Məhkəmə qərarları › İş №2(102)-1817/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1817/2021

30.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1817/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mirasın qəbul edilməsinin müəyyən olunması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Cavabdeh1 və cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququnun tanınması və mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair ilk, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1 və X2 qarşı atalarından miras qa lmış Mingəçevir şəhəri X saylı mənzilinin miras əmlak kimi qəbul edilməsi və miras paylarının müəyyən edilməsi tələbinə dair qarşlıqlı iddia tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-146/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 Sarıyev Məmməd Salif oğlu ilə xx xxxxx 1990-cı il тарихdə nikaha daxil olmuş, onların bu nikahından digər iddiaçı-G.Zəkarazadə anadan olmuşdur. Cavabdehlər XXX birinci nikahından anadan olmuş övladlarıdır. Mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə tərəflərin razılığı ilə Xin adına özəlləşdirilmiş və Xin adına mənzilə dair müvafiq çıxarış verilmişdir. X xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdehlər başqa ünvanda öz evlərində yaşayırlar. X vəfat edəndən sonra vərəsələr mirasın qəbulu üçün notariusa müraciət etməmişlər. Son vaxtlar mirasın qəbulu ilə bağlı tərəflər arasında mübahisə yarandığı üçün notariat kontoru vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və X4 Şəhər Məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Asan Xidmət Mərkəzində notariat kontoruna qarşı iddia qaldıraraq Sarıyev Məmməd Salif oğlunun miras əmlakına vərəsəlik hüquqlarının tanınması, Məmməd Sarıyevdən miras qalmış Mingəçevir şəhəri,X saylı evin 30 saylı mənzilinin yalnız İddiaçı1 və qızı X tərəf indən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, X ilə xx xxxxx 1990-cı ildə ailə qurmuş, X bu evlilikdən doğulmuşdur. X ondan əvvəl nikahda olmuş və əvvəlki nikahından cavabdehlər anadan olmuşlar. Onların arasındakı nikah pozulmamışdır. Əri X xx xxxxxxxx 2016-ci il tarixdə vəfat etmiş, vəfat edənə qədər birlikdə ünvan 1 ünvanda yaşamışlar. Əri vəfat edənə qədər onun və qızının cavabdehlərlə heç bir mübahisəsi olmamışdır. X sağlığında xəstə olduğundan gələcəkdə ola biləcək mübahisələrdən qaçmaq məqsədilə 2014-ci il tarixdə Cavabdeh1 Mingəçevir şəhəri X saylı mənzilini, Cavabdeh1 isə Mingəçevir şəhəriXX saylı mənzilini dəyərini ödəməklə satın almış və oğlanları ailələri ilə birlikdə həmin mənzilə yer ləşdirmişdir. Həmçinin ailədaxili danışıqlarda yaşadıqları mənzilin ona və qızına qaldığını bildirmiş və cavabdehlər də buna etiraz etməmişlər. Bu müddət ərzində o da, qızı da hesab etmişdir ki, mübahisəli mənzil onların payıdır. Xin vəfatından sonra da mübahisəli mənzildə yaşamaqla mirası faktiki qəbul etmişlər. Mənzilin bütün kommunal xərclərini ödəmişlər. Cavabdehlər isə başqa ünvanda yaşamış və mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə verməmişlər.

4. Cavabdehlər Ruslan və Cavabdeh2lər məhkəməyə qarşılıqlı iddia təqdim edərək ataları Sarıyev Məmməd Salif oğlundan miras qalmış Mingəçevir şəhəri,X saylı evin 30 saylı mənzilinin özləri tərəfindən faktiki qəbul edilməsi və miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. Qarşılıqlı iddia ərizəsi onu nla əsaslandırılmışdır ki, ataları vəfat etdikdən sonra da daimi olaraq həmin evə gedib-gəlmişlər. Həmin vaxtdan evdən istifadə etmişlər. Özlərinə məxsus olan qızıl-zinət əşyalarını, həmçinin anasına məxsus olan və atası ilə birgə nikah dövründə alınmış qızıl-zinət əşyalarını həmin mənzildə saxlamışlar. Mübahisəli mənzildə onlar tərəfindən təmir işləri aparılmış və həmin mənzilə kombi istilik sistemi çəkmişlər. Onlar tərəfindən ümumilikdə 1870 manat məbləğində pul xərclənmişdir.

6. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx xxxx 2019-cu il tarixli 2(039)1372/2019 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, Sarıyev Məmməd Salif oğlundan miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 14 saylı evin 30 saylı mənzili ilkin və qarşılıqlı iddiaçılar tərəfindən q əbul edilmiş sayılmış və həmin mənzilin ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə Zəkarazadə Günel Məmməd qızının, ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə isə Cavabdeh2 payları müəyyən edilməklə, ilkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.

7. Məhkəmə ilk iddia tələbini və qarşılıqlı iddia tələblərini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1159.1.1, 1243, 1246-cı maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

8. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)146/2020 nömrəli (sədrlik edən R.Əliyev, A.Eyvazov, İ.Şükürov) qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxla nılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya insiyasiyasında icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2020-ci il tarixli 2(102)-3440/20 saylı qərarı ilə (sədrlik edən hakimlər V.Həsənov, Ə.Əhmədov və İ.Dəmirov) ilkin iddiaçılar İddiaçı1 və Zəkarazadə Günel Məmməd qızının birgə verdikləri kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı1 və Zəkarazadə Günel Məmməd qızının kassasiya şikayətinə münasibətdə ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

11. Məhkəmənin mövqeyi belə olmuşdur ki, apelyasiya məhkəməsi tərəfindən cavabdehləri n ailəli olması və onların mülkiyyətində mənzillərin olması halında hansı əsaslarla mübahisəli mənzildə daimi əsaslarla yaşamaları, mübahisəli mənzili faktiki cəhətdən ələ keçirmələri və ona sahib olmaları, onun üzərində fiziki “ağalıq” etmələrini işin həqiqi halları baxımından aydınlaşdırmamış, ümumiyyətlə cavabdehlərin göstərmiş olduqları dəlillərinin mirasın qəbul edilməsi əsasları kimi qəbul edilməsinin mümkün olubolmaması fərdi qaydada qiymətləndirməmiş, iddiaçıların mirasın açılmasından əvvəl və miras açılandan sonra miras əmlakı faktiki olaraq qəbul etmələri, əmlaka sahiblik etmələri nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsində İİ icraat

12. Şəki Apelyasiya Məhkəməsi MK-nın 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.Mahmudov (sərlik edən və məruzəçi), Ə.M əcidov və R.Rəfiyev) Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-1372/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbi təmin edilmiş, İddiaçı1 və X1 Sarıyev Məmməd Salif oğlundan miras qalmış əmlaka vərəsəlik hüquqları tanınmaqla miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 14 saylı evin 30 saylı mənzilinin yalnız onlar tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməsi, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 İddiaçı1 və X2 qarşı “ataları X-dan miras qalmış Mingəçevir şəhəri,X saylı evin 30 saylı mənzilinin özləri tərəfindən faktiki qəbul edilməsi və miras paylarının müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1159.1.1, 1243, 1252, 1255, 1273-cü maddələri ilə əsaslanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh1 kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti qarşılıqlı iddia tələbinə uyğun əsaslandırılmış, mirasın onun tərəfindən fatiki qubulu ilə bağlı hallar sadalanmış və əlavə olaraq apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraa tı iştirakçılarının izahatları

17. Cavabdeh1 və onun vəkili Vəkil1 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

18. İddiaçı, digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoym ur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə)

21. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

22. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, m irası tamamilə qəbul etmişdir.

23. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

24. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

25. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

26. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

27. Konstitusiyanın 29-cu maddəsinin V his səsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.

28. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü gö stərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə x xxxxxxx 2012-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Miras qoyan X xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1146-cı maddəsi). Miras əmlaka Məmməd Sarıyevin öldüyü məqamadək malik olduğu Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, ev 14, mənzil 30 daxildir. Miras qoyan vəsiyyətnamə qoymamışdır.

36. Miras qoyanın öldüyü məqamda sağ olmuş oğlanları Ruslan və Cavabdeh2lər, qızı İddiaçı2 və arvadı İddiaçı1 onun qanun üzrə birinci növbə vərəsələridir (MM-nin 1159.1ci maddəsi).

37. İddiaçı2 və İddiaçı1 mirası faktiki olaraq qəbul etmələri işin mübahisəsiz halıdır. Bu halı qarşı tərəf də mübahisələndirmir. Mübahisə mirasın faktiki olaraq neçə vərəsə tərəfindən qəbul edilməsi ilə bağlıdır.

38. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

39. Mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir.

40. Miras əm lakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

41. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.

42. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

43. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlər (qarşılıqlı i ddiaçılar) ailəli olmaqla atalarının sağlığında miras əmlakdan çıxmış və hər biri özlərinə məxsus olan evdə yaşamış, hərdənbir miras əmlakda yaşayan ögey anasının və atabir bacısının yanına gəlib-getmiş, onlara qarşı isti münasibət bəsləmişlər.

44. Cavabdehlərin mübahisəli mənzilə gəlib-getməsi heç də miras əmlakın faktiki qəbulu və idarəçiliyi ilə bağlı deyil, daha çox qohumluq münasibətindən irəli gələn münasibətə, orada yaşayan şəxslərə (ögey ana və bacısına) baş çəkmək, sonuncuların yaşayış tərzi ilə maraqlanmağa uyğun gəlir. Çünki cavabdehlərin özlərinin etirafından da məlum olur ki, tərəflər Günelin nişanlanmasına qədər mehriban münasibətdə olmuşlar.

45. Eyni zamanda məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən atalarından miras qalmış əmlakda təmir işləri nin aparması və kombi sisteminin quraşdırılması da işin hazırki vəziyyətində heç də miras əmlakın faktiki qaydada qəbul edilməsi anlamına gəlmir. Cavabdehlər təmir-tikinti işlərini, o cümlədən də kombi sistemini 2017-ci ilin yanvar ayında quraşdırıldığını bildirsələr də, “Euro Clima” servis mərkəzi tərəfindən verilmiş sənəddən xx.xx.2017-ci il tarixdə quraşdırılması müəyyən edilir. Əlavə olaraq iddiaçıların nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş qaz sərfiyyatı barədə saldodan görünür ki, mübahisəli Mingəçevir şəhəri,X saylı evin 30 saylı mənzilində qaz sərfiyyatının artımı 2017-ci ilin noyabr ayına, yəni “Euro Clima” servis mərkəzi tərəfindən verilmiş sənədlə eyni vaxta təsadüf edir. Yəni həmin işlər mirasın qəbulu müddəti keçəndən sonrakı tarixə düşür. Kombi sisteminin quraşdırılm ası cavabdehlər tərəfindən həyata keçirilmişdirsə bu qanunvericiliklə müəyyən olunmuş 3 ay və 6 aylıq müddətləri əhatə etmir. Çünki qanunvericilk miras qəbulunun hər iki halında, istər formal, istərsə də qeyri-formal halında eyni müddəti müəyyən etmişdir.

46. Apelyasiya Məhkəməsi qeyd etmişdir ki, cavabdehlər atalarının sağlığından özlərinə məxsus evdə yaşamış, ataları öləndən sonra da iddiaçılarla münasibəti yaxşı olmuş, bu səbəbdən də yaxın qohum (bacı-qardaş) kimi daim gediş-gəlişləri davam etmişdir. Lakin sonradan münasibətlər pozulmuşdur. Cavabdehlər tərəfindən mübahisəli mənzildə hər hansı təmir-bərpa işlərinin aparılması münasibətlərin yaxşı olması vaxtına təsadüf edir ki, bu da heç də mirasın faktiki qəbuluna yönəlmiş hərəkət, eləcə də əmlak üzərində fiziki “ağalıq” etməsi kimi d eyil, şəxsi münasibətlər zəmnindən irəli gələn və ailə başçısını itirmiş şəxslərə köməklik götərilməsi kimi qiymətləndirilməlidir.

47. Şahid ifadələri ilə bağlı Apelyasiya Məhkəməsi qeyd etmişdir ki, ustalar həmin mənzildə təmir-tikinti işlərinin aparıldığını bildirsələr də, əvvəla həmin təmir-tikinti işlərinin dəqiq vaxtını demir, həmçinin qeyd olunan təmir-bərpa işlərinin məhz cavabdehlər tərəfindən aparıldığını söyləmirlər. Digər şahidlərin (qohum və qonşuların) ifadələrinə gəldikdə isə həmin şahidlər cavabdehlərin mübahisəli miras əmlaka gəlib-getdiyini görmüş, lakin miras əmlakın şəksiz qaydada idarəçiliyi barədə hər hansı ifadəni işlətməmiş, bununla bağlı əsaslı arqumentlər gətirməmişlər. Şübhəsiz ki, cavabdehlər bir yaxın qohum kimi həmin mənzilə gəlib-gedə, qohumlarına baş çəkə, ey ni zamanda səriştəsi olan şəxslər kimi ustalara öz tövsiyyə və göstərişlərini verə bilər, hansısa lazımi məişət əşayasını hədiyyə edə bilərlər. Lakin bütün bunlar miras əmlakın şəksiz qaydada idarə olunması ilə uzlaşmır.

48. Eyni zamanda Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın dəfn mərasiminin vərəsə tərəfindən təşkil edilməsi və ya həyata keçirilməsi barədə məlumatlar mirasın vaxtında qəbul olunmasını təsdiqləyən fakt rolunu oynaya bilməz. Bu cür məlumatların həmin məsələ baxımından hüquqi əhəmiyyəti yoxdur.

49. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

50. Göstərilənlə rə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1746/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar