Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1815/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-1685/2019 saylı qərardadından İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-1685/2019 saylı qərardadı ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, T.O.Quliy ev və E.G.Rəhimov) İddiaçı həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadından verdiyi kasasiya şikayəti geri qaytarılıb. İddiaçı qərardaddan kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” barədə ilk iddiası rədd, Cavabdeh İddiaçı və digərlərinə qarşı “mənzildən çıxarılma” barədə qarşılıqlı iddiası təmin edilərək, İddiaçı, xxx və X3 rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, 08 saylı evin 46-cı mənzilindən çıxarılmaları qət edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Mübahisəyə bir neçə dəfə apelyasiya və kasasiya qaydasında baxılıb və sonuncu dəfə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasi ya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi xxx, X3 rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, 08 saylı evin 46-cı mənzilindən çıxarılması hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın həmin hissədə rədd edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Bundan sonra İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən kasasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməyib. İddiaçı qərardaddan kasasiya şikayəti verib. Mübahisə üzrə y uxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş verilmiş kasasiya şikayətini geri qaytararkən prosessual normaların tələbləri pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, iş üzrə qərardaddan verilmiş kasasiya şikayətinin icraata qəbul edilməsi və həmin qərardadın ləğv edilərək, qətnamədən kasasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili xxx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqınla lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili xxxun izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyi şdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş kasasiya şikayətini geri qaytararkən, prosessual qanunvericilikdə qətnamədən kasasiya şikayətinin verilməsi üçün apelyasiya instansiyası məhkəməsinin prosessual müddətlərə dair məsələ üzrə qərardadlarından kasasiya şikayətinin verilməsinin nəzərdə tutulmamasına, həmin qərardadlardan verilmiş kasasiya şikayətinə kasasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyrimümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kasasiya şikayəti verilə bilər. Göründüyü kimi mülki prosessual qanunvericilikdə apelyasiya instansiyası məhkəməsinin prosessual müddətlərə dair məsələ üzrə qərardadlarından işdə iştirak edən şəxslər tərəfindən kasasiya şikayətinin verilməsi və bu növ qərardadlara kasasiya qaydasında baxılması üçün prosessual əsaslar nəzərdə tutulmayıb. İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı həmin məhkəmənin xx xxx 2019-cu il tarixli qətnaməsindən kasasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi rədd edilib. Hazırda, İddiaçı həmin qərardadı kasasiya qaydasında mübahisələndirir. Bu isə prosessual qanunvericiliyin tələblərinə görə yolverilməzdir. Ona görə də kasasiya instansiyası məhkəməsi İddi açı kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi onun sözügedən qərardaddan verdiyi kasasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlib və qeyd olunan prosessual normanın tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. İşin yuxarıda müəyyən edilmiş faktiki hallarını və qeyd olunan prosessual normanın tələblərini nəzərə alaraq kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan və işdə, qərardadın kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar olmadığından və kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmə dən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-1685/2019 saylı qərardadı kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1815/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1815/2020
12.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver