apellyasiya məhkəməsi sözügedən müqaviləni uydurma əqd hesab etməsi barədə nəticəsini Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Rauf Bayramovun ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən gəlinmiş hədə-qorxu nəticəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu İddia çı adına rəsmiləşdirilməsi, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair müraciəti ilə əlaqədar cinayət işi üzrə toplanmış zəruri sənədlərə istinadla əsaslandırmışdır.
60. Qeyd edilməlidir ki, MTK-nın da qarşılıqlı iddia ərizəsində həmin müqavilənin hədə təsiri altında bağlandığı göstərilmişdir.
61. Mülki Məcəllənin hədə təsiri altında bağlanmış əqdin etibarsızlığı əsaslarını müəyyən edən 337.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətlənd irilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
62. Maddənin dispozisiyasından məlum olduğu kimi, qanunverici hədə təsiri altında bağlanmış əqdi mübahisələndirilən əqd kimi təsbit etmişdir.
63. Təkrar vurğulanır ki, mübahisələndirmə səbəblərinin mövcudluğu özüözülüyündə etibarsızlıqla bağlı hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olmur. Mübahisələndirilən əqd üzrə etibarsızlıq halı yalnız hüquq sahibinin mübahisələn dirməsi nəticəsində yaranır.
64. Hüquq sahibi MTK-nın belə bir tələbi olmadığı halda, məhkəmənin həmin hallara qiymət verməsinə, ən nəhayətində isə əqdin etibarsız hala gətirilməsi barədə nəticəyə gəlməsinə mülki qanunvericiliyin tələbləri baxımından yol verilmir.
65. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə əqdlərin etibarsızlığı əsaslarını müəyyən maddi hüquq normaları baxımından düzgün qiymət verilməmiş, mübahisənin mahiyyətinə lazımi diqqət yetirilməmişdir.
66. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin hazırda məhkəmə istintaqı mərhələsində olan cinayət işi üzrə sənədlərə istinad etmiş, həmin sənədləri mötəbər sübut kimi qiymətləndirməklə nəticəsini məhz həmin sübutlarla əsaslandırmışdır.
67. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, c inayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
68. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
69. Nəzərə alınmalıdır ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübu tlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi- nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
70. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən həm də sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri pozulmaqla, qətnamə cinayət mühakimə icraatında lazımi qaydada qiymətləndirilməklə mötəbərliyi təsdiq edilməmiş şahid ifadələrinə uyğun əsaslandırılmışdır.
71. Beləliklə, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6058/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.