Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1817/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X5 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına və qanunsuz tikililərlə bağlı mübahisələr, özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı “X5 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üz rə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-316/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə, "X5 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır.
2. Suraxanı Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Seyid Seyidov, Suraxanı OYL OQ və NBX-nin növbə rəhbəri Teyyub Zeynalzadə və Suraxanı OYL OQ və NBX-nin nəzarətçisi Əli Kərimov tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 46 nömrəli aktda göstərilir ki, nümayəndəliyin İİ saylı neft-qaz çıxarma sexinin ərazisində olan Zığ qəsəbəsi, Şimal hissəsi ünvanında Cavabdeh tərəfindən 600 kv.m ha ölçüdə olan sahədə daş hasarın tikintisi işləri aparılması aşkar edilmişdir.
3. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "X5 S.A” Şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda ("X5 S.A” Şirkətinin xx.xx.2022-ci il tarixli, 788/EA nömrəli məktubuna cavab məktubu) qeyd edilmişdir ki, Xidmətin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman sözügedən ərazilərdə torpaq sahələrinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır və bu barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlum at verilmişdir.
4. Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 21 may 1999-cu il tarixdə verilmiş 1046 nömrəli sərəncama əsasən vətəndaş X2 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin Şimal hissəsində 600 kv.m torpaq sahəsi ayrılmış və ona ayrılmış sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin sərəncamın 3-cü bəndinə əsasən tikinti sahibi layihə-smeta sənədlərinin hazırlanması üçün rayon layihə-smeta bürosu ilə müqavilə bağlamalı, 4-cü bəndinə əsasən tikinti sahibi yaşayış evinin tikintisi üçün rayon təmir-tikinti təşkilatı ilə müqavilə bağlamalı, 5-ci bəndinə əsasən tikinti sahibi torpaqdan istifadə etmək hüququna malik olmaq üçün rayon MKT ilə notarial qaydada müqavilə bağlamalı, 7-ci bəndinə əsasən tikinti sahibi rayon MKT ilə müqavilə bağladıqda n sonra bir ildən gec olmayaraq tikintiyə başlamalı və üç il müddətində tikintini başa çatdırmalıdır.
5. Baş geoloq K.Şabanov tərəfindən verilmiş arayışla müəyyən olunur ki, təqdim olunmuş 39 T 414377.00 m 4470148.00 m koordinatı üzrə yerləşən torpaq sahəsi "Suraxanı Oyl OK SA” əməliyyat şirkətinin Qaraçuxur neft yatağının Kontrakt sahəsinin ərazisi daxilindədir. Təqdim olunmuş koordinat üzrə yerləşən torpaq sahəsindən 31 metr aralı məsafədə ‘X5 S.A-YA aid 881 saylı ləğv quyusu, 184 metr aralı məsafədə 672 saylı ləğv, 194 metr aralı məsafədə 581 saylı ləğv, 246 metr aralı məsafədə 718 saylı ləğv quyuları mövcuddur. Bu ərazi karbohidrogenlərin geoloji ehtiyatlarına malikdir və yatağın gələcək işlənməsi üçün kommersiya marağı kəsb edir. Koordinatlar (WGS-84).
6. Suraxanı Rayon Zığ Bələdiyyəs i tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 193 nömrəli arayışa əsasən, Cavabdeh istifadəsində olan Zığ qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 600 m torpağın vergilərini ödəyir və 2023-cü ilə vergi borcu yoxdur. Sözügedən torpaq sahəsinə məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi daş hasara alınmış, ərazidə təzə ağaclar əkilmiş, dəmir köşk və divan qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal hissəsi 39 T 414377.00 m B 4470148.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsinin zəbt olunmuş hesab edilməsi, nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 875 saylı sərəncamına əsasən ARDNŞ-yə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. "X5 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik Şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün "X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin sərəncamına verir. Həmin sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ "X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməl iyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə Sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. "X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Son illər istifadədə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxurur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. "X5 Kompam S.A.” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi. Şimal hissəsi 39 T 414377.00 m B 447Ol48.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilərək, daş hasarla əhatəyə alınması faktı aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd təqdim edilməmişdir. Bu barədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nümayəndəsinin iştirakı ilə akt tərtib edilmiş, özbaşına aparılan tikinti işlərinin foto şəkilləri çəkilmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldı rılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin, hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklər yaranır. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur.
9. Cavabdeh iddia ərizəsinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "X5 Kompani S.A.” Şirkətinin Azərbaycan Resbublikasındakı nümayəndəliyin məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməlidir. İddiaçı "X5 Kompa ni S.A." Şirkətinin Azərbaycan Resbublikasındakı nümayəndəliyi iddia tələbini sərəncamda adı qeyd edilən cavabdeh olaraq X2 və ya onun vərəsələrinə qarşı verilməlidir. İddia edilən həmin torpaq hüquqları ona məxsus deyil və onun istifadəsində deyil. Cavabdeh olaraq məhkəmədə ona qarşı iddia qaldırılmasının hüquqi əsası yoxdur. X2 1046 saylı, 21 may 1999-cı il tarixli sərəncam verildiyi üçün üçün ilk növbədə iddiaçı tərəfindən sərəncam mübahisələndirilməlidir. Əgər sərəncamın olmasına dair şübhə olsaydı iddiaçı bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdilər. Həmçinin, iddia müddəti də ötmüşdür. İddia ərizəsində qeyd olunanları tamamilə əsassız hesab edir. Mübahisəli torpaq sahəsi onun mülkiyyətində olsa da, iddiaçı "X5 Kompani SA" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən X1 ailə üzvlərinə, eləcə də X1 özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və X3 uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişdir. İddiaçı tərəf bu illər ərzində X1 və onun ailə üzvlərinə heç bir maneçilik törətməmiş və susmaqla əslində onun həmin torpaq sahəsindən istifadə etməsinə dolayısı ilə öz razılığını bildirmişdir. Bundan əlavə, iddiaçı Suraxanı RİH tərəfindən onlara ünvanlanmış məktuba istinad edərək X2 verilmiş torpaq sahəsi ilə bağlı sərəncamının şübhəli olmasını əsas gətirsə də, həmin sərəncamı məhkəmə qaydasında mübahisələndirməmişlər. Halbuki, iddiaçı tərəf belə bir sərəcamın mövcudluğundan əməkdaşları tərəfindən uzun müddət məlumatlı olmuş və bu müddət ərzində qeyd olunan sərəncamı mübahisə ləndirməmişlər. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 24 may 2023-cü il tarixli, 2(010)1050/2023 nömrəli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal hissəsi 39T414377.00mB4470148.00m C koordinatlar üzrə yerləşən torpaq sahəsinin zəbt olunmuş hesab edilməsi və "X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə qaytarılması, Cavabdeh 100 manat dövlət rüsumunun alınıb "X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hesabına köçürülməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh id diaçı "X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsində özbaşına hasar tikmiş, dəmir köşkü gətirmiş və ağac əkmişdir. Mübahisəli torpaq sahəsi "X5 Kompani S.A” Şirkətinin balansındadır, lakin cavabdeh həmin torpaq sahəsinə hasar çəkmişdir. Qeyd olunan fakt məhkəmə prosesində cavabdeh tərəfindən etiraf edilmişdir. Cavabdeh tərəfindən torpaq sahəsinə görə bələdiyyə vergisinin ödəməsi ancaq 2023-cü il üzrə olmuşdur. Onun tərəfindən verginin 2023-cü ildən əvvəlki illərində də ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Onun tərəfindən uzun illər ərzində torpaq sahəsindən istifadəsi sübut olunmur. Məhkəməyə təqdim edilmiş sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki, istifadə hüququ əsasında iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Bu səbəbdən də torpaq sahəsinin qanuni istifadəçisi olan iddiaçı şirkətin cavabdeh tərəfindən zəbt olunmuş həmin torpaq sahəsinin nümayəndəliyə qaytarılması tələb etmək hüququ var.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 155, 180, 238, 241, Torpaq Məcəlləsinin 46, 50, 56, 58, 111, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddiaya verilən etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, 1046 say lı, 21 may 1999-cı il tarixli X2 aid sərəncam mövcud olduğu halda nədənsə məhkəmə Suraxanı RİH-ni üçüncü şəxs kimi mülki işə cəlb etməmiş və buna maraqlı olmamışdır. Eyni zamanda qətnamədə qeyd edilmişdir ki, cavabdeh tərəfindən torpaq sahəsinə görə bələdiyyə vergisinin ödəməsi ancaq 2023-cü il üzrə olmuşdur. Cavabdeh tərəfindən verginin 2023-cü ildən əvvəlki illərində də ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Nəticədə məhkəmə mülki işə birtərəfli baxmış, işin faktiki hallarını tam araşdırmaqda maraqlı olmamışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə tamamilə əsassız olmuşdur.
15. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq i şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 17 noyabr 2023-cü il tarixli mütəxəssis rəyi ilə vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olduğu, eyni zamanda Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal hissəsi 39 T 414377.00 m B 4470148.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi Cavabdeh tərəfindən faktiki istifadə edilən torpaq sahəsi (hasara alınmış) ilə üst-üstə düşməklə həmin sahəyə aid olduğu müəyyən edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-316/2024 nömrəli iş üzrə 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsən ov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamənin həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başladığı zaman icra edilməsi qət edilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “X5 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişə əsasən Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X5 Kompani S.A” Şirkəti fəaliyyət göstərir. Göründüyü kimi, 16 avqust 2005-ci il tarixindən Suraxanı neft yataqlarının daxil olduğu ərazi “X5 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş, həmin əraziyə d axil olan Cavabdeh tərəfindən mübahisəli ərazinin hazırkı vəziyyətə gətirilməsi sonrakı illərdə olmuşdur. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilən peyk görüntülərindən də göründüyü kimi mübahisəli torpaq sahəsində olan tikililər 2021-ci il tarixdən sonra inşa edilmişdir. Həmçinin, işdən göründüyü kimi, cavabdeh tərəfindən torpaq sahəsinə görə bələdiyyə vergisinin ödəməsi də 2023-cü il üzrə olmuşdur. Onun tərəfindən verginin 2023-cü ildən əvvəlki illərində də ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da cavabdehin uzun illər ərzində torpaq sahəsindən istifadə etməsi və həmin sahəyə fasiləsiz sahiblik etməsi halları sübut olunmur.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan cavabdehin xəb ərdar olması vizual müşahidə ilə mümkün olmuş, cavabdehin özü hüquq qaydalarına uyğun davranmamışdır.
19. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla, baxımdan birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmədə qaldırdığı iddiada torpaq sahəsinin neft əməliyyatları və başqa inkişaf məqsədləri üçün təcili l azım olduğunu iddia etməmişdir.
22. Mübahisəli torpaq sahəsi cavabdehin istifadəsində olsa da, iddiaçı "X5 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən X1 ailə üzvlərinə, eləcə də X1 özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və X3 uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişdir. İddiaçı tərəf bu dövrdə X1 və onun ailə üzvlərinə heç bir maneçilik törətməmiş və susmaqla əslində onun həmin torpaq sahəsindən istifadə etməsinə dolayısı ilə öz razılığını bildirmişdir.
23. Bundan əlavə, iddiaçı Suraxanı RİH tərəfindən onlara ünvanlanmış məktuba istinad edərək X2 verilmiş torpaq sahəsi ilə bağlı sərəncamının şübhəli olmasını əsas gətirsə də, həmin sərəncamı məhkəmə qaydasında mübahisələndirməmişlər. Halbuki, iddiaçı tərəf belə bir sərəcamın mövcudluqundan əməkdaşları tərəfindən uzun müddət məlumatlı olmuş və bu müddət ərzində qeyd olunan sərəncamı mübahisələndirməmişlər.
24. Cavabdeh qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin faktiki hallarına uyğun olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
26. Maddə
13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
28. Maddə
43. Mənzil hüququ İ.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
29. Maddə
71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən g özlənilən nəticəyə mütənasib olmalıdır.... İİİ. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə a lınmalıdır.
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
34. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
35. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona m ülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
36. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
37. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla t ikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tər əfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
38. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
39. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası
40. Maddə
8. Şəxsi və ailə həyatına hörmət hüququ
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizli k və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu
41. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi mar aqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasınln Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pr osessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Avropa İns an Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
55. Kassasiya şikayətinin dəlilləri cavabdehin birinci instansiya məhkəməsində izahatında və apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Məhkəmələr həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.
56. Belə ki, işə baxmı ş məhkəmələr tərəfindən müəyyən olunan işin hallarına görə Cavabdeh iddiaçı "X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin qanuni əsalarla istifadəsində olan torpaq sahəsində özbaşına hasar tikmiş, dəmir köşkü gətirmiş və ağac əkmişdir.
57. Zəbt olunmuş torpaq sahəsindən qanuni istifadə hüququnun olması, onun həmin əmlaka sahibliyinin mülkiyyətçi hüquqları ilə qorunmasını tələb edir. Çünki Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
58. Mübahisəli torpaq sahəsinin X2 məxsus olması, uzun müddət istifadə etməsi, həmçinin X2 torpaq sahəsi ayrılmasına dair sərəncamın məhkəmə qaydasında mübahisələndirilməməsi barədə dəlilləri qətnam ənin ləğvinə əsas vermir.
59. Çünki birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, cavabdehin məhkəməyə təqdim etdiyi sərəncam başqa şəxsin (X1) adına verilmişdir. Həmin şəxsin cavabdehlə heç bir hüquqi əlaqəsi yoxdur. Cavabdehin hasar tikdiyi torpaq sahəsi X2 1999-cu ildə fəri yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin Şimal hissəsində 600 kv.m torpaq sahəsi ayrılmış və ona ayrılmış sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, lakin o, həmin müddətdə heç bir tikinti işləri aparmamışdır. Cavabdehin sərəncamda adı göstərilmiş şəxslə heç əlaqəsi olmadığından, onun hətta mübahisələndirilən hüququ da yoxdur.
60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsi və sakinlərin çıxarılma sı tələbləri ilə bağlı olan “Əhmədova Azərbaycana qarşı” Avropa Məhkəməsinin qərarında Konvensiyanın 8-ci maddəsinin pozuntusu müəyyən edildiyinə görə, analoji işlərdə yol verilən xarakterik səhvlərin aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən məhkəmələrə icmal məktubu göndərilmişdir. Həmin icmal məktubunda məhkəmələrə izah olunmuşur ki, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
61. Bunu nla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir.
62. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməs inə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmjn ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər.
63. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qətnaməyə «qətnamənin həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başladığı zaman icra edilməsi» barədə bənd əlavə etmişdir.
64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məh kəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
65. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-316/2024 nömrəli, 31 yanv ar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.