Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1817/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “” publik hüquqi şəxsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh “” publik hüquqi şəxsinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-296/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadında n İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-707/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Sumqayıt şəhəri Səhiyyə Şöbəsi Mərkəzi Qarajına (hazırkı halda hüquqi varisi “” publik hüquqi şəxs, bundan sonra - cavabdeh) qarşı “işdən çıxma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2018-ci il tarixli, 174/k saylı əmrinin ləğv edilərək əvvəlki sürücü vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilmə si qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı əvvəlki sürücü vəzifəsinə bərpa edilmiş və əmək haqqının ödənilməsi təmin edilmişdir.
3. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda ona qanunsuz işdən çıxarılmağı ilə bağlı dəymiş maddi ziyanın əvəzi olaraq 36.067 manat pulun, mənəvi təzminat olaraq 30.000 manat pulun ödənilməsinin təmin edilməsi, eyni zamanda porter-tibb işçisi işinə bərpa edilməsi təklif edilmişdir.
4. Cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə müvafiq tədbirlər görülərək, iddiaçının “Təcili X3” şöbəsində sürücü vəzifəsinə qəbul edildiyi və əmək haqqının tam ödənildiyi bildirilmişdir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə müraciət edərək, onun işdən qanunsuz çıxarılmağı nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 36.067 manat pulun, mənəvi ziyana görə 20.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, əsas borca görə dəymiş ziyan 28.400 manat yox, 35.000 manat təşkil edir, bundan başqa “Covid” virusu ilə bağlı işlərin yerinə yetirilməsi ilə əlaqədar həmin işçilər təxminən 12.200 manat da vəsait almışlar, bundan başqa o, porter (sanitar) işini icra etmiş və onun bu 5 ildə həmin vəzifəni icra etməməyi ilə bağlı ona ümumilikdə 6000 manat maddi ziyan dəymişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Səhiyyə şöbəsinin Mərkəzi Qarajında 16 ildən artıq sürücü kimi çalışmış, lakin 2018-ci ildə haqsızlıqla üzləşərək qeyri-qanuni şəkildə işdən çıxarılmışdır. İşin hallarında qeyd edilən 5 il davam edən məhkəmə proseslərindən sonra məhkəmə qərarına əsasən öz əvvəlki işinə bərpa olunmuş və ona ştat cədvəli üzrə əmək haqqı ödənişi həyata keçirilmiş və bu məbləğ 37.600 manat təşkil etmişdir. Halbuki bu 5 il ərzində onun kimi eyni əsaslarla işləmiş sürücülərin gecə növbəsində və yoluxucu iş rejimində işlədiyi işlər də nəzərə alınmaqla gəlirləri orta hesablama əsasında təxminən 66.000 manat təşkil etmişdir. Təkcə “Covid” virusu ilə bağlı işlərin yerinə yetirilməsi ilə əlaqədar həmin işçilər təxminən 12.200 manat da vəsait almışlar. Ona ödənilmiş 37.600 manatı ümumi gəlirdən çıxdıqda ona orta aylıq əmək haqqı üzrə 5 il ərzində ödənilməyən əmək haqqı (gecə növbəli işlər və “Covid”lə bağlı ödəmələr nəzərə alınmaqla) 28.400 manat təşkil edir. Bundan başqa, o, poster-tibb işçisi işini icra etmiş və onun bu 5 ildə həmin vəzifəni icra etməməyi ilə bağlı ona ümumilikdə 6000 manat maddi ziyan dəymişdir. Həmçinin, o 1000 manat vəkil xidmət haqqına 500 manat gediş-gəliş xərclərinə və 167 manat məktublara görə vəsait ödəmişdir ki, həmin məbləği də ona dəymiş ziyan kimi qiymətləndirməklə cavabdehdən tələb edir. O, qeyd olunan vəsaitlərin ona ödənilməsi ilə bağlı pretenziya qaydasında cavabdeh orqana məktubla müraciət etmiş, lakin cavabdeh onu müraciətini təmin etməmiş və ona ödənilməli olan vəsaitin ö dənildiyini rəsmi olaraq bildirmişdir. Bu səbəbdən də o məhkəməyə müraciət edir. 5 il davam edən məhkəmə çəkişmələri onun səhhətinə mənfi təsir etmiş və 5 il ailəsinə bir ailə başçısı kimi çörək pulu apara bilməməyi onun mənəvi stres yaşamağına, dəfələrlə üstünə təcili yardım çağırılmasına səbəb olmuşdur ki, o da bu mənəvi ziyanı 20.000 manat məbləğində qiymətləndirir.
8. İddiaçı məhkəmə iclaslarında bildirmişdir ki, qanunsuz olaraq işdən çıxdığı üçün ona maddi və mənəvi ziyan dəymişdir. Bunu eyni vəzifədə xidmət edən şəxsin əldə etdiyi gəlir barədə çıxarışlar sübut edir. Çıxarışın məxsus olduğu şəxs sürücüdür, onunla eyni vəzifədə xidmət edir. Cavabdehin nı istəyir, dəyişməsinə razı deyildir. İşləmədiyi vaxt da dövlətinə xidmət etmişdir. Bunu da SHXÇDX-in arayışı təsdiq edir ki, müharibə zamanı dövlətinə xidmət etmişdir. Disk stresdən dişlərinin töküldüyünü sübut edir. Hesabdan çıxarışlar onun çox maaş aldığını sübut edir. 480-500 manat maaş alsa da, onun üçün 310 manatdan hesablanmışdır. Mənəvi ziyanı 100.000 də qeyd edə bilərdi. Lakin bunun üçün rüsum ödəməli idi. Artıq rüsum ödəməyə imkanı olmadığından 20.000 manat qeyd etmişdir. Maddi ziyanı isə onunla qeyd etmişdir ki, onunla eyni vəzifədə olan işçi ilə müqayisədə, o həmin illər üçün az ödəniş almışdır.
9. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iş üzrə cavabdeh düzgün seçilməmişdir. Hal-hazırda cavabdeh “PHŞ-də deyil, “X4 Stansiya-113” PHŞ-də fəaliyyət göstərir. Əvvəl, yəni xx.xx.2024-cü il tarixədək Mərkəzi Qaraj “” PHŞ-nin balansında olsa da, hal-hazırda onlar “X4 Stansiya-113” PHŞ-nin balansına verilmişdir. Odur ki, müdafiə etdiyi orqan cavabdeh qismində qeyd oluna bilməz.
10. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin müşahidə şurasının 13-q/2023-cü il tarixli, 19 iyul 2023-cü il tarixli qərarına əsasən “Bakı şəhər Təcili və X1 Stansiyası” PHŞ-nin, “Təcili və X1 Stansiyası” PHŞ-nin və “X2” PHŞ-nin (birlikdə-Müəssisələr) birləşmə şəklində yenidən təşkili yolu ilə “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsinin (Mərkəz) yaradılması qərara alınmışdır.
11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-5329/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Vəfa Şirəliyeva).
12. Məhkəmə gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının işlədiyi ” publik hüquqi şəxsinin strukturuna daxi l olan Təcili və X1 Stansiyası “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsinə keçirildiyindən həmin qurumda işləyən şəxslərə əmək haqqlarının və digər ödənişlərin ödənilməsinə görə “ publik hüquqi şəxsi cavabdehlik daşımır. Məhkəmənin hazırlıq iclasında iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmiş, lakin o, “” publik hüquqi şəxsinin başqa cavabdehlə əvəz edilməsinə razı olmadığını və ona ödənişləri məhz həmin qurum tərəfindən ödənilməli olduğunu bildirmişdir. Beləliklə, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz.
13. Məhkəmə iddianın əsaslılığı məsələsinə dair isə qeyd etmişdir ki, iddia ona cavab verməli olan subyektə qarşı irəl i sürüldüyü təqdirdə məhkəmə iddianın əsaslı olubolmaması məsələsinə hüquqi qiymət verə bilər.
14. Məhkəmə gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci və 56.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 54.1, 54.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yanaşması tam əsassızdır, belə ki, onun iddia tələbi konkret cavabdehin dövründə ona qarşı edilmiş qanunsuzluq nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Bu ziyan vurulan vaxtlarda o, cavabdeh orqanın tabeçiliyində işləmiş və uzun illər davam edən məhkəmə prosesində məhz cavabdeh orqan onun işə bərpa olunmasına etiraz etmiş, yekun məhkəmə aktından sonra onu işə bərpa etmiş və ödənişləri həyata keçirmişdir. O, bu halda tabeçiliyin dəyişməsi səbəbindən hazırda işlədiyi qurumun tabeçiliyində olduğu orqana qarşı bu iddianı qaldıra bilməzdi, çünki ona yeni iş yeri hər hansı bir ziyan vurmamışdır. Tələb etdiyi ziyan cavabdeh orqanın bu zərərə görə cavabdeh olduğu dövrü əhatə edir, buna görə də məhkəmənin gəldiyi bu nəticə tam əsassızdır.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-296/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qərardad qəbul edilmiş, iddia tələbinin “cavabdehdən əsas borca görə d əymiş ziyan məbləğində 35.000 manat (gecə növbəli işlər və “Covid”lə bağlı 12.200 manat ödəmələr daxil olmaqla) vəsaitin alınmasına dair hissədə iş üzrə icraata xitam verilmişdir (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Almaz Süleymanova).
18. Eyni tarixli qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qalan hissədə təmin edilməmişdir.
19. Məhkəmə kollegiyası iş üzrə icraata hissəvi xitam verilməsi ilə bağlı qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(105)-707/2023 nömrəli qətnaməsinin icrası çərçivəsində “” publik hüquqi şəxsi tərəfindən iddiaçıya məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin dövrə görə ödənilmiş əmək haqqının mə bləği ilə razılaşmır və hesab etdiyi məbləğin ona verilməsini tələb edir. Lakin iddiaçının bu tələbi müstəqil iddia predmeti deyil, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsinin icrası zamanı həll edilməli məsələdir. Beləliklə, mövcud tələbə müstəqil iddia formasında mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, “cavabdehdən əsas borca görə dəymiş ziyan məbləğində 35.000 manat (gecə növbəli işlər və “Covid”lə bağlı 12.200 manat ödəmələr daxil olmaqla) vəsaitin alınmasına dair” hissədə iş üzrə icraata xitam verilməlidir.
20. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 372.6, 372.7, 384.0.5, 385.1.1, 400, 402.2.4-cü maddələrinə istinad edərək əs aslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.
22. Kassator şikayətini aşağıdakı dəlillərlə əsaslandırılmışdır:
23. Məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 1096, 1097-ci maddəsinə istinad etməklə iddiaçının 35.000 manat vəsaitin də ona vurulmuş maddi ziyanla bağlılığını əsas götürməklə iddianın həmin hissədə mülki icraat qaydasında baxaraq qiymət verilməli olduğu halda icraata həmin hissədə xitam vermişdir.
24. İddiaçı, cavabdehin qanunsuz işdən çıxarılması səbəbindən maddi ziyana uğradığını bildirir. O, ştat cədvəli əsasında əmək haqqını alıb, amma əlavə işlərə, gecə növbələrinə və Covid-19 mübarizəsinə cəlb olunmadığı üçün əlavə gəlir əldə etmək imkanından məhrum olub. Bu, cavabdehin təqsiri üzündən meydana gəlmişdir və buna görə də iddiaçı, bu maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə isə yalnız ştat cədvəli əsasında ödənilmiş əmək haqqını əsas alaraq, iddiaçının tələbini düzgün qiymətləndirməmişdir. Məhkəmənin bu yanaşması düzgün deyil, çünki məhkəmə yalnız ştat cədvəli əsasında ödənilən əmək haqqını nəzərə alıb və əlavə gəlirlərin itirilməsini nəzərə almamışdır. Ziyan yalnız ştat cədvəli ilə məhdudlaşmır. İddiaçının işdən çıxarılması nəticəsində əldən gedən əlavə gəlirlər də maddi ziyan kimi qiymətləndirilməli və bu məsələ mülki icraat qaydasında müvafiq şəkildə araşdırılmalıdır. İddiaçı, yalnız əmək haqqı deyil, həm də mümkün olan əlav ə gəlirlərdən məhrum olmuşdur və bu da cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş vermiş bir ziyan hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
23. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
28. Maddə 4 18.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 3
0. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
32. Kassasiya şikayətində qeyd edilən dəlillərdə əks olunan hüquqi arqumentlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qiymət verilmiş, həmin arqumentlərin hüquqi əsassız olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu məsələlərə dair hüquqi qiymətləndirməsi ilə razılaşır.
33. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin “cavabdehdən əsas borca görə dəymiş ziyan məbləğində 35.000 manat (gecə növbəli işlər və “Covid”lə bağlı 12.200 manat ödəmələr daxil olmaqla) vəsaitin alınmasına dair tələbin əvvəlki qətnamənin icrası mərhələsində həll olunmalı məsələ olması və bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi, mülki icraata həmin hissədə xitam verilməsi barədə mövqeyi qanuna uyğundur.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-296/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.