Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1815/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə barədə 07.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2(103)7667/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 07 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) əvvəllər ünv an 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. O, 2002-ci ildə X9 ilə evlənərək həmin ünvandan köçmüşdür. Onların birgə nikahdan 10 aprel 2008-ci il təvəllüdlü X və 31 dekabr 2002-ci il təvəllüdlü X adlı uşaqları anadan olmuşdur.
2. Mübahisəli ünvanda 93 kv.metr və 126 kv.metr sahədən ibarət olmaqla iki ev mövcuddur. 93 kv.metr sahədən ibarət olan evdə iddiaçının anası cavabdeh X2, sahəsi 126 kv.metr olan evdə isə iddiaçının qardaşı Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşayır. Evlər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi, həmin yaşayış sahəsindən istifadə hüquqlarının tanınması, sanitar qovşaqlardan və mətbəxdən ümumi istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı, iddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə boşanmış və həmin vaxtdan azyaşlı uşağı ilə qeydiyyatda olduğu evə dəfələrlə gedib orada yaşamağa cəhd etsə də, maneələrlə üzləşmişdir. Çünki cavabdehlər olan anası X3 və qardaşı X4 ona azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamasına icazə verməmişlər. Onun isə yaşamağa başqa yaşayış yeri olmadığından kirayədə yaşayır. Kirayə yaşadığı mənzildə yaşamaq üçün şərait yoxdur. Bu isə özlüyündə uşağın sağlam böyüməsinə və inkişafına mənfi təsir edir. O nun uşaqları yetkinlik yaşına çatmayan olduğundan və maddi ehtiyacları artdığından, eyni zamanda aşağı əmək haqqı olan işdə işlədiyindən kirayədə yaşamağa maddi imkanı yoxdur. Ona görə də onun mərhum atasının vəsaitləri hesabına tikilən ünvan 1 ünvanında yerləşən evə köçmək zərurəti meydana gəlmişdir. Yuxarıda göstərilənlərdən əlavə, onun mərhum atasından qalan evdə onun vərəsələrindən biridir və onun həmin evdə məcburi pay hüququ vardır.
5. Məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidməti tərəfindən verilmiş 04 may 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında iddiaçı tərəfindən göstərilərək, koordinatları ölçülmüş 2 bitişik fərdi yaşayış evi mövcuddur və sxemdə göstərilmişdir. Eyni zamanda həmin yaşayış evlərinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. ünvan 1 ünvanda iddiaçı tərəfindən göstərilərək, koordinatları ölçülmüş 2 bitişik fərdi yaşayış evinin koordinatları ölçülmüş və sxem formasında təqdim edilmişdir.
6. Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2021-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 1 ünvanda iddiaçı tərəfindən göstərilərək, koordinatları ölçülmüş 2 bitişik fərdi yaşayış evi mövcuddur və mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Eyni zamanda həmin yaşayış evlərinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evlərinin hansı tarixdə (ildə) inşa edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyil.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəm əsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)547/2021 saylı qətnaməsi ilə (hakim G.Abbasova) iddia qismən təmin edilərək, iddiaçının yetkinlik yaşına çatmayan övladları
10. Avqust 2008-ci il təvəllüdlü X8 və 31 dekabr 2002ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 ünvanda yerləşən sahəsi 93 kv.metr olan yaşayış sahəsinə köçürülmələri və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edi lib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər Konstitusiyanın 43-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Qanun pozuntusunun nəticələrinin aradanqaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur.
9. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyildir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair nota riat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, iddiaçının “evə köçürülmə barədə” iddiası həmin maddələrin göstərişinə istinad etməklə rədd edilə bilməz. Cavabdehlər hesab edirsə ki, ev onların vəsaiti hesabına inşa olunub və onlara məxsusdur, belə halda həmin şəxslər müvafiq sənədləri təqdim etməklə ev üzərində hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüququ qeydə alındıqdan sonra həmin hüququn müdafiəsi üçün məhkəməyə müraciət etməlidirlər. Ona görə də hazırkı işdə evin “cavabdehlərə məxsus olan ev” kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur. Cavabdehlər qeyrimüəyyənlikdən (ev üz ərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək istəyirlər. Ona görə cavabdehlərin bu hərəkətinin qarşısı alınmalıdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbindəki sahədə hal-hazırda iddiaçın anası-cavabdeh X yaşayır. ünvan 1 ünvanda mövcud olan digər 126 kv.metr yaşayış sahəsində isə Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh1 iddiaçının digər yaşayış sahəsinə (93 kv.metr) köçürülməsinə etiraz etməsi əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh. Cavabdeh1 93 kv.metr olan yaşayış sahəsinin məhz onun tərəfindən tikilməsi və xərc çəkilməsi barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir.
11. Bundan başqa, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. İşin tədqiq olunan hallarından məlum olur ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflərin qanuni istifadəsində olmayıb və həmin torpaq sahəsində mövcud olan yaşayış evlərinin tikintisi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi yoxdur. Ona görə də, mübahisəli ev özbaşına tikili olsa da, cavabdehlərin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir.
12. Məhkəmə iddia tələbinin iddiaçının və onun övladlarının mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının tanınması hissəsinə münasibətdə hesab etmişdir ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev (yaşayış sahəsi) daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alınmadığından, iddiaçının və onun övladlarının mübahisəli evə istifadə hüququ əmələ gəlməmiş, habelə özbaşına tikiliyə istifadə hüququnun tanınması yolverilməzdir.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 157.4, 157.8, 164.1, 164.2, 228.1, 228.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə, “Uşaq hüquqları haqqında” Qanunun 8, 20-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar” Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Cavabdehlər apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddiaçının ünvan 1 ünvanda iki fərdi yaşayış evindən hansına sahiblik hüququnun olması və digər şəxslər tərəfindən bu hüququnun pozulmas ının tələb edilməsinin mexanizmini müəyyən etməmişdir. Belə ki, iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evləri üzərində sahibliyi şəxsin qeydiyyatı ilə müəyyən edilməməlidir. Çünki, şəxs bir evə qeydiyyatda ola bilər. Hazırki işdə isə iddiaçının iddia tələbində qeyd etdiyi ünvanda iki fərdi yaşayış evi mövcuddur. İddiaçının konkret olaraq hansı fərdi yaşayış evində qeydiyyatda olmasının məhkəmə icraatı dövründə müəyyən edilməməsinə baxmayaraq, məhkəmə iddiaçının iddia tələbini təmin etmişdir. Bundan əlavə, iddiaçı fərdi yaşayış evini 2002-ci ildə tərk etmişdir və həmin fərdi yaşayış evini tərk edərkən ünvan 1 ünvanda ata evi olmaqla bir fərdi yaşayış evi mövcud olmuşdur. Lakin həmin fərdi yaşayış evi 2004-cü ildə sökülmüş, həmin ünvanda iki fərdi yaşayış evi tikilmişdir. Bundan b aşqa, məhkəmə iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evlərindən birinə (köçürülmə təmin olunan hissə) sahiblik hüququnun olub-olmaması, fərdi yaşayış evinə hər hansı xərc çəkib-çəkməməsi, qeydiyyatda olduğu fərdi yaşayış evinin konkret hansı ev olduğu barədə sübutları məhkəməyə təqdim etmədiyi halda iddia tələbini qismən edərək, iddiaçının həmin ünvanda 93 kv.metr olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 fevral 2022-ci il tarixli, 2(103)-1299/2022 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova sədrlik edən, məruzəçi, E.Həsənov və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. A pellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər.
18. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli ev bir damın altında iki evdən ibarətdir. Bu tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikililər faktiki olaraq mövcuddur və eyni ünvandadırlar. İddiaçının orada əvvəllər yaşamasını, cavabdehlərin isə daimi yaşayış sahəsi kimi istifadə etmələrini tərəflərin heç biri mübahis ələndirməmişdir. Həmçinin işin mübahisəsiz hallarından görünür ki, iddiaçının uşaqları uzun müddətdir ki, cavabdehlərin razılğı ilə mübahisəli evdə yaşayırlar. Ona görə də iddiaçının və uşaqlarının mübahisəli evə istifadə hüququ yaranmasa da, iddiaçının orada faktiki olaraq yaşayan uşaqlarına münasibətdə bağlılığı (əlaqəsi) vardır və işin araşdırılmış halları ilə onun mübahisəli evə köçürülməməsinə əsas verən hər hansı halların olması müəyyən edilməmişdir.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 27, 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3cü maddəsinə, “Normativ hüquqi aktlar haqqında” Qanunun 13.1-13.2, 90.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 13.4, 14.2, 217.3, 217.4, 385.2, 387.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat
20. Cavabdehlər kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının ailə həyatı quraraq mübahisəli mənzili tərk etməsi həmin mənzilə olan hüquqlarının itirilməsi ilə nəticələnsə də, apellyasiya instansiyası məhkəməsi bu halı nə zərə almamışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2022ci il tarixli, 2(102)-3469/2022 saylı qərarı ilə (hakimlər Z.Əliyev sədrlik edən, məruzəçi, A.Hüseynov və İ.Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
23. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının köçmək istədiyi ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu hal həmin ev üzərində iddiaçının hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Mövcud vəziyyətdə xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmiş yaşayış sahəsindən istifadə hüququna dair anoloji normalar nəzərdən keçirilə bilər.
24. Belə ki, iddiaçının 2002-ci ilədək mübahisə evdə yaşaması, həmin ildən ailə quraraq daimi yaşamaq üçün başqa yerə getməsi, habelə 2013-cü ildə boşandıqdan sonra yenidən həmin evə qayıtması, lakin orada qala bilmədiyi üçün sonrakı müddətdə kirayə mənzildə yaşaması barədə dedikləri nəzərə alındıqda, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi, habelə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddələri üzrə müvafiq yoxlama aparılmalıdır.
25. Məhkəmə kollegiyası həmçinin, bildirmişdir ki, qeyd edilən halları sübuta yetirmək yükü onları iddia edən tərəfin üzərinə düşür. Başqa sözlə, mübahisəli yaşayış sahəsində yaşamaq hüququnu iddi a edən şəxs həmin halları sübuta yetirməyə borcludur. O da nəzərə alınmalıdır ki, sözügedən hüquq göstərilən əsaslarla yaranmış olsa belə, bu hüquq həmişəlik və ya ehtiyyat bir hüquq sayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz.
26. Beləliklə, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə apellyasiya məhkəməsi qeyd edilən maddi hüquq normalarının şərtlərinə uyğun olaraq iddiaçının mübahisəli evdə yaşamaq hüququnun nə vaxtdan və hansı əsasla əmələ gəldiyini, əgər belə hüquq yaranmışsa iddiaçının 2002-ci ildən 2013cü ilədək, habelə 2013-cü ildən iddia qaldırılan vaxtadək başqa yaşayış sahəsində daimi olara q yaşamasının səbəblərini, bu faktların mübahisəli evdən onun istifadə etmək hüququnu aradan qaldırıb-qaldırmamasını müzakirə etməmiş, bu xüsusatlara hüquqi qiymət verməmişdir.
27. Qeyd edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə yanaşı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir.
28. Kassasiya instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinə, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 217.3, 416.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2(103)-7667/2022 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev sədrlik edən, məruzəçi, N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən- iddianın qismən təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın qeyd olunan hissədə təmin edilməməsi qət edilmişdir.
30. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
31. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2013-cü ildən sonra uşaqları ilə mübahisəli evdə yaşadığını, iddia ərizəsinin vəkili tərəfindən düzgün yazılmadığını qeyd etmiş, cavabdeh tərəf iddiaçının mübahisəli evdə 2002-ci idən sonra yaşamadığını bildirmiş, iddiaçı bunun əksini təsdiq edən sübutları m əhkəməyə təqdim etməmiş, öz iddia ərizəsində isə 2013-cü ildə boşanandan sonra azyaşlı uşağı ilə qeydiyyatda olduğu evə dəfələrlə gedib orada yaşamağa cəhd etsə də, maneələrlə üzləşdiyini qeyd etmişdir. Həmçinin, hazırkı halda iddiaçının köçmək istədiyi mübahisəli ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Bu hal həmin ev üzərində iddiaçının hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Buna görə də, dövlət qeydiyyatından keçməmiş yaşayış sahəsindən istifadə hüququna dair analoji norma tətbiq olunmalıdır.
32. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, qanunun analogiyası üzrə iddiaçının 2002-ci ilə kimi (ailə qurana kimi) həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin mənzildə yaşamaq hüququ olmuşdur.
33. Belə ki, iddiaçının mənzillə bağlı yaşamaq hüququnun itirilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. İddiaçı 2002-ci ildə ailə qurandan sonra daimi yaşamaq üçün mübahisəli evdən getdiyi üçün, onun həmin evə olan yaşamaq hüququ itirilmişdir. Sözügedən hüquq göstərilən əsaslarla yaranmış olsa belə, bu hüquq həmişəlik və ya ehtiyat bir hüquq sayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad olun a bilməz.
34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən halları sübuta yetirmək yükü onları iddia edən tərəfin üzərinə düşür. Başqa sözlə, mübahisəli yaşayış sahəsində yaşamaq hüququnu iddia edən şəxs həmin halları sübuta yetirməyə borcludur. Hazırkı halda sübutetmə yükü iddiaçının üzərinə düşür.
35. Göründüyü kimi, iddiaçı 2013-cü ildə həyat yoldaşı ilə ailə münasibətləri pozulandan sonra, cavabdehlərlə mübahisəli evdə yaşamamış, onlarla birgə təsərrüfat idarə etməmiş, qeyd olunan hallarla bağlı sübutlar təqdim etməmişdir.
36. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1, 11.1, 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinə, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin, 14.2, 77.1, 107, 115.0.1, 124.2, 217.4, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddia tələbinin əsaslandırılıdığı və məhkəmə araşdırmasına təqdim edilmiş sübutları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmamış, işə qərəzli yanaşmış, bununla da iddiaçının qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququnu pozmuşdur. Belə ki, mübahisəli yaşayış evi tərəflərin atasından qalmış və iddiaçı ilə cavabdeh həmin evdə doğulmuş və yaşamışlar. İddiaçı uzun müddət yəni, uşaqlıqdan ata evində yaşamaqla evə sahiblik etmişdir. Apellyasiya instansiyası məhkəməsi onun həmin evdə qeydiyyatda olub yaşaması, atasının vərəsəsi olması, mülkiyyətçi kimi qanuni gözləntisi olması və hal-hazırda da məhkəmə protokollarında göstərildiyi kimi 2 qızının həmin evdə yaşaması kimi faktlarına əhəmiyyət verməmişdir. Sözügedən qətnamədə məhkəmə bir tərəfdən, yalnı z cavabdehin formal mülahizələrini və gümanlarını qeyd edib, eləcə də gəldiyi nəticənin hansı sübutlara söykəndiyini əsaslandırmamışdır. Digər tərəfdən, iddiaçının istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün heç bir dəlil gətirməyib, əksinə əsassız olaraq sosial kirayə müqaviləsinə istinad etmişdir. Heç bir dövlət orqanında qeydiyyatdan keçməyən əmlaka görə sosial kirayə müqaviləsinə istinad edilməsi məqsədə müvafiq deyil.
39. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusyasının 34, 43.1, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 217.1, 217.3, 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları
41. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
42. Maddə 43 (hissə İ). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogi yası).
44. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
45. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
46. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi
47. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
48. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onun la yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
49. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
50. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
51. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
52. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqav iləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifa də olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. İddiaçının kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
61. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessu al hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
62. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
63. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı əvvəllər ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. O, 2002-ci ildə X9 ilə evlənərək həmin ünvandan köçmüşdür. Onların birgə nikahdan 10 apr el 2008-ci il təvəllüdlü x və 31 dekabr 2002-ci il təvəllüdlü Məhin Mürsəlova adlı uşaqları anadan olmuşdur. Mübahisəli ünvanda sahələri 93 kv.metr və 126 kv.metr olan iki ev mövcuddur. Sahəsi 93 kv.metr sahədən ibarət olan evdə iddiaçının anası cavabdeh X2, sahəsi 126 kv.metr olan evdə isə iddiaçının qardaşı Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşayır. Evlər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
64. Apellyasiya instansi yası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə yeni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnam əsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
65. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2013-cü ildən sonra uşaqları ilə mübahisəli evdə yaşadığını, iddia ərizəsinin vəkili tərəfindən düzgün yazılmadığını qeyd etmiş, cavabdeh tərəf iddiaçının mübahisəli evdə 2002-ci idən sonra yaşamadığını bildirmiş, iddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, öz iddia ərizəsində isə 2013-cü ildə boşanandan sonra azyaşlı uşağı ilə qeydiyyatda olduğu evə dəfələrlə gedib orada yaşamağa cə hd etsə də, maneələrlə üzləşdiyini qeyd etmişdir. Həmçinin, hazırkı halda iddiaçının köçmək istədiyi mübahisəli ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Bu hal həmin ev üzərində iddiaçının hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Buna görə də, dövlət qeydiyyatından keçməmiş yaşayış sahəsindən istifadə hüququna dair analoji norma tətbiq olunmalıdır.
66. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, qanunun analogiyası üzrə iddiaçının 2002-ci ilə kimi (ailə qurana kimi) həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin mənzildə yaşamaq hüququ olmuşdur.
67. Belə ki, iddiaçının mənzillə bağlı yaşamaq hüququnun itirilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstə rilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. İddiaçı 2002-ci ildə ailə qurandan sonra daimi yaşamaq üçün mübahisəli evdən getdiyi üçün, onun həmin evə olan yaşamaq hüququ itirilmişdir. Sözügedən hüquq göstərilən əsaslarla yaranmış olsa belə, bu hüquq həmişəlik və ya ehtiyat bir hüquq sayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz.
68. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən halları sübuta yetirmək yükü onları iddia edən tərəfin üzərinə düşür. Başqa sözlə, mübahisəli yaşayış sahəsində yaşamaq hüququnu iddia edən şəxs həmin halları sübuta yetirməyə borcludur. Hazırkı halda sübutetmə yükü iddiaçının üzərinə düşür.
69. Göründüyü kimi, iddiaçı 2013-cü ildə həyat yoldaşı ilə ailə münasibətləri pozulandan sonra, cavabdehlərlə mübahisəli evdə yaşamamış, onlarla birgə təsərrüfat idarə etməmiş, qeyd olunan hallarla bağlı sübutlar təqdim etməmişdir.
70. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri tək rar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2(103)-7667/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.