Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1818/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 18 fevral 2025-ci il tarixli 2(107)-256/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yevlax şəhər 2 saylı tam orta məktəbin direktorunun xx.xx.2019-cu il tarixli əmrinə əsasən İddiaçı vəzifəsi dəyişdirilərək, xx.xx.2019-cu ildən bir ştat texniki işçi təyin edilmişdir.
2. Məktəbin texniki işçisi İddiaçı tərəfindən ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına dair Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tar ixli aktlar tərtib olunmuşdur.
3. Məktəbin direktoru X3 xx.xx.2024-cü il tarixli təqdimatına əsasən Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin Həmkarlar Təşkilatının xx.xx.2024-cü il tarixli iclasında İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır.
4. Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 25 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) x x.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsinə, əvvəlki işinə bərpa edilməsinə və xx.xx.2024-cü il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının və digər ödənişlərin cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax şəhər 2 saylı tam orta məktəbdə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək laborant vəzifəsində, xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək xadimə vəzifəsində işləmişdir. Həmin məktəbin direktoru Sədaqət Şükürova 2019-cu ild ə oktyabr ayının sonunda onu yanına çağıraraq DTX tərəfindən Yevlax rayonunda məktəblərdə yoxlama keçirildiyini, yoxlamaya görə onu laborant vəzifəsindən formal olaraq sənəd üzərində xadimə işinə keçirməli olduğunu, yoxlama bitdikdən sonra isə onu əvvəlki işinə qaytaracağını bildirmişdir. O da məcbur qalaraq texniki iş olan xadimə işinə keçməyə razılıq vermişdir. Məktəbin direktoru Sədaqət Şükürova ona onun adına müqavilənin dəyişdirilib xadimə kimi göstərilsə də o yenə də əvvəlki laborant vəzifəsini yerinə yetirəcəyini və müqavilədə adının xadimə kimi yazılmasını məktəbdə heç kimə bildirməməyi, bunun müvəqqəti hal olduğunu bildirmişdir. O da məcbur olub razılşamışdır. Bir müddət sonra o direktordan onu əvvəlki işinə keçirməyini xahiş etsə də direktor ondan buna görə pul istəmiş, o (iddiaç ı) isə bundan imtina etmişdir. Sonradan ona məlum olmuşdur ki, Sədaqət Şükürova onun işlədiyi laborant vəzifəsinə başqa şəxsi təyin etmişdir. Sədaqət Şükürova xx.xx.2024-cü il tarixində ona zəng edərək, barəsində Yevlax rayon prokurorluğunda mənimsəmə və israfetmə maddələri üzrə araşdırılma aparıldığını, bununla bağlı məktəbin bütün müəllimlərinin prokurorluğa getdiklərini, eyni zamanda onun da prokurorluğa getməli olduğunu və müstəntiqə əmək haqqı kartından pul çıxarıb direktora vermədiyi barədə izahat verməyi tələb etmişdir. Bunun qarşılığında o Sədaqət Şükürovanın bu təklifindən imtina etmiş və ona belə bir yalan izahat verə bilməyəcəyini, onu çağıracaqları təqdirdə həqiqəti söyləyəcəyini bildirmişdir. Bu hadisədən sonra Sədaqət Şükrova ona qarşı daha da qəzəbli davranmağa, qərəzli ol mağa başlamış və onu iş yerində sıxışdırmağa başlamışdır. 2024-cü ilin fevral ayında X8 rayon prokurorluğunda olan araşdırmanı öz xeyrinə həll etdikdən sonra onu yanına çağıraraq əsəbi halda ona «Sən prokurorluğa gedib mənim xeyrimə izahat vermədiyinə görə sən bizimlə işləyə bilməzsən. Sən ərizə yaz işdən çıx, daha bu məktəbdə mənim yanımda işləyə bilməzsən» demişdir. Sədaqət Şükürova xx.xx.2024-cü ildə qanunsuz olaraq heç bir əsas olmadan ona ərizə yazıb işdən çıxmağı bildirmiş, öz xətti ilə ona telefon vasitəsi ilə boş ərizə forması göndərib həmin formada könüllü işdən çıxmağını tələb etmiş, daha sonra isə heç bir qanuni əsas olmadan onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən qanunsuz olaraq azad etmişdir. xx.xx.2024-cü il tarixdə iş yoldaş ı vasitəsi ilə əmək kitabçası ona göndərilmişdir. Əmək kitabçasına baxan zaman ona məlum olmuşdur ki, onu xx.xx.2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən xaric ediblər. Halbuki, həmin əmr bugünədək direktor tərəfindən ona təqdim edilməmiş, o heç bir qeyri-qanuni hərəkətə yol vermədiyi halda qanunsuz və əsassız olaraq onu işdən çıxarmışdır. Eyni zamanda işlədiyi dövr üçün son haqq-hesab və ödənilməmiş məzuniyyət haqqları ona işdən çıxarıldığı gün ödənilməmişdir. İşdən çıxarılma əmri 3 aydan çoxdur ki, bugünədək ona təqdim edilməmişdir. Əmək kitabçası işdən çıxarıldıqdan 40 gün sonra ona verilmişdir. Son haqq-hesab işdən çıxarıldığı gün ona ödənilməmişdir. Bundan bir həftə sonra yarımçıq ödənilmişdir. Əmək məcəlləsinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur.
7. Bundan əlavə, əmək müfəttişliyinə təqdim edilən aktlar, əmrlər, təqdimatlar və digər sənədlər heç biri mövcud olmamış, hamısı onun şikayətindən sonra geri tarixə, sonradan müəllimləri məcburi imzalatdırmaqla tərtib edilmiş sənədlərdir. Onun tərəfindən heç bir əmək intizamı pozulmamışdır. xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktların heç biri mövcud olmamış, həmin aktlar onun Sədaqət Şükürova barəsində etdiyi şikayətlərdən sonra direktor tərəfindən özünü müdafiə etmək məqsədi ilə saxlalaşdırılaraq geri tarixə, müəllimləri məcbur etməklə imzalatdırdığı aktlardır.
8. Məhkəmə iclasında cavabdeh Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin nümayəndəsi (vəkil) Nümayəndə iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün dəfələrlə məktəbin işçiləri tərəfindən bu barədə aktlar tərtib edilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməmişdən əvvəl məktəbin Həmkarlar Təşkilatına müraciət edilmiş və Həmkarlar Təşkilatının iclasında həmin məsələ tam şəkildə araşdırıldıqdan sonra təşkilatın qərarına əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bundan sonra məktəb direktorunun xx.xx.2024-cü il tarixli, 25 saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesab ödənilmişdir. Həmin əmr əsaslı və qa nunidir. Cavabdeh əmək funksiyalarını yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X1 verdiyi izahatında göstərmişdir ki, İddiaçı M.Ə.Sabir adına 2 saylı tam orta məktəbdə əmək hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional şöbəsinə ünvanladığı müraciətlərinə tərəflərindən baxılmışdır. Vətəndaş müraciətlərin cavabından qismən narazı qaldığından yenidən müraciət et miş və həmin müraciət xidmətin daxili nəzarət şöbəsi tərəfindən yerindən araşdırılmışdır. Bundan sonra müraciət edən şəxsə təqdim edilmiş sənədlərə əsasən işə qanunauyğun baxılması ilə bağlı cavab məktubu verilmişdir. İddiaçı işdən azad edilməmişdən əvvəl məktəb direktorunun müvafiq təqdimatlarına əsasən məktəbin Həmkarlar Təşkilatı tərəfindən həmin məsələyə baxılmış və iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məktəb tərəfindən təqdim edilmiş sənədlərə əsasən işə qanunauyğun şəkildə baxılmış və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahi ş etmişdir.
10. Yevlax Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(039)-1765/2024 nömrəli qətnaməsi ilə (hakim: Q.Paşayev) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbdə işlədiyi dövrdə yol verdiyi ciddi nöqsanlara, əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə görə Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin direktorunun 22 fevral 2024cü il tarixli, 25 saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktə bin direktoru tərəfindən Həmkarlar Təşkilatına xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqdimatlar verilmiş və Həmkarlar Təşkilatının müvafiq qərarları ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci sinin «Ç» bəndinə əsasən xitam verilməsinə razılıq verilmiş və bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı onun 2019-2024-cü tədris illərinə aid olan 93 gün istifadə etmədiyi əmək məzuniyyətlərinin son haqq-hesabı MARTİ-nin mühasibatlığı tərəfindən xx.xx.2024-cü il tarixdə tam olaraq ödənilmişdir.
12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün Əmək Məcəlləsi 10, 70, 71, 72, 84, 296-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 217-ci maddələrin ə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan, əslində adları qeyd olunan şəxslər tərəfindən yox, başqa şəxslər tərəfindən imzalanmış aktlara, məktəbin Həmkarlar təşkilatının sədri tərəfindən imzalanmış razılıq məktubuna istinad edilərək qətnamə qəbul edilmişdir. Məhkəmənin istinad etdiyi aktlar və Məktəbin həmkarlar ittifaqının razılıq məktubları saxta, geri tarixə tərtib edilmiş sənədlərdir. Belə ki, İddiaçı ilə Yevlax şəhər 2 saylı məktəbin həmkarlar ittifaqının sədri Esmira Qənbərova arasında “Whatsapp” sosial şəbəkə vasitəsi ilə danışmalarından açıq-aydın görünür ki, həmkar ittifaqının sədirinin İddiaçı işdən çıxarılmasından xx.xx.2024-cü il tarixdə xəbəri olmuşdur. Belə ki, cavabdeh X5 barəsində 2 dəfə (xx.xx.2024, xx.xx.2024) məktəbinin həmkarlar ittifaqına təqdimatla müraciət olunduğu qeyd edilir. xx.xx.2024-cü il tarixli müraciət məhkəməyə təqdim edilmiş, lakin xx.xx.2024-cü il tarixli müraciət məhkəməyə təqdim edilməmiş, iş materiallarında yoxdur. Bildirilir ki, ümumiyyətlə həmin müraciətlər geri tarixə tərtib edilmiş sənədlərdir. Həmkarlar ittifaqının iclası isə ümumiyyətlə keçirilməmişdir. Belə ki, əgər həmkalar ittifaqı tərəfindən hər hansı iclas keçirilsəydi, ilk olaraq iddiaçının izahatı alınmalı, həmkarlar ittifaqının iclasında onun iştirakı təmin edilməli idi. Təqdim edilmiş iclas protokol undan da göründüyü kimi, həmin protokolda İddiaçı adı qeyd edilməyib, iclas barədə ona heç bir bildiriş göndərilməmişdir. Bunlardan əlavə ümumiyyətlə belə bir təqdimatların olmasından, iclasın keçirilməsindən, iclasın nəticəsindən, iddiaçının Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağı barədə həmkarlar ittifaqının sədri Esmira Qəhrəmanovanın məlumatı olmamışdır. Həmin sənədlər də məktəbin direktoru tərəfindən geri tarixə hazırlanmış sənədlərdir. Aktlara nəzər yetirildikdə bəzi aktlar, guya İddiaçı işdə olmamadığı üçün tərtib edildiyi, bəzi aktların isə sinif otaqlarının natəmiz olması ilə bağlı tərtib edilmiş aktlar olduğu müəyyən edilir. Həmin aktların, qeydiyyat jurnalının məhkəməyə təqdim edilməsi barədə tərəfindən vəsatət verilmiş, lakin jurnal məhkəməyə təqdim ed ilməmişdir. Həmçinin, iddiaçı işə gəlməməsi ilə bağlı isə xx.xx.2024-xx.xx.2024 tarixlərdə billütendə olması barədə sənəd təqdim etmişdir. Bundan başqa iddiaçının işdən çıxması barədə, əmrin surəti, əmək kitabçası işçiyə işdən çıxdığı şəxsən həmin günü təqdim edilməlidir. Lakin iş materaillarından da müəyyən olunur ki, işçiyə işdən çıxmağı barədə əmr ümumiyyətlə təqdim edilməmişdir. Əgər İddiaçı tərəfindən əmək intizamı qaydaları pozulmuşdusa ilkin olaraq onun izahatı alınmalı idi, iş materiallarında heç bir izahatı yoxdur. Ona hər hansı töhmət verilmişdisə töhmət ona elan edilməli idi. Məktəbin xx.xx.2024-cü il tarixli əmrində İddiaçı işdən çıxarılmasına əsas kimi, Həmkarlar təşkilatının razılıq məktubu qeyd olunmuşdur, lakin hazırda məhkəməyə təqdim olunan və iş materiallarında olan əmrd ə isə əsas aktlar qeyd olunmuşdur. Göründüyü kimi məktəb tərəfindən Əmək Müfəttişliyinə başqa, məhkəməyə isə başqa əmr təqdim edilmişdir. Bundan əlavə əmr qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Ümumiyyətlə işçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddənin “ç” bəndi ilə işdən çıxarıldığı təqdirdə əmr geniş və əsaslandırılmış olmalıdır. Lakin xx.xx.2024-cü il tarixli, 25 nömrəli əmrdə əsas olaraq sadəcə iddiaçı barəsində tərtib edilmiş aktlar qeyd olunmuş, aktların tarixləri qeyd edilməmişdir. Sinif otaqların natəmiz, sanitariya qovşağının baxımsız və antisatinariya vəziyyətində olması barədə aktlara gəldikdə isə, qeyd edirilir ki, məktəbdə bir çox sinif otaqları və bir çox sanitar qovşaqları mövcuddur. Anti-sanitariya vəziyyətində olan otaqların və həmin san itariya qovşağının məhz İddiaçı təmizləyəcəyi otaq və sanitar qovşağı olması heç yerdə öz əksini tapmır. Məktəbdə bir çox xadimə vardır. Həmin natəmiz otaqların hansı xadimə tərəfindən təmizlənməsi nə ilə müəyyən olunması qeyri-müəyyəndir. Lakin birinci instansiya məhkəməsi işə səthi yanaşmış, icraatında olan iş üzrə heç bir araşdırma apamamış, cavabdehdən tələb olunan heç bir sənədi (əmrlər kitabı, davamiyyət jurnalı, töhmətlər kitabı və sair) məhkəməyə təqdim etməmiş, məhkəmə isə sözgedən sənədlərin əldə edilməsi üçün heç bir tədbir görməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli 2(107)-256/2025 nömrəli qətnaməsi ilə (hakimlər - E.Kərimov (sədrlik edən və məruzəçi), E.Hüseynov və T.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(039)-1765/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orta məktəbin drektoru iddiaçının işdən azad edilməsi barədə təqdimatı Əmək Məcəlləsinin 72-ci maddəsin a), e) və ə) bəndləri ilə əsaslandırmışdır.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “aktların və həmkarlar təşkilatının razılığını geri tarixli olması” barədə dəlillərinə münasibət bildirərək qeyd edib ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır.
18. Belə ki, Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024- cü il tarixli aktlardan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitargigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır.
19. Bundan başqa, iddiaçı tərəf əmək qabiliyyətinin olmaması barədə məhkəməyə sənəd təqdim etmişdir.
20. Kollegiya qeyd edib ki, iş materiallartında olan əmək qabiliyyətinin olmaması barədə vərəqənin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdən azad edilmişdir
21. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş dav amiyyət jurnalından da göründüyü kimi, İddiaçı akt tərtib edildiyi xx.xx.2024-cü xəstə olduğu üçün işdə olmamışdır.
22. Cavabdeh tərəf isə bildirmişdir ki, iddiaçının əmək qabiliyyətli olmaması onlara məlumat verilməmişdir, bu səbəbdəndə iddiaçı barədə tərtib edilmiş bir akt həmin tarixə təsadüf etmişdir. Göründüyü kimi, iddiaçı barəsində dəfələrlə əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə (işdə olmama və digər əsaslara) görə aktlar tərtib edilmişdir. Həmin aktlarında sonradan və ya geri tarixə tərtib edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır.
23. Bundan başqa, iddiaçı tərəfin həmkarlar təşkilatının razılığının geri tarixli olması ilə bağlı dəlilləri də öz təsdiqini tapmamışdır.
24. Belə ki, məhkəmə kollegiyasının iclasında şa hid qismində dindirilmiş məktəbin həmkarlar təşkilatının sədri Esmira Qəmbərova bildirmişdir ki, o, şəxsən üç dəfə həmkarların iclasları barədə İddiaçı məlumat vermişdir.
25. Göründüyü kimi, hazırki iş üzrə iddiaçıya həmkarlar təşkilatının iclası barədə məlumat verilmişdir.
26. Kollegiya onu da qeyd edib ki, xx.xx.2024-cü ildə iddiaçı bülletendə olduğundan həmkarlar təşkilatının iclası xx.xx.2024-də təkrarən keçirilmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmkarlar təşkilatının sədri Esmira Qəmbərovanın iddiaçının işdən çıxarılmasından məlumatı olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır.
28. Belə ki, iddiaçı tərəf məhkəməyə vatsap yazışmasından çıxarış təqdim edərək məktəbin həmkarlar təşkilatının səd rinin onun işdən çıxarılmasından xx.xx.2024-cü ildə məlumatı olduğunu bildirmişdir.
29. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş məktəbin həmkarlar təşkilatının sədri Esmira Qəmbərova bildirmişdir ki, o, iddiaçıya heç vaxt həmin məzmunda vatsapda yazı yazmamışdır. İş materiallarında olan vatsap yazışmaları ona məxsus deyildir. O, iddiaçı ilə həmişə zəng edərək əlaqə saxlamışdır və iddiaçının işdən çıxarılmasından da məlumatlı olmuşdur.
30. Kollegiya bildirmişdir ki, iş materiallarına əlavə edilmiş vatsap yazışmalarının məhz həmkarlar təşkilatının sədri Esmira Qəmbərova tərəfindən iddiaçıya yazılması sübut olunmur. Belə ki, həmin yazışmalar başqa bir şəxs tərəfindən də rahatlıqla iddiaçıya yazıla bilərdi. Belə olan halda kollegiya hesab etmişdir ki, şikayətin dəlilləri hə min hissədə də öz təsdiqini tapmır.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmkarlar iclaslarının keçirilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır.
32. Belə ki, iddiaçı tərəf ümumiyyətlə həmkarlar təşkilatının heç bir iclas keçirmədiyini və sənədlərin sonradan hazırlandığını bildirmişdir.
33. Lakin, iş materiallarına əlavə edilmiş təqdimatlardan görünür ki, məktəbin direktoru hazırki iş üzrə iddiaçının işdən azad edilməsi üçün təqdimatlar vermişdir.
34. Məktəbin Həmkarlar Təşkilatının iclasının xx.xx.2024-cü il tarixli, 45 saylı protokolundan (iş v. 150) isə görünür ki, xx.xx.2024-cü il tarixdə məktəbin həmkarlar təşkilatı məktəbin direktoru X3 xx.xx.2024-cü il tarixli təqdimatına baxaraq texniki işçi İddiaç ı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə razılığın verilməsi qərara alınmışdır. Həmçinin, məktəbin Həmkarlar Təşkilatanın iclasının xx.xx.2024-cü il tarixli, 46 saylı protokoluna əsasən məktəbin direktoru X3 xx.xx.2024-cü il tarixli təqdimatına əsasən texniki işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə razılığın verilməsi qərara alınmışdır.
35. Protokollardan göründüyü kimi, həmin iclaslarda həmkarlar təşkilatının ondan artıq üzvü iştirak etmişdir. Belə olan halda isə kollegiya hesab etmişdir ki, əksi sübuta yetirilməyənə qədər iclasların keçirilmədi və sənədlərin sonradan tərtib edildiyi qənaətinə gəlmək mümkün deyildir.
36. Məhkəmə ko llegiyası apellyasiya şikayətinin əmrlərin fərqli olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır.
37. Belə ki, idiaçı tərəf işdə olan əmrlə cavabdeh tərəfin Əmək Müfəttişliyinə təqdim etdiyi əmrin fərqli olduğunu bildirmişdir.
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 isə bildirmişdir ki, elektron portalda əmrin nömrəsi, tarixi, adı qeyd edildikdə əsaslandırma hissəsi sistem tərəfindən “şablon” olaraq verilir.
39. Həmçinin, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 25 saylı əmrin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğundur. Belə olan halda kollegiya hesab etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. 4
0. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının həmişə işə gəlməsi və davamiyyət jurnalına imza etməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır.
41. Belə ki, məhkəmə kollegiyasının iclaslarında tədqiq edilmiş davamiyyət jurnallarından müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək davamiyyət jurnalını imzalamamışdır.
42. Göründüyü kimi, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdə olmamış və əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını lazımi qaydada yerinə yetirməmişdir.
43. Belə ki, kollegiya qəbul etmişdir ki, iddiaçı 31 yanvardan 09 fevraladək üzürlü səbəblərdən işdə iştirak etməmişdir. Ancaq qalan günlərdə iddiaçı üzürsüz səbəbdən işdə iş tirak etməmişdir.
44. Bu səbəbədən, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır.
45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəllənin 9, 49.1, 49.2, 49.3,49.4, 49.5, 68.1, 68.2, 71.1, 71.3, 72.2, 76.1, 76.2, 80.1, 80.2, 83.1, 83.2, 83.3, 83.4, 84.1, 84.2, 84.3, 186.1, 186.2, 186.3, 187.1, 187.2, 189.1, 189.2, 189.3, 288, 292.1, 296.2, 296.3, 300.1-ci, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü sinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 384.0.2-ci lərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiy a şikayətinin dəlilləri
46. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv, iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
47. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
49. Maddə
35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
50. Maddə 7
1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
51. Maddə 2 (3-cü hissə). Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır.
52. Maddə
11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsa slarla əmək müqavilələrini ləğv etmək;...
53. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
54. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qor unan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
55. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
56. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
57. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatl a müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
58. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan respublikasının Mülki Prosessual Məcəlləsi 59. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 60. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 61. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 62. 416.2. Apellyasiya instansiyası məhkəməsi tər əfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 63. 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 64. 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 65. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelly asiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 66. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
69. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
72. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəl inmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
74. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
76. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tar ixli 2(107)256/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.