Məhkəmə qərarları › İş №2(102)-1818/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1818/2022

25.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1818/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6252/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 mart 2007-ci il tarixli, 027 saylı İstehlak krediti müqaviləsinə əsasən Cavabdeh 300 ay müddətinə illik 5 faiz olmaqla, 35000 manat kredit verilmişdir. 02 mart 2007-ci il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58,3 kvadrat metr ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzil 42000 manat məbləğində qiymətləndirilərək, "xxxx" ASC-də mülkiyyətçi tərəfindən ipotekaya qoyulmuşdur, mənzil 300 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" İKB ASC Cavabdeh q arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 02.03.2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçının xeyrinə 25.352,24 manat əsas borcun, 285,7 manat faiz borcunun, 36,63 manat cərimə borcu olmaqla cəmi 25,674,63 manat borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58,3 kvadrat metr ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun "xxxx" İKB ASCyə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlakın hərracda satıldıqdan bir ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş və nəticədə banka 05.02.2018-ci il tarixinə 25674,63 manat borcu qalmışdır. Buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun əvəzi olaraq, könüllü şəkildə, notarial qaydada razılaşma əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi təklif edilmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin digər xəbərdarlıq məktubu ilə 5 gün müddətinə borcun ödənilməsi xahiş olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 15 avqust 2019-cu il tarixli, 12439 nömrəli ekspert rəyinə əsasən, 02 mart 2007-ci il tarixli, 027 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 05 fevral 2018-ci il tarixə "xxxx" İKB ASC-yə 28725,26 manat əsas, 726,11 manat faiz borcu təşkil edir. "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 18.01.2019-cu il tarixli qiymətləndirmə rəyindən görə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58,3 kvadrat metr ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzilin satış (likvid) qiyməti 105000 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, Cavabdeh 02 mart 2007-ci il tarixli, 027 saylı kredit müqaviləsinə əsasən 25352,24 manat əsas borc, 285,7 manat faiz borcu, 36,69 manat cərimə borcu olmaqla, cəmi 25674,63 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58,3 kvadrat metr ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açı q hərracda satılması, mənzilin ilkin satış qiymətinin 79000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58,3 kvadrat metr ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə "xxxx" İKB ASC-yə təhvil verilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, tərəflər arasından bağlanmış 02 mart 2007-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 25352,24 manat əsas borc, 285,7 manat faiz borcu, 36,69 manat cərimə borcu olmaqla, cəmi 25674,63 manat tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin tələb Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58,3 kvadrat metr ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil ilkin qiyməti (likvid dəyər) 79000 manat olmaqla açıq hərracda satılmalı və satışdan əldə olunacaq məbləğ cavabdehin "xxxx" İKB-yə olan borcunun ödənilməsinə yönəldilməlidir. Mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxs mənzildən məcburi qaydada çıxarılmalı və mənzil boşaldılmalıdır. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh Bak ı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58,3 kvadrat metr ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzilin Banka təhvil verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, mülki qanunvericiliyə görə həmin tələbləri qaldırmaq hüququ mülkiyyətçiyə məxsus olan hüquq olduğundan, həmin mənzil hələ ki, bankın mülkiyyətində olmadığından, iddiaçının həmin tələbləri qaldırmaqla bağlı subyektiv hüququ mövcud deyil. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun əsas borcun tutulması və ipoteka predmetinin ikin satış qiymətinin təyin edilməsi hissəsində ləğv edilməsini və işin faktiki hallarına uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmiş, əsas borcunun düzgün hesablanmadığı, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər; Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin əsas borcunun düzgün hesablanmadığı ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının ə sası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi borc məbləğlərini iş üzrə verilmiş ekspert rəyinə əsasən müəyyən etmiş, həmin ekspert rəyi ilə razılaşmamaq üçün isə əsas olmamışdır. Qətnamənin yoxlanılan digər hissəsi, yəni “ipoteka predmetinin ilkin satış qiymətinin 79000 manat müəyyənləşdirilməsi” ilə bağlı hissəsi üzrə isə məhkəmə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyy ən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ipoteka predmetinin bazar dəyəri 79000 manat təşkil edir. Bu baxımdan məhkəmənin qənaətinə görə apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayət inin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı ö hdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma gi rov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borclu ya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə

34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394 -1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6252/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar